Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-468/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh X8 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı «istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 ünvan 5i, Müslüm Maqomayev küçəsi, 31 A saylı yaşayış evindən istifadə hüququna xitam verilməklə, cavabdeh X8 həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, cavabdeh X12 onun gəlinidir. Oğlu X1 Könül Azər qızı ilə 2016-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli elektron Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 5i, Miislüm Maqomayev küçəsi, 31A saylı yaşayış evi onun tam mülkiyyətindədir. Oğlu X1 Könül Azər qızı ilə 2016-cı il tarixdə nikaha girdikdən sonra X12 ona məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. O, Sumqayıt şəhərində yerləşən fərdi yaşayış evini satdıqdan sonra hazırki ünvan 5i, Müslüm Maqomayev küçəsi, 31 A saylı yaşayış evini almış və cavabdeh 2019-cu il iyun ayının 12-də həmin evə gəlin köçmüş və daha sonra həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Cavabdeh mübahisə predmeti olan evə köçəndə özü ilə cehiz əşyalarını da gətirmiş və həmin ilin avqust ayında evdən cehiz əşyalarını da götürərək getmişdir. Daha sonra məhkəmə qətnaməsinə əsasən X1 Könül Azər qızı arasında olan nikah ləğv edilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X12 izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı onun qayınatası olmuşdur. Belə ki, o, iddiaçının oğlu X6 ilə 2016-cı il tarixdə ailə həyatı quraraq Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında yerləşən evə gəlin köçmüşdür. Daha sonradan sözügedən ev satılmış və mənzilin satışından əldə edilən vəsaiti ilə ünvan 4 ünvanında yerləşən mənzili satın almışlar. Mənzil İbrahimov Xəyal ilə rəsmi nikahda olduqları dövrdə alınmışdır. İbrahimov Xəyal ilə evli olduğumuz dövrdə Xəyal onun adına bankdan kredit götürmüşdür. Keçmiş həyat yoldaşıyla aralarındakı münasibətlər pozulduğu üçün nikahları 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Lakin buna baxmayaraq, keçmiş həyat yoldaşının götürdüyü 8000 manat məbləğində pulu hələ də o ödəyir. Hal-hazırda o, qardaşıyla birlikdə qalır, atasının isə ailə münaqişələrinə görə səhhəti pisləşmiş və rəhmətə getmişdir. Mübahisə predmeti olan evdən cehiz əşyalarını məhkəmə yolu ilə çıxartmışdır. Onun hal-hazırda yaşamağa başqa yeri yoxdur. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli AN-İ №-li alğı-satqı müqaviləsindən görünür ki, satıcı X7 rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0,0246 ha olan torpaq sahəsini 4000 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 5i ünvanında yerləşən, sahəsi 0,0110 ha olan torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 57,10 kvadratmetr olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu ildə İddiaçı mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilən xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 5i, Müslüm Maqomayev küçəsi, 31 A saylı yaşayış evində İddiaçı ilə birlikdə X12 və X5 qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 358350 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X12 arasında bağlanmış nikah xx xxxxxx 2020-ci il tarixdə pozulmuşdur. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X8 ünvan 5i, Müslüm Maqomayev küçəsi, 31 A saylı yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci tarixli Konstitusiya Məhkəməsinin qərarına görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında istifadə hüququ ilə bağlı mübahisə 2000-ci ildən sonra yarandığına görə 2000-ci ildən sonra qüvvəyə minən Mülki Məcəllənin 228-ci maddəsinin normaları hazırki işə tətbiq edilməlidir. Belə ki, tərəflərin izahatlarında qeyd etdikləri kimi X1 Könül Azər qızı ilə 2016-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, xx xxxxxx 2020-ci il tarixdə isə nikahları pozulmuşdur. İş materiallarından göründüyü kimi sözügedən ünvan 5i ünvanında yerləşən, sahəsi 0,0110 ha olan torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 57,10 kvadratmetr olan fərdi yaşayış evi xx.xx.2019cu ildə İddiaçı mülkiyyətinə qeydə alınmışdır. Cavabdeh X3 rayonu, Masazır kəndi, Müslüm Maqomayev küçəsi, 31 A saylı yaşayış evinə xx xxxx 2019-cu il tarixdə qeydiyyata düşmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin ümumiyyətlə sözügedən evə istifadə hüququ yaranmamışdır. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı evin mülkiyyətçisi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma və cavabdehin sözügedən evə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd olunanlara əaslanaraq hesab edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən göründüyü kimi işin faktiki halların tələbin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun deyildir və buna görə də məhkəmə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Məhkəmə iddia tələbinin X8 ünvan 5i, Müslüm Maqomayev küçəsi, 31 A saylı yaşayış evindən qeydiyyatdan çıxarılması tələbi ilə bağlı qeyd edir ki, həmin tələbə məhkəmədə baxılmalı olmaması əsasları ilə xitam verilməli və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X8 ünvan 5i, Müslüm Maqomayev küçəsi, 31 A saylı yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-468/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-468/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver