Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-442/2024 16.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadıq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Abşeron rayonu, Mehdabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 4 saylı binada 1 nömrəli mənzilə dair bağlanmış 14 dekabr 2020-ci il tarixli “4/1” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılaraq mənzilin Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 14 dekabr 2020-ci il tarixli 4/1 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş “Qarant” yaşayış kompleksində 4 saylı binada 1 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Abşeron rayon Mehdabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rahim qızının, Cavabdeh3 həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxs olan X6 ayda 250 manat müqabilində kirayə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə mənzildə yaşamadığlarını və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirililərək mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq etsə də, nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rahim qızı, Cavabdeh3 və ailə üzvlərinin mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Komitənin Mənzil İstismar Departamentinin nümayəndəsinin iştirakı ilə sözügedən mənzilə 3 dəfə baxış keçirilmiş, aktlar tərtib olunmuş, nəticədə, cavabdehlərin onlara verilmiş mənzildə yaşamadığı müəyyən olunmuşdur. Nümayəndələr tərəfindən hər gün olmasa da, mütəmadi olaraq məcburi köçkünlərin mənzildə yaşayıbyaşamadığı yoxlanılır. Cavabdehlərin müqaviləyə əsasən, nəzərdə tutulmuş müddətdə, yəni 3 ay müddətində yaşamadığını sübuta yetirən sənəd mülki iş materiallarına əlavə olunmuş aktlardır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Onlar mənzili kirayə verilməsini etiraf etdilər. Bununla belə, kirayəyə mənzilin şəraitinin pis olmasına görə təmir edildikdən sonra yenidən pisləşəcəyinin aydınlaşdırılması məqsədilə verildiyini bildirdilər. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədiyini, lakin mübahisəli mənzilin başqa şəxsə kirayə verdiklərini, həmin mənzildə rütubət olduğundan yaşamaq mümkün olmadığını və təmir etdikdən sonar kirayə verdiklərini, məqsəd isə həmin mənzilin yenidən rütubət olub-olmadığını yoxlamaq olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəməməsinin səbəbləri barəsinə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, mübahisəli mənzildə xx.xx.2022-ci ildən kirayədə qalır. Bunun üçün hər ay Lamiə xanıma 230 manat pul ödəyir. Mənzil təmirli yaşayış üçün normal olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin İ. hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4/1 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Mehdabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş “Qarant” yaşayış kompleksində 4 saylı binada 1 nömrəli 2 otaqlı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçi Cavabdeh1 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, MKİS-in mühəndisi X11, MKİS-in sahə nəzarətçisi X10, MKİS-in kompüter operatoru X3, Qarant yaşayış kompleksi, bina 4, mənzil 1 ünvanında kirayədə yaşayan X9 və MKİS-in rəisi X4 təsdiq edirlər ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Qarant” yaşayış kompleksində kirayə müqaviləsi ilə xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmiş bina 4 ünvanında 1 nömrəli mənzildə yaşayan Cavabdeh1 xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmiş mənzilin kirayə müqaviləsinin 2.4.2 bəndinin pozulduğu aşkarlanıb. Belə ki, mənzili iki ildən artıqdır ki, Kəlbəcər rayonundan olan X1 verərək özləri başqa ünvanda yaşayır. A.İ.Sarıyeva öz imzasıyla həqiqətən “Qarant” yaşayış kompleksində bina 4 ünvanında 1 nömrəli mənzildə 250 manata kirayədə qaldığını təsdiq edir. MKİS tərəfindən mənzildə qeyri-qanuni yaşayan kirayəşinlərin çıxarılması və özlərinin yaşamaları barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 buna əməl etməyib. - X5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, mübahisəli mənzildə artıq 2 ildir ki, kirayədə yaşamışdır. - Cəbrayil Rayon İcra Hakimiyyəti Başçısının Cəbrayil şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 02 saylı arayışdan görünür ki, Abbasov X2 rayonunda qeydiyyatda olmaqla, hal-hazırda məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsi, ev 194D, mənzil 16/7 ünvanında yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: oğlu Cavabdeh1, gəlini Cavabdeh2, nəvələri Cavabdeh3, Abbaslı Ümid, Abbaslı Taryel, Qurbanova Günel, Qurbanov Tural və qızı Abbasova Ellada. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.2-ci maddəsinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsilə bağlı münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 17.3.2.-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.2-ci bəndinə görə məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Həmin Qaydanın 3.6-cı bəndinə görə məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. İş materiallarından görünür ki, cavabdeh Abbasov X7 rayonundan məcburi köçkündür. O və 3 nəfərlik ailə üzvləri iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 4/1 saylı müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, "Qarant” yaşayış massivində məcburi köçkünlər üçün inşa edilmiş 4 nömrəli binada 1 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Lakin aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin mənzil təyinatına uyğun istifadə edilmir. Belə ki, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktlarla müəyyən edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə MKİS-in nəzarətində olan "Qarant” yaşayış massivində qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı bina 4 mənzil 1 ünvanında xüsusi təyinatlı müqavilə əsasında yaşayan Cavabdeh1 mənzili başqa şəxsə kirayə verərək özü başqa ünvanda yaşayır. Bunu həmin mənzildə kirayədə qalmış şəxs də şahid ifadəsi verərək göstərilənləri təsdiq etmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri və vəzifələri yerinə yetirmədiyindən iddiaçı hazırda tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və mübahisəli yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbində haqlıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1, o cümlədən onun ailə üzvləri tərəflər arasında imzalanmış müqavilənin 2.4.2; 2.4.3; 2.4.9; 4.1 və 4.3-cü maddələrinin tələblərini pozmuş, iddiaçının isə həmin müqavilənin 5-ci maddəsinə əsasən hazırki iddianı qaldırmaq hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasındakı kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli yaşayış sahəsindən çıxarılmalı, bu yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallardan heç birinin baş verməməsini, o cümlədən cavabdehlərin yaşaması üçün başqa mənzilin olmasını (ailənin zəruri yaşayış sahəsinə ehtiyacının olmamasını) nəzərə alır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə xüsusi təyinatlı mənzil qanuni sahiblik hüququ ilə iddiaçıya məxsus olduğundan, hazırki mərhələdə cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçının, o cümlədən bu sahəyə ehtiyacı olan digər vətəndaşların mənzil hüququnu pozur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 və onun ailə üzvlərinin istifadəsinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarantr” şəhərciyində 4 nömrəli binadakı 1 nömrəli mənzilə dair xx.xx.2020-ci il tarixli 4/1 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı və 4/1 nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, bu hissədə tələbin hansı şəxsə və ya şəxslərə yönəlməsi qeyri-müəyyəndir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Mehdabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 4 saylı binada 1 nömrəli mənzilə dair bağlanmış 14 dekabr 2020-ci il tarixli “4/1” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın və 4/1 nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-442/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-442/2024
16.01.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver