Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4673/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 15 aprel 2009-ci il tarixli 264 saylı sərəncamla Abşeron rayonun X1 Fondunda saxlanılmış torpaqlardan mişar daşı istehsal etmək məqsədilə 2,0,0 (iki) hektar torpaq sahəsindən Cavabdeh çıxarılması, qeyd edilən torpaq sahəsinin iddiaçıya qaytarılması və iddiaçıya vurulmuş 70 000 manat ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 aprel 2009-ci il tarixli 264 saylı sərəncamla Abşeron rayonun X1 Fondunda saxlanılmış torpaqlardan mişar daşı istehsal etmək məqsədilə 2,0 (iki) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə icarə qaydasında İddiaçı ayrılmışdır. 01 sentyabr 2020-ci il tarixdə Cavabdeh ilə razılığa görə istifadəsdində olan torpaq sahəsi, yəni daş karxanası 6 (altı) ay müddətinə əvəzsiz icarəyə verilmişdir. Onunla əldə olunan şifahi razılığa görə Cavabdeh Ağarnəd oğlu icarəyə götürdüyü sahəni səmərəli istismar etməli, faydalı qazıntı yatağında standartlara və qaydalara riayət etməli, faydalı qazıntı yatağının normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməməsinə yol verməməli idi. Lakin Cavabdeh Ağaınəd oğlu yerin təkin istismarı zamanı bu qeyd edilən qaydalara əməl etməmiş, yatağın sənaye əhəmiyyəti aşağı düşmüş, bununla da faydalı qazıntı yatağına əhəmiyyətli zərər vurmuş və istifadəsinə verildiyi sahəni vaxtında boşaltmaqdan imtina etmişdir. Bununla da iddiaçıya 70 min manat ziyan vurulmuşdur İddiaçı məhkəmənin əvvəlki iclasında, iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, o, fərdi sahibkar deyildir. İddiaçı ilə aralarında olan razılığa əsasən həmin torpaq sahəsni ona vermişdir. İddiaçının torpağa dair sənədi yoxdur, sərəncamı var, amma çıxarışı yoxdur. Torpaq sahəsini boşaltmağa etirazı yoxdur.Lakin iddiaçının ona qarşı qaldırdığı hazırki iddia tələbinin hüquqi əsassı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15.104.2009-cu il tarixli 264 nömrəli sərəncamından müəyyən edilir ki, Abşeron rayonunun X3 Fondunda saxlanılmış torpaqlardan mişar daşı istehsal etmək məqsədilə 2.0,0 (iki) hektar torpaq sahəsinin 15 (on beş) il müddətinə icarə qaydasında İddiaçı ayrılmışdır. Mülki işin materiallarında olan 2009-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqavilədən müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 2009-cu il tarixli sərəncam əsasında 2 (iki) hektar torpaq sahəsi ə İddiaçı icarəsinə verilmişdir. Mülki işin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyindən müəyyən edilir ki, Abşeron rayon Bələdiyyəsinin 21.11.2006-cı il tarixli 372 nömrəli sərəncamı ilə alqı-satqı predmeti olan torpaq sahəsini İddiaçı 481 kv.metr olmaqla fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə dair müvafiq hüquqi sənəd verilməsinə etiraz etmir. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısı, DTXK-nını Abşeron rayon şöbəsinin müdiri və torpaq icarəyə götürmək istəyən şəxs İddiaçı ibarət komissiya tərəfindən tərtib edilmiş 2009-cu il tarixli aktdan görünür ki, X2 saxlanılmış torpaqlardan mişar daşı istehsal etmək məqsədilə 15 (on beş) il müddətinə torpaq sahəsi ayrılmasına komissiya etiraz etməmişdir. Mülki işin materiallarında olan İddiaçı mişar daşı istehsal etmək məqsədilə Güzdək Bələdiyyəsinin hüdudları daxilində, X2 saxlanılmış torpaqlardan icarə qaydasında torpaq sahəsi ayrılması haqqında DTXK-nın Abşeron rayon Şöbəsinin rəyindən görünür ki, Güzdək Bələdiyyəsinin hüdudları daxilində, X2 saxlanılmış torpaqlardan İddiaçı 15 (on beş) il müddətinə 2,0 (iki) hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilmısinə DTXKnin Abşeron rayon Şöbəsi tərəfindən etiraz edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 15 aprel 2009-ci il tarixli 264 saylı sərəncamla Abşeron rayonun X1 Fondunda saxlanılmış torpaqlardan mişar daşı istehsal etmək məqsədilə 2,0 (iki) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə icarə qaydasında İddiaçı ayrılmışdır,lakin ötən müddət ərzində icarəçi öz hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Halbu ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində öz hüquqlarını iddiaçı dövlət qeydiyyatına məcburi qaydada aldırmalı olduğu halda buna əməl etmədiyindən, qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.Onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia tələbi rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda hazırki iş üzrə iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər.
Sədrlik edən:Cəmilə Səfiyeva