Məhkəmə qərarları › İş №2(012)-4492/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4492/2021

22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4492/2021 22.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları 03.05.2015-ci il təvəllüdlü X8 və 15.08.2010-cu il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı evin 135 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 17 noyabr 2017-ci il tarixdə Sumqayıt Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı evin 135 saylı mənzilini almışdır. Bu zaman cavabdehin iki uşağı yetkinlik yaşına çatmayan şəxslər olduğu üçün sözügedən mənzilin barəsində alqı-satqı müqaviləsinin bağlanmasına dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini verməyə ehtiyac yaranmamışdır. Bundan sonra iddiaçı həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07.12.2017-ci il tarixli, Seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Həmin vaxtdan bəri cavabdeh sözügedən mənzildən köçmüş və iddiaçı da ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. Lakin buna baxmayaraq cavabdeh və onun iki azyaşlı uşaqları iddiaçının mənzilində qeydiyyatda qalmışlar. Halbuki, mənzil iddiaçıya satıldığı gündən oradan istifadə hüququnu itirmiş, göstərilən ünvandan köçmüş, iddiaçıya məlum olmayan ünvanda yaşamışlar. Əslində cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, iddiaçı cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, iddiaçının cavabdehlə heç bir qohumluq əlaqəsi olmadığı halda iddiaçı xüsusi mülkiyyətində olan mənzildə cavabdehin qeydiyyatda qalmasına razılaşması mümkün deyildir. Üçüncüsü isə, cavabdehin iddiaçının mənzilində qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, cavabdehin razılığının alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma iddiaçının mənzilində qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına problemlər yaradır. Dəfələrlə cavabdehin və onun iki azyaşlı uşaqlarının könüllü olaraq mənzilindən qeydiyyatdan çıxması barədə iddiaçı cavabdehlə əlaqə yaratmağa çalışsa da, heç bir nəticəyə nail ola bilməmişdir. Çünki cavabdehin hal-hazırda faktiki olaraq harada yaşadığı barədə heç bir məlumatı yoxdur. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 17.11.2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı evin 135 saylı mənzilini alıcıya 30000 manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndindən görünür ki, satıcı 16.12.2017-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.12.2017-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı evin 135 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 111 saylı reyestr kitabının 38 saylı vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh, 03.05.2015-ci il təvəllüdlü X8, 15.08.2010cu il təvəllüdlü X1 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı evin 135 saylı mənzilində qeydiyyatdadır. -Abşeron Rayon Polis İdarəsinin İddiaçı ünvanlandığı 02.04.2021-ci il tarixli 128- 518771 saylı məktubdan görünür ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a" bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. -Abşeron rayon İcra Hakimiyyəti 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 16.09.2021-ci il tarixli 15 saylı arayışdan görünür ki, Cavabdeh, 03.05.2015-ci il təvəllüdlü X8, 15.08.2010-cu il təvəllüdlü X1 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı evin 135 saylı mənzilini satıb həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamırlar. -Tovuz RPŞ tərəfindən verilmiş 22.01.2019-cu il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Tovuz rayonu Cilovdarlı kəndində qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Kərimov X7 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı evin 135 saylı mənzilini alqı-satqı müqaviləsinə əsasən qanunauyğun qaydada əldə etmiş, müqavilənin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində evin əvvəlki mülkiyyətçisi olan Cavabdeh mülkiyyət hüququna xitam verilərək onun bu hüququ iddiaçıya keçmiş, lakin buna baxmayaraq qeyd olunan evdə keçmiş sakinlər, Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları 03.05.2015-ci il təvəllüdlü X3 və 15.08.2010-cu il təvəllüdlü X4 istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneə törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Mülki Məcəllənin: 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, evin keçmiş sakinləri olan cavabdehin hazırda həmin evdən istifadə etməməsinə baxmayaraq formal olaraq evdə istifadə hüququnun qalması, mülkiyyətçi dəyişdikdən sonra həmin evi azyaşlı 03.05.2015-ci il təvəllüdlü X8, 15.08.2010-cu il təvəllüdlü X9 ilə birlikdə tərk edərək başqa yaşayış yerinə köçməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və bu hal mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırdığından iddia ərizəsi təmin edilməli, cavabdehin azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus evə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Qətnamə cavabdehlər və onların uşaqlarının mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 03.05.2015-ci il təvəllüdlü X8 və 15.08.2010-cu il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı evin 135 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər və onların uşaqlarının mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar