Məhkəmə qərarları › İş №2(012)-4428/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4428/2024

06.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4428/2024 06.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 0,003 ha torpaq sahəsində, yaşayış sahəsi 110 kv.metrdən ibarət, 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi və uşaqlarıyla birlikdə həmin yaşayış sahəsinə köçürülməyi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Qasımov X8 rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan övladları-xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə İddiaçı və Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 0,003 ha torpaq sahəsində, yaşayış sahəsi 110 kv.metrdən ibarət, 4 otaqlı bir fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 26 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. İlk əvvəllər tərəflərin ailə münasibətlərim normal olsa da, sonralar ailə münasibətləri pozulmuş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən nikah ləğv edilmiş, uşaqların iddiaçının yanında qalmaları məhkəmə qaydasında müəyyən edilərək hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. İdddiaçı cavabdehlə ailə qurduqdan sonra, yəni 2008-ci ildə ünvan 2 ünvanında yerləşən 0,003ha torpaq sahəsində, yaşayış sahəsi 110 kvm-dən ibarət 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evi inşa etdirmişlər. Tərəflərin rəsmi nikahları isə 2018-ci ildə məhkəmə qaydasında pozulmasına baxmayaraq, iddiaçı uşaqlarıyla birlikdə 2008-ci ildən başlayaraq 2024-cü ilin fevral ayına kimi, həmin fərdi yaşayış evinin onlara düşən yaşayış sahəsindən istifadə edərək orada yaşamışdır. Son vaxtlar cavabdehin qəsdən münaqişəli vəziyyət yaradaraq münasibətləri gərginləşdirməsi səbəbindən maddi imkanlarının son dərəcə ağır olmasına baxmayaraq iddiaçı kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Lakin buna baxmayaraq iddiaçıya məxsus cehiz əşyaları və istifadəsinə zəruri ehtiyac olan məişət avadanlıqları hal-hazırda, həmin mübahisəli yaşayış sahəsində qalmaqdadır. Birgə yaşayış dövründə əldə edilən həmin fərdi yaşayış evindən iddiaçının və iddiaçının yanında qalan uşaqlarının istifadə hüququnun olduğunu nəzərə alaraq onlar həmin evə köçürülməlidirlər. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı onun ata evi olan ünvan 3 ünvanında yerləşən 5 otaqlı evə gəlin gəlmişdir. Daha sonra atalarından miras qalan bu ev övladları arasında bölünmüş və hər kəsə pay verilmişdir. Evin satışından əldə edilən pul ilə anası ünvan 1 ünvanında yerləşən 0,003 ha torpaq sahəsində110 kv.metrdən ibarət, 4 otaqlı fərdi yaşayış evi tikdirmişdir. Onlar həmin evə toydan sonra köçmüşlər. Hazırda evin hər hansı rəsmi sənədi yoxdur. Daha sonra onlar arasında olan nikah pozulmuşdur. Lakin onlar boşandıqdan sonra o, iddiaçını ünvan 1 ünvanında yerləşən 0,003 ha torpaq sahəsində110 kv.metrdən ibarət, 4 otaqlı fərdi yaşayış evindən çıxarmamış və onun tərəfindən iddiaçının həmin evə buraxılmaması kimi bir hal olmamışdır. Lakin hal-hazırda iddiaçının orada yaşamağına razı deyildir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(002)-2559/2018 saylı, xx.xx.2018 saylı qətnaməsindən görünür ki, iddia tələbləri təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 26 noyabr 2007- ci il tarixdə bağlanmış və Qobustan RİHB Ərəbqədim kəndi üzrə nümayəndəliyində 30 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, həmin nikahdan olan X3 və X5m anaları - Seyidova (Səmədova) Səlimə Ağasəməd qızının yanında qalmaları müəyyən edilmiş, 06 dekabr 2008-ei il təvəllüdlü X1 və 16 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçiiıı məhkəmənin 13 sentyabr 2018-ci il tarixli qərardadı ilə aliment ödənişləri nəzərə alınmaqla 20 iyun 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Seyidova (Səmədova) Səlimə Ağasəməd qızına verilmişdir. -Asan-Şamaxı tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixindən ünvan 4 ünvanında qeydiyyatdadır. -Elekton Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portalda çıxarışdan görünür ki, İddiaçı və Seyidov X2 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 26 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ailə qurduqdan sonra ünvan 2 ünvanında yerləşən 0,003 ha torpaq sahəsində, yaşayış sahəsi 110 kvm-dən ibarət 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 2(002)-2559/2018 saylı, xx.xx.2018 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Tərəflərin rəsmi nikahları 2018-ci ildə məhkəmə qaydasında pozulmasına baxmayaraq, iddiaçı uşaqları ilə birlikdə həmin fərdi yaşayış evinin onlara düşən yaşayış sahəsindən istifadə edərək orada yaşamışdır. Hazırda cavabdeh tərəfindən iddiaçıya həmin ünvanda yerləşən fərdi yaşayış evinə daxil olub orada yaşamasına maneələr yaradıldığından iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla, tərəflərin izahatından müəyyən olunmuşdur ki, iddiaçı həyat yoldaşı və uşaqları ilə birlikdə sözügedən torpaq sahəsində fərdi yaşayış evində yaşamışlar. Həmin fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi mövcud deyildir. Bununlada məhkəmə qeyd edir ki, mübahisəli evə hər iki tərəfin yaşamaq hüquq bərabərdir və evə dair eyni statusa malikdirlər. Eyni zamanda məhkəmə qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan övladları-xx.xx.2008ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 0,003 ha torpaq sahəsində yaşayış sahəsi 110 kv.metrdən ibarət 4 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbində dövlət rüsumunu tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları-xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 0,003 ha torpaq sahəsində yaşayış sahəsi 110 kv.metrdən ibarət 4 otaqlı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar