Məhkəmə qərarları › İş №2(012)-466/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-466/2021

01.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-466/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı «mansardın alğı-satqı müqaviləsinin ləğvi, ödənilməmiş borcla əvəzləşdirməklə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqaviləsinin ləğv edilməsi və ödənilməmiş 24510 manat əsas borc və 13000 manat cərimə borcu olmaqla ümumilikdə 37510 manat borcla əvəzləşdirməklə Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF- PARK» yaşayış massivindəki A kompleksi, 6 saylı yaşayış binasında ümumi sahəsi 40.8 kv.metr olan 1 otaqdan ibarət, 33 saylı mansard tipli mənzilin boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği, 30,40 manatın Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli E/0129 nömrəli Mansardın alqı satqısı haqqında müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 6 saylı yaşayış binasında ümumi sahəsi 40.8 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 27540 manat olan 33 saylı mansardı hər bərabər məbləğdə ödənilmək şərti ilə 120 (yüz iyirmi) ay müddətində hər ay bərabər, yəni 230 manat məbləğdə ödənilmək şərti ilə Cavabdeh satılmışdır. Həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə, əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1 % həcmində“Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. Hazırda Cavabdeh 08 dekabr 2015-ci il tarixli E/0129 nömrəli Mansardın alqı satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 24510 manat və 13000 manat cərimə borcu yaranmışdır. Həmin müqavilənin 3.1.2.3-ci bəndinə əsasən, Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda “xxxx” MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqaviləyə Əlavənin 1.2-ci bəndinə görə, “Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. 08 dekabr 2015-ci il tarixli E/0129 nömrəli Mansardın alqı satqısı haqqında müqaviləsi üzrə Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF- PARK» yaşayış massivindəki A kompleksi, 6 saylı yaşayış binasında ümumi sahəsi 40.8 kv.metr olan 1 otaqdan ibarət, 33 saylı mansardın Cavabdeh tərəfindən boşaldılaraq Cəmiyyətə təhvil verilməsinə; sözügedən müqavilə üzrə hesablanmış cərimə borcunun iddiaçının xeyrinə tutulmasına əsas verir. Bu barədə cavabdeh xəbərdar edilmişdir. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabı icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqavilədən görünür ki, satıcı “xxxx” MMC Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 6 saylı yaşayış binasında ümumi sahəsi 40.8 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 27540 manat olan 33 saylı mansardı 120 ay müddətinə, hər ay 230 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarında olan 20.08.2020-ci il tarixli, 3673-1 №-li maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” MMC ilə bağlanmış 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqaviləsi üzrə Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 6 saylı yaşayış binasında ümumi sahəsi 40.8 kv.metr olan 1 otaqdan ibarət, 33 saylı mansarda görə “xxxx” MMC-yə ümumilikdə 3030 manat ödəniş etmişdir. Cavabdehnun 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqaviləsi üzrə borcu 24510 manat əsas məbləğ və 13000 manat cərimə borcu olmaqla cəmi 37510 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutlar tədqiq olunarkən müəyyən edildi ki, Cavabdeh 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqaviləsi üzrə iddiaçı “xxxx” MMCdən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 6 saylı yaşayış binasında ümumi sahəsi 40.8 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 27540 manat olan 33 saylı mansardı 120 ay müddətinə, hər ay 230 manat ödəniş etmək şərti ilə almış, lakin öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Nəticədə 24510 manat əsas məbləğ və 13000 manat cərimə borcu olmaqla cəmi 37510 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Həmçinin 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqaviləsinə Əlavənin 1.2-ci bəndinə görə, “Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 6 saylı yaşayış binasında ümumi sahəsi 40.8 kv.metr olan 1 otaqdan ibarət, 33 saylı mansardın boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli, E/0143 saylı “Mansardın alqı-satqısı haqqında” müqaviləsi ləğv edilsin və ödənilməmiş 24510 manat əsas borc və 13000 manat cərimə borcu olmaqla ümumilikdə 37510 manat borcla əvəzləşdirməklə Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 6 saylı yaşayış binasında ümumi sahəsi 40.8 kv.metr olan 1 otaqdan ibarət, 33 saylı mansard tipli mənzil boşaldılaraq iddiaçı “xxxx” MMC-yə təhvil verilsin və ödənilmiş dövlət rüsumu məbləği, 30,40 manat Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron rayon məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar