Məhkəmə qərarları › İş №2(012)-455/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-455/2022

12.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-455/2022 12.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ə Vaqif qızının iştirakı ilə, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2ə Vaqif qızına qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2ə Vaqif qızına qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin istifadə etdiyi Abşeron rayonu Masazır kəndi Sarı Aşıq küçəsində özbaşına tutduğu və hasara alınmış 3000 kv.mə yaxın torpaq sahəsinin boşaldılaraq və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilini öz hesabına sökərək iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə 13.10.2021-ci il tarixə saat 16:30-a təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş, 11.11.2021-ci il tarixə saat 11:30-a təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etsə də, 09.12.2021-ci il tarixə saat 12:00-a, 27.12.2021-ci il tarixə saat 10:00-a, 12.01.2022-ci il tarixə saat 12:10-a təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək mübahisənin məhkəmədən kənar qaydada həlli üsulunun nəzərə alınaraq mülki işə mahiyyəti üzrə baxılmamasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ə Vaqif qızı məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh tərəflər olaraq mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş cavabdehlər isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2ə Vaqif qızına qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar