Məhkəmə qərarları › İş №2(103)-64/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-64/2025

25.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-64/2025 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bir icraatda birləşdirilmiş iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı və iddiaçılar Cavabdeh və Nümayəndə cavabdehlər İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı mülki iş iş üzrə Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Hakimlər X13 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X8, Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi, eyni zamanda ikinci iş üzrə iddiaçı Nümayəndə iştirakı ilə, Bir icraatda birləşdirilmiş iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və iddiaçılar Cavabdeh və Nümayəndə cavabdehlər İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçılar Cavabdeh və Nümayəndə, habelə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun ##.##.2003-cü il tarixli, 4 “Ə”-*-*** saylı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış ünvan 2 məhəllədə yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və torpağın mülkiyyətə verilməsinə dair ##.##.2005-ci il tarixli, JN-16086H (Kod: ********) nömrəli şəhadətnamə verilmişdir.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ##.##.2009-cu il tarixli ilkin müqaviləyə əsasən İddiaçı sözügedən 0,02 ha torpaq sahəsindən 0,015 ha hissəsini 60.247,5 manata Cavabdeh satmış, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılması nəzərdə tutulmuş, Cavabdeh daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28.115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq ödəmiş, qalan 32.132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinin yerinə yetirilməməsinin Mülki Məcəllənin 491-492-ci maddələri ilə tənzimlənməsi qeyd edilmişdir.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən yazılmış ərizəyə əsasən o, ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli həyət evinin satılması zamanı Nümayəndə 97.000 ABŞ dolları almış, ##.##.2009-cu ildə həmin pulun 35.000 ABŞ dollarını notariusda təsdiqlətmiş, qalan pulu nağd almış, sonradan 3.000 ABŞ dolları almış, ümumilikdə həmin günə qədər 100.000 ABŞ dolları almışdır.

4. İddiaçı nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən yazılmış ##.##.2011-ci il tarixli ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 140.000 ABŞ dollarına satılmış, həmin məbləğin 99.000 ABŞ dolları alınıb, 41.000 ABŞ dolları qalıb.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə qarşı “ünvan 2 məhəllədə yerləşən üzərində 10 otaqdan ibarət 3 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi 0,015 ha torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən yaranmış 40.000 ABŞ dolları borc pulun, vurulmuş maddi zərərə görə 5.000 manatın və mənəvi zərərə görə 10.000 manatın tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə qarşı (Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun cavabdehlərdən tutulması” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir.

7. Mübahisəli fərdi yaşayış evi üçün verilmiş ##.##.2019-cu il tarixli, 009013001484- ***** reyestr nömrəli texniki pasportda və ona əlavə edilmiş torpaq sahəsinin planında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,01412 ha hissəsi tikinti altı sahə və 0,00588 ha hissəsi digər sahələr üçün nəzərdə tutulmaqla, ümumilikdə 0,02 ha torpaq sahəsi üzrə hüquq subyekti kimi İddiaçı qeyd olunmuşdur. Həmin fərdi yaşayış evi və torpaq sahəsi ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

8. “xxxx” Qiymətləndirmə Şirkətinin ##.##.2021-ci il tarixli, BF-3471 ER saylı mütəxəssis rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ##.##.2009-cu il tarixdən ##.##.2021-ci il tarixədək hər ay və hər il üçün ümumi kirayə haqqının məbləği 100.200 manat təşkil etmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, *-**-**/*-**/****-*/**** nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə aparılmış təmir-tikinti işlərinə dair hər-hansı layihə və smeta sənədlərinin olmadığını nəzərə alaraq, tədqiq olunan ev üzrə aparılmış təmir işlərinin dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamış, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 414.000 məbləğində müəyyən edilmişdir.

10. “AİD Consulting” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus ünvan 6 ünvanında, 0,02 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 269,10 kv.m təşkil edən fərdi yaşayış evinin 1-ci və 3-cü mərtəbələrində aparılmış təmirtikinti işlərinin ##.##.2025-ci il tarixinə bazar dəyəri 44.960,75 təşkil etmişdir.

Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi, dəymiş ziyanın əvəzi olaraq 100.200 manat məbləğində pul vəsaitinin, 500 manat ekspertiza xərcinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

12. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, fərdi yaşayış evi yaşayış üçün hazır vəziyyətdə olduqdan sonra maddi vəziyyəti ilə əlaqədar olaraq satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin torpaq sahəsini almaq istəyən cavabdehlər Cavabdeh və onun qardaşı Nümayəndə ilə alqı-satqıya dair razılıq əldə etmişlər. ##.##.2008-ci il tarixdə notariat kontorunda ilkin müqavilə bağlandıqdan sonra ev cavabdehlərə təhvil verilmişdir. Əsas müqavilənin bağlanılması üçün tərəfindən cavabdehlərə bir neçə dəfə şifahi və yazılı şəkildə ** saylı Dövlət notariat kontoruna müraciət edilməsi təklif olunsa da, müraciətləri cavabsız qalmış, alqı-satqının yekunlaşması və əsas müqavilənin imzalanması üçün heç bir addım atılmamışdır. Cavabdehlər bu günə kimi nə müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, nə də evi boşaldaraq ona təhvil vermişdir. 2011-ci ildə müqavilə üzrə pulun ödənilməmiş hissəsinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin ##.##.2011-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə görə, əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət bitənə qədər bağlanmazsa və ya tərəflərdən biri digərinə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə ilkin müqavilə üzrə öhdəliklərə xitam verilir. Yeni iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək, AR DT və XK tərəfindən verilmiş JN-16086, KOD-00900003 olan “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ünvan 2 məhəllə ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 ha torpaq sahəsinin cavabdeh Cavabdeh satılmasına dair alqı-satqı müqaviəsinin bağlanmış hesab edilməsi və qalıq borcun ödənilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən və cavabdehin davranışından da göründüyü kimi, 10 ildən artıq müddətdir ki, mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdehlər nə müqavilə üzrə qalıq borcu ödəmiş, nə də ona məxsus olan yaşayış evini tərk etmişdir. Məhkəməyə təqdim edilən sübutlardan (torpağın texniki pasportu və JN-16086, KOD-00900003 şəhadətnaməsi, fərdi yaşayış evinin AR ƏMDK yanında DƏDRX-dən çıxarışı) da göründüyü kimi qeyd olunan torpaq sahəsi və tikilmiş fərdi yaşayış evi onun mülkiyyətindədir. Bununla yanaşı ##.##.2019-cu il tarixdə 0,02 hektar torpaq sahəsi üzərində yerləşən 269,1 kv.m yaşayış sahəsi ilə bağlı AR ƏMDK yanında DƏDRX-dən tam xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Göründüyü kimi, cavabdehin qeyd olunan yaşayış evi üzərində hər hansı bir mülkiyyət, yaşamaq yaxud istifadə hüququ yoxdur. Onların arasında qeyd olunan əmlakın alqı-satqısına dair razılaşma olsa da, müqavilə bağlanmamışdır. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2013-cü il tarixi qətnaməsi ilə alqı-satqı müqaviləsi bağlanmamış hesab edilmişdir. Bununla yanaşı, hazırki dövrədək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi hər iki məhkəmə qətnaməsinin əsaslandırıcı hissələrinə əsasən məhkəmələr ilkin müqaviləni müddəti keçməsi səbəbindən etibarsız hesab etmişlər. Lakin göstərilən xüsusatlara rəğmən cavabdeh 10 ildən artıqdır ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, yaşayış evini tərk etməmişdir. Bununla da ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, özünə məxsus olan evi kirayəyə verərək gəlir əldə elmək məqsədində olsa da, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. Mülki qanunvericiliyə əsasən dəymiş ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Bildirir ki, qeyd olunan evin real əmlak bazarında hazırki aylıq kirayə məbləği 1.000 manat təşkil edir. Əvvəlki illərin kirayə qiymətlərini və dəymiş ziyanın real məbləğini nəzərə alaraq, hesab edir ki, cavabdehdən ona məxsus əmlakdan qanunsuz olaraq istifadə etdiyi və qaytarmaqdan boyun qaçırdığı üçün 2008-ci ilin avqust ayından etibarən hər aya görə ortalama 800 manat dəyərində kirayə ödənişi tutularaq ona ödənilməlidir. Fərdi yaşayış evinin alqı-satqısına dair ##.##.2009-cu il tarixdə ilkin müqavilə bağlansa da növbəti bir il müddətində əsas müqavilənin bağlanması üçün alıcı tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən hesab edir ki, dəymiş ziyanın məbləği (kirayə haqqları) ilkin müqavilənin imzalandığı tarixin növbəti ayından hesablanmalıdır. Alınmış ##.##.2021-ci il tarixli, BF-3471 ER saylı mütəxəssis rəyinə əsasən ##.##.2009-cu il tarixdən ##.##.2021ci il tarixədək dəymiş ziyanın ümumi məbləği 100.200 manat təşkil edir. ##.##.2021-ci il tarixli, ****** saylı ödəniş qəbzinə əsasən mütəxəssis rəyinin alınması üçün 500 manat ödənilmişdir.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq, İddiaçı təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (Hakim: X1)

14. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı ünvan 2 məhəllə ünvanında yerləşən 0,02 hektar torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2005-ci il tarixdə JN-*****H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsinin 0,015 hektar hissəsini iddiaçı İddiaçı ##.##.2019-cu il tarixli ilkin müqavilə əsasında cavabdeh Cavabdeh 60.247,5 manata satmış, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılması şərti ilə, Cavabdeh daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28.115,50 manatını notariat kontorunun depozit hesabına qoyaraq iddiaçıya ödəmişdir, qalan 32.132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür, həmçinin müqavilə şərtlərinin yerinə yetirilməməsi barədə üzərinə öhdəlik götürmüşdür.

15. İşdə olan və məhkəmə iclasında tədqiq edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış ## #### 2009-cu il tarixli ilkin müqaviləyə əsasən “Satıcı” Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ## ###### 2005-ci il tarixdə verilmiş JN-*****H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 2 məhəllə ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar torpaq sahəsini (yəni hazırda mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini) 60.247,5 manata “Alıcı”ya satmışdır, əsas müqavilənin bağlanması bir il müddətinə başa çatdırılmalıdır, “Alıcı” daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28.115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq “Satıcı”ya ödəmişdir, qalan 32.132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür. Tərəflərdən heç biri əsas müqavilənin bağlanması barədə digər tərəfə təklif göndərməmiş, bununla bağlı notariat kontoruna müraciət etməmiş, nəticədə tərəflər arasında ## #### 2009-cu il tarixdə bağlanmış ilkin müqavilənin 2-ci bəndinin tələbinə uyğun olaraq bir il müddətində tərəflər arasında əsas müqavilə indiyədək bağlanmamışdır. Halbuki, ilkin müqavilənin 4-cü bəndinə görə alıcı daşınmaz əmlakın razılaşdırılmış satış qiymətinin qalan 32.132 manatını əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür.

16. Tərəflər arasında isə əsas müqavilə bağlanmadığına görə İddiaçı həmin pulun ödənilməsini Cavabdeh qızından hazırda tələb etməli deyildir. Eyni zamanda torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun İddiaçı tərəfindən Cavabdeh qızından tələb edilməsi əsaslı hesab oluna bilməz. Göründüyü kimi, boşladılması tələb edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin satılmasına dair ilkin müqavilə mövcud olsa da, əsas müqavilənin bağlanması qanunla müəyyən edilmiş bir il müddətində başa çatdırılmamış, bu müddətdən sonra isə torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır, daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydiyyat qüvvədədir, mübahisələndirilməmişdir. İddiaçının ona məxsus olan əmlaka faktiki sahib olmaq, əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək hüququ vardır, hansı ki, bu hüquq, qanuni əsaslar olmadan cavabdeh tərəfindən məhdudlaşdırılmışdır, həyata keçirilməsinə maneə yaradılır.

17. Məhkəmə hesab etmişdir ki, cavabdehin həmin evdən istifadə etməsinə və boşaltmamasına hər hansı qanuni əsas yoxdur, mülkiyyətçinin qanunvericiliklə tanınan və qorunan hüququ təmin edilməklə, iddia həmin hissədə təmin edilməli, fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ilkin müqavilədən irəli gələn əsas müqavilənin onun bağlanmalı olduğu müddət qurtaranadək bağlanmadığı vəziyyətində ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verildiyindən, hazırda bu barədə tələb irəli sürülmədən fərdi yaşayış evinin boşaldılması barədə iddianın təmin edilməsinə yolverilməzlik yoxdur. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh Cavabdeh məhkəmə iclaslarında etibarnaməsi əsasında nümayəndəsi (qardaşı) vasitəsi ilə təmsil olunmuş, lakin qanunla müəyyən edilmiş qaydada iddia ərizəsinə dair etiraz və mülahizə və ya qarşılıqlı iddia verilməmiş, iddia tələbinin əsassızlığına dair hər hansı qanuni dəlil irəli sürməmiş, etirazının əsasını təşkil edəcək sübutlarını təqdim etməmişdir. Cavabdeh Cavabdeh adına mübahisəli əmlaka dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir.

19. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, işin faktiki müəyyən olunmuş halları və tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtləri ilə təsdiq olunur ki, iddiaçının ## #### 2009-cu il tarixli müqaviləni bağlamaqda niyyəti ona məxsus olan ünvan 2 məhəllə ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar torpaq sahəsini cavabdeh Cavabdeh satmaq olmuşdur, sonrakı məhkəmə mübahisələrinin predmeti də “üzərində fərdi yaşayış evi inşa edilmiş torpağın alqı-satqısına dair ilkin müqavilədən yaranmış borc pulun, vurulmuş maddi (pulun infilyasiyası baxımından) və mənəvi zərərin ödənilməsi”, bundan başqa “torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun tutulması” olmuşdur. İddiaçı həmin iddialarında heç vaxt iddia etməmişdir ki, əmlakı kirayə vermək niyyətində olmuşdur. 2014-cü ildə sonuncu məhkəmə mübahisəsindən sonra tərəflərin heç biri bir-birinə qarşı hər hansı predmetlə bağlı iddia qaldırmamışlar. Məhkəmə təkrar olaraq xatırladır ki, ilkin müqavilənin özündən, eləcə də məhkəmə mübahisələrinə dair qətnamələrdən də aydın olur ki, iddiaçının niyyəti məhz əmlakı satmaq olub, o, həmin əmlakı kirayə vermək məqsədilə tikməsi, kirayəyə vermə ilə məşğul olması və sair bu kimi sübutlarını təqdim etməmişdir. Konkret halda iddiaçı sözügedən iddia tələbinin də əsaslılığına dair hər hansı sübutunu təqdim etməmişdir. İddiaçının təqdim etdiyi mütəxəssis rəyi isə yalnız dəymiş ziyan kimi qiymətləndirilmiş kirayə haqqının məbləğinin hesablanması üçün əsas ola bilər, lakin mütəxəssisin həmin rəyi mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, rəyə əsasən mütəxəssis öz rəyini subyektiv fikirləri ilə əsaslandırmışdır, ərazi üzrə oxşar əmlakların kirayə qiymətini əks etdirən mötəbər sübut qismində qəbul ediləcək sənəd (arayış), bilavasitə kirayə əmlak sahəsində fəaliyyət göstərən mütəxəssisin rəyi, internet resurslarında yerləşdirilmiş elanlar və sair sübutlar təqdim edilməmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı hissədə iddia təmin edilməməlidir.

20. Məhkəmə həmçinin, qeyd etmişdir ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı hissədə iddia təmin edilmədiyi halda, həmin iddianın irəli sürülməsi məqsədi ilə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 500 manat ekspertiza xərci cavabdehdən tutula bilməz, ona görə məhkəmə bu xərci iddiaçının özünə aid etməklə, iddianın həmin hissədə təmin edilməməsi, lakin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 152-ci, 157.2-ci, 178.1-ci, 402.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-77-ci, 82.3cü, 119.1-ci, 218-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarıa istinadla əsaslandırmışdır.

Birinci iş üzrə apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətlərinin dəlilləri

22. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, onun niyyəti məhz əmlakı satmaq olsa da, sonradan cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, uzun müddət ona məxsus əmlakda yaşamaqla istifadə etmişdir. O, öz əmlakından məhrum olmaqla ondan istədiyi kimi istifadə edə bilməmiş, həmçinin, evi kirayə vermək hüququndan da məhrum edilmişdir.

24. Cavabdeh Cavabdeh da apellyasiya şikayəti verərək, qətnamədə dəyişiklik edilərək, iddiaçı tərəfindən ona 350.000 manat məbləğində kompensasiya ödəməklə onun bu evdən çıxarılmağı və ya iddiaçı tərəfindən evə dair çıxarışı ona təqdim etməklə müqavilə üzrə qalan borcunu ödəmək üçün bir ay müddətində vaxt verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində onun əsas müqaviləni bağlamaqdan dəfələrlə yayındığını göstərmişdir. Lakin iddiaçının özünün məhkəməyə təqdim etdiyi ##.##.2019cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən bu mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd yalnız ##.##.2009-cu il tarixdə, yəni aralarında bağlanmış ilkin müqavilədən 11 il keçdikdən sonra əldə edilmişdir. İddiaçı özü qərəzli şəkildə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmış və bunun nəticəsi olaraq da həmin alqı-satqıya dair əsas müqavilənin bağlanması üçün şərait yaratmamışdır. Yəni həmin ilkin müqavilənin bütün şərtlərinin yerinə yetirilməməsi iddiaçının günahı üzündən baş vermişdir. Əgər iddiaçı ilkin müqavilənin şərtlərinə uyğun olaraq mənzilə dair dövlət reyestrindən çıxarışı vaxtında ona təqdim etsəydi, onun da borcunu vaxtında ödəmək imkanı olardı. Nəzərə çatdırır ki, iddiaçı məhkəməyə ilkin müqaviləni təqdim etsə də, işin faktiki hallarından, həm də özünün etiraf etdiyi kimi, əslində bu ilkin alqı-satqı müqaviləsi həmin torpaq sahəsi və həmin torpaq sahəsində yerləşmiş üç mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı üçün bağlanmışdı, lakin bu ilkin müqavilə bağlanan zaman həmin torpaq sahəsində yerləşən bu evə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış olmadığı üçün notarius həmin fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməmiş və yalnız həmin müqavilənin ilkin müqavilə şəklində bağlanmağına razılıq vermişdir. İddiaçı hazırki iddia ərizəsinə qədər də ona qarşı dəfələrlə müxtəlif məhkəmə instansiyalarına iddia ərizəsi vermiş və həmin iddia ərizələrinin məhkəmə baxışı zamanı bu torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alqı-satqısına görə ondan 100.000 ABŞ dolları məbləğində pulun aldığını etiraf etmişdir. Yəni aralarında olan evin alqı-satqı müqaviləsinin bağlanması və bu evə görə ona 100.000 ABŞ dolları məbləğində pulu ödəməyi işin təkzib edilməz halları ilə sübuta yetirilmişdir. Hazırki məhkəmə baxışı zamanı onun tərəfindən neçə illərdir aralarında davam edən məhkəmə mübahisələri ilə əlaqədar qətnamələri təqdim etsə də, məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə tərəfindən işə baxılarkən qanunvericilik normaları kobud şəkildə pozulmuş, işin faktiki hallan ətraflı araşdırılmamış və həmin müqavilənin kimin günahı səbəbindən bağlanmadığına düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin, iddia onun evdən çıxarılmağı hissəsində təmin edilsə də, bu evin ondan alınması ilə əlaqədar həmin evin dəyərinin iddiaçı tərəfindən ona ödənilməsi hissəsində məhkəmə öz münasibətini bildirməmişdir. Bir halda ki, müqavilə etibarsız sayılarsa, onda tərəflər bir-birinə verdiklərini və ya ödədiklərini digər tərəfə qaytarmalıdırlar. Əgər aldığı ev ondan alınaraq iddiaçının istifadəsinə verilirsə, onda həmin evin real bazar dəyəri də iddiaçı tərəfindən ona ödənilməlidir. Qeyd edir ki, mübahisə predmeti olan bu evin hazırda real bazar qiyməti minimum 350.000 manat dəyərindədir. Yuxarıda qeyd etdiyi kimi, bu ev alınan zaman onun tərəfindən iddiaçıya 100.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Həmçinin, iddiaçının elektrik enerjisi borcu olduğu üçün o, evi aldıqdan 2 gün sonra həmin evə elektrik enerjisinin verilməsi dayandırılmış və o məcbur olub iddiaçının əvəzinə həmin borcu ödəmişdir. Həmçinin, bu fərdi yaşayış evini alan zaman yaşayış üçün normal vəziyyətdə olmadığına görə məcbur olub həmin evi öz vəsait hesabına təmir etdirmişdir. Təmirə görə də 50.000 ABŞ dollarına yaxın xərci çıxmışdır. Fərdi yaşayış evində hazırda 5 ayrı ailə olmaqla, ümumilikdə 15 nəfərə yaxın adam yaşayır. Nəzərə çatdırır ki, bu ailənin tərkibinə qardaşları Nümayəndə və X4 da daxildir. Onlar hər ikisi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və hər ikisi müharibə veteranıdır. Həmçinin, qardaşı Nümayəndə oğlu X5 da Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Təbii ki, bu ev iddiaçıya qaytarıldıqdan sonra həmin şəxslərə də ayrı-ayrılıqda evlər alınmalıdır. Eyni zamanda bildirir ki, iddiaçının onu aldatması nəticəsində o, xeyli miqdarda maddi ziyan çəkmişdir. Belə ki, həmin evin alqısalqısına dair ilkin müqavilə bağlanarkən iddiaçı ona 100.000 ABŞ dolları ödədikdən sonra qalan borc məbləğini hissə-hissə olmaqla 5-6 il müddətinə ödənilməsinə razılıq verdiyini bildirmişdi. Ona görə də, o, iddiaçının sözünə inanaraq ailələlərinin yaşadığı 5 otaqlı mənzili sataraq bu fərdi yaşayış evinin alınmasına razılıq vermişdi. Lakin iddiaçı öz sözünə əməl elməmiş və onu aldadaraq bu qədər maddi və mənəvi ziyana salmışdır. Belə ki, 2010-cu ildən bu günə kimi davam edən məhkəmə mübahisələri həm ona, həm də digər ailə üzvlərinə mənəvi cəhətdən çox pis təsir göstərmiş və onların da əsəb xəstəliyinə tutulmasına səbəb olmuşdur. Həmçinin, iddiaçı ondan başqa digər qonşulara qarşı da həmin hərəkətləri etmiş, yəni onlara qarşı da dələduzluq edərək illərdir ki, məhkəmə çəkişmələrinə cəlb etmişdir. Hazırda onun bu mənzilə görə cəmi 18.850 manat məbləğində borcu qalmışdır. Əgər iddiaçı həmin evə dair çıxarışı vaxtında ona təqdim etsəydi, o həmin evi girov qoyaraq bankdan kredit götürər və iddiaçıya olan borcunu tam şəkildə ödəyə bilərdi. Lakin işin hallarından da görünür ki, iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər vaxtında icra olunmadığı üçün belə problemlər yarınmışdır. Odur ki, ya iddiaçı qalıq borcunu ödəmək üçün şərait yaratmalı, ya da onun bu evdən çıxmağı üçün minimum 350.000 manat pulu ona ödəməlidir.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Rəfayıl Eyvazov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Faud Babayev).

28. Məhkəmə kollegiyası ilkin olaraq iddianın təmin olunan hissəsində qətnamənin qanuniliyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, işin faktiki hallarından və qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuş hallardan aydın olur ki, tərəflər aralarında ##.##.2009-cu il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər iddiaçının mülkiyyətində olan ünvan 2 məhəllə ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar hissəsinin 60.247,50 manata cavabdehə satılması, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılmalı olması barədə razılığa gəlmişlər, lakin müəyyən olunmuş müddət ərzində əsas müqavilə bağlanmamış, bu səbəbdən də ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə qanunvericiliyin qeyd edilən tələblərinə əsasən xitam verilmişdir. İddiaçı əvvəllər cavabdehə qarşı iki dəfə müxtəlif iddia tələbləri ilə (əvvəlcə “ilkin alqı-satqı müqaviləsindən yaranmış borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi”, sonra isə “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq pulun cavabdehlərdən tutulması”) məhkəməyə müraciət etsə də, iddia tələbləri təmin olunmamışdır. Yəni məhkəmələrin hüquqi mövqeyinə görə ilkin alqısatqı müqaviləsində nəzərdə tutulmuş 1 il müddət ərzində əsas müqavilə bağlanmamış, öhdəliklərə xitam verilmişdir. Bu səbəbdən də iddiaçının ilkin müqaviləyə istinad edərək razılaşdırılmış pulu tələb etməsi və ya əsas müqavilənin bağlanmış sayılması və s. tələbləri əsaslı hesab oluna bilməz. Göründüyü kimi, iddiaçı ilkin müqavilənin bağlanmasından sonra məsələnin bu və ya digər formada başa çatdırılması istiqamətində müvafiq hərəkətlər etmiş, bir neçə dəfə məhkəməyə müraciət etmiş, lakin tərəflər mübahisəni həll edə bilməmiş, ümumi razılığa gəlməmişlər. Bundan sonra iddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın tam mülkiyyətçisi kimi hazırki iddia tələblərini irəli sürmüşdür.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində əsaslıdır. Çünki, iddiaçı həmin hissədə tələb hüququ mülkiyyətin müdafiəsindən irəli gəlir.

30. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin cavabdeh hazırki vaxtda mübahisə predmeti olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır. Cavabdeh tərəf iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçərək, orada yaşamasının əsası kimi aralarında bağlanmış ilkin müqaviləyə əsaslansa da, yuxarıda da qeyd edildiyi kimi ilkin müqavilə ilə tərəflər məhz gələcəkdə əsas müqavilənin bağlanmasını öhdələrinə götürürlər. Əks halda isə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Yəni, ilkin müqavilə cavabdehə daşınmaz əmlak üzərində hər hansı əmlak hüquqları yaratmamışdır. Eyni zamanda tərəflər ilkin müqavilədə gələcəkdə müvafiq torpaq sahəsinin (0,015 ha) alqı-satqısı barədə razılığa gəlmiş, müqavilədə fərdi yaşayış evi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, hətta tərəflər şifahi olaraq fərdi yaşayış evinin də alqı-satqısını şərtləşdirmişlərsə belə, bu hal yenə də cavabdehin hazırki vəziyyətdə həmin yaşayış sahəsindən istifadəsini qanuni hala gətirmir. Cavabdehin mübahisəli yaşayış sahəsini zəbt etməməsi, iddiaçının razılığı ilə ilkin müqaviləyə əsasən orada yaşamağa başlaması halı da vəziyyəti dəyişdirmir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, ilkin müqavilə öz əhəmiyyəti itirmişdir və cavabdehin hazırki vaxtda iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə (orada yaşamasına) haqq qazandıran digər qanuni əsas mövcud deyildir (cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir). Cavabdeh etirazının digər əsası kimi əsas müqavilənin bağlanmamasının onun təqsirindən baş verməməsini, iddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının 2019-cu ildə qeydiyyata alınmasını göstərmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iddianın qanuni həlli baxımından əsas müqavilənin bağlanmamasının kimin təqsirindən baş verməsi xüsusi önəm daşımır. Önəmli olan məsələ əsas müqavilənin bağlanılmaması, bununla da ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsidir. Belə olan halda isə, mülkiyyətçinin dəyişməsi baş vermir və hüquqi vəziyyət dəyişmir.

32. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan fikrin davamı olaraq həmçinin qeyd etmişdir ki, əsas müqavilənin tərəflərdən birinin təqsiri üzündən bağlanmaması halı bunun nəticəsində dəymiş ziyanla bağlı məsələni ortaya çıxara bilər ki, cavabdehin də belə bir tələbi mövcud deyildir. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, tərəflər ilkin müqavilədə yalnız torpaq sahəsinin (0,015 ha) alqı-satqısı barədə razılığa gəlmişlər və həmin hissədə də əsas müqavilə bağlanmamışdır. İşin qeyd edilən halları fonunda isə iddiaçının hazırki vindikasiya (əmlakın qanunsuz sahibdən alınması) barədə tələbi əsaslı hesab olunmalıdır. Çünki, iddiaçının tələb hüququ həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh tərəf etirazının əsası kimi – fərdi yaşayış evinin təmirinə xərc çəkməsini, eyni zamanda iddiaçıya 100.000 ABŞ dolları pul ödəməsini, evdən çıxdığı təqdirdə evin bazar dəyərinin ona ödənilməli olmasını və s. göstərsə də, məhkəmə kollegiyası həmin hallara hazırki icraat çəkçivəsində hüquqi qiymət verilməsini mümkün hesab etmir. Çünki, cavabdeh bununla bağlı müstəqil tələb (qarşılıqlı iddia) verməmişdir. Müvafiq tələb olmadağı halda isə cavabdehin etirazında göstərdiyi pul vəsaitlərinin iddiaçıdan tutulması məsələsinə baxılması prosessual qanuünvericiliyin tələbləri ilə uzlaşmır (lakin, cavabdeh qeyd etdiyi hallarda bağlı müstəqil qaydada məhkəməyə müraciət etməkdə tələb hüquqlarını özündə saxlayır).

33. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmaqla, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğvinə əsas ola bilməz.

34. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının da apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiası iddianın təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etmişdir.

35. İddiaçı maddi zərər kimi əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır. İddiaçı keçən müddət ərzində cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsini kirayə verməklə iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. bu istiqamətdə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yəni, iddiaçı həmin əmlakı cavabdehin istifadəsinə verməmişdən əvvəl kirayəyə verməsi və kirayə haqqı almasına və ya sonradan belə bir hüquqi əsasın yaranmasına, yaşayış sahəsinə dair digər şəxslərlə real olaraq kirayə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına və s. dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Əksinə, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı əvvəllər cavabdehə qarşı qaldırdığı iddia tələblərində bu hala istinad etməmiş, yaşayış evinin qaytarılmasını, cavabdehin çıxarılmasını və s. tələb etməmişdir.

36. İddiaçı yoxlanılan hissədə mütəxəssis rəyinə görə 500 manat pul da tələb etmiş, lakin məhkəmə kollegiyasının yuxarıda sadalanan mövqeyinə görə iddia zərər hissədə əsassız olduğundan, iddiaçının kirayə haqqına dair təqdim etdiyi mütəxəssis rəyi hər hansı əhəmiyyət daşımır. Bu səbəbdən də iddiaçının həmin xərci özünə aid edilməlidir. Göründüyü kimi iddia qeyd edilən hissədə əsassızdır, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 21-ci, 23-cü, 140-cı, 152.1-ci, 157.2-ci, 386.1-ci, 390-cı, 402-ci, Mülki Posessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 81-ci, 106.1-ci, 385.2-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad edərək əsaslandırmışdır.

Birinci iş üzrə kassasiya instansiyası məhkəməsində icraat

38. İddiaçı İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. İddiaçı İddiaçı kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, məhkəmə əsaslandırması ilə cavabdehin mülkiyyətdən istifadəsini qanunsuz hesab etdiyi halda, heç bir əsas olmadan ona vurulmuş maddi ziyanı təmin etməmişdir. Əvvəlki məhkəmə prosesləri zamanı dəymiş ziyanın ödənilməsinə dair hər hansı tələbin olmaması hazırkı iş üzrə dəymiş ziyanın ödənilməsini tələb etməyə mane olmur. Məhkəmə dəymiş ziyanın ödənilməsi barədə onun tərəfindən təqdim edilən sübutlara (## ##### 2021-ci il tarixli, BF-3471 ER saylı mütəxəssis rəyi, ##.##.2021-ci il tarixli, ****** saylı ödəniş qəbzi) düzgün hüquqi qiymət verməyərək, onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

40. Cavabdeh Cavabdeh da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.

41. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmış, cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. (Hakimlər: X9 (məruzəçi), X6 və X10).

42. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, iddiaçı maddi zərər kimi əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır. İddiaçı keçən müddət ərzində cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsini kirayə verməklə iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. bu istiqamətdə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yəni, iddiaçı həmin əmlakı cavabdehin istifadəsinə verməmişdən əvvəl kirayəyə verməsi və kirayə haqqı almasına və ya sonradan belə bir hüquqi əsasın yaranmasına, yaşayış sahəsinə dair digər şəxslərlə real olaraq kirayə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına və s. dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Əksinə, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı əvvəllər cavabdehə qarşı qaldırdığı iddia tələblərində bu hala istinad etməmiş, yaşayış evinin qaytarılmasını, cavabdehin çıxarılmasını və s. tələb etməmişdir.

43. Kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə əlavə dəyərləndirmə aparılmasına lüzum görməmiş və belə hesab etmişdir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

44. Kollegiya cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq nortmaları düzgün tətbiq edilməmişdir.

45. Belə ki, iddiaçı İddiaçı özünün mülkiyyət hüququna istinad edərək cavabdehin istifadəsində olan fərdi yaşayış evinin boşaldılmasını tələb edir. Cavabdeh tərəf etirazının əsası kimi – fərdi yaşayış evinin təmirinə xərc çəkməsini, torpaq sahəsi ilə birlikdə yaşayış evinin də alqı satqısı üçün iddiaçıyla razılaşdıqlarını, eyni zamanda iddiaçıya 100.000 ABŞ dolları pul ödəməsini, iddiaçının evin sənədlərini 2019-cu ildə evin sənədlərini aldığına görə alqı-satqının baş tutmadığını evdən çıxdığı təqdirdə evin bazar dəyərinin ona ödənilməli olmasını və s. göstərir.

46. Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

47. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.

48. Qanunvericiliyə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

49. Baxılan işdə mübahisəli yaşayış evinin iddiaçının mülkiyyətində olması mübahisəsiz haldır. Eyni zamanda o hal da işin mübahisəsiz halıdır ki, mübahisəli yaşayış evi cavabdeh Cavabdeh tərəfindən istifadə edilir. Aşağı instansiya məhkəmələri iddianın təmin olunan hissəsi üzrə nəticəyə gələrkən iddiaçının mülkiyyətçi olmasına istinad etmişlər. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

50. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə yaşayış evindən istifadə edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan fərdi yaşayış evindən mülkiyyətçisinin razılığı ilə istifadə edildikdə, istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (istifadə edən şəxsin fərdi yaşayış evinə köçərək orada yaşamasına şərait yaratması və s.). Bununla belə, mülkiyyətçi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, fərdi yaşayış evindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla təmir aparmış, yaxşılaşdırmalar etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki mülkiyyətçinin icazəsi ilə yaşayış evində təmir işləri üçün xərc çəkidikdə təmir üçün xərc çəkən şəxsin yaşayış evindən çıxarılması nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, şəxs oradan çıxarılacağı halda yaşayış evinin mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir.

51. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

52. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir.

53. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi qanunvericiliyin mahiyyəti və məqsədi ilə uzlaşmır.

54. Kollegiya onu da vurğulamışdır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır (Mülki Məcəllə m 152.5). Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.

55. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

56. Kassasiya kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etmişdir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən müvafiq təmir işlərinə xərc çəkilibçəkilməməsi, yəni yaxşılaşdırmalar edib-etməməsi, iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman təmirin aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının təmirə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir. Bu araşdırmanın nəticəsindən asılı olaraq iddiaçının hüquqdan sui-istifadə halına yol verib-vermədiyi nəzərə alınmalıdır.

57. Baxılan işdə isə apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Bu isə nəticə etibarilə sadalanan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, habelə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalət edir.

58. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci, 21-ci, 135-ci, 152-ci, 157-ci, 560-cı, 562.1-ci, 1091-1092-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.3-cü, 88-ci, 217-ci, 416-cı maddələrinə istinad edərək əsaslandırmışdır.

İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

59. İddiaçılar Cavabdeh və Nümayəndə cavabdehlər İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müştərək qaydada maddi ziyana görə 450.000 manat və mənəvi ziyana görə 200.000 manat olmaqla, ümumilikdə 650.000 manatın 440.000 manatının Nümayəndə, 210.000 manatının isə Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

60. İddiaçlar tələbləri onunla əsaslandırmışlar ki, onlar 2009-cu ildə yaşadıqları evi sataraq həmin satışdan əldə edilmiş pul əsasında özlərinə almaq üçün münasib ev axtarırdılar. Həmin vaxt “Birja” qəzetində hazırki mübahisə predmeti olan evin satılması barədə elan verilmişdir. Həmin elan vasitəsilə ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdıqları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə tanış olduqdan sonra həmin evə baxış keçirmişlər. Evə baxdıqdan sonra ailə üzvləri ilə birlikdə məsləhətləşərək həmin evi 130.000 ABŞ dolları məbləğində almağa qərara gəldilər. Həmin vaxt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəmi 100.000 ABŞ dolları məbləğində pulun olduğunu bildirmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə narahat olmamalarını və qalan məbləği hissə-hissə ödəyə biləcəklərini demişdir. Bundan sonra onlar həmin evin 140.000 ABŞ dolları məbləğində alqı-satqı edilməsinə razılığa gəldilər. Bununla əlaqədar Bakı şəhəri ** saylı notariat kontoruna gedərək ilkin müqavilə bağladılar. Həmin vaxt evin sənədi olmadığı üçün, yalnız torpaq sahəsinin sənədi olduğu üçün onlar torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağladılar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qısa müddət ərzində evin də dövlət reyestrindən çıxarışını alaraq onlara təqdim edəcəyini bildirmişdir. Ona görə də, evin alqı-satqısına dair müqavilə bağlanıla bilməmişdir. Aralarında bağlanmış ilkin müqavilənin tam müqavilə kimi bağlanması üçün də əsas şərt həmin evə dair dövlət reyestrindən çıxarışın cavabdehlər tərəfindən onlara təqdim olunması idi. Lakin xeyli müddət keçməsinə baxmayaraq, cavabdehlər evə dair dövlət reyestrindən çıxarışı onlara təqdim edə bilmədilər. Ona görə də, onların arasında ilkin müqavilədən sonra əsas müqavilə bağlanmadı. 2019-cu ildə cavabdehlər bu evə dair dövlət reyestrindən çıxarış əldə etdikdən sonra onlara qarşı məhkəməyə müraciət edərək bu evdən çıxarılmalarını tələb etdilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Cavabdehlərin qanunazidd əməlləri nəticəsində onlara həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehlər onları aldadaraq alqı-satqı predmeti olan evə dair dövlət reyestrindən çıxarışın qısa müddət ərzində əldə edilərək onlara təqdim edəcəklərini bildirmiş və aralarında bu evə dair alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuşlar. Qeyd edirlər ki, onlar bu evi alan zaman ev təmirsiz və tamamilə pis vəziyyətdə idi. Onlar tərəfdən həmin fərdi yaşayış evində əsaslı təmir işləri aparılmış və həmçinin əlavə olaraq hər mərtəbədə 1 otaq olmaqla, ümumilikdə 3 əlavə otaq tikilmişdir. Təbii ki, bütün bu tikinti və təmir-bərpa işləri də xeyli vəsaitə başa gəlmişdir. Eyni zamanda cavabdehlərin onları aldatması nəticəsində xeyli miqdara maddi ziyana da düşmüşlər. Belə ki, 2009-cu ildə cavabdehlər onları aldadaraq sənədsiz evin alqı-satqısına razı salmasaydılar, onda onlar 2009-cu ildə həmin 100.000 ABŞ dolları məbləğində pul ilə bir neçə yerdə ev ala bilərdilər. Lakin cavabdehlərin qanunazidd əməlləri nəticəsində onlar həm yeganə yaşayış yerlərindən məhrum olmuş, həm də xeyli miqdarda ziyana uğramışlar. Qeyd edirlər ki, cavabdehlər tərəfindən onlara qarşı dəfələrlə məhkəmələrə müxtəlif iddialarla müraciətlər olmuş və bunun nəticəsində də onlara mənəvi ziyan da dəymişdir. Hər dəfə əsassız olaraq onlara qarşı məhkəməyə iddia verildikdə həm psixoloji, həm də mənəvi cəhətdən stress keçirmişlər. Ona görə də hesab edirlər ki, cavabdehlər tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan ödənilməlidir.

61. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı 295.596 manat və dövlət rüsumunun əvəzi qismində 500 manatın alınaraq Cavabdeh ödənilməsi, İddiaçı dövlət rüsumunun əvəzi qismində 85,60 manatın alınaraq Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (Hakim: Əliyev Şəhriyar İbrahim oğlu)

62. Məhkəmə iddia tələbinin vurulmuş zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin gələcək alqı-satqısı məqsədilə ilkin müqavilə bağlanmış, cavabdeh evə dair sənədləri, iddiaçı isə razılaşdırılmış məbləği ödəmədiyindən fərdi yaşayış evinin alqı-satqısı barədə əsas müqavilə bağlanmamış, iddiaçı uzun müddət qeyd edilən mənzildə yaşamasına və razılaşdırılmış məbləğin əksər hissəsini ödəməsinə baxmayaraq mənzil iddiaçının adına rəsmiləşdirilməmiş, yəni iddiaçı bu müddət ərzində yaşayıb istifadə etdiyi mənzilə mülkiyyət hüququ əldə etmək imkanını itirməklə, müqavilə bağladığı zaman ümid etməyə haqqı çatanlardan məhrum olmuş, cavabdehin tələbinə əsasən məhkəmə qərarı ilə mübahisəli fərdi yaşayış evinin boşaldılıb cavabdehə təhvil verilməsi qət edilmişdir.

63. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən, yəni alıcının, dəyərinin əksər hissəsini ödədiyi əmlakın alqı-satqısını həyata keçirmədiyindən, alıcı müqavilə predmeti olan əmlakın ona verilməməsi nəticəsində məruz qaldığı zərərin əvəzinin kompensasiya formasında ödənilməsini tələb edə bilər. Məhkəmə, kompensasiya həddini müəyyən edərkən iddiaçının müqavilə üzrə ümid bəslədiyi mənzilin hazırkı bazar dəyərini əsas götürmüşdür.

64. Kompensasiya məbləğinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, bu məbləğ, müqavilə üzrə nəzərdə tutulmuş əmlak dəyərinin (140000 ABŞ dolları) ödənilmiş hissəsi (100000 ABŞ dolları) nisbətində (100000/140000=0.714), həmin əmlakın hazırkı bazar dəyərinə mütənasib (414000x0.714=295.596) olaraq hesablanmalıdır.

65. Məhkəmə, həmçinin hesab etmişdir ki, mənzilin təmiri üçün xəclənmiş vəsait, əmlakın hazırkı dəyərində ehtiva olunduğundan və müəyyən olunmuş kompensasiya məbləği də əmlakın hazırkı dəyərinə mütənasib hesablandığından, həmin məbləğ dəymiş zərər kimi müəyyən oluna bilməz.

66. Məhkəmə, mənəvi zərərə münasibətdə qeyd etmişdir ki, müəyyən olunan kompensasiya məbləği onu da əhatə edir. Belə ki, iddiaçı mənzildə uzun müddət maneəsiz yaşamış, alqı-satqının baş tutmaması qarşılıqlı olmuş, həmçinin, iddiaçının müqavilə üzrə əmlaka görə ödədiyi məbləğ həmin əmlakın hazırkı bazar dəyərinə mütənasib hesablanmışdır.

67. Məhkəmə, zərərin kimin xeyrinə və kimdən tutulmasına münasibətdə qeyd etmişdir ki, ilkin müqavilə Cavabdeh (alıcı) və İddiaçı (satıcı) arasında bağlandığından və öhdəliyini icra etməyən satıcı alıcıya dəymiş zərərin əvəzini ödəməyə borclu olduğundan dəymiş zərər İddiaçı alınaraq Cavabdeh ödənilməlidir.

68. Məhkəmə, iddia tələbinin digər cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yönələn hissəsinə münasibətdə qeyd etmişdir ki, bu sübutetmə yükü ilə bağlıdır, belə ki, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müqavilə üzrə öhdəlik daşıması, iddiaçılara zərər vuran hərəkətlərdə iştirak etməsi, müqavilənin bağlanmamasına hər hansı formada təsir etməsi hallarına dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmşdir.

69. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 385- 386-cı, 402-ci, 421-ci, 442-ci, 567-ci, 568-569-cu, 575.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 106.1-ci, 115-ci, 119.1-ci, 124.1-ci, 217.4cü, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il tarixli və “Məhkəmə qətnaməsi haqqında” 24 .11.2005-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

İkinci iş üzrə apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətlərinin dəlilləri

70. İddiaçılar Cavabdeh və Nümayəndə apellyasiya şikayəti verərək, qətnamədə dəyişiklik edilməsini və iddialarının tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

71. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişlər ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində mübahisə predmeti olan torpaq sahəsinin ilkin alqı-satqısı barədə ##.##.2009-cu il tarixli müqavilədə alıcı kimi Cavabdeh, satıcı kimi isə X20 göstərilməsinə görə iddianın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aid hissədə təmin edilməməsi qənaətinə gəldiyini əsaslandırmışdır. Hesab edirlər ki, məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyil. Belə ki, onların torpaq sahəsinə və evə dair alqı-satqı razılaşması faktiki olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə aparılmışdır. Sadəcə sənəd X20 adına olduğu üçün ilkin alqı-satqı müaviləsi də onun adına bağlanmışdır. Həmçinin, onların məhkəməyə təqdim etdikləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş ərizəyə əsasən o, Nümayəndə 97.000 ABŞ dolları almış, ##.##.2009-cu ildə həmin pulun 35.000 ABŞ dollarını notariusda təsdiqlənmiş, qalan pulu nağd almış, sonradan 3.000 ABŞ dolları almaqla ümumilikdə həmin günə qədər 100.000 ABŞ dolları məbləğində pul almışdır. Yəni həmin bu ərizədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs özü həmin pul vəsaiti aldığını təsdiq edir. İşin hallarına əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birbaşa özü evin alqı-satqısı ilə əlaqədar pul aldığı halda o məsuliyyətdən kənar qalmışdır. Hesab edilər ki, işin bütün halları yenidən araşdırılmalı və digər iddiaçı Nümayəndə dəymiş ziyan da təmin edilməlidir. Eyni zamanda iddianın tam şəkildə təmin edilməməsi qənaətinə gəlinməsi də əsassızdır. Belə ki, işin hallarına əsasən mübahisə predmeti olan ev üçmərtəbəli faktiki olaraq 4 sot torpaq sahəsində yerləşməklə Bakı şəhərinin mərkəz küçələrindən birində yerləşir. Ona görə də, həmin evin real bazar qiyməti 600.000 manata yaxın olduğu halda məhkəmə əsassız olaraq maddi ziyanın həcmini də az göstərmişdir. Məhkəmə tərəfindən mənəvi ziyanın vurulması hissəsində də məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, onlara cavabdehlər arasında 14 ilə yaxındır ki, məhkəmə çəkişmələri gedir. Təbii ki, onların əsassız olaraq hər dəfə məhkəmə mübahisəsinə cəlb edilmələri onlara psixoloji və mənəvi cəhətdən də zərbə vurur. Əfsuslar olsun ki, məhkəmə tərəfindən bu nəzərə alınmamış və bununla da MM-nin 21-ci maddəsinin tələbləri pozulmuşdur.

72. Cavabdeh İddiaçı da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

73. Cavabdeh İddiaçı apellyasya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və bu da onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Hazırki qətnamə ilə məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sübutlara qiymət verilməmiş, onların arasında müqavilə münasibətləri olduğu halda müqavilənin qüvvədə olan müddəalarına toxunulmamış, formal mülahizələrlə iddia tələbinin qismən təmin edilməsi qərara alınmışdır ki, bu da onun ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından və qətnamələrinə əsasən onların arasında ilkin alqı-satqı müqaviləsi imzalandıqdan sonra əsas müqavilə imzalanmadığı üçün o aşağıdakı hərəkətləri etmişdir: İlkin olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ilkin müqavilədən yaranmış borcun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmiş, lakin iddiası təmin edilməmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinə müraciət edərək alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qalıq borcun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmiş, lakin bu iddia tələbi də təmin edilməmişdir. Bundan sonra o, müqavilənin bağlanmış hesab edilməsi və ona ödənilməmiş qalıq borcun tutulması istiqamətində olan iddiaları üçün hüquqi vasitələr tükəndiyindən “fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraicət etmişdir. Yalnız bundan sonra iddiaçılar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə paralel iddia qaldırmış və digər mülki icraatın dayandırılmasına nail olmuşdur. Qeyd edir ki, sadalanan məhkəmə proseslərindən iddiaçılar məlumatlı olmuşdur. Yəni qanunsuz olaraq sahiblik etdikləri fərdi yaşayış evinin onlara məxsus olmadığı, əvvəllər bağlanmış ilkin müqavilənin artıq əhəmiyyətinin olmadığı onlara məlum idi. Lakin 10 il müddət ərzində heç vaxt nə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, nə də ziyanın ödənilməsini ondan tələb etmişlər. İşin hallarından da göründüyü kimi, onun niyyəti özünə məxsus evinin satılması və ödənilməmiş borcun ona ödənilməsi olmuşdur. Lakin iddiaçıların niyyəti onlara vurulmuş maddi ziyanın ödənilməsi deyil, qanunazidd hərəkətlərinin, ona məxsus fərdi yaşayış evinin zəbt edilməsinin davam etdirilməsi olmuşdur. Əks təqdirdə, onun “fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi” barədə iddia irəli sürülməsinə qədər ötən 10 il ərzində hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş olardılar. Onun iddiasından sonra hazırki iş üzrə iddiaçıların da bu iddianı irəli sürməkdə məqsədi onun iddiası üzrə gedən mülki icraatın dayandırılması, həmin fərdi yaşayış evinə qanunsuz sahibliyin davam etdirilməsi məqsədi daşıyır ki, bu da hüquqdan sui-istifadə deməkdir. Bir daha qeyd edir ki, əgər iddiaçılar Mülki Məcəllənin 5.3-cü maddəsinin tələblərinə uyğun olaraq öz hüquqlarını vicdanla həyata keçirmiş olsaydı, ötən 10 il ərzində məlum məhkəmə qətnamələrindən sonra başqasına məxsus fərdi yaşayış evini boşaldaraq mülkiyyətçisinə təhvil verər və ev üçün ödənilən pul vəsaitini tələb edərdilər. Hesab edir ki, iddiaçıların bu hərəkətləri hüquqdan sui-istifadə hesab edilməlidir. Çünki əvvəlki məhkəmə çəkişmələrində o, açıq niyyət göstərərək dəfələrlə müqavilənin bağlanmasını və ona ödənilməyən qalıq borcun ödənilməsini tələb etsə də, iddiaçılar həmin iddia tələblərini qəbul etməmiş, müqavilənin bağlanmış hesab edilməsini istəməmiş və ona məxsus fərdi yaşayış evinə qanunsuz sahibliklərini davam etdirmişlər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hər hansı araşdırma aparmadan, ekspert və ya mütəxəssis rəyi almadan, yalnız paralel gedən mülki icraatda alınmış ekspert rəyini əsas tutaraq ondan 295.596 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul etmişdir. Ekspert rəyinin məhkəmə üçün məcburi qüvvəsi yoxdur. Bundan başqa hesab edir ki, ekspert rəyinin həqiqətə uyğun olub-olmaması araşdırılmadan, heç bir ekspert rəyi təyin etmədən və ya fərdi yaşayış evinə baxış keçirmədən həmin rəyin sübut kimi qiymətləndirilərək qəbul edilməsi işin səthi və tez araşdırılmasıdır ki, bu da ədalətli araşdırma prinsipinə ziddir. Bundan başqa, əvvəlki məhkəmə proseslərində ilkin müqavilənin hüquqi statusunun olmaması, fərdi yaşayış evinin ona məxsus olması və məhkəmə proseslərindən sonra iddiaçıların həmin fərdi yaşayış evindən istifadə hüququnun olmadığı artıq onlara məlumdur. Son 10 il ərzində də həmin mənzildən istifadəni davam etdirməkləri bunu bir daha sübuta yetirir. Bunlar işin mübahisəsiz hallarıdır. Bununla belə iddiaçılar bu hərəkətləri ilə ona məxsus fərdi yaşayış evindən qanunsuz olaraq istifadə etməklə həm özləri bundan faydalanmış, həm də onu öz evində yaşamaqdan məhrum etmişdir. Məhkəmə kompensasiya həddini müəyyən edərkən iddiaçının müqavilə üzrə ümid bəslədiyi mənzilin hazırki bazar dəyərini əsas götürür. Lakin nə iddiaçıların sadalanan qanunsuz əməllərini nəzərə alır, nə də həmin əməllər nəticəsində ona vurulmuş zərərin kompensasiyasına münasibət bildirir. Halbuki, bu hüquq pozuntularını (deliktlər) törətmiş iddiaçılar onun qarşısında mülki məsuliyyat daşıyırlar. Bundan başqa, qeyd edir ki, əsassız varlanma başqasının hesabına təkcə əmlak əldə etməklə deyil, həmdə pul, qiymətli kağızlar, eləcə də əmlak hüquqları və qanunla müdafiə olunan hər cür maddi faydalar əldə edilməsi nəticəsində yarana bilər. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri yaranır. O cümlədən iddiaçıların da son 10 il ərzində başqasının əmlakını zəbt edərək oradan istifadə etməsi, ondan faydalanması qanunda nəzərdə tutulmamış təqsirli olaraq törədilmiş hərəkətlərdir. Bu da əsassız varlanmaya gətirib çıxarır və qanunun tələblərinə görə bu yolla varlanmış şəxs əsassız varlanmış şəxs kimi bütün əldə etdiklərini MM-nin 1092-ci maddəsinə əsasən məhrum olana qaytarmalıdır. Lakin məhkəmə bu halların heç birinə hüquqi qiymət vermədən yalnız iddiaçılara münasibətdə onların ümid bəslədiyi mənzilin dəyərini əsas götürmüş və nəticədə hazırki qətnamə qəbul edilmişdir. Halbuki, ədalətli araşdırma prinsipinə görə iddiaçıların ümid bəslədiyi hallar nəzərə alınırdısa bu zaman iddiaçıların qanuna zidd hərəkətləri nəticəsində əldə etdiyi gəlir, həmçinin ona vurulmuş ziyan da nəzərə alımalı, həmin mənzildən istifadəyə görə hər ay üçün minimum ziyan müəyyən edilərək onun xeyrinə həll edilməli idi.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

74. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

75. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X8 ikinci iş üzrə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin hər iki iş üzrə verdikləri apellyasiya şikayətlərini qəbul etməmiş, tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin, qarşı tərəfin apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflərindən sui-istifadə halının olmasını qəbul etmirlər. Müqavilə etibarsız olduğu üçün evin qaytarılmasını tələb edirlər, halbuki, müqavilə bağlanan zaman ödənilmiş 100.000 ABŞ dolları məbləğinin indeksasiya edilərək ödənilməsi tələb edilə bilərdir. Birinci instansiya məhkəməsi ödənilən pulu deyil, evin dəyərinin 70 faizinin ödənilməsini qət edib.

76. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi, eyni zamanda ikinci iş üzrə iddiaçı Nümayəndə hər iki iş üzrə tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə etmiş, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməmiş, tərəflərindən verilmiş apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək həmin apellyasiya şikayətlərinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2009-cu ildə 100.000 ABŞ dollarına yaşamaq üçün ev ala bilərdilər. Hazırda evdə yaşayan şəxslərin yaşayış yeri ilə təmin edilməsi üçün uyğun məbləğin onlara ödənilməsini tələb edirlər. Evin üçüncü mərtəbəsi var idi, amma tam təmirsiz idi. Tək daşla hörülmüşdü, 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər 2x12 metr ölçüdə əlavələr etmişlər. Nəticədə evin sahəsi genişlənmiş, otaqların sayı artmış, 2-ci mərtəbə də əsaslı təmir edilmişdir.

77. İştirak etdiyi məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh vəkili vəkil2 hər iki iş üzrə tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə etmiş, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməmiş, tərəflərindən verilmiş apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək həmin apellyasiya şikayətlərinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı müqavilənin baş tutmamasında təqsirinin olmadığını bildirir. Tərəflər arasında 16 ilə yaxındır ki, müxtəlif əsaslarla məhkəmə mübahisələri gedir. Alqı-satqı müqaviləsinin baş tutmaması Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hərəkətsizliyi səbəbindən olub. Mülkiyyətçi İddiaçı olsa da, faktiki olaraq bütün hərəkətlər onun tərəfindən edilib. Tərəflər razılaşmışdı ki, qısa müddət ərzində evə dair çıxarış alıncaq, qalan pul bundan sonra ödəniləcək. Lakin qarşı tərəf çıxarış almağı ləngidib. Evin alqısatqısının rəsmiləşdirilməsi şərti ilə qalıq məbləği ödəməyə hazır olublar.

78. İkinci iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə qeyd edilən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

79. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir; 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər; 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur; 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır; 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir; 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ); 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

80. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3. apellyasiya instansiyası qətnaməni dəyişdirə bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

81. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

82. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

83. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

84. Məhkəmə kollegiyası birinci işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə birinci iş üzrə cavabdeh Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır. Həmçinin, ikinci iş üzrə iddiaçılar Cavabdeh və Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsində, cavabdeh İddiaçı isə iddianın təmin edilən hissəsində mübahisələndirdiklərindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, birinci iş üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İkinci iş üzrə isə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, həmin iş üzrə qətnamə ondan iddiaçı Cavabdeh xeyrinə tutulan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, digər apellyasiya şikayətləri isə təmin edilməməlidir.

86. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun ## ######## 2003cü il tarixli, 4 “Ə”-*-*** saylı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış ünvan 2 məhəllədə yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və torpağın mülkiyyətə verilməsinə dair ##.##.2005-ci il tarixli, JN-16086H (Kod: ********) nömrəli şəhadətnamə verilmişdir. Onunla Cavabdeh arasında bağlanmış 28.07. 2009-cu il tarixli ilkin müqaviləyə əsasən, o, sözügedən 0,02 ha torpaq sahəsindən 0,015 ha hissəsini 60.247,5 manata Cavabdeh satmış, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılması nəzərdə tutulmuş, Cavabdeh daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28.115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq ödəmiş, qalan 32.132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür.

87. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsi ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd olunan ilkin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə qarşı “ünvan 2 məhəllədə yerləşən üzərində 10 otaqdan ibarət 3 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi 0,015 ha torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən yaranmış 40.000 ABŞ dolları borc pulun, vurulmuş maddi zərərə görə 5.000 manatın və mənəvi zərərə görə 10.000 manatın tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə qarşı (Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun cavabdehlərdən tutulması” tələbinə dair iddia tələbi təmin olunmamışdır. Hər iki qətnamə qanuni qüvvəsini almışdır.

88. Hazırda birinci iş üzrə irəli sürdüyü tələbində iddiaçı cavabdehlə aralarında ##.##.2009-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin bağlandığını, həmin müqaviləyə əsasən mülkiyyətində olan ünvan 2 məhəllə ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar hissəsini 60.247,5 manata cavabdehə satılmasına razılaşdıqlarını, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılmalı olduğunu, lakin bu müddət ərzində əsas müqavilənin bağlanmadığını, öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu, bu məqsədlə əvvəllər iki dəfə müxtəlif iddia tələbləri ilə (əvvəlcə “ilkin alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi”, sonra isə “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq pulun cavabdehlərdən tutulması”) məhkəməyə müraciət etdiyini, lakin hər dəfə iddiasının təmin olunmadığını, bu səbəbdən də hazırki iddianı qaldırmaq məcburiyyətində qaldığını, cavabdehin yaşadığı fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu, cavabdehin hazırda onun mülkiyyətindən istifadə etməsinin qanuni əsaslarının olmadığını, mülkiyyətçi kimi hüquqlarının pozulduğunu, ikinci iş üzrə iddiaçıların ondan maddi və mənəvi ziyan tələb etməklə hüquqdan sui-istifadə etdiklərini, ilkin müqavilə bağlandıqdan 1 il sonra əsas müqavilənin bağlanmaması ilə onun mülkiyyətində olan əmlaka qanusuz sahiblik etməyə davam etdiklərini bildirir.

89. Birinci iş üzrə cavabdeh isə iddiaya etiraz edərək, əsas müqavilənin bağlanmamasının təqsirinin onda deyil, məhz iddiaçıda olduğunu, ilkin müqavilənin torpaq sahəsi ilə bağlı bağlanmasına baxmayaraq şifahi razılıqlarına əsasən həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin də satılmasına razılaşdıqlarını, lakin həmin vaxtı evə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadığını, bu səbəbdən də əsas alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmadığını, iddiaçının evə dair mülkiyyət hüquqlarının 2019-cu ildə dövlət qeydiyyatına alındığını, daşınmaz əmlaka dair iddiaçıya 100.000 ABŞ dolları pulun ödənildiyini, eyni zamanda evin təmirinə də pul xərclədiyini, evdən çıxarıldığı təqdirdə iddiaçı tərəfindən ona evin real bazar dəyərinin ödənilməli olduğunu vurğulayır. İkinci iş üzrə iddiaçı qismində də məhz Cavabdeh və bu proseslərdə (pulun verilməsi və sair) şəxsən iştirak edən onun qardaşı Nümayəndə çıxış edir və iddiaçılar öz tələblərini həm Firudin Mustafayeva, həm də mübahisəli əmlakın alqı-satqısında faktiki olaraq iştirak edən, ödənişləri şəxsən qəbul edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı irəli sürərək, birinci iş üzrə göstərilənlərlə yanaşı, həmçinin, fərdi yaşayış evində tərəflərindən əsaslı təmir işlərinin aparıldığını, bir neçə əlavə otağın inşa edildiyini, bu işlərə xeyli vəsait sərf etdiklərini, ötən illər ərzində aralarında baş verənlər, o cümlədən rəsmiləşdirmə ilə bağlı verilmiş vədlərin yerinə yetirilməməsi nəticəsində onlara maddi zərərlə yanaşı, mənəvi zərərin də vurulduğunu iddia edirlər və evi boşaldaraq, onun mülkiyyətçisinə təhvil verdikləri halda, onlara evin real bazar dəyərinin ödənilməli olduğunu bildirərək, cavabdehlərdən maddi zərərin əvəzi olaraq 450.000 manat, mənəvi zərərin əvəzi olaraq isə 200.000 manat pulun tutulmasını (mövcud vəziyyətdə apellyasiya şikayətləri üzrə bu iddianın tam təmin edilməsini) tələb edirlər.

90. Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla iddiaların və onlara qarşı olan etirazların qanuni əsasını təşkil edən maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək, mübahisə həll edilməlidir.

91. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın müəyyən edilməsindən və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası müəyyən edilirdə (tapılırsa) və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.

92. Qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

93. Baxılan iş üzrə mübahisələndirilən torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin birinci iş üzrə iddiaçının mülkiyyətində olması və hazırda birinci iş üzrə cavabdeh Cavabdeh tərəfindən istifadə edilməsi işin mübahisəsiz halıdır. Mübahisənin mahiyyəti nəzərə alınmaqla qeyd edilməlidir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

94. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə yaşayış evindən istifadə edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan fərdi yaşayış evindən mülkiyyətçisinin razılığı ilə istifadə edildikdə, istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (istifadə edən şəxsin fərdi yaşayış evinə köçərək orada yaşamasına şərait yaratması və s.). Bununla belə, mülkiyyətçi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, fərdi yaşayış evindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla təmir aparmış, yaxşılaşdırmalar etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki mülkiyyətçinin icazəsi ilə yaşayış evində təmir işləri üçün xərc çəkidikdə təmir üçün xərc çəkən şəxsin yaşayış evindən çıxarılması nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, şəxs oradan çıxarılacağı halda yaşayış evinin mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir.

95. Eyni zamanda, nəzərə alınmalıdır ki, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

96. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahib daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malikdir.

97. Göstərilənlərdən belə bir nəticəyə gəlmək olur, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi qanunvericiliyin mahiyyəti və məqsədi ilə uzlaşmır.

98. Məhkəmə kollegiyası onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən əmlakı geri tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır (Mülki Məcəllə m 152.5). Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.

99. Belə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

100. Bununla bağlı qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh arasında ##.##.2009-cu il tarixdə ilkin müqavilə bağlanan zaman həmin müqaviləyə uyğun olaraq 1 il ərzində bağlanması nəzərdə tutulan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmalı olan ünvan 2 məhəllə ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin 0,015 ha hissəsi üzərində fərdi yaşayış evi də mövcud olmuşdur. Torpaq sahəsi mülkiyyətində olsa da, həmin fərdi yaşayış evi hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Bu müqavilə bağlandıqdan sonra da Cavabdeh İddiaçı razılığı ilə həmin fərdi yaşayış evinə köçmüş və orada yaşamağa başlamış, eyni zamanda, ilkin müqavilədə alqı-satqı qiymətinin 60.247,50 manat göstərilməsinə baxmayaraq, reallıqda razılaşdırılmış məbləğ 140.000 ABŞ dolları təşkil etmiş və həmin əmlak üçün bu məbləğin 100.000 ABŞ dolları məbləğində hissəsinin ödənilməsi təmin edilmişdir.

101. Tərəflərin izahatı, habelə Cavabdeh həmin evə köçməsi onların torpaqla yanaşı, evin alqı-satqısı ilə bağlı da razılığa gəldiklərini təsdiq edir. Lakin həmin fərdi yaşayış evi və torpaq sahəsi yalnız ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bu da öz növbəsində həmin tarixədək evlə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmasını istisna edir, eyni zamanda, Cavabdeh həmin əmlaka məhz onun sahibinin iradəsinə uyğun və razılığı ilə köçərək, orada yaşamasını və bu baxımdan onun hüquqi nəticə etibarı ilə qanuni əsaslarla həmin əmlakdan istifadə və ona sahiblik etdiyini təsdiq edir.

102. Razılaşdırılmış 140.000 ABŞ dollarının 40.000 ABŞ dolları hissəsinin ödənilməməsi ilə bağlı sonradan tərəflər arasında məhkəmə mübahisələri olmuş və İddiaçı Cavabdeh və Nümayəndə qarşı ilk olaraq 2011-ci ildə “ilkin alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi”, 2013-cü ildə isə “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq pulun cavabdehlərdən tutulması” tələbinə dair iddia qaldırsa da və hər iki iddia nəticə etibarı ilə uyğursuz olsa da, Cavabdeh bu əmlakdan çıxarılması istiqamətində hər hansı tədbir görməmiş, bu tələb üzrə məhkəmədə iddia qaldırmamışdır. Yalnız 2022-ci ildə hazırki iddia tələbini ona qarşı irəli sürmüşdür. Bununla belə, İddiaçı hərəkətləri razılaşdırılmış məbləğin ödənilməmiş hissəsinin əldə edilməsinə yönəlmiş və o, Cavabdeh (onunla həmin evdə yaşayan şəxslərin) bu əmlakdan çıxarılması məqsədini güdməmişdir. Bu səbəbdən Cavabdeh həmin əmlakın vicdansız sahibi hesab edilə bilməz və onun (ailə üzvlərinin) bu evə sahiblik etməklə ondan istifadə etməsi ilə bağlı hərəkətləri İddiaçı münasibətdə qanunsuz hesab edilə bilməz.

103. Lakin göstərilənlər hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh mübahisəli evə İddiaçı ilə bağlanmış ilkin müqaviləyə əsasən və ən əsası da sonuncunun iradəsi və razılığı ilə köçürülsə də, həmin müqavilə artıq öz hüquqi əhəmiyyətini itirmiş, bundan sonra tərəflər arasında bu əmlakın alqı-satqısına dair hər hansı müqavilə bağlanmamışdir. İddiaçı 2019-cu ildən etibarən bu əmlakın mülkiyyətçisidir, lakin həmin əmlak üzərində faktiki sahiblikdən məhrum edilmişdir. Belə ki, əmlak artıq onun iradəsinə zidd olaraq Cavabdeh istifadə və sahibliyindədir. Halbuki, Cavabdeh (onunla yaşayan şəxslərin) hazırki vaxtda İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə və sahibliyinə (orada yaşamasına) haqq qazandıran hər hansı qanuni əsas mövcud deyildir. Bu da öz növbəsində həmin evin boşaldılmasını (Cavabdeh və orada yaşayan digər şəxslərin, əşyaları ilə birlikdə çıxarılması mənasında) və ona təhvil verilməsini şərtləndirir.

104. Belə ki, mövcud vəziyyətdə Cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən artıq İddiaçı iradəsinə zidd olaraq (əvvəllər razılaşdırılmış pulun ödənilməmiş hissəsini tələb edirdi, hazırda isə artıq çıxarılmasını tələb edir) mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və mübahisəli fərdi yaşayış evi boşaldılmalıdır.

105. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iddia ilə İddiaçı hüquqi nəticə etibarı ilə əvvəllər verdiyi razılığı geri götürərək, fərdi yaşayış evinin boşaldılmasını tələb edir. Hər bir halda, Cavabdeh hazırki iddia qaldırılanadək onun razılığa ilə həmin evdə yaşamış və onun bu hərəkətlərinə, o cümlədən belə rəftarına qüvənərək müvafiq vəsait qoymaqla təmir işləri aparmış, o cümlədən yeni otaqlar inşa etmişdir və əmlakda yaxşılaşdırmalar aparmış şəxs olaraq, onun da əmlak mənafeləri nəzərə alınmalıdır.

106. Cavabdeh mübahisəli evə köçdükdən sonra orada göstərilən səviyyədə təmir işlərinin aparılması iş materialları ilə öz təsdiqini tapır. İddiaçı buna razılıq verməsi, habelə tərəflərin bununla bağlı öz aralarında sövdələşməsi müəyyən edilmir. Lakin Cavabdeh 2009-cu ildən həmin evdə yaşayır, İddiaçı 2019-cu ildə evə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırsa da, hazırki iddianı yalnız ##.##.2021-ci il tarixdə qaldırılmış və bütün ötən dövr ərzində əsas məqsədi və niyyəti aralarında razılaşdırılmış qalıq borcun alınması olmuş, hərəkətləri də məhz buna yönəlmiş, aralarında qalıq borcun ödənilməsi, habelə sənədləşmənin həyata keçirilməsi ilə bağlı söhbətlər olmuşdur. Başqa sözlə, İddiaçı Cavabdeh bu evdə yaşamasına maneə belə yaratmamış, o cümlədən evdə təmir işlərinin aparılması halında onun qarşısının alınması səviyyəsində evlə maraqlanmamışdır. Bununla da bilavasitə buna razılıq verməsə də, dolayısı ilə (qapalı şəkildə) buna etiraz etməmişdir.

107. Hər bir halda, İddiaçı Cavabdeh həmin evə onun razılığı ilə köçən zaman evin texniki baxımdan hansı vəziyyətdə olması, o cümlədən hansı səviyyədə təmir edilməsi barədə tam məlumatlı olmuş və bu vəziyyət qarşılığında evin 12 il ərzində təmir edilməyəcəyini ehtimal etməyə bilməzdi. Evin müəyyən hissələrinin nisbətən yeni təmir edildiyi açıq və aydın şəkildə görünür, yerində müayinə zamanı hətta bu sahədə müətəxəssis olmayan məhkəmə kollegiyası da bu halı müəyyən etmişdir. İddiaçı tərəf nəinki bunun əksini təsdiq edən sübutlar təqdim etmir, hətta ümumiyyətlə bunu təkzib etmir. Həmin işlərin ilkin müqavilə bağlanılan tarixədək görülmədiyi gözlə görünən səviyyədədir. Bu hal iş materiallarında olan “AİD Consulting” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə də öz təsdiqini tapır. Həmin rəyə əsasən evinin 1-ci və 3-cü mərtəbələrində aparılmış təmir-tikinti işlərinin ##.##.2025-ci il tarixinə bazar dəyərinin 44.960,75 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası qiymətləndirilmə metodikasını, qiymətləndirilmənin əmlaka baxış keçiirlməklə aparıldığını nəzərə alaraq bu rəyi mötəbər sübut kimi qəbul edərək, yaxşılaşdırma xərclərinin məhz həmin məbləğdə olması ilə razılaşır. Nəzərə alınmalıdır ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində də təmirə görə 50.000 ABŞ dollarına yaxın xərci çəkdiyini bildirir ki, həmin vaxtlar 1 ABŞ dollarının dəyərinin 0,78 manat olduğu əsas götürüldükdə, təxminən eyni məbləğ (50.000 x 0,78 = 39.000 manat) yaranmış olur.

108. Belə olan halda, vaxtı ilə İddiaçı icazəsi ilə evə köçən və orada 44.960,75 manat dəyərində yaxşılaşdırma işləri aparmış Cavabdeh həmin evdən çıxarılması nəticəsində onun maddi zərərə düşəcəyi, evin mülkiyyətçisi olan İddiaçı isə həmin yaxşılaşdırma hesabına əsassız varlanacağı şübhəsizdir. Belə ki, İddiaçı mövcud vəziyyətdə sonradan aradan qalxmış əsasa görə Cavabdeh hesabına yaxşılaşdırılmış vəziyyətdə əmlak əldə etməklə hüquqi nəticə etibarı ilə əsassız varlanmış olur ki, bunun nəticəsində də əldə etdiklərini, yəni hazırki vəziyyətdə təmirə çəkilmiş xərcin əvəzini Cavabdeh qaytarmalıdır. Əks halda, mülkiyyətçinin hüquqları birtərəfli qaydada, yəni vicdanlı sahib olaraq Cavabdeh çəkdiyi xərclər ödənilmədən həyata keçirmiş olur ki, bu hal da bu sahəni tənzimləyən qanunvericiliyin mahiyyəti və məqsədi ilə uzlaşmır.

109. Məhkəmə kollegiyası bu kontekstdə onu da vurğulayır ki, mübahisəli evə görə ötən dövr ərzində Cavabdeh tərəfindən İddiaçı ödənilmiş pul vəsaiti də eyni əsaslarla geri qaytarılmalıdır. Həmin məbləğlə bağlı qeyd edilməlidir ki, əmlakın faktiki olaraq 140.000 ABŞ dollarına satılması işin mübahisəsiz halıdır, bunu tərəflər öz izahatlarında təsdiq edir. Eyni zamanda, iş materiallarına olan ərizəyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli həyət evinin satılması zamanı Nümayəndə ümumilikdə 100.000 ABŞ dolları aldığını göstərir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** saylı iş üzrə də İddiaçı əmlakın dəyərini 140.000 ABŞ dolları kimi göstərərək, 100.000 ABŞ dollarının ödənilməsi səbəbindən ona 40.000 ABŞ dollarının ödənilməsini tələb etmişdir.

110. Məhkəməyə təqdim edilmiş səs yazılarının tətqiqi zamanı müəyyən edilmişdir ki, Nümayəndə ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bu münasibətlərdən irəli gələrək yaranmış mübahisəli məqamlarla bağlı söhbət aparılmışdır. Həmin söhbətlər zamanı Nümayəndə alqı-satqı üzrə 20.000 borcunun qaldığını (2-ci səs, 3:01 dəqiqə) bildirmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə ondan 20.000 manat borcunu tələb etmiş və bu pulun ödənilməsi ilə də borcun bağlandığını vurğulamışdır (1-ci səs 7.04 dəqiqə).

111. Cavabdeh da evə görə cəmi 20.000 manat borcunun qaldığını bildirir. Belə olan halda, 140.000 ABŞ dollarından bu məbləğ çıxılmalı, habelə qeyd edilən rəyə əsasən təmir-tikinti işlərinin dəyəri olaraq göstərilmiş 44.960,75 manat həmin məbləğin üstünə əlavə edilməli (140.000 ABŞ dolları x 1.7 = 238.000 manat – 20.000 manat borc = 218.000 + 44.960,75 manat təmir-tikinti xərci = 262.960,75 manat) və nəticədə 262.960,75 manat İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Lakin məhkəmə kollegiyası evin faktiki olaraq 140.000 ABŞ dollarına (ABŞ dolları ilə) satılmasını, səs yazılarında 20.000 məbləğinin manat və ya dollar olmasının dəqiqləşdirilməməsini, habelə iddiaçı tərəfin bunu qəbul etməməklə, borc məbləğinin bu gündə 40.000 ABŞ dolları təşkil etməsi (yenə də ABŞ dolları) mövqeyindən çıxış etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, səsləndirilən 20.000 məhz ABŞ dolları kimi qəbul edilməlidir.

112. Bu qaydada aparılmış hesablamaya əsasən İddiaçı Cavabdeh xeyrinə məhz (140.000 – 20.000 = 120.000 x 1.7 manat = 204.000 manat + 44.960,75 manat = 248.960,75 manat) 248.960,75 manat məbləğində pul tutulmalıdır.

113. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Bu baxımdan qarşılıqlı mənafelər arasında tarazlığın vaxtında, real və ədalətli şəkildə təmin olunması məqsədi ilə hər iki tərəf verməli olduqlarını eyni anda icra etməlidir.

114. Məhkəmə kollegiyası ikinci iş üzrə iddiaçıların apellyasiya şikayətinin maddi zərərin hər iki cavabdehdən tutulmalı olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, əmlakın alqı-satqı ilə bağlı söhbətlər və ödəniş faktiki olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə Teymur Hseynov arasında aparılsa da, ilkin müqavilə Cavabdeh (alıcı) və İddiaçı (satıcı) arasında bağlandığınıdan, digər şəxslərin iş üzrə Firudin Mustafayev ilə Cavabdeh münasibətdə faktiki olaraq vasitəçilik xidməti göstərdiyi, rəsmi müstəvidə razılıqların və bu razılıqlardan doğan mübahilərin Firudin Mustafayev ilə Cavabdeh arasında olması nəzərə alınmaqla, mübahisə də bu qaydada həll edilməlidir. Bu səbəbdən iddiaçıların apellyasiya şikayətinin dəlilləri göstərilən hissədə əsassız hesab edilir.

115. Məhkəmə kollegiyası mənəvi zərərə münasibətdə qeyd edir ki, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqısatqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyrimaddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır.

116. Hazırki halda iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. İddiaçılar uzun müddət fərdi yaşayış evində maneəsiz yaşamışlar və hazırki halda məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəyə əsasən onlara dəymiş maddi ziyan qarşılanmışdır. Bu səbəbdən onların iddia tələbi mübahisələndirlən hissədə əsassız hesab edilir və bu iddiaçıların apellyasiya şikayətini həmin hissədə rədd edilməsini şərtləndirir.

117. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh xeyrinə xeyrinə tutulmalı olan pul vəsaitinin ümumi məbləğinin 248.960,75 manat olmasını, həmin məbləğə münasibətdə 538,96 manat dövlət rüsumu ödənilməli olmasını, iddiaçının 500 manat dövlət rüsumu ödədiyini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun məbləğdə, yəni 500 manat hissəsinin əvəzi tutulmalı, həmçinin İddiaçı əlavə olaraq ödənilməli dövlət rüsumunun əvəzi qismində 38,96 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir.

118. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq, İddiaçı təhvil verilməsi ilə İddiaçı 248.960,75 manat və dövlət rüsumunun əvəzi qismində 500 manat alınaraq Cavabdeh ödənilməsi eyni vaxtda icra edilməlidir.

119. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, birinci iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, ikinci iş üzrə iddiaçılar Cavabdeh və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, ikinci iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi “tutulan pulun, habelə dövlət rüsumunun məbləği” hissəsində dəyişdirilməli, İddiaçı 262.960,75 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 500 manat alınaraq Cavabdeh ödənilməli, həmçinin İddiaçı dövlət rüsumunun əvəzi qismində 38,96 manat alınaraq dövlət büdcəsinə ödənilməli, ikinci iş üzrə qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq, İddiaçı təhvil verilməsi ilə İddiaçı 262.960,75 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 500 manat alınaraq Cavabdeh ödənilməsi eyni vaxtda icra edilməli, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməlidir.

120. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Birinci iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Birinci iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İkinci iş üzrə iddiaçılar Cavabdeh və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İkinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İkinci iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi “tutulan pulun, habelə dövlət rüsumunun məbləği” hissəsində dəyişdirilsin. İddiaçı 262.960,75 (iki yüz altmış iki min doqquz yüz altmış manat, yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 500 (beş yüz) manat alınaraq Cavabdeh ödənilsin, həmçinin İddiaçı dövlət rüsumunun əvəzi qismində 38,96 (otuz səkkiz manat, doxsan altı qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İkinci iş üzrə qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq, İddiaçı təhvil verilməsi ilə İddiaçı 262.960,75 (iki yüz altmış iki min doqquz yüz altmış manat, yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 500 (beş yüz) manat alınaraq Cavabdeh ödənilməsi eyni vaxtda icra edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar