Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-451/2022 21.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəzi zərərin əvəzinin ödənilməsi, xüsusi qərardadın çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il oktyabr ayında ona ödənilməli olan 21000 dollar məbləğində əsas vəsaitin məcburi tutularaq ona ödənilməsini, pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini digər şəkildə gecikdirməklə və onun hesabına pul vəsaitini əsassız əldə etməklə və toplamaqla faydalanmağa görə ümumi məbləğ ona tam ödənilən günədək MB uçot dərəcəsi ilə hər ayı 140 dollardan hesablanmaqla 6720+ ABŞ dolları məbləğində vəsaitin məcburi tutulmasını, 2019-cu ildən vəsaitindən əsassız varlanma nəticəsində əldə olunan gəlirlər və əmlaklar və götürülən fayda qismində ümumi məbləğ ona tam ödəniləcəyi günədək, cavabdeh və ya cavabdehlərin vəsaitin və əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsi və vəsaitin, əmlakın mülkiyyətçisinə vəsaitin, əmlakın cavabdehdə olması ilə bağlı bütün zərərin əvəzinin ödənilməsi qismində 432000 ABŞ dolları məbləğində vəsaitin məcburi tutulmasını; əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) 2019-cu ildən ümumi vəsaitin ödəniləcəyi günədək ona vurulmuş maddi ziyan qismində əvvəlcədən razılaşdırdıqları və şərtləndirdikləri kimi hər ayı 4500 dollardan hesablanaraq 216000+ ABŞ dolları vəsaitin tutulmasını, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) qismində 252000+ dollar (vəsait 2019 oktyabrda qaytarılmalı idi və o, 5000 dollardan 4,2 ədəd bitkoin (btc) və ya hər hansı bir digər aktiv alıb ötən müddət ərzində 65000+ dollara satıb 252000+ ABŞ dolları əldə edəcəkdi) vəsaitin məcburi tutulmasını , qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, zərərçəkən fiziki şəxs olaraq ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi nəticəsində ona vurulmuş 20000+ manat məbləğində mənəvi zərər və təzminatın məcburi tutulmasını, hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnu bərpa etmək üçün itirdiyi və ya itirməli olduğu vaxt, çəkdiyi və ya çəkməli olduğu xərclər qismində 1600+ manat və 30 manat dövlət rüsumunun məcburi tutulmasını, cavabdehin və digər şəxslərin hərəkətlərində vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən, etimaddan, etibardan sui istifadə etməklə, külli və ya xüsusilə külli miqdarda ziyan vurmaqla, qanunsuz, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması və ya xüsusi icazə olmadan, iş görmək adı altında əldə edilmiş və ya mənimsənilmiş vəsait, daha sonra əldə edilmiş vəsait, ondan əldə olunan gəlirlər və digər əmlakın dövriyyəsi və ya leqallaşdırılması, pul vəsaitlərini və ya digər əmlakı qanunsuz əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə, səhlənkarlıq, vəzifə səlahiyyətlərini aşma, bilə-bilə saxta sənədlərdən istifadə etmə, birbaşa və dolayı qəsdlə birgə iştirakçılıqla edilən hərəkət və ya hərəkətsizliklər və ya digər cinayət əlamətləri aşkara çıxacağı təqdirdə məhkəmədən xüsusi qərərdad çıxarmaqla Baş Prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, qiymətli kağızlar bazarında işləyir. Belə ki, cavabdeh ilə ümumi tanışları vasitəsilə tanış olmuşdur. Belə ki, 2019-cu ilin sentyabr ayında cavabdehə hissə-hissə birinci dəfə 13500 ABŞ dolları və bir həftə sonra isə ikinci dəfə 3000 ABŞ dolları pul vermişdir. Aralarında olan şifahi razılığa əsasən, cavabdeh pulu aldığı vaxtdan bir ay müddətin yəni, 2019-cu ilin oktyabr ayına qədər 13500 ABŞ dollarının müqabilində 16000 ABŞ doları və 3000 ABŞ dollarının müqabilində isə 1000 ABŞ dolları ödəməli idi. Lakin cavabdeh borcu ödəməkdən qərəzli olaraq yayınaraq, müxtəlif bəhanələrlə ödəniş etməmişdir. Belə ki, cavabdeh pulu başqa ölkələrə götürərək, əsassız varlanmış və vəsait vaxtında ödəniləcəyi halda 3 ildir ki, əldə edəcəyi onu gəlirdən məhrum etmişdir. O, cavabdehin qanunsuz hərəkətlərindən polisə şikayət etmişdir. Polisdə araşdırma gedən zaman cavabdeh kartına hissəhissə 4500 ABŞ dolları və 1090 manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən o, 2019-cu il oktyabr ayında ona ödənilməli olan 21000 dollar məbləğində əsas vəsaitin məcburi tutularaq ona ödənilməsini, pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini digər şəkildə gecikdirməklə və onun hesabına pul vəsaitini əsassız əldə etməklə və toplamaqla faydalanmağa görə ümumi məbləğ ona tam ödənilən günədək MB uçot dərəcəsi ilə hər ayı 140 dollardan hesablanmaqla 6720+ ABŞ dolları məbləğində vəsaitin məcburi tutulmasını, 2019-cu ildən vəsaitindən əsassız varlanma nəticəsində əldə olunan gəlirlər və əmlaklar və götürülən fayda qismində ümumi məbləğ ona tam ödəniləcəyi günədək, cavabdeh və ya cavabdehlərin vəsaitin və əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsi və vəsaitin, əmlakın mülkiyyətçisinə vəsaitin, əmlakın cavabdehdə olması ilə bağlı bütün zərərin əvəzinin ödənilməsi qismində 432000 ABŞ dolları məbləğində vəsaitin məcburi tutulmasını; əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) 2019-cu ildən ümumi vəsaitin ödəniləcəyi günədək ona vurulmuş maddi ziyan qismində əvvəlcədən razılaşdırdıqları və şərtləndirdikləri kimi hər ayı 4500 dollardan hesablanaraq 216000+ ABŞ dolları vəsaitin tutulmasını, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) qismində 252000+ dollar (vəsait 2019 oktyabrda qaytarılmalı idi və o, 5000 dollardan 4,2 ədəd bitkoin (btc) və ya hər hansı bir digər aktiv alıb ötən müddət ərzində 65000+ dollara satıb 252000+ ABŞ dolları əldə edəcəkdi) vəsaitin məcburi tutulmasını , qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, zərərçəkən fiziki şəxs olaraq ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi nəticəsində ona vurulmuş 20000+ manat məbləğində mənəvi zərər və təzminatın məcburi tutulmasını, hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnu bərpa etmək üçün itirdiyi və ya itirməli olduğu vaxt, çəkdiyi və ya çəkməli olduğu xərclər qismində 1600+ manat və 30 manat dövlət rüsumunun məcburi tutulmasını, cavabdehin və digər şəxslərin hərəkətlərində vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən, etimaddan, etibardan sui istifadə etməklə, külli və ya xüsusilə külli miqdarda ziyan vurmaqla, qanunsuz, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması və ya xüsusi icazə olmadan, iş görmək adı altında əldə edilmiş və ya mənimsənilmiş vəsait, daha sonra əldə edilmiş vəsait, ondan əldə olunan gəlirlər və digər əmlakın dövriyyəsi və ya leqallaşdırılması, pul vəsaitlərini və ya digər əmlakı qanunsuz əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə, səhlənkarlıq, vəzifə səlahiyyətlərini aşma, bilə-bilə saxta sənədlərdən istifadə etmə, birbaşa və dolayı qəsdlə birgə iştirakçılıqla edilən hərəkət və ya hərəkətsizliklər və ya digər cinayət əlamətləri aşkara çıxacağı təqdirdə məhkəmədən xüsusi qərərdad çıxarmaqla Baş Prokurora xəbər verilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ona qarşı ‘‘maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, xüsusi qərardadın çıxarılması” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. O, iddiaçının iddiasını qismən qəbul edir. Belə ki, o, iddiaçıya 17.04.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərildiyi kimi 4500 dollar, fərqli tarixli qəbzlərə əsasən isə 850 manat (1.7 məzənnə-500 dollar) və 1090 manat (1.7 məzənnə-641 dollar) olmaqla cəmi 5641 dollar pul vəsaiti ödəmişdir. Onun iddiaçıya ödənilməmiş 15259 ABŞ dolları pul vəsaiti borcu qalmışdır ki, iddianın həmin hissəsini etiraf edərək qəbul edir. İddiaçının geridə qalan iddiası üzrə iddia tələbləri əsassız və absurddur, həmin hissələrdə iddianı qəbul etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.07.2009-cu il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Yuxarıda qeyd olunan Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən özgənin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi nəticəsində faizlər o halda ödənilməlidir ki, həmin puldan faydalanması, yəni gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini sübuta yetirilsin. Lakin hazırki işdə belə nəticələrin mövcud olması ilə bağlı sübutlar mövcud deyildir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci 1096.1-cı maddələrinə əsaslanmaqla belə nəticəyə gəlirik ki, iddiaçı, cavabdehin pul vəsaitini saxlamaqla bundan faydalanmasını, bunun nəticəsində əldən çıxmış fayda şəklində maddi zərərə düşməsini, mənəvi ziyan dəyməsini, əsassız varlanmasını və bundan fayda götürməsini, əmlakdan məhrum olunması və əmlakın zədələnməsin (real zərər), həmçinin, həmin vəsaiti cavabdeh özündə saxladığı dövrdə istifadə etməklə fayda, gəlir artım və ya bəhər əldə etməsi ilə bağlı məhkəməyə həmin faktları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, tərəflər arasında müqavilə olmasını nəzərə almamışdır. Buna görə də onun iddia tələbləri həmin hissələrdə rədd olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən, İddiaçı ona qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, xüsusi qərardadın çıxarılması” barədə iddia ərizəsini qismən təmin edilərək 15259 dolları pul vəsaitinin ondan tutularaq iddiçıya ödənilməsi, geridə qalan hissələrdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmədə Cavabdeh izahatına uyğun izahat verdi. İş materiallarında olan 20.09.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, o, İddiaçı 16900 ABŞ dolları, 13500 ABŞ dolları karta köçürmə ilə, 3400 USD ABŞ dolları nağd şəkildə aldığı borcu 20.10.2019-cu il tarixinədək geri qaytarmağı öz öhdəsinə götürüb təminat vermişdir. İş materiallarında olan 27.09.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, o, İddiaçı 3000 ABŞ dolları karta köçürmə ilə 1000 ABŞ dolları nağd şəkildə aldığı borcu 07.10.2019-cu il tarixinədək (toplam: 4000 ABŞ dolları) qaytarmağa təminat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.09.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş ərizədən göründüyü kimi o, İddiaçı 16900 ABŞ dolları, 13500 ABŞ dolları karta köçürmə ilə, 3400 ABŞ dolları nağd şəkildə aldığı borcu 20.10.2019-cu il tarixinədək geri qaytarmağı öz öhdəsinə götürüb təminat vermişdir. 27.09.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş ərizədən göründüyü kimi o, İddiaçı 3000 ABŞ dolları karta köçürmə ilə ABŞ dolları nağd şəkildə aldığı borcu 07.10.2019-cu il tarixinədək (toplam: 4000 ABŞ dolları) qaytarmağa təminat vermişdir. Cavabdeh 16900 ABŞ dolları və 4000 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 20900 ABŞ dolları borcundan 4500 ABŞ dolları və 1090 manat (1.7 məzənnə- 641 dollar) olmaqla, ümumilikdə 5141 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmış, cavabdehin 15759 ABŞ dolları borcu qalmış və məhkəmə aşağıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki,həmin pul məbləği cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 15759 ABŞ dollarla bağlı, cavabdehin 27.09.2019-cu il tarixdən (pulun qaytarılması barədə öhdəlik götürdüyü gündən) iddianın verildiyi 30.09.2021-ci il tarixədək, pul məbləğinin ödənilməsi gecikdirildiyi vaxt üçün pul vəsaitininin qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırdığına görə digər əsaslar müəyyən edilmədiyinə görə, illik 5 % hesablanmaqla,(15759 ABŞ dolları x 5 % = 787,95 ABŞ dolları-1 ilə görə; 787,95 ABŞ dolları x 2 = 1575,90 ABŞ dolları-2 ilə görə) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bundan başqa iddiaçı pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini digər şəkildə gecikdirməklə və onun hesabına pul vəsaitini əsassız əldə etməklə və toplamaqla faydalanmağa görə ümumi məbləğ ona tam ödənilən günədək MB uçot dərəcəsi ilə hər ayı 140 dollardan hesablanmaqla 6720+ ABŞ dolları məbləğində vəsaitin məcburi tutulmasını, 2019-cu ildən vəsaitindən əsassız varlanma nəticəsində əldə olunan gəlirlər və əmlaklar və götürülən fayda qismində ümumi məbləğ ona tam ödəniləcəyi günədək, cavabdeh və ya cavabdehlərin vəsaitin və əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsi və vəsaitin, əmlakın mülkiyyətçisinə vəsaitin, əmlakın cavabdehdə olması ilə bağlı bütün zərərin əvəzinin ödənilməsi qismində 432000 ABŞ dolları məbləğində vəsaitin məcburi tutulmasını; əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) 2019-cu ildən ümumi vəsaitin ödəniləcəyi günədək ona vurulmuş maddi ziyan qismində əvvəlcədən razılaşdırdıqları və şərtləndirdikləri kimi hər ayı 4500 dollardan hesablanaraq 216000+ ABŞ dolları vəsaitin tutulmasını, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) qismində 252000+ dollar (vəsait 2019 oktyabrda qaytarılmalı idi və o, 5000 dollardan 4,2 ədəd bitkoin (btc) və ya hər hansı bir digər aktiv alıb ötən müddət ərzində 65000+ dollara satıb 252000+ ABŞ dolları əldə edəcəkdi) vəsaitin məcburi tutulmasını , qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, zərərçəkən fiziki şəxs olaraq ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi nəticəsində ona vurulmuş 20000+ manat məbləğində mənəvi zərər və təzminatın məcburi tutulmasını, hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnu bərpa etmək üçün itirdiyi və ya itirməli olduğu vaxt, çəkdiyi və ya çəkməli olduğu xərclər qismində 1600+ manat və 30 manat dövlət rüsumunun məcburi tutulmasını, cavabdehin və digər şəxslərin hərəkətlərində vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən, etimaddan, etibardan sui istifadə etməklə, külli və ya xüsusilə külli miqdarda ziyan vurmaqla, qanunsuz, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması və ya xüsusi icazə olmadan, iş görmək adı altında əldə edilmiş və ya mənimsənilmiş vəsait, daha sonra əldə edilmiş vəsait, ondan əldə olunan gəlirlər və digər əmlakın dövriyyəsi və ya leqallaşdırılması, pul vəsaitlərini və ya digər əmlakı qanunsuz əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə, səhlənkarlıq, vəzifə səlahiyyətlərini aşma, bilə-bilə saxta sənədlərdən istifadə etmə, birbaşa və dolayı qəsdlə birgə iştirakçılıqla edilən hərəkət və ya hərəkətsizliklər və ya digər cinayət əlamətləri aşkara çıxacağı təqdirdə məhkəmədən xüsusi qərərdad çıxarmaqla Baş Prokurora xəbər verilməsinə dair özünün izahatından və subyektiv mülahisəsindən başqa məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat məbləği cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17334,90 ABŞ dolları məbləğində pul və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla pul və 10 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-451/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-451/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver