Məhkəmə qərarları › İş №2(3-9)-459/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-459/2026

20.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-459/2026 20.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və maddi ziyan tələbinə , eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Beyləqan rayonu, Şəfəq kəndi ərazisində yerləşən 2.68 ha torpaq sahəsindən çıxarılma və zəbt edilən torpaq sahəsində inşa edilən tikililərin onun tərəfindən öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin sədri X2 iddiaçı tərəfindən verilmiş etiraza Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrimdən çıxarılmasını və 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrimdən 2021-2022, 2022-2023-cü və 2024-cü ilin təsərrtift illərində torpaq sahəmdən istifadə etdiyinə görə əldən çıxmış faydanın-gözlənilən xalis gəlirin ( mənfəətin) 9117.00 manat pulun, qiymətləndirmə rəyi üçün ödənilmiş 230 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 112 manat pulun ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Beyləqan rayonu, Şəfəq kəndi ərazisində yerləşən və Cavabdeh Ləhf qızının mülkiyyətində olan 2.68 ha torpaq sahəsinin X3 tərəfindən zəbt olunmuş hissəsindən sonuncu çıxarılması, İddiaçı Şukur qızının zəbt etdiyi həmin torpaq sahəsində inşa etdiyi tikililər onun tərəfindən öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və vəkalətli nümayəndəsi Nümayəndə mülki iş üzrə sədrlik edən Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayevə etiraz etməsi barədə məhkəməyə ərizə təqdim etmiş və etiraz ərizəsini müdafiə edərək göstərdi ki, iş üzrə məhkəmə torpaqşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş,lakin ekspert tərəfindən verilən rəy qoyulmuş suallara uyğun verilməmiş,Cavabdeh məxsus torpaq sahəsi dövlət aktına əsasən yerində müəyyən edilib rəydə düzgün olaraq öz əksini tapmamışdır. Ona görə də məhkəmə hazırlıq iclasında təkrar məhkəmə torpaqşünaslıq və məhkəmə tikintitexniki ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir. Lakin vəsatəti əsassız rədd edilmişdir. Həmçinin hazırkı məhkəmə iclasında da eyni məzmunlu vəsatət vermiş, vəsatətlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi * saylı Beyləqan Ərazi İdarəsinin mütəxəsisləri maraqlı olduğuna görə ekspertizanın aparılmasının başqa Ərazi İdarəsinə tapşırılmasını xahiş etmişdir.Lakin onun vəsatəti təkrar olaraq rədd edilmişdir. Hesab edir ki, işə baxan hakim hazırkı işin ədalətli həll olunmasında maraqlı deyildir. Ona görə də vəsatətləri əsassız olaraq rədd edilmişdir. Hakimin işdə maraqlı olmasını obyektivliyinə və qərəzsizliyinə şübhələr olduğundan nəzərə alıb etiraz edir və işin başqa rayon məhkəməsinə verilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında vəsatətə münasibət bildirən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil ekpertizanın rəyində həm Cavabdeh, həmdə İddiaçı torpaq sahələri naturada göstərilmiş və Aynurənin öz yerindən istifadə etməsi əks olunmuşdur. Ümumiyyətlə İddiaçı Cavabdeh məxsus torpaq sahəsini zəbt etməsi sübut olunmur. Lakin Cavabdeh nümayəndəsi və vəkili işin yubadılması məqsədi ilə əsassız olaraq hazırkı vəziyyətdə hakimə etiraz edir. Əvvəlki məhkəmə iclaslarında hakimə heç vaxt etirazının olmadığnı bildirmişdir. Hesab edir ki, vəsatət əsassızdır ona görə də rədd edilməsini məhkəmədn xahiş etdi. Məhkəmə kollegiyası etirazın dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: - O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; - O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; - O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 19.2-ci maddəsinə əsasən aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: - O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; - O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; - O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. - Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, Beyləqan Rayon Məhkəməsində mülki işin baxılmasına mane olan hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində göstərdiyi hallar hakimə etiraz üçün əsas deyildir. Belə ki, məhkəmə iş üzrə məhkəmə torpaqşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert rəyi alındıqdan sonra Cavabdeh vəkili və vəkalətli nümayəndəsi Nümayəndə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, lakin hakim vəsatəti rədd etmiş, bundan sonra qarşılıqlı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə vəsatətin rədd edilməsini ədalətsiz hesab edərək Beyləqan Rayon Məhkəməsinin işə baxan hakiminə-sədrinə etiraz etmişdir. Kollegiya ilk öncə qeyd edir ki, ədaləti məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olan hakimin işə qərəzsiz və ədalətlə baxması prinsipləri geniş anlayış olmaqla, tərəflərin məhkəmə iclasında çəkişməsi təmin edilməklə işə baxılarkən verilmiş vəsatət və ya ərizələrə məhkəmə tərəfindən vaxtında, operativ və düzgün münasibət bildirilməsi, yekunda tərəflərin iradı ifadəsinin əks olunduğu məhkəmə aktının qanuniliyinə təminat verir. Hazırkı işin hallarına nəzər yetirən kollegiya qeyd edir ki, iş üzrə bir dəfə məhkəmətorpaqşünaslıq və mühəndis-texniki ekspertizası təyin edilmiş, daha sonra qarşılıqlı iddiaçı Cavabdeh vəsatəti əsasında əlavə məhkəmə-torpaqşünaslıq və mühəndis-texniki ekspertizası təyin edilmişdir. Daha sonra təkrar ekspertiza təyin edilməsi barədə vəsatətdə isə əvvəlki ekspertizanın keçirilməsi zamanı qoyulan suallarla eyni məzmunlu suallar qoyulmuşdur. Kollegiya hesab edir ki, təkrar ekspertizanın keçirilməsi barədə vəsatətin təmin edilməməsi iş üzə hakimin obyektivliyinə və qərəzsizliyinə təsir edən hal kimi qəbul edilə bilməz. Bundan başqa qarşılıqlı iddiaçı onun barəsində çıxarılmış məhkəmə aktından narazı qaldığı halda apelyasiya şikayəti vermək yolu ilə yuxarı instansiya məhkəməsində həmin məhkəmə aktını mübahisələndirə, təmin olunmamış ərizə və vəsatətlərini apellyasiya icraatı zamanı yenidən mübahisələndirə bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən etirazın əsassız olduğundan təmin edilməməsi qənaətindədir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19-22, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən 2.545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və maddi ziyan tələbinə , eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Beyləqan rayonu, Şəfəq kəndi ərazisində yerləşən 2.68 ha torpaq sahəsindən çıxarılma və zəbt edilən torpaq sahəsində inşa edilən tikililərin onun tərəfindən öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək ona təhvil verilməsi tələbinə dair *(***)-***/**** saylı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin sədri X2 və bütün məhkəmə tərkibinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və vəkalətli nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar