Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4472/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi Ərizəçi qızının və onun vəkili X6 iştirakı ilə, Ərizəçi qızının maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsinə 16 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi qızı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.02.1971-ci ildə Rusiya Sovet Sosialist Respublikasının Dağıstan MSSR Rutulski rayonu, İxrek kəndində doğulması,onun- Ərizəçi qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1989-cu ildən Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qızı 20 fevral 1971-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutulsk rayonunun İxrek kəndində anadan olmuşdur. Ərizəçi 1989-cu ildə Bakı şəhərinə gəlmiş və bir müddət sonra X4 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəqsiqəsini almamışdır. Hazırda şəxsiyyətini təsdiq edən edən yeganə sənəd SSRİ pasportudur. 1989-cu ildən 2014-cü ilədək ərizəçi həyat yoldaşı Rövşən Mircalalov və üç övladları - Minəvvər Mircalalova, Taleh Mircalalov və Şahin Mircalalova ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində Sovetski məhəlləsində yaşamışlar. 2014-cü ildə həmin ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 3, ev 12 ünvana köçmüşlər və həyat yoldaşı Rövşən Mircalalov və 3 (üç) övladı ilə birlikdə orada yaşayır. 07 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığının olmaması barədə arayış vermişdir. Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 1989-cu ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsubiyyətinin olmamasının müəyyən edilməsi barədə arayış (məlumat) verilməsini xahiş etmişdir. Lakin ərizəçiyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən 1989-cu ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsubiyyətinin olmamasının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməyi bildirilmişdir. Buna görə də hazırda ərizəçi tərəfindən məhkəməyə müraciət edilmişdir. Ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də 20.02.1971-ci ildə Rusiya Sovet Sosialist Respublikasının Dağıstan MSSR Rutulski rayonun, İxrek kəndində doğulmuş, ərizəçinin - Ərizəçi qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1989-cu ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında ərizəçinin vəkili X11 ərizədə göstərilənləri təsdiq edərək, ərizəyə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X10 izahatında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi qızı onun həyat yoldaşıdır. Həyat yoldaşı Ərizəçi əslən Dağıstanlıdır. Ərizəçi ilə 1990-cı il tarixdən ər-arvad kimi birlikdə yaşayırlar. Birgə nikahlarından 3 (üç) övladları - 27 iyul 1998-ci il təvəllüdlü X7, 12 iyun 2000-ci il təvəllüdlü X8 və 14 fevral 2006-cı il təvəllüdlü X2 anadan olmuşdur. Ərizəçi ilə 2004-cü il tarixdə rəsmi nikah bağlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi qızı anasıdır. Ailəvi olaraq Bakı şəhərində Sovetski deyiln yerdə yaşamışlar. Bu yaxın zamanlarda isə Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşlər. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, iş materiallarında olan 142729 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 və Ərizəçi qızı arasında nikah Bakı şəhər “Səadət Sarayı”nda 28 dekabr 2004-cü il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 3671 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Mircalalova” soyadı verilmişdir. İş materiallarında olan 025463 №-li, 280337 №-li və 144278 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 27 iyul 1998-ci il təvəllüdlü X7, 12 iyun 2000-ci il təvəllüdlü X8 və 14 fevral 2006-cı il təvəllüdlü X1 atası X4, anası isə Ərizəçi qızıdır. İş materiallarında olan AA2322992 №-li, AA1101266 №-li və AA1391324 №-li şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 27 iyul 1998-ci il tarixdə X7, 12 iyun 2000-ci il tarixdə X8 və 14 fevral 2006-cı il tarixdə X2 anadan olmuşdur. İş materiallarında olan 626617 nömrəli pasportun əslindən görünür ki (əslinə məhkəmə baxışı zamanı baxış keçirilmişdir), Ərizəçi qızı 20 fevral 1971-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutulsk rayonunun İxrek kəndində anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Mahmudova X5 rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 3, ev 12 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 07 avqust 2019-cu il tarixli ******* nömrəli arayışdan görünür ki, 20 fevral 1971-ci il təvəllüdlü Ərizəçi qızının 422666/m nömrəli, 30 iyul 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Rusiya Federasiyası Azərbaycan Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli, 2453/KO nömrəli Rusiya Federasiyası vətəndaşlığının olmaması barədə arayışdan görünür ki, 20.02.1971-ci ildə Dağıstan MSSR Rutulski rayonunun İxrek kəndində doğulmuş Ərizəçiovnanın Rusiya Federasiyasının vətəndaşlığını almadığı və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyə müvafiq olaraq Rusiya Federasiyasının vətəndaşı olmadığı təsdiq edilir. İş materiallarında olan Rusiya Federasiyası Dağıstan Respublikası Rutulsk rayonu Rutulks rayon administrasiyasının arxiv şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2017-ci il tarixli 217 nömrəli ailə tərkibi haqqında arxiv arayışından görünür ki, DMSSR Rutulsk zəhmətkeç deputatlar kənd sovetinin və onun icra komitəsinin arxiv fondunun sənədləşmə materiallarında qismən də DR Rutulsk rayon İxrek kəndi 1970-1975-ci illər ərzində təsərrüfatbaşı kitabında Mahmudiyev Zeynutdinin təsərrüfatı qeyd edilmişdir və onun ailə tərkibinə aşağıdakılar daxildir: ailə başçısı 1930-cu il təvəllüdlü Mahmudiyev Zeynutdin, həyat yoldaşı 1928-ci il təvəllüdlü Mahmudiyeva Limun, qızı 20.02.1971-ci il təvəllüdlü DR, Rutulsk rayonu, İxrek kəndində anadan olmuş X3. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi qızına ünvanlanmış 29.06.2021-ci il tarixli, R/M-894 nömrəli məktubdan görünür ki, Ərizəçi bildirilmişdir ki, 30.07.2019-cu il tarixli 422666/m nömrəli müraciətinə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və Azərbaycan Respublikasının vətəndaşı olmadığı nəticəsinə gəlinmişdir. Bu barədə 07.08.2019-cu il tarixli ******* nömrəli arayış təqdim olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1989-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Həmçinin qeyd edilmişdir ki, eyni məzmunlu 08.06.2021-ci il tarixli M-2316/2893/ə nömrəli müraciətə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq nəticəsi barədə 18 iyun 2021-ci il tarixli məktubla məlumat verilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı” haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 14-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ərizəçi qızı 1989-cu ildən hal-hazıradək daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşamışdır. Ərizəçi qızı hazırda heç bir ölkənin vətəndaşı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərdən, tərəflərin verdikləri izahatlardan və şahid ifadələrindən müəyyən edilmişdir ki, Ərizəçi qızının Azərbaycan Respublikası Qanunverciliyinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 5 ildən artıq daimi yaşaması müəyyən edildiyindən, onun 1989-cu il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə ərizəsi ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızının 1989-cu il tarixdən hazıradək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4472/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4472/2021
16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver