Məhkəmə qərarları › İş №2(012)-4476/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4476/2021

18.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4476/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və X11 cəlb edilməklə) qarşı “iş stajı barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və X11 cəlb edilməklə) qarşı “iş stajı barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək (cəmi 11 il 11 ay) fasiləsiz iş stajı barədə arayışın iddiaçıya təqdim olunması öhdəliyinin cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi 02.11.1980-cı il tarixdən 28.02.1999-cu il tarixədək Azərbaycan Sovet Sosialist Respublikasında olmaqla, Azərbaycan Respublikasında fasiləsiz iş stajına malik olmuşdur. Bununla bağlı iddiaçıya iş stajını təsdiq edən İT–İ ******* saylı əmək kitabçası verilsə də, həmin əmək kitabçasının surəti naməlum şəraitdə itmişdir. 02.10.1992-ci il tarixdən etibarən işlədiyi Həmkarlar Təşkilatı iddiaçının həmin 02.11.1980-cı il tarixli İT-İ ******* saylı əmək kitabçasının əsli əsasında iddiaçının əmək kitabçasının əsli ilə düzdür təsdiqli surətini işə əlavə etmək üçün tərtib və təsdiq etmişdir. İddiaçının 02.10.1992-ci il tarixdən 16.02.1999-cu il tarixədək 6 il 4 ay 14 gün Meşə, Kağız və X19 X2 Respublika Komitəsində əməyin mühafizəsi üzrə baş texniki inspektoru məsul vəzifəsində işləməsi ilə bağlı sözügedən qurum tərəfindən iddiaçıya rəsmi sənəd təqdim edilmiş və o həmin sənədi aidiyyəti üzrə Belarusiya Respublikası Minsk şəhəri Moskva rayonu administrasiyasının pensiya təyin olunması üzrə Komissiyasına təqdim etmişdir. Belarusiya Respublikası Minsk şəhəri Moskva rayonu administrasiyasının pensiya təyin olunması üzrə Komissiyanın “Pensiya təyin olunmasına imtina haqqında 31.12.2020-ci il tarixli 416 nömrəli Protokol”una əsasən iddiaçıya iş stajının az olması əsası ilə pensiya təyin edilməsindən imtina olunmuşdur. Belə ki, həmin imtinada qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikasında əmək stajı 6 il 4 ay 14 gün - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı iş stajı müddəti təşkil edir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikasında, yəni Azərbaycan Sovet Sosialist Respublikasında işlədiyi qurumlardan iş stajı barədə arayışların alınması üçün müraciətlər etmişdir. Həmin müraciətlər əsasında 10.12.1988-ci il tarixdən 07.11.1997-ci il tarixədək İddiaçı Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “inşaat materialları” kafedrasında müəllim kimi saathesabı dərs deməsi ilə bağlı arayış Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan İnşaat Mühəndisləri Universiteti tərəfindən iddiaçıya təqdim olunmuşdur. Eyni zamanda iddiaçı 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək keçmiş Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesində yerləşən Bakı Mebel Hissələri Kombinatında və bu Kombinatın tabe olduğu qurumlarda mebel sənayesi üzrə məsul vəzifələrdə 11 il 11 ay fasiləsiz işləməsi ilə bağlı hüquq varisliyi üzrə Bakı Mebel Hissə X20 Cəmiyyətinə müraciət etmişdir. Lakin iddiaçının Azərbaycanda işlədiyi 3 qurumdan ikisi - Azərbaycan İnşaat Mühəndisləri Universiteti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası iddiaçıya bu qurumlarda işləməsi barədə zəruri rəsmi Arayışı təqdim etsə də, rəsmi müraciət olunmasına baxmayaraq, sözügedən dövlət qurumunun tabeliyində olmuş Kombinatın hüquq varisi Bakı Mebel Hissə X20 Cəmiyyəti iddiaçının 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək fasiləsiz iş stajı barədə Arayışı təqdim etməmiş və iddiaçının bu quruma rəsmi müraciətinə münasibət bildirməmişdir. Bununla da müvafiq müddətlər üzrə fasiləsiz iş stajı barədə arayış hazırkı Bakı Mebel Hissə X20 Cəmiyyəti tərəfindən iddiaçıya təqdim olunmamışdır. İddiaçının əmək kitabçasının əsli olmasa da, sözügedən 11 il 11 ay fasiləsiz iş stajının olmasını təsdiq edən çoxsaylı rəsmi dövlət sənədləri vardır. Lakin həmin sənədlər və digər sənədlər, aktlar və sair əsasında Bakı Mebel Hissə X20 Cəmiyyəti iddiaçıya müvafiq iş stajı barədə arayışı təqdim edə biləcəyi halda bunu etmir. Bu isə iddiaçının hazırda vətəndaşı olduğu Belarusiya Respublikasında pensiyaya çıxmaq üçün müvafiq dövlət qurumuna zəruri yekun sənədin təqdim edilməsini mümkünsüz edir. Çünki Belorusiyada da Azərbaycandakı kimi sözügedən dövrlər üzrə iş stajı əmək kitabçası, arxiv arayışı, çalışdığı təşkilatın təqdim etdiyi iş stajı barədə arayış və ya məhkəmə qətnaməsi əsasında müəyyən olunur. İddiaçının əmək kitabçasının əsli naməlum surətdə itmişdir. Arxiv arayışının əldə olunması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 04.02.2021-ci il tarixli 4/182 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Sovet Sosialist Respublikası Meşə və Ağac Emalı Nazirliyinin və onun tabeliyində olan Bakı Mebel Hissələri Kombinatının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Çalışdığı təşkilatın hüquq varisi iddiaçıya iş stajı barədə müvafiq arayışı heç bir əsas gətirmədən təqdim etmək istəmir. İş stajı barədə hüquq müəyyən edici çoxsaylı sənədlərin olması işin məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Cavabdeh qurumun qeyri-dövlət təşkilatı olması isə işin inzibati icraat qaydasında deyil, ümumi məhkəmə qaydasında və cavabdehin qeydiyyat ünvanı olan Abşeron rayonu üzrə baxılmasını zəruri edir. İddiaçı 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək keçmiş Azərbaycan Sovet Sosialist Respublikası Meşə və Ağac Emalı Nazirliyinin tabeliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesində yerləşən Bakı Mebel Hissələri Kombinatında və bu Kombinatın tabe olduğu qurumlarda 11 il 11 ay fasiləsiz işləməsi bir çox hüquqi sənədlərlə təsdiq olunur. Həmin hüquq müəyyən edici sənədlər aşağıdakılardır: - 1. Meşə, kağız və X19 X2nın Azərbaycan Respublika Komitəsi tərəfindən təsdiq olunmuş JV 459850 saylı diplomun surətindən müəyyən olunur ki, iddiaçı Kirov adına X1 24 iyun 1980-cı il tarixdə meşə mühəndisliyi işi ixtisası ilə müvəffəqiyyətlə bitirmişdir. 2. Meşə, kağız və X19 X2nın Azərbaycan Respublika Komitəsi tərəfindən təsdiq olunmuş 02.11.1980-cı il tarixli İT-İ ******* saylı əmək kitabçasının təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesində yerləşən Bakı Mebel Hissələri Kombinatında və bu Kombinatın tabe olduğu dövlət qurumunda 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək 11 il 11 ay fasiləsiz işləmişdir. 3.X10 qeydiyyat vərəqi üzrə 15 №-li üzvlük biletinin əsli ilə müəyyən olunur ki, iddiaçı mühəndis texnoloq ixtisası üzrə 02 noyabr 1980-cı il tarixdən Bakı Mebel Hissələri Kombinatında əmək fəaliyyətinə başlamış və həmin rəsmi sənədin 2-ci səhifəsi ilə təsdiq olunur ki, iddiaçı: - 02.11.1980-cı il tarixdən 1984-cü il tarixədək Bakı Mebel Hissələri Kombinatında böyük mühəndisin müavini vəzifəsində,1984-cü il tarixdən 1988-ci il tarixədək meşə və X19 nazirliyində baş mühəndis vəzifəsində, 1988-ci il tarixdən 02.10.1992-ci il tarixədək Bakı Mebel Hissələri Kombinatında direktorun müavini vəzifəsində, 02.10.1992-ci il tarixdən 28.02.1999-cu il tarixədək isə X21 həmkarlarının Respublika Komitəsində işləmişdir. 4. Meşə Sahə X8nın Azərbaycan Respublika Komitəsinin 15.03.1999-cu il tarixli 12 nömrəli rəsmi sənədi ilə müəyyən olunur ki, iddiaçı “X1 bitirdikdən sonra 1980-1999-cu illərdə Azərbaycan Respublikasının meşə və ağac emalı sahəsində işləmişdir. 5. Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 Nazirliyinin həmkarlar komitəsinin rəsmi möhürü ilə təsdiq olunmuş 06 iyun 1988-ci il tarixli 15 №-li protokolun çıxarışından müəyyən olunur ki, iddiaçı burada həmin müddətdə həmkarlar komitəsinin sədri vəzifəsində işləmişdir. 6. Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 Nazirliyinin Bakı Mebel Hissələri Kombinatının 29.03.1984-cü il tarixli istehsalat xasiyyətnaməsi ilə müəyyən olunur ki, iddiaçı 02 noyabr 1980-cı ildən etibarən Bakı Mebel Hissələri Kombinatında müxtəlif vəzifələrdə nümunəvi məsul əməkdaş kimi işləmiş və əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə böyük mühəndisin müavini” vəzifəsində olarkən 29.03.1984-cü il tarixli istehsalat xasiyyətnaməsi əsasında Kombinatın tabe olduğu Azərbaycan Sovet Sosialist Respublikası Meşə və Ağac Emalı Nazirliyinin aparatına subordinasiya üzrə daha yuxarı vəzifəyə irəli çəkilməsi üçün təqdim olunmuşdur. Bu xasiyyətnamə əsasında 04.04.1984cü il tarixdən iddiaçı Kombinatın tabe olduğu Nazirlikdə təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə baş mühəndis vəzifəsinə keçirilmişdir. 7. Azərbaycan Sovet Sosialist Respublikası Meşə və Ağac Emalı Nazirliyinin və Respublika Meşə Kağız, Ağac sənayesi (lesbumdrevprom) işçilərinin həmkarlar ittifaqının möhürləri ilə təsdiq edilmiş 1986-cı il tarixli Fəxri Fərmanla müəyyən olunur ki, iddiaçı Azərbaycan Sovet Sosialist Respublikası Meşə və Ağac Emalı Nazirliyinin təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə baş mühəndis vəzifəsində nümunəvi fəaliyyətinə görə mükafatlandırılır. 8. Azərbaycan Sovet Sosialist Respublikası Meşə və Ağac Emalı Nazirliyinin 19.02.1985-ci il tarixli 013/36 saylı arayışı ilə müəyyən olunur ki, iddiaçı Bakı Mebel Hissələri Kombinatının tabe olduğu Nazirlikdə işləyir. 9. Həmkarlar İttifaqının 02 noyabr 1980-ci il tarixli 01832833 nömrəli bileti ilə müəyyən olunur ki, İddiaçı üçün 02 noyabr 1980-cı il tarixdə təsdiq olunmuş həmin biletin bileti verən təşkilatın adı hissəsində Bakı Mebel Hissələri Kombinatı sözləri qeyd olunmuşdur. Eyni zamanda bu təsdiq olunmuş biletlə müəyyən olunur ki, İddiaçı 1980-ci ildən 1999-cu ilədək üzvlük haqlarını ödəmiş, yəni fasiləsiz işləmişdir. İddiaçının aidiyyəti dövlət orqanlarına rəsmi müraciətləri əsasında 1980-1992-ci illər üzrə iddiaçının çalışdığı təşkilatların hüquq varisinin Bakı Mebel Hissə X20 Cəmiyyəti olmasını ehtiva edən aşağıdakı sənədlər təqdim olunmuşdur: - 1. Müraciət üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən təqdim olunmuş aşağıdakı hüquqi aktlarla müəyyən olunur ki: - 1.1. “SSRİ Meşə, Sellüloz-Kağız və X19 Nazirliyin iki nazirliyə bölünməsi haqqında” SSRİ X22 Heyətinin 11 iyun 1968-ci il tarixli 2739-Vİİ nömrəli fərmanın 1-ci bəndində qeyd olunur ki, SSRİ Meşə, Sellüloz-Kağız və X19 Nazirliyi iki nazirliyə bölünsün: - SSRİ Meşə və X19 Nazirliyinə (ittifaq-respublika nazirliyi); - SSRİ Sellüloz- Kağız Sənayesi Nazirliyinə (ittifaq-respublika nazirliyi). 1.2. Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 13 mart 1970-ci il tarixli 86 nömrəli qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 Nazirliyinin Əsasnaməsi təsdiq olunmuş, həmin Əsasnamənin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 Nazirliyi, Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasına uyğun olaraq ittifaq - respublika nazirliyidir və öz fəaliyyətində Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinə və Sovet Sosialist Respublikasının Meşə və X19 Nazirliyinə tabedir. Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 Nazirliyi ağac kəsmə, ağac emalı və mebel sənayesi, karton və kağız məhsullarının istehsalı üzrə rəhbərliyi həyata keçirir. 5-ci bəndinin 14-cü abzasında qeyd olunmuşdur ki, Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 Nazirliyi rəhbər işçilərinin, mühəndis-texniki işçilərinin, fəhlə və qulluqçularının seçimi, təlim-tərbiyəsi, hazırlıq və ixtisasartırılması və onların düzgün istifadəsi üzrə iş aparır. 5-ci bəndinin 16-cı abzasında qeyd olunmuşdur ki, Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 Nazirliyi müəyyən olunmuş qaydada Nazirliyin sistemindəki qabaqcıl işçiləri fəxri qramota ilə mükafatlandırır və Meşə, Kağız və X19 X8 Respublika Komitəsi ilə birlikdə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 14 noyabr 1957-ci il tarixli, 639 saylı qərarı ilə müəyyən olunmuş qaydada döş nişanları ilə təltif edir. 5-ci bəndinin 19-cu abzasında qeyd olunmuşdur ki, Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 Nazirliyi Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin icazəsi ilə Nazirliyin müəssisələrini və digər təsərrüfat təşkilatlarını müəyyən olunmuş qaydada təşkil edir, yenidən təşkil edir və ləğv edir. 7-ci bəndinin 5-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Sovet Sosialist Respublikası Meşə və X19 naziri Nazirliyin idarələrinin, şöbələrinin və tabeliyində olan müəssisə, idarə, təşkilatların əsasnamələrini (nizamnamələrini) təsdiq edir. 1.3. “SSRİ Meşə və X19 Nazirliyinin və SSRİ Sellüloz-Kağız Sənayesi Nazirliyinin bir ittifaq-respublika nazirliyində SSRİ Meşə, Sellüloz-Kağız və X19 Nazirliyində birləşdirilməsi haqqında” SSRİ X22 Heyətinin 30 oktyabr 1980-cı il tarixli 3206-X nömrəli fərmanında qeyd olunur ki, SSR Meşə və X19 Nazirliyi və SSRİ Sellüloz-Kağız Sənayesi Nazirliyi bir ittifaq-respublika nazirliyində - SSRİ Meşə, Sellüloz-Kağız və X19 Nazirliyində birləşdirilsin, sellüloz-kağız sənayesi müəssisələri, birlikləri və digər təşkilatları bilavasitə ona tabe edilsin. 1.4. “Meşə təsərrüfatının və meşə sənayesinin idarə olunmasını təkmilləşdirmək haqqında” SSR X22 Heyətinin 16 mart 1988-ci il tarixli 8626-Xİ nömrəli Fərmanının 2-ci bəndində qeyd olunur ki, SSRİ Meşə, Sellüloz-Kağız və X19 Nazirliyinin bazasında ittifaq-respublika SSRİ Meşə Sənayesi Nazirliyi təşkil edilsin. 1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1991-ci il tarixli 149 nömrəli qərarı əsasında mebelin istehsalı və realizə olunmasını həyata keçirən “Azərmebelsənaye” Konserninin Nizamnaməsi təsdiq olunmuşdur. Həmin qərarın: 1-ci bəndində qeyd olunmuşdur ki, nəzərə alınsın ki, SSRİ Sənayesi Nazirliyi 27 mart 1991-ci il tarixli 73 nömrəli əmri ilə “Azərbaycanlesprom” Ərazi İstehsalat Birliyinin müəssisə və təşkilatlarının əmək kollektivlərinin təklifi ilə bu Birliyin bazasında mebel istehsalı və realizəsi üzrə “Azermebelbprom” Konserninin təşkili təşəbbüsünə razılaşmışdır. 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Planlaşdırma Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və SSRİ Meşə Sənayesi Nazirliyi ilə razılaşdırılmış mebel istehsalı və realizəsi üzrə “Azərmebelprom” Konserninin əlavə olunan Nizamnaməsi qeydiyyata alınsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1991-ci il tarixli 149 nömrəli qərarı qeydiyyata alınmış mebel istehsalı və realizəsini həyata keçirən “Azərmebelprom” Konserninin Nizamnaməsinin 1-ci bəndində qeyd olunur ki, mebel istehsalı və realizəsini həyata keçirən “Azərmebelprom” Konserni, bundan sonra - Konsern adlandırılacaq, “SSRİ-də müəssisələr (təşkilatlar) haqqında” SSRİ qanununa uyğun olaraq “Azərbaycanlesprom” Ərazi İstehsalat Birliyinin müəssisə və təşkilatlarının bazasında təşkil olunmuşdur. Mebel istehsalı və realizəsini həyata keçirən “Azərmebelsənaye” (Azərmebelprom) Konserninin 29 may 1991-ci il tarixli 149 nömrəli Nizamnaməsinin Əlavəsi ilə müəyyən olunan “Azərmebelsənaye” (Azermebelbprom) Konserninin müəssisə və təşkilatlarının Siyahısının 2-ci abzasında “Bakı Mebel Hissələri Kombinatı” qeyd olunmuşdur. 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.05.2021-ci il tarixli **********612000 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyindəki Bakı Mebel Hissələri Kombinatı bazasında Bakı Mebel Hissə X20 Cəmiyyəti yaradılmışdır. Bakı Mebel Hissə X20 Cəmiyyətinin Nizamnaməsində onun Bakı Mebel Hissələri Kombinatının hüquqi varisi olması və ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Şamaxı yolu 4 olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin https://www.e-taxes.qov.az/ebvn/paverOrVoenChecker.isp rəsmi saytındakı məlumatla müəyyən olunur ki, Bakı Mebel Hissə X20 Cəmiyyətinin hüquqi ünvanı - AZ0100, ünvan 5 təmsilçisi X5r. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Meşə və X19 Nazirliyinin və onun hüquq varisi olan dövlət qurumunun tabeliyində olmuş Bakı Mebel Hissələri Kombinatında İddiaçı işləməsi iddia ərizəsinə əlavə olunan rəsmi sənədlərdəki qeydlər, həmin sənədlərə vurulmuş möhürlər, əmək kitabçasının təsdiq olunmuş surəti, işə əlavə olunmuş normativ hüquqi aktların surətləri və müvafiq dövlət orqanlarının rəsmi cavab məktubları ilə müəyyən olunur. Həmin sənədlərlə müəyyən olunur ki: 02.11.1980-cı il tarixdə iddiaçı Azərbaycan SSR Meşə və X19 Nazirliyinin tabeliyində olmuş Bakı Mebel Yığma Kombinatına işə gənc mütəxəssis kimi qəbul olunmuşdur. 01.07.1981-ci il tarixdə iddiaçının çalışdığı Bakı Mebel Hissələri Kombinatının əvvəlki adında texniki düzəliş edilmiş, “Bakı Mebel Yığma Kombinatı” sözləri “Bakı Mebel Hissələri Kombinatı” sözləri ilə əvəz olunmuşdur. Bu dəyişiklik barədə iddiaçının və iddiaya əlavə olunmuş, onunla birlikdə çalışmış 2 nəfər iş yoldaşının əmək kitabçasının təsdiqli surətində və bütün digər bu sahədə çalışmış şəxslərin əmək kitabçalarında qeyd olunmuşdur. 29.03.1984-cü il tarixdə Azərbaycan SSR Meşə və X19 Nazirliyinin Bakı Mebel Hissələri Kombinatının istehsalat xasiyyətnaməsi ilə iddiaçı Kombinatda çalışdığı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə böyük mühəndisin müavini vəzifəsindən Kombinatın tabe olduğu Azərbaycan SSR Meşə və Ağac Emalı Nazirliyinin aparatına subordinasiya üzrə daha yuxarı vəzifəyə irəli çəkilməsi üçün təqdim olunmuşdur. 04.04.1984-cü il tarixdə iddiaçı Kombinatda tutduğu vəzifədən azad olunaraq Kombinatın tabe olduğu Azərbaycan SSR Meşə və Ağac Emalı Nazirliyinin aparatına təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə baş mühəndis vəzifəsinə köçürülmüşdür. 26 may 1988-ci il tarixli, 9003-Xİ nömrəli SSRİ Qanunu ilə SSRİ Meşəçilik, Sellüloz-kağız və X19 Nazirliyinin bazasında SSRİ Meşə Sənayesi Nazirliyi yaradılmışdır. 18.08.1988-ci il tarixdə Azərbaycan SSRİ “Minlesprom”un bazasında “Azərbaycanlespron” Ərazi İstehsalat Birliyi yaradıldığından iddiaçı müvafiq vəzifəyə təyin olunmuşdur. 22.06.1989-cu il tarixdə “Azərbaycanlespron” Ərazi İstehsalat Birliyinin Bakı Mebel Hissələri Kombinatında müvafiq vəzifə üzrə işə keçirilmişdir. 29.05.1991-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 nömrəli qərarı əsasında SSRİ Meşə Sənayesi Nazirliyinin 27 mart 1991-ci il tarixli 73 nömrəli əmri ilə “Azərbaycanlesprom” Ərazi İstehsalat Birliyinin müəssisə və təşkilatlarının əmək kollektivlərinin təklifi ilə bu Birliyin bazasında mebel istehsalı və realizəsi üzrə “Azermebelbprom” Konserninin təşkili təşəbbüsünə razılıq verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə mebelin istehsalı və realizə olunmasını həyata keçirən “Azərmebelsənaye” Konserninin Nizamnaməsi təsdiq olunmuşdur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Planlaşdırma Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və SSRİ Meşə Sənayesi Nazirliyi ilə razılaşdırılmış mebel istehsalı və realizəsi üzrə “Azərmebelprom” Konserninin əlavə olunan Nizamnaməsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1991-ci il tarixli 149 nömrəli qərarı qeydiyyata alınmış mebel istehsalı və realizəsini həyata keçirən “Azərmebelprom” Konserninin Nizamnaməsinin 1-ci bəndində qeyd olunur ki, mebel istehsalı və realizəsini həyata keçirən “Azərmebelprom” Konserni, “SSRİ-də müəssisələr (təşkilatlar) haqqında” SSRİ qanununa uyğun olaraq “Azərbaycanlesprom” Ərazi İstehsalat Birliyinin müəssisə və təşkilatlarının bazasında təşkil olunmuşdur. Mebel istehsalı və realizəsini həyata keçirən “Azərmebelprom” Konserninin 29 may 1991-ci il tarixli 149 nömrəli Nizamnaməsinin Əlavəsi ilə müəyyən olunan “Azermebelbprom” Konserninin müəssisə və təşkilatlarının Siyahısının 2-ci abzasında “Bakı Mebel Hissələri Kombinatı” qeyd olunmuşdur. 10.11.1997-ci il tarixli 1002 nömrəli Azərbaycan Respublikası Əmlak Komitəsinin sərəncamı ilə “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyindəki Bakı Mebel Hissələri Kombinatı bazasında “Bakı Mebel Hissə X20 Cəmiyyəti” yaradılmış, bu Cəmiyyət 22.12.1997-ci il tarixdə Ədliyyə Nazirliyində D-2325 nömrə ilə dövlət qeydiyyatına alınmışıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.05.2021-ci il tarixli **********612000 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı Mebel Hissə X20 cəmiyyətinin Nizamnaməsində onun Bakı Mebel Hissələri Kombinatının hüquqi varisi olması və ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Şamaxı yolu 4 olması barədə qeyd mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia ərizəsinə əlavədə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək Bakı Mebel Hissələri Kombinatında və bu Kombinatın tabe olduğu qurumlarda mebel sənayesi üzrə məsul vəzifələrdə 11 il 11 ay fasiləsiz işləməsi ilə bağlı hüquq varisliyi üzrə Bakı Mebel Hissə X20 Cəmiyyətinə müraciət etmişdir. İddiaçının işlədiyi həmin Bakı Mebel Hissələri Kombinatı həm Azərbaycan Sover Sosialist Respublikası Meşə və Ağac Emalı Nazirliyinin, həm də sonradan “Azərbaycan Meşə Sənayesi” Ərazi İstehsalat Birliyinin tabeliyində olduğu vaxtlarda bu Kombinatın hüquqi ünvanı ünvan 7inatının hüquqi varisi olan Bakı Mebel Hissə X20 Cəmiyyətinin də hüquqi ünvanı hazırda eynidir. Lakin iddiaçının Azərbaycan Respublikasında işlədiyi Azərbaycan İnşaat Mühəndisləri Universiteti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ona bu qurumlarda işləməsi barədə zəruri rəsmi arayışı təqdim etsə də, rəsmi müraciət olunmasına baxmayaraq, Bakı Mebel Hissələri Kombinatının hüquq varisi olan Bakı Mebel Hissə X20 Cəmiyyəti iddiaçının 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək fasiləsiz iş stajı barədə arayışı təqdim etməmiş və iddiaçının bu quruma rəsmi müraciətinə münasibət bildirməmişdir. Bununla da müvafiq müddətlər üzrə müvafiq vəzifələrdə fasiləsiz iş stajı barədə arayış hazırkı Bakı Mebel Hissə X20 Cəmiyyəti tərəfindən iddiaçıya təqdim olunmamışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyəti, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və X11 məhkəmədə iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə iş yoldaşı olmuşlar. O, özü Bakı Mebel Hissə X20 Cəmiyyətində 1970-ci ildən 2005-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı isə Bakı Mebel Hissə X20 Cəmiyyətində 1980-cı ildən 1992-ci ilə qədər mühəndisin müavini, baş mühəndis və direktorun müavini vəzifələrində işləmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, o da İddiaçı tanıyır. Belə ki, iddiaçı ilə iş yoldaşı olmuşlar və birlikdə işləmişlər. O, özü cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyətində 1981-ci ildən 2005-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı isə Bakı Mebel Hissə X20 Cəmiyyətində 1980-cı ildən 1992-ci ilə qədər mühəndisin müavini, baş mühəndis və direktorun müavini vəzifələrində işləmişdir. Hazırki Bakı Mebel Hissə X20 Cəmiyyətinin müdiriyyəti heç kəsə Cəmiyyətdə işləməsi ilə bağlı heç bir sənəd və arayış vermir. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasında işləyir. İddiaçı onun işçisi olmuşdur. İddiaçıya arayışı o, vermişdir. Həmin vaxtı arayışı imzalamaq səlahiyyəti ona aid idi. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan Minsk şəhəri Moskva rayonu administrasiyasının pensiya təyin olunması üzrə komissiyasının 31.12.2020-ci il tarixli 416 №-li pensiya təyin olunmasına imtina haqqında protokolundan görünür ki, komissiya xx.xx.1958-ci il təvəllüdlü, Minsk şəhəri, Alibeqov küçəsi, 3-145 ünvanında qeydiyyatda olan İddiaçı Belarus Respublikası “Pensiya təminatı haqqında” Qanunun 11, 24 maddələrinə və Belarus Respublikası Höküməti ilə Azərbaycan Respublikası Höküməti arasında 21.11.2013-cü il tarixli pensiya təminatı sahəsində əməkdaşlıq haqqında razılaşmasına uyğun olaraq müvafiq yaşa görə pensiya təyin olunması haqqında ərizəsinə və təqdim olunan sənədlərə baxaraq: - İddiaçı 10.12.2020-ci il tarixli izahatı; - İddiaçı 12.11.1979-cu ildə N saylı hərbi hissə tərəfindən verilən AT-İ seriyalı № ******* saylı əmək kitabçasının surəti; - 24.06.1980-ci ildə Lenin ordenli Kirov adına X1n verdiyi 7KB seriyalı № 459850 saylı diplomun surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin dövlət sosial müdafiə fondunun Mərkəz şöbəsi tərəfindən 11.11.2020-ci ilə **********2 nömrəsi ilə verdiyi iş stajı (sığorta stajı) haqqında arayış; - Belarus Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin Əhalinin sosial müdafiə fondunun Minsk şəhər idarəsinin Moskva rayon şöbəsi tərəfindən 23.11.2020-ci ildə verilən sığortalı şəxsin fərdi hesabından çıxarış. Qanunun 11, 24-cü maddələrinə və Razılaşmaya müvafiq olaraq ərizənin verilməsi tarixinə, yəni 11.11.2020-ci ilə Belarus Respublikası Əhalinin sosial müdafiə qeyribüdcə fondunun dövlət büdcəsinə icbari sığorta ödənişlərinin ödənilməsi ilə (bundan sonra - fondun büdcəsi) tələb olunan 17 il 6 ay iş stajının olmaması ilə əlaqədar İddiaçı yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. Qanunun 5-ci maddəsinə əsasən əmək pensiyası hüququna aşağıdakı şəxslər malikdir: iş və ya digər fəaliyyət növləri ilə məşğul olarkən dövlət sosial müdafiəsi olmuşlar və onlara görə, və ya özləri tərəfindən dövlət sosial sığorta haqqında qanunvericilikdə nəzərdə tutulmuş hallarda Belarus Respublikası əhalinin sosial müdafiə qeyri büdcə fondunun büdcəsinə (bundan sonra - fondun büdcəsi) icbari sığorta ödənişləri Qanunla nəzərdə tutulan digər şərtlərə əməl edilməklə ödənilsin. Eyni zamanda 01 yanvar 2016-cı ildən Qanunun 11-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyasına hüququ dövlət sosial sığorta haqqında qanunvericiliyə müvafiq fondun büdcəsinə icbari sığorta haqqlarının ödənilməsi ilə ən azı 15 il 6 ay əmək stajı olduqda verilir. 2017-ci ilin 01 yanvar tarixindən qeyd olunan iş stajı hər il 01 yanvar tarixindən 20 ilə çatana kimi 6 ay artırılır (2020-ci ildə ən azı 17 il 6 ay belə staj tələb olunur). Qanunun 51 maddəsinə əsasən iş stajına işlədiyi, sahibkarlıq, yaradıcılıq və digər fəaliyyətlə məşğul olduğu dövr hesablanır, bir şərtlə ki, qeyd olunan müddətlər ərzində dövlət sosial sığorta haqqında qanunvericiliyə müvafiq fondun büdcəsinə icbari sığorta haqlarının ödənilməsi həyata keçirilsin. İddiaçı Belarus Respublikası ərazisində topladığı iş stajı 11 il 5 ay 14 gün təşkil edir, fond büdcəsinə icbari sığorta haqqlarının ödənilməsi ilə iş stajı 6 il 10 ay 19 gün təşkil edir, o cümlədən aşağıdakı dövrlər üzrə: - 12.11.1979-cu ildən 31.12.1979-cu ilə kimi 1 ay 20 gün - işçi, qulluqçu kimi; - 22.04.1980-ci ildən 31.05.1980-ci ilə kimi 1 ay 10 gün - işçi, qulluqçu kimi; - 01.07.2003-cü ildən 07.09.2003-cü ilə kimi 2 ay 7 gün - sahibkar kimi iş; - 08.09.2003-cü ildən 12.05.2005-ci ilə kimi 1 il 8 ay 5 gün - işçi, qulluqçu kimi; - 13.05.2005-ci ildən 31.12.2005-ci ilə kimi 4 ay 2 gün - sahibkar kimi iş (düzəliş əmsalı ilə staja daxil edilib); - 03.12.2009-cu ildən 26.02.2010-cu ilə kimi 2 ay 21 gün - işçi, qulluqçu kimi (düzəliş əmsalı ilə staja daxil edilib); - 01.03.2010-cu ildən 04.11.2011-ci ilə kimi 1 il 3 ay 11 gün - işçi, qulluqçu kimi (düzəliş əmsalı ilə staja daxil edilib); - 30.06.2020-ci ildən 10.11.2020-ci ilə kimi 4 ay 11 gün - işçi, qulluqçu kimi. Ərizəçinin Azərbaycan Respublikası ərazisində əldə etdiyi və Razılaşma ilə müəyyən olunan qaydada təsdiq olunan pensiya hüququnun müəyyən olunması üçün sığorta (əmək) stajı 6 il 4 ay 14 gün təşkil edir. Müvafiq olaraq Belarus Respublikasında əmək pensiyasına hüququn müəyyən olunması məqsədi ilə ərizəçinin Razılaşmanın hər iki ölkəsinin ərazisində əldə etdiyi sığorta stajı 13 il 3 ay 3 gün təşkil edir. Qanunun 72-ci maddəsinə müvafiq olaraq sosial pensiya hüququn İddiaçı 65 yaşa çatdıqda, yəni 15.09.2023-cü ildə əldə edəcəkdir. İddiaçı yaşa görə əmək pensiyası daha əvvəlcədən müraciət tarixinə tələb olunan fond büdcəsinə icbari sığorta haqlarının ödənilməsi ilə iş stajı olduğu halda təyin oluna bilər. İddiaçı tövsiyyə olunsun ki, keçmiş SSRİ dövlətləri ərazisində əldə etdiyi 31 dekabr 1991-ci ilə qədər iş stajını təsdiq edən sənədləri təqdim etsin. Belarus Respublikası “Pensiya təminatı haqqında” Qanunun 79-cu maddəsinə müvafiq olaraq pensiyaların təyin olunmasını və hesablanmasını həyata keçirən orqanın qərarından əmək, məşğulluq və sosial müdafiə üzrə yuxarı orqana (Minsk şəhər icrayyə komitəsinin əmək, məşğulluq və sosial müdafiə üzrə Komitəsi, Minsk şəhəri, Mayakovski küçəsi, 22, korpus 2) şikayət oluna bilər. Pensiyanın təyin olunması və ya hesablanmasına görə müraciət edən şəxs, işə götürən və digər maraqlı şəxslər pensiyanın təyin olunmasını və hesablanmasını həyata keçirən əmək, məşğulluq və sosial müdafiə üzrə yuxarı orqanın qəbul etdiyi qərardan məhkəməyə şikayət verə bilər. Mülki işin materiallarından olan Bakı şəhəri Oktyabr rayon hərbi komissarlığı tərəfindən verilmiş 22 iyun 1981-ci il tarixdə verilmiş BC seriyalı 063828 nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1958-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuşdur. Təhsili: ali, S.M.Kirov adına Leninqrad meşətexniki akademiyası, 1980-cı il. Hərbi: Akademiya yanında hazırlıq 1980-cı ildə “motoatıcı bölük komandiri” ixtisası. Mülki işin materiallarında olan 1958-ci il təvəllüdlü, ali təhsilli, milliyyəti azərbaycanlı olan, ÜLKGİ (VLKSM) üzvü, təhlükəsizlik texnikası üzrə baş mühəndisin müavini İddiaçı barəsində olan İstehsalat Xasiyyətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, yoldaş Sultanov X7 meşə texnikası akademiyasını bitirdikdən sonra 11 noyabr 1980-ci ildən Bakı mebel hissələri kombinatında işləyir. Meşə birjasının əvəzləyici ustası kimi əmək fəaliyyətinə başlayaraq, 28 noyabr 1980-ci ildə əməyin və əmək haqqının təşkili şöbəsinə baş mühəndis vəzifəsinə köçürülmüşdür, 1982-ci ilin dekabr ayında kombinatın əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə baş mühəndisi müavini vəzifəsinə köçürülmüşdür. Kombinatda bütün vəzifələrdə işləyərkən İddiaçı özünü müsbət tərəfdən göstərmişdir, peşə biliklərinə və geniş mədəni dünya görüşü vardır. Məqsədlərinə çatmaqda inadkardır, tələbkardır. Onun hesabında iki səmərəli təklif vardır. Kombinatın ictimai həyatında iştirak edir. Kombinatın komsomol komitəsinin katib müavini, “komsomol projektoru” qərargahının rəisi, ÜİST şurasının sədridir. Siyasi cəhətdən savadlıdır, mənəvi dayanıqlıdır, məişətdə təvazökardır. Şəxsi yaradıcı planı var və uğurla yerinə yetirilir. İnzibati tutulmalara malik deyil. Xasiyyətnamə Azərbaycan SSR Meşə və ağac emalı nazirliyinə təqdim etmək üçün verilir. Mülki işin materiallarında olan Fəxri Fərmanın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası meşə və X19 nazirliyinin aparatının təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə baş mühəndisi İddiaçı yüksək istehsalat naliyyətləri əldə etdiyi üçün, sosialist öhdəliklərinin uğurla yerinə yetirilməsi üçün, aktiv ictimai iş üçün və Meşə işçiləri Günü ilə əlaqədar fəxri fərman verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan SSR Meşə və X19 nazirliyi tərəfindən verilmiş 19.02.1985-ci il tarixli 013/31 №-li arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan SSR Meşə və X19 nazirliyinin aparatında əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsində işləyir. Arayış M.F.Axundov adına kitabxanaya təqdim etmək üçün verilmişdir. Mülki işin materiallarında olan 01832833 №-li SSRİ X3 İttifaqı biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş İddiaçı işlədiyi Bakı mebel hissələri kombinatında 1980-cı il tarixdə Həmkarlar İttifaqına daxil olmuşdur. İddiaçı tərəfindən 1980-1999-cu illər üçün Həmkarlar ittifaqı üzvlük haqqı ödənilmişdir. Mülki işin materiallarında olan İddiaçı məxsus 02 noyabr 1980-cı il tarixdə tərtib edilmiş X10 15 №-li üzvlük biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02.11.1980-cı il tarixdə Həmkarlar İttifaqına daxil olmuşdur. 02.11.1980-cı il tarixdən işlədiyi təşkilatın adı - Bakı mebel hissələri kombinatıdır, tutduğu vəzifə - baş mühəndisin müavinidir. 1984-cü il tarixdən işlədiyi təşkilatın adı - Meşə-ağac sənayesi nazirliyidir, tutduğu vəzifə - böyük mühəndisdir. 1989-cu il tarixdən işlədiyi təşkilatın adı - Bakı mebel hissələri kombinatıdır, tutduğu vəzifə - direktor müavinidir. 02.10.1992-ci il tarixdən işlədiyi təşkilatın adı - Meşə sahəsi işçilərinin həmkarlar ittifaqının Respublika Komitəsidir, tutduğu vəzifə - baş texnoloq müfəttişidir. Mülki işin materiallarında olan Azərbaycan SSR Meşə təsərrüfatı nazirliyinin administrasiyasının və həmkarlar ittifaqı komitəsinin birgə iclasının 15 saylı, 06 iyun 1988ci il tarixli protokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1 saylı əlavəyə əsasən fərdi istifadə üçün minik avtomobili əldə etmək istəyən Azərbaycan SSR Meşə təsərrüfatı aparatı işçilərinin növbəliyinin siyahısı təsdiq olunmuşdur. Protokol nazir müavini A.A.Hüseynov, Həmkarlar komitəsi sədri İddiaçı tərəfindən imzalanmışdır. Mülki işin materiallarında olan Meşə Sahə X8 Azərbaycan Respublika Komitəsi 15.03.1999-cu il tarixli 12 №-li məktubunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 Azərbaycan Respublika Komitəsi yoldaş İddiaçı Belarus Respublikasında işə düzəltmək üçün tövsiyyə edir və ümid edir ki, İddiaçı praktiki iş tərcübəsi həm Belarus Respublikasının rifahına, həm də ölkələrimiz arasında dostluq, işgüzar münasibətlərin inkişafına istifadə olunacaqdır. Yoldaş İddiaçı X1 bitirdikdən sonra 1980-ci ildən 1999-cu ilə kimi Azərbaycanın meşə və ağac emalı sahəsində işləmişdir. İstehsalatda müxtəlif vaxtlarda usta, mühəndis, baş mühəndisin müavini, sex rəisi, direktor müavini vəzifələrində çalışmışdır. 1984-cü ildən 1988-ci ilə kimi Azərbaycan Meşə və X19 nazirliyinin mərkəzi apparatında əməyin mühafizəsi xidmətinin rəhbəri, baş texnoloq vəzifəsində işləmişdir. O zaman Nazirlik aparatının həmkarlar ittifaqı komitəsinin sədri seçilmişdir. Əsas işdən sərbəst vaxtda Azərbaycan mühəndis-inşaat universitetində dərs demişdir. 1992-ci ildən 1999-cu ilə kimi Həmkarlar ittifaqının Respublika Komitəsində Baş texniki əmək müfəttişi işləmişdir, özünü təşkilatçı, qabiliyyətli savadlı, təşəbbüskar işçi kimi göstərmişdir. Mülki işin materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı 11 noyabr 1980-ci il tarixdə Bakı Mebel Hissə X20 Cəmiyyətinə işə qəbul edilmiş, müxtəlif vəzifələrdə işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən Mebel, kağız və X19 fəhlələri həmkarlar ittifaqının Azərbaycan Respublika komitəsinə köçürmə yolu ilə 02 oktyabr 1992-ci il tarixdə vəzifəsindən azad olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı məxsus pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1958-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş İddiaçı Belarus Respublikasının vətəndaşıdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 16.05.2021-ci il tarixli, **********612000 nömrəli məlumatdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərmebelsənaye” Dövlət Konserninin ləğv edilməsi haqqında” 05.06.1997ci il 573 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Komitəsinin 10.11.1997-ci il tarixli 1002 nömrəli sərəncamı ilə “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyindəki Bakı Mebel Hissələri Kombinatı bazasında “Bakı Mebel Hissə” X20 cəmiyyəti yaradılmışdır. Cəmiyyətin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 22.12.1997-ci il tarixdə D-2325 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsində onun Bakı Mebel Hissələri Kombinatının hüquqi varisi və ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Şamaxı yolu 4 olması barədə qeyd mövcuddur. Mülki işin materiallarından olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, BA-02258-2021 nömrəli məktubundan görünür ki, Azərbaycan SSR Meşə və Ağac Emalı Nazirliyinin və onun tabeliyində olan Bakı Mebel Hissələri Kombinatının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mülki işin materiallarında olan X4 məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X9 26 mart 1970-ci il tarixdə Bakı Mebel Hissə X20 Cəmiyyətinə işə qəbul edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz ərizəsi ilə 27.08.2005-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Mülki işin materiallarında olan X6 məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X12 01 iyul 1981-ci il tarixdə Bakı Mebel Hissə X20 Cəmiyyətinə işə qəbul edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz ərizəsi ilə 28.08.2005-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Məhkəmə tərəfindən iş materialları, şahid ifadələri və işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı həqiqətən də, 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyətində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı əmək kitabçasını itirdiyindən, hazırki iş stajına dair arayışın verilməsi barədə cavabdeh təşkilata müraciət etsə də, həmin müraciət cavabdeh tərəfindən cavablandırılmamış, iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada müvafiq iş stajı barədə arayış təqdim edilməmişdir. Halbuki, iş stajı barədə müvafiq arayışın cavabdeh tərəfindən iddiaçıya təqdim olunmaması aşağıda göstərilən qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “n” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq barədə əsas hüququ vardır. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı və qanunidir, ona görə də iddia təmin edilməli, İddiaçı 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək fasiləsiz iş stajına malik olması barədə arayışın iddiaçıya təqdim olunması öhdəliyi cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 02.11.1980-cı il tarixdən 02.10.1992-ci il tarixədək fasiləsiz iş stajına malik olması barədə arayışın iddiaçıya təqdim olunması öhdəliyi cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyətinə həvalə edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pul cavabdeh Bakı Mebel Hissə X20 Cəmiyyətindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar