Məhkəmə qərarları › İş №2(012)-4643/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4643/2025

22.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4643/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun cavabdeh işəgötürən Abşeron Rayon Saray Bələdiyyəsinə işə bərpa edilməyi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayon Saray Bələdiyyəsində 2005-ci il tarixdən ümumi şöbənin müdiri vəzifəsində çalışmışdır. İşlədiyi bu illər ərzində rəhbərlik tərəfindən heç bir töhmət və xəbardarlıq almamış və işini vicdanla yerinə yetirmişdir. 2025-ci ildən Abşeron rayon Saray Bələdiyyəsinə yeni seçilmiş sədr X6 ilk işə gəldiyi gündən bütün işçiləri yığaraq iclas keçirmiş, hamının işdən çıxarılması barədə ərizə yazmağını istəmiş, bütün işçilər ərizə yazsalar da o, bu qərarla razılaşmamışdır. Bir müddət sonra sədr X6 onu yanına çağıraraq xoşluqla işdən çıxarılmağı haqqında ərizə yazmağını tələb etmişdir. O, sədrə 20 ildir bələdiyyədə işlədiyini və əmək pensiyasına çıxmağına 2 il müddət qaldığını bildirsə də, ondan işdən çıxmağını tələb etmiş Nizami Zalovun tapşırığı ilə kadrlar üzrə mütəxəssis Turan Əşrəflinin işçisi Muradova Nərgizdən otağın açarını aldığına görə o, məcbur olub başqa vəzifəyə keçməyə razılıq vermişdir. xx.xx.2025-ci il tarixində ştat cədvəli dəyişdirilərək onu mütəxəssis vəzifəsinə təyin etdilər. Həmin ayın yəni aprel ayının 28-i isə ona təyin edildiyi mütəxəssis vəzifəsinin ixtisara salınması ilə bağlı xəbərdarlıq məktubu verildi. Abşeron rayon Saray Bələdiyyəsinin sədri X5 xx.xx.2025-ci il tarixli 04/62 nömrəli əmri ilə Azərbaycan Respublikası Abşeron rayonu X2 “kadrlar və peşə yönümlü üzrə peşəkar mütəxəssislər” vəzifəsində işləyən o, İddiaçı Qara qızı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70. “b” - işçilərin sayı və ya ştatları ixtisar edildikdə” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Abşeron rayon Saray Bələdiyyəsinin sədri X7 heç bir əsas və səbəb olmadan onu aldadaraq 20 il işlədiyi vəzifədən yeni ştat açaraq məqsədli şəkildə onu başqa vəzifəyə keçirmiş və həmin vəzifədə işlədiyinin bir ay tamamında yenidən onu ixtisar adı ilə həmin vəzifədən çıxartmışdır. Bələdiyyə sədrinin öz vəzifəsində sui-istifadə etməsi və iyirmi ilin işçisinə qarşı oyun quraraq işdən çıxarması göz qabağındadır. Hesab edir ki, o, əsassız və heç bir səbəb olmadan işdən çıxarılmış, iyirmi il işlədiyi müddətdə heç bir töhmət və nöqsanı olmadığı, o cümlədən bələdiyyə sədrinin ona qarşı qərəzli olması nəzərə alınmalı və o işinə yenidən bərpa edilməlidir. Tərəfindən iş əmək mübahisəsi olduğundan, ilkin məcburi mediasiya sessiyasından keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-cİ il tarixli, MŞAB /MT041/2025-00716 nömrəli arayış iş materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsi onun daimi qeydiyyat ünvanını təsdiq edir. O, Abşeron rayon Saray Bələdiyyəsinin rəhbərliyi tərəfindən əmək hüququnun pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 xidmətinin X10 şöbəsinə müraciət etmişdir. Sözügedən şöbənin xx.xx.2025-ci il tarixli cavab məktubunda müraciətinin araşdırıldığı və bu məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ ona bildirilmişdir. Hesab edir ki, onun işə bərpa edilməyi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət meydana gəlmişdir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının əmək fəaliyyətinə xitam verilməzdən qabaq ona rəsmi qaydada xəbərdarlıq ünvanlanmış və poçt vasitəsi ilə iddiaçının ünvanına göndərilmişdir. Beləliklə qanuna uyğun şəkildə və tam doğru olaraq iddiaçının əmək fəaliyyətinə xitam verilməsi haqqında əmr qəbul edilmişdir. Odur ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən ümumi şöbənin müdiri vəzifəsinə aylıq əmək haqqı 847 manat olmaqla işə qəbul edilmişdir. -Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli kadrın təyini haqqında 04/43 nömrəli əmrdən görünür ki, xx.xx.2025ci il tarixindən İddiaçı ümumi şöbənin müdiri vəzifəsindən azad edilərək, əmək haqqı ştat cədvəlinə uyğun olaraq mütəxəssis vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişlərindən görünür ki, mütəxəssis İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. -Abşeron Rayonunun Saray X1 İclas Protokolundan verilmiş xx.xx.2025-ci il tarixli 01 nömrəli çıxarışdan görünür ki, Abşeron Rayonu Saray Bələdiyyəsində rəhbər heyəti üzrə mütəxəssis və ümumi şöbə üzrə əlavə açılmış komputer operatoru vəzifələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayl və ya ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsi, həmin Məcəllənin 77-ci maddənin 1-ci, 2-ci və 4-cü hissələrinə əsasən, xəbərdarləq elan edilməklə məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 04/62 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, İddiaçı Saray bələdiyyəsinin ümumi şöbənin mütəxəssis ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2025-ci il tarixində ləğv edilməsi, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, 19 il, 10 ay əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxarılma müavinətinin verilməsi, xx.xx.2005-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 66 təqvim gününün pul əvəzi ödənilməsi, son haqqhesabın qanunvericiliyə müvafiq qaydada ödənilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsi ilə bağladığı xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə əsasən, ümumi şöbənin müdiri vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx.xx.2025-ci il tarixli kadrın təyini haqqında 04/43 nömrəli əmr ilə xx.xx.2025-ci il tarixindən ümumi şöbənin müdiri vəzifəsindən azad edilərək, əmək haqqı ştat cədvəlinə uyğun olaraq mütəxəssis vəzifəsinə təyin edilmişdir. İddia ərizəsinə əsasən, xx.xx.2025-ci il tarixdə və daha sonra xx.xx.2025ci il tarixində ona əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. Bundan sonra X3 sədri X5 imzaladığı əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh işəgötürən Abşeron Rayon Saray Bələdiyyəsinə işə bərpa edilməyini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş işəgötürən Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı dəftəxana müdiri vəzifəsinə işə qəbul edilmiş, beləliklə də, tərəflər arasında işçi-işəgötürən hüquq münasibətləri əsasında qarşılıqlı hüquq və vəzifələr yaranmış, daha sonra isə xx.xx.2025-ci il tarixindən mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin: 71-ci maddəsinin İ hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddəsinin İİİ hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək qanunvericiliyinin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin İ hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin: 77-ci maddəsinin İ hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin İİ hissəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişləri göndərilmiş, bundan sonra Abşeron Rayonu Saray Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixli 04/62 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr verilmişdir. Qanunvericiliyin tələblərindən və mülki iş materiallarından məlum olduğu kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Lakin bununla belə, qanunvericilik işəgötürənin üzərinə əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçiyə xəbərdarlıq göndərilməsi öhdəliyini qoymuşdur. Cavabdeh tərəfində həmin öhdəlik qanunamüafiq qaydada yerinə yetirilmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, iş materiallarından və iddiaçının izahatından da göründüyü kimi Abşeron Rayonu Saray Bələdiyyəsində rəhbər heyəti üzrə mütəxəssis və ümumi şöbə üzrə əlavə açılmış komputer operatoru vəzifələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsinə dair Abşeron Rayonunun Saray Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixinində X4 Protokolu qəbul edilmişdir. Həmin pratokola əsasən vəzifənin ixtisarı barədə həmkarlar təşkilatının razılığı alınmışdır. Əmək Məcəlləsinin 80 maddəsinin;

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi əmək hüquqlarının pozulması halları məhkəmə araşdırılması və sübutların tədqiqi zamanı müəyyən edilməmişdir . Odur ki, iş materiallarından və işin tədqiq edilən hallarına əsasən, cavabdeh tərəfindən qəbul edilnmiş əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edildiyindən və həmin əmrin ləğvinə dair əsaslar olmadığından, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar