Məhkəmə qərarları › İş №2(012)-4548/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4548/2024

28.11.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4548/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızının istifadəsinə verilmiş Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilə dair 09 fevral 2015-ci il tarixli “10/18" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 “10/18” nömrəli mənzildən çıxarılması və “10/18” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Abşeron rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehlərldən X1 səhv yazıldığında onun soyadının Salahlı kimi qeyd olunmasını və nəticədə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızının istifadəsinə verilmiş Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilə dair 09 fevral 2015-ci il tarixli “10/18" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “10/18” nömrəli mənzildən çıxarılması və “10/18” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 09 fevral 2015-ci il tarixli “10/18” nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən, Zəngilan rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Salahova X6 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Qarant yaşayış kompleksində 10 saylı binada 18 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Abşeron rayon Mehdabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızının 18 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə 18 nömrəli mənzilə dair abonentin sayğac göstəricisi və aktlar əlavə ounur xx.xx.2024, xx.xx.2024, xx.xx.2024). Abonentin sayğac göstəricisindən görünür cavabdehlər mənzildən istifadə etməmiş və mənzildə yaşayış yoxdur. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 18 nömrəli mənzildə yaşamadığları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, onun böyük oğlu Salahov X7 yaşasa da, hər ay sözügedən Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilə gəlirlər. Belə ki, sözügedən mənzildə şərait uyğun olmadığından, onlar həmin mənzildə daimi yaşaya bilmirlər. Hazırda o, ailəsi ilə həyat yoldaşı ilə Nəsimi rayonunda, oğlu isə ailəsi birlikdə Xətai rayonunda yaşayır. Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzildə elektrik enerjiisindən istifafdə olunmuşdur və o, bununla bağlı işığa ödənişlər etmişdir. Odur ki, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin İ. hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış 09 fevral 2015-ci il tarixli, 10/18 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. Müqavilənin 5.2-ci bəndinə əsasən, aşağıdakı hallarda bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla); 5.4.3. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci bəndinə əsasən, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. -Abşeron rayon Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin mühəndisləri Ə.B.Məmmədov, S.S.Haclyev, sahə nəzarətçisi A.M.İmanov tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il,xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, həqiqətən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə X3 verilmiş bina 10, mənzil 18 ünvanında müqavilənin 2.4.3 bəndinin pozulduğu aşkarlanmışdır. Belə ki, tərəflərindən dəfələrlə aparılan yoxlama zamanı mənzili boş saxlayaraq özlərinin başqa ünvanda yaşadığı məlum olmuşdur. Mehdiabad Mənzil Kommunal İstismarı Sahəsinin rəhbərliyi tərəfindən mənzilə özlərinin yaşamaları və yaxud mənzilə ehtiyacı olan məcburi köçkün ailəsinə təhvil verməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 buna əməl etməmişdir. -Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzil ünvanında müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh1 ünvanlanmış 03 aprel 2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, sizinlə MİD arasında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1. bəndinin şərtlərini pozaraq mənzildə yaşamırsınız. Sizdən tələb olunur ki, 3 gün müddətinə mənzildə yaşayışınızı bərpa edəsiniz. Əks halda sizing barənizdə Dövlərqaçqınkom tərəfindən müvafiq tədbirlər görülərək sizinlə bağlanmış kirayə müqaviləsinin ləğv olunması üçün məhkəməyə müraciət olunacaqdır, həmin mənzil sizdən geri alınaraq ehtiyacı olan digər məcburi köçkün ailəsi məskunlaşacaqdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh1, Salahov X8 rayonu, Rəzdərə kəndi ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı 09 fevral 2015-ci il tarixli 10/18 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilini cavabdehə, yəni Cavabdeh2 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə vermişdir. Qeyd olunan müqaviləyə əsasən, müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzili kirayəyə verəndən təhvil almaq, yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək, yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, yararlı vəziyyətdə saxlamaq, eyni zamanda, cari təmirini aparmaq öhdəliyini öz üzərinə götürmüş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızının həmin mənzildə yaşamadığı məlum olmuşdur. Bu səbəbdən iddiaçı kirayəçilərlə bağlanmış müqavilənin ləğv edilərək cavabdehlərin Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli № 32 saylı Qərarının 10-cu bəndinə əsasən, nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə cavabdehlər Zəngilan rayonundan məcburi köçkün statusuna malikdirlər və Cavabdeh1 iddiaçı Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı 09 fevral 2015-ci il tarixli 10/18 saylı müqaviləyə əsasən, mübahisəli Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzil dövlət mənzil fonduna aid edilməklə, müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli № 65 saylı Qərarının: 1.2. bəndinə əsasən, bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.4. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 1.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. 2.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. 3.1. bəndinə əsasən, məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. bəndinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.7. bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzili cavabdehlərin müvəqqəti sahiblik və istifadəsinə verilmiş olsa da, cavabdehlər mənzildən təyinatına görə istifadə etmək, həmçinin, mənzili müqavilə ilə müəyyən edilmiş müddətdən artıq tərk etməmək öhdəliyini öz üzərilərinə götürmüşlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 17.3.2. bəndinə əsasən, xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. 91.1.15 bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 99.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 100.3. kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Qanunun tələblərindən göründüyü kimi, xüsusi təyinatlı kirayə müqaviləsinin kirayəyə verən tərəfindən məhkəmə qaydasında ləğv edilməsi əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan biri də müqavilədən də göründüyü kimi, cavabdehlərin 3 aydan artıq müddətdə müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzildə daimi olaraq yaşamamasıdır. İddia tələbindən də görünür ki, iddiaçı qeyd olunan normanı əsas götürərək, yəni cavabdehlərin daimi olaraq Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilində daimi olaraq yaşamaması səbəbindən cavabdehlə bağlanmış müqavilənin ləğvini tələb etmişdir. İşin araşdırılan hallarından tədqiq edilmiş aktlardan, cavabdehin mənzildən qismən istigadə edilməsi barədə izahatından təsdiq olunur ki, cavabdehlər həmin mənzildə daimi yaşamırlar. Beləliklə tərəflər arasındakı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müaviləsinin 5.7.1-ci maddəsini, cavabdehlərin sözügedən mənzildə 3 aydan artıq yaşamamaqlarını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızının istifadəsinə verilmiş Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilə dair 09 fevral 2015-ci il tarixli “10/18" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızı “10/18” nömrəli mənzildən çıxarılmalı və “10/18” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14. maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2. maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia ərizəsi qiymətləndirilməyən olduğuna görə məhkəmə hesab edir ki, 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızının istifadəsinə verilmiş Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi 10 saylı binada yerləşən 18 nömrəli mənzilə dair 09 fevral 2015-ci il tarixli “10/18" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qızı “10/18” nömrəli mənzildən çıxarılsın və “10/18” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar