Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4603/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Cəmilə İbrahim qızı Səfiyeva Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Meşə Ağac Emalı Nazirliyinin aparatında Nəzarət təftiş şöbəsində müfəttiş vəzifəsində xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və işin materiallarını araşdırıb hesab edirəm ki, ərizə MPM-nin 153.2.2 maddəsinə görə ərizənin yolverməzliyinə görə qəbulundan imtina edilməli, ərizə ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi Abşeron rayon Məhkəməsinin 2(012)-1330/2020 saylı , xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. MPM-nin 153.2.2 maddəsinə görə eyni tərəflər arasında,eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim ərizənin yolverməzliyinə görə qəbul etməkdən imtina etməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi ə ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4603/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4603/2020
06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver