Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4419/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı mənzilə köçürülmə tələbinə dair ilk, iddiaçı X6 cavabdeh İddiaçı qarşı mənzilə dair istifadə hüququnun yaranmamış hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və övladları 07.04.2015-ci il təvəllüdlü X9 və 03.03.2018-ci il təvəllüdlü X10 ünvan 1 ünvanında yerləşən mənzilin 2 (iki) otağına, sanitar qovşağına və mətbəxinə istifadə hüququnun tanınması və həmin sahəyə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilk iddia ərizəsi iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh”nun soyadının “Nəbiyev”, ata adının isə “Həliddin” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X16 öz növbəsində, cavabdeh İddiaçı qarşı mənzilə dair istifadə hüququnun yaranmamış hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olan ünvan 2 ünvanındakı mənzilə dair istifadə hüququnun yaranmamış hesab edilməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia ərizəsi iddiaçı, ilk iddia ərizəsi üzrə cavabdeh X16 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsinin “İddiaçı ünvan 2 ünvanındakı mənzil pasport qeydiyyatından çıxarılması” hissəsində imtina etdiyini və iddia tələbinin qalan hissədə qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, X6 oğlu X17 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və mübahisəli ünvan 2 ünvanındakı mənzilə gəlin köçmüşdür. X5 ilə münasibətləri pisləşənə qədər övladları ilə birlikdə həmin evdə yaşamışdır. X5 ilə faktiki nikah münasibətlərindən iki uşağı vardır. O, hazırda azyaşlı uşaqları ilə valideynlərinə məxsus evdə yaşayır. Mübahisəli mənzil qaynatası X6 adına qeydiyyatdan keçmişdir. Hazırki mənzildə onun və övladlarının istifadə hüququnun olmasına baxmayaraq uzun illərdir ki, həmin mənzildə yaşadığı halda onun mənzilə buraxılmasına maneə yaradılır. Ona görə də göstərilənlərə əsasən ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi iddiaçı, ilk iddia ərizəsi üzrə cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olan ünvan 2 ünvanındakı mənzilə dair istifadə hüququnun yaranmamış hesab edilməsi və onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması tələbinə də baxılmalıdır. Belə ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında 30.10.2013-cü il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə X6 həyat yoldaşı X21, oğlu X17 və keçmiş gəlini İddiaçı pasport qeydiyyatındadır. İ.Nəbiyevin keçmiş gəlini 16.07.2014-cü il tarixdə oğlu X17 ilə ailə həyatı qurmuş və müəyyən məsələlərə görə 2018-ci il tarixdə onun razılığı əsasında qeyd olunan mənzilə pasport qeydiyyatına düşmüşdür. Lakin pasport qeydiyyatına düşdükdən sonra həmin mənzildə uzun müddət yaşamamış, əvvəlcə S.Nəbizadəyə qarşı nikahın pozulması barədə iddia qaldırmış, barışıq əldə olunsa da, S.Abdullalı təkrarən nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, həmin mənzildə olan bütün cehiz əşyalarını aparmış, eyni zamanda İ.Nəbiyevə qarşı da istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə iddia qaldırmışdır. İddiaçı həmin tələbi tamamilə qanunsuz və əsassızdır. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı mənzilin mülkiyyətçisi olan İ.Nəbiyevin ailə üzvü hesab olunmur, qeyd olunan mənzilə hər hansı istifadə hüququ yaranmamışdır və onun mənzildə qeydiyyatı formal xarakter daşıyır. Ona görə də göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ilk iddia ərizəsi qismən, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən İ. hər kəsin mülkiyyət hüququ vardır. İİ. mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.07.2014-cü il tarixli AZ-İ № 972192 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə İddiaçı 16.07.2014-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1303 nömrəsi ilə qeyd edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.04.2015-ci il tarixli AZ-İİİ № 528383 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 07.04.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 542 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X17, anası İddiaçıdır. -Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.04.2018-ci il tarixli AZ-İV № 103270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 03.03.2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2211 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X17, anası İddiaçıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.10.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 9 saylı evin 6 saylı mənzili X6 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 45 saylı reyestr kitabının 22 saylı vərəqində qeydiyyata alınmışdır. -Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 9 saylı evin 8 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan X4, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 9 saylı evin 10 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan X2 və Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 9 saylı evin 13 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan X7 imzaları ilə təsdiq olunmuş 08.09.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı 2014-cü ildə X17 ilə ailə həyatı quraraq həmin binanın 9 saylı evinin 6 saylı mənzilinə gəlin gəlmiş, dəfələrlə atası evinə küsərək getdiyindən aylarla orada qalmışdır. Sonuncu dəfə məhkəməyə vermiş, barışdıqdan sonra kirayə çıxmışlar. X11 işi ilə əlaqədar ailəvi Göygöl şəhərinə köçmüş, xeyli müddət orada yaşadıqdan sonra ailəvi qaynatasının evinə köçmüşlər. Hazırda İddiaçı atasının evindədir, həmin mənzildə uzun müddət yaşamamışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş 08.04.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 9 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X1 rayonu Xırdalan şəhəri məhəllə 27, 9 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan mübahisələndirilməyən hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı X17 ilə 16.07.2014-cü il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra X6 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 9 saylı evin 6 saylı mənzilinə gəlin köçmüş, mülkiyyətçinin razılığı əsasında həmin mənzilə pasport qeydiyyatına alınmaqla 08.04.2018-ci il tarixdə şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı X17 ilə birgə nikahından 07.04.2015-ci il təvəllüdlü X18 və 03.03.2018-ci il təvəllüdlü X19 anadan olmuşdur. İddiaçı ilə X11 nikah münasibətləri pozulmasa da, aralarında mübahisələr yarandığından İddiaçı qeydiyyata alındığı mənzili tərk etmiş, bu səbəbdən də həmin mənzilə istifadə hüququ tanınmaqla azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsinə dair hazırki ilk iddia ərizəsi, X16 isə İddiaçı mənzilə istifadə hüququnun olmamasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki işin materiallarından göründüyü kimi, İddiaçı X17 ilə 16.07.2014-cü il tarixdə nikaha daxil olduğundan tərəflər arasında ailə hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığındn, hazırki mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin: 29.1 maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni zamanda qanunvericilik tərəflər arasında nikah münasibətlərinə xitam verildiyi təqdirdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmamasını müəyyən etmişdir. Hazırda isə İddiaçı X17 arasında ailə nikah münasibətlərinə xitam verilmədiyindən, İddiaçı sonuncunun atasına məxsus olan mənzilə mülkiyyətçinin razılığı ilə köçüb yaşadığından və mənzildən uzun müddət ailə üzvü kimi istifadə etdiyindən onun həmin mənzilə istifadə hüququ da mövcuddur. Belə ki, İddiaçı mülkiyyətçinin razılığı ilə mənzilə pasport qeydiyyatına alınması onun uşaqları ilə birlikdə X8 məxsus mənzildə yaşamasını və istifadə etməsini bir daha təsdiq edir. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə İddiaçı Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 9 saylı evin 6 saylı mənzilinə köçürülməsi tələbinə dair ilk iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. qaşU˝ hüquqları haqqında˝ Azərbaycan Respublikasının 19.05.1998-ci il tarixli Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Qanunvericliyin tələblərinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar təmin edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Beləliklə, məhkəmə qanunvericiliklə müəyyən edilmiş uşaqların üstün mənafeyini, İddiaçı başqa yaşayış yerinin olmamasını nəzərə alaraq, hesab edir ki, İddiaçı azyaşlı övladları 07.04.2015-ci il təvəllüdlü X18 və 03.03.2018-ci il təvəllüdlü X19 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 9 saylı evin 6 saylı mənzilinə köçürülməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi iddiaçı, ilk iddia ərizəsi üzrə cavabdeh X6 İddiaçı mənzilə dair istifadə hüququnun yaranmamış hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, 16.07.2014-cü il tarixdə nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan mənzilə sonuncunun razılığı ilə mənzilə qeydiyyata alınmış İddiaçı həmin mənzilə istifadə hüququ olduğundan məhkəmə qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi qərarına gəlir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı nasnİ˝ Hüquqlarının və X15 Haqqında˝ Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası nasnİ˝ Hüquqlarının və X15 Haqqında˝ Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X15 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi qismən təmin edilsin. İddiaçı övladları - 07.04.2015-ci il təvəllüdlü X18 və 03.03.2018-ci il təvəllüdlü X19 ilə birgə Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 9 saylı evin 6 saylı mənzilinə köçürülsünlər. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. X6 İddiaçı qarşı mənzilə dair istifadə hüququnun yaranmamış hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4419/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4419/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver