Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4645/2022 25.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs göstərilməklə) şəxsin doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, uşağın 08 noyabr 2016-cı il tarixdə doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən edilməsi, uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamədə uşağın soyadının Zeynalov, adının Məhəmməd, ata adının İbrahim, doğum tarixinin 08 noyabr 2016-cı il, doğulduğu yerin İraq, ata qrafasında atasının X4, ana qrafasında anasının X5, milliyyətlərinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun bacısı xx.xx.1986-cı il təvəllüdlü X1 Elşən Əlisahib oğlu ilə 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur, lakin bu nikahın pozulması haqqında heç bir məlumat yoxdur. Bacısı və əri təxminən 2010-cu ildə Türkiyə Respublikasına getmişlər. Oradan tez-tez anası ilə telefon vasitəsilə əlaqə saxlamışdır. X14 Respublikasına keçmişlər. 08.11,2016-cı ildə onların oğlan övladı dünyaya gəlmişdir. Bir müddət əlaqə tamamilə kəsilmişdir. Sonradan əlaqə bərpa olduqda, bacısının sözlərindən başa düşmüşlər ki, o, İraq Respublikasında həbsxanadadır. Bakı şəhəri Səbail rayon İHB-nın 08 iyun 2022-ci il tarixli 72 saylı sərəncamı ilə uşağa o, qəyyum təyin edilmişdir. Hal-hazırda uşağa o baxır, lakin uşağın doğum haqqında şəhadətnaməsi olmadığına görə müəyyən sənədləşdirmə apara bilmir. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin orada uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşağın doğumunun qeyd edilməsi faktı ona doğum haqqında şəhadətnaməni almaq üçün lazımdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinadla ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Məhəmməd İbrahim oğlunun xx.xx.2016-cı il tarixdə İraqda doğum faktının müəyyən edilməsi, Məhəmməd İbrahim oğluna doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamədə Məhəmməd İbrahim oğlunun soyadının Zeynalov, adının Məhəmməd, ata adının İbrahim, doğum tarixinin xx.xx.2016-cı il, doğulduğu yerin İraq, ata qrafasında atasının adının X4, ana qrafasında anasının adının X2 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İHB-nın 08 iyun 2022-ci il tarixli 72 saylı sərəncamından görünür ki, Ərizəçi xx.xx.2016-cı il tarixdə doğulmuş X3 üzərində qəyyum təyin edilmişdir. Sərəncamdan görünür ki, qəyyum azyaşlının dayısıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını, yerini təsdiq edən tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşaqların doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qayıdış şəhadətnaməsindən görünür ki, Məhəmməd İbrahim oğlu xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, E.Əzizov küçəsindəki fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Zeynalov Ərizəçi Nərmin Qədim qızı ilə nikahdadır və bu nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü İsrafil və xx.xx.2015-ci il təvəllüdlü Səid adlı iki uşaqları vardır. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1040 saylı sərəncamından görünür ki, Səbail rayonu, E.Əzizov küçəsindəki 2-ci dalanda yerləşən 100 kv.metr torpaq sahəsi tikinti işlərinin aparılması məqsədilə Ərizəçi adına sənədləşdirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin AD 917264 saylı şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi adına Ford Transit yük markalı, ** CC *** dövlət qeydiyyat nömrəli avtomobil qeydə alınmışdır. İş materiallarında olan bir neçə tibbi arayışdan görünür ki, Ərizəçi narkoloji, dərizöhrəvi, onkoloji və s. bu kimi xəstəliklərlə bağlı qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, Məhəmməd İbrahim oğlunun xx.xx.2016-cı il tarixdə İraqda doğum faktı müəyyən edilməli, ona doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə Məhəmməd İbrahim oğlunun soyadı Zeynalov, adı Məhəmməd, ata adı İbrahim, doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X4, ana qrafasında anasının adı X2 qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Məhəmməd İbrahim oğlunun xx.xx.2016-cı il tarixdə İraqda doğum faktı müəyyən edilsin. Məhəmməd İbrahim oğluna doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə Məhəmməd İbrahim oğlunun soyadı Zeynalov, adı Məhəmməd, ata adı İbrahim, doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X4, ana qrafasında anasının adı X2 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4645/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4645/2022
25.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver