Məhkəmə qərarları › İş №2(012)-4424/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4424/2021

31.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4424/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7, X2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7, X2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X5, X1 və Cavabdeh1, onların yetkinlik yaşına çatmayan uşaqları X15, X11, X12 və X3 Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı evdən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, satıcı X9 ilə bağladığı 02.02.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı evi almış və həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 30.03.2021-ci il tarixli çıxarışa əsasən həmin ev hazırda onun mülkiyyətindədir. Cavabdehlər evin əvvəlki mülkiyyətçilərinin ailə üzvləridir. Onlar evin alqısatqısı prosesində iştirak etmiş və qanunla müəyyən edilmiş qaydada evin satılmasına etiraz etməməsi barədə razılıq ərizələri vermişlər. Lakin bu günə qədər keçən müddət ərzində cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş, hələ də həmin evdə qeydiyyatda qalmışlar. Bu səbəbdən də hesab edir ki, cavabdehlərin Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı ev dair yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki cavabdehlərin Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı evə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə edir, belə ki, o, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur, sərbəst şəkildə öz mülkiyyətinə sərəncam verə bilmir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər X7, X2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -Mülkiyyətçi X9, ipoteka saxlayan Accessbank ASC və alıcı-ipoteka qoyan İddiaçı arasında bağlanmış 22.02.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı evi alıcıya 55000 manata satmışdır. Satılan daşınmaz əmlakın satış qiyməti 55000 manat və həmin daşınmaz əmlakın dəyərinin 20000 manatı ipoteka saxlayan tərəfindən 01.02.2021-ci il tarixli 003A********** saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməlidir. Alqı-satqı və ipoteka müqaviləsinin 4.2.4-cü bəndindən görünür ki, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.03.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X13, 24.02.2010-cu il təvəllüdlü X15, 10.05.2007-ci il təvəllüdlü X11, 12.10.2008-ci il təvəllüdlü X12, 20.12.2006-cı il təvəllüdlü X10, X8 və Cavabdeh1 Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı evdə qeydiyyatdadır. -Cavabdeh1, X5, X1 notarial qaydada təsdiq olunmuş 29.01.2021-ci il tarixli ərizələrindən görünür ki, onlar X6 məxsus olan Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı evin satılmasına və ipoteka qoyulmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşdür. -Şamaxı RPŞ tərəfindən verilmiş 06.07.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı evi alqı-satqı müqaviləsinə əsasən qanunauyğun qaydada əldə etmiş, müqavilənin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində evin əvvəlki mülkiyyətçisi olan X4 mülkiyyət hüququna xitam verilərək onun bu hüququ iddiaçıya keçmiş, lakin buna baxmayaraq qeyd olunan evdə keçmiş sakinlər X5, X1 və Cavabdeh1, onların yetkinlik yaşına çatmayan uşaqları X15, X11, X12 və X3 istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneə törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Mülki Məcəllənin: 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, evin keçmiş sakinləri olan cavabdehlərin hazırda həmin evdən istifadə etməmələrinə baxmayaraq formal olaraq evdə istifadə hüquqlarının qalmaları, mülkiyyətçi dəyişdikdən sonra həmin evi azyaşlı 24.02.2010-cu il təvəllüdlü X15, 10.05.2007-ci il təvəllüdlü X11, 12.10.2008-ci il təvəllüdlü X12, 20.12.2006-cı il təvəllüdlü X10 ilə birlikdə tərk edərək başqa yaşayış yerinə köçmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və bu hal mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırdığından iddia ərizəsi təmin edilməli, cavabdehlərin iddiaçıya məxsus evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər X5, X1 və Cavabdeh1 24.02.2010-cu il təvəllüdlü X15, 10.05.2007-ci il təvəllüdlü X11, 12.10.2008-ci il təvəllüdlü X12, 20.12.2006-cı il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 21 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar