Məhkəmə qərarları › İş №2(106)-1215/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1215/2025

04.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1215/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(049)-89/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7n hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********90) çıxarışa əsasən xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.30 torpaq sahəsinin zəbt olunmuş 0.14 ha hissəsinin Cavabdeh tərəfindən azad olunması, 977 manat dəymiş zərərin ödənilməsi, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 467 nömrəli müqavilə üçün hesaba köçürdüyü 320 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, Lənkəran rayonu, Separadi kəndində yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7n hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********90) çıxarışa əsasən Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin ona məxsus torpaq sahəsinin bir hissəsi yəni təxminən 0.14 ha həmkəndlisi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə ona edilən çoxsaylı şifahi müraciətlərinə baxmayaraq mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa imkan vermir. 2017- 2024-cü illər ərzində o, zəbt olunmuş torpaq hissəsinə münasibətdə 977 manat zərər dəymişdir. Belə ki, o, 7 il ərzində mülkiyyət hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində yabanı halda bitən yonca otu satmaqla 977 manat gəlir əldə edə bilərdi ki, hansı ki, cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində bu gəlirimdən məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 izahatında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabehin vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq ********** saylı xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0,30 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəydən görünür ki, Lənkəran rayon Separadi kənd sakini İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Sepradi kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2017-ci ildən 2024-cü ilədək (2027-ci,2024-cü illər daxil)yabanı halda bitən yomca otunun xüsisi texnika ilə biçilərək ot bağlaması kimi bağladıqdan sonra ümumilikdə 977 manat gəlir əldə edə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 27 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/46 nömrəli məhkəmə tikinti-texniki ekspertiza rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-154 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətində olan 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi, iddia edilən torpaq sahəsinin koordinatlarının X1 X2ki koordinatlarla üst-üstə düşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı faktiki vəziyyətdə istifadəsində 0,30 ha torpaq sahəsinin mövcud olması müəyyən olunmuşdur. X1 uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir olunan sözügedən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,13 ha hissəsinin düzgün olmayaraq (2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərman ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X1 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"nda torpaqların faktiki istifadə vəziyyətinin əsas götürülməsinə rəğmən) Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə işlənilməsi müəyyən olunmuş və faktiki vəziyyətdə də həmin 0,30 ha torpaq sahəsinin 0,13 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Qeyd olunan mübahisəli ərazidə yerləşən torpaq sahəsinin koordinatlarının X1 X2 faktiki istifadə vəziyyətinə uyğun dürüstləşdirilməsi (tərəflər arasında razılaşma olacağı təqdirdə) mümkündür. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(049)-89/2025 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********90) çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.30 torpaq sahəsinin zəbt olunmuş 0.13 ha hissəsinin Cavabdeh tərəfindən azad edilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 95 manat və vəkil xidməti kimi ödənilmiş 320 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2026-cı il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2026-cı il tarixli, 2(106)-1215/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(049)-89/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına iddiaçının apellyasiya şikayətinə münasibətdə xitam verilmişdir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, sözügedən qətnamə çıxarıldıqdan sonra X1 X2 mübahisəli torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyətinə uyğun şəkildə dürüstləşdirilmişdir. Bu isə iş üzrə əhəmiyyətli fərq yaradan yeni haldır və qətnamənin qəbul edilməsindən əvvəl bu məlumat mövcud deyildi. Belə ki, mütəxəssis rəyində də göstərildiyi kimi, torpaq sahəsinin koordinatlarının əvvəlki uyğunsuzluğu nəticəsində onun faktiki istifadə sahəsinin üzərinə düşmüşdür. Lakin bu hal artıq aradan qalxmış, koordinatlar faktiki vəziyyətə uyğun olaraq yenidən müəyyən edilmişdir. Bu dəyişiklik iddiaçının iddiasının əsasını şübhə altına alır, çünki iddia predmetində olan ərazi artıq hüquqi cəhətdən onun istifadəsi kimi rəsmiləşdirilmişdir. Məlum edir ki, DƏDRX tərəfindən və Əmlak Məsələləri Dövlət Xidmətindən gələn məktubları dürüstləşdirmənin aparıldığına sübut olaraq şikayətinə əlavə edir. Lənkəran Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(049)-89/2025 saylı qətnaməsinin ləğv olunmasını, işə yenidən baxılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(049)-89/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq verdikləri apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası Lənkəran Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(049)-89/2025 saylı qətnaməsini iddianın təmin olunan hissəsində cavabdehin apellyasiya şikayətlərinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Apellyasiya icraatı zamanı alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X7 10 saylı Lənkəran Ərazi İdarəsinin rəyindən görünür:

1. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-154 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2017-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü'ne esasen İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Bu səbəbdən sözügedən 0,30 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının tam həcmdə faktiki vəziyyətdə natura ile (istifadədə olan torpaq sahəsi ilə) üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü sənədində faktiki vəziyyətə uyğun cari dəyişikliklərin edilməsi ilə bağlı İddiaçı tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən 0,30 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrinden xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2025-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi X1 uçotu informasiya sistemi məlumatlarına uyğun (dürüstləşdirilmə işlərinin nəticəsinə uyğun) tərtib olunmuşdur. Sözügedən 0,30 ha torpaq sahəsinin həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən X1 uçotu informasiya sistemi məlumatlarına uyğun tərtib olunmuş xx.xx.2025-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən naturada yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0092 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2025-ci il tarixli, **********85 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,0798 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0092 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) ve xx.xx.2025-ci il tarixli, **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,4406 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin X1 uçotu informasiya sistemi məlumatlarınağun tərtib olunması müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN- 0092 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2025-ci il tarixli, **********85 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,0798 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0092 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2025-ci il tarixli, **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,4406 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən X1 uçotu informasiya sistemi məlumatlarına uyğun tərtib olunmuş xx.xx.2025-ci il tarixli, **********85 ve **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən naturada yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

2. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-154 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2017-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Bu səbəbdən sözügedən 0,30 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının tam həcmdə faktiki vəziyyətdə natura ilə (istifadədə olan torpaq sahəsi ilə) üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü sənədində faktiki vəziyyətə uyğun cari dəyişikliklərin edilməsi ilə bağlı İddiaçı tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən 0,30 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2025-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi X1 uçotu informasiya sistemi məlumatlarına uyğun (dürüstləşdirilmə işlərinin nəticəsinə uyğun) tərtib olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-154 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2025-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur.

3. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-154 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2017-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Bu səbəbdən sözügedən 0,30 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının tam həcmdə faktiki vəziyyətdə natura ilə (istifadədə olan torpaq sahəsi ilə) üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü sənədində faktiki vəziyyətə uyğun cari dəyişikliklərin edilməsi ilə bağlı İddiaçı tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən 0,30 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrinden xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2025-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi X1 uçotu informasiya sistemi məlumatlarına uyğun (dürüstləşdirilmə işlərinin nəticəsinə uyğun) tərtib olunmuşdur. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-154 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2025-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0092 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2025-ci il tarixli, **********85 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,0798 ha ve Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0092 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2025-ci il tarixli, **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,4406 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, mütəxəssis rəyindən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə faktiki vəziyyətə uyğun cari dəyişikliklərin edilməsi ilə bağlı İddiaçı tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə əsasında 0,30 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2025-ci il tarixli, **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi” X1 uçotu informasiya sistemi məlumatlarına uyğun (dürüstləşdirilmə işlərinin nəticəsinə uyğun) tərtib olunduqdan sonra İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 10 saylı Lənkəran Ərazi İdarəsinin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında verilmiş rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən mütəxəssis rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən mütəxəssis rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. 27 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/46 nömrəli məhkəmə tikinti-texniki ekspertiza rəyinə gəlincə kollegiya qeyd edir ki, həmin rəy Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında dürüstləşdirilmə aparılmamışdan qabaq verildiyindən mötəbər sübut hesab edilmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(049)-89/2025 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(049)-89/2025 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 95 manat və vəkil xidmət haqqı kimi ödənilmiş 320 manat İddiaçı aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mütəxəssis rəyi verilməsi üçün ödənilmiş 95 manat İddiaçı tutularaq Cavabdeh verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar