Məhkəmə qərarları › İş №2(061)-2071/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-2071/2025

30.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-2071/2025 30.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona məxsus 0,20 ha zəbt edilmiş torpaq sahəsinin qaytarılması və 862 manat maddi ziyanın ödənilməsi və ödənilmiş dövlət rüsumunun tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və 2(061)-2071/2025 saylı mülki iş açılmışdır. Məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, cavabdeh X1 Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində işləyir. Azərbaycan Respublikasıl MPM-nin 19.2.3-cü maddəsinə görə hakim şəxsən bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü özünə etiraz etməyə borcludurlar. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 182.2-ci maddəsinə görə etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə iclasında göstərilir. Hesab edirəm ki, mülki iş üzrə Cavabdeh1 hal-hazırda Tərtər Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas ktibi vəzifəsində işlədiyindən yuxarıda göstərilən qanunvericilik normalarına əsasən mən həmin mülki işə hakim kimi mahiyyəti üzrə baxa bilmərəm. Ona görə də mən özüm-özümə etiraz edirəm. Hakim: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar