Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-469/2022 10.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh “Hayan-E“ MMC-nin hüquqi varisi Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X6 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC ilə bağlanmış 28 fevral 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzil İddiaçı satılmışdır. Həmin mənzilə görə hər kvadrat metri 400 manat olmaqla, ümumilikdə 23700 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Ödəniş barədə 28 fevral 2012-ci il tarixli müvafiq maliyyə arayışı verilmişdir. "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTKnə “Müqavilə üzrə öhdəliyin yerinə yetrilməsi barədə” Bildirişlə müraciət edərək 10 (on) gün ərizində Cavabdeh MTK ilə 28 fevral 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və iddiaçıya rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh MTK-dən uzun müddət keçməsinə baxmayaraq heç bir cavab bildirilməmişdir. Hər hansı məlumat almaq və mənzilə daxil olmaq imkanları verilməmişdir. Bildiriş rəsmi təqdim edildikdən sonra iddiaçıya qarşı aqressiv davranılmış və sonda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yaşayış binasının ərazisinə buraxılmamışdır. Mülki Məcələnin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh MTK ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı 91 saylı mənzili iddiaçıya təhvil vermir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bir daha qeyd edir ki, ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzili 28 fevral 2012-ci il tarixli müqavilə əsasında iddiaçıya satılmışdır və iddiaçı tərəfindən dəyəri tam olaraq ödənilmişdir. Hətta tikintinin aparılması məqsədilə payçıların ümumi yığıncağının 2014-cü il tarixli protokoluna əsasən hər kvadrat metrə əsasən könüllü ödənilməsi tələb olunan 5945 manat iddiaçı tərəfindən tam olaraq 12 sentyabr 2015-ci ildə ödənilmişdir. Bu barədə 12 sentyabr 2015-ci il tarixli kassa mədaxil orderi verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bu günədək süni maneələr yaradılır, yaşayış binasının 5-ci blokunda mərtəbələri və mənzil nömrələrini qəsdən dəyişməklə qarşılıqlıq yaradılır. MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Beləliklə 28 fevral 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən payçı olaraq Cavabdeh MTK-nə mənzilə görə iddiaçı tərəfindən tam olaraq haqq ödənilmiş və iddiaçının mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Bu səbəbdən mənzil iddiaçıya təhvil verilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC ilə İddiaçı arasında 28 fevral 2012-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə "xxxx" MMCnin direktoru Rafiq Nəsirov tərəfindən imzalanmışdır. X8 "xxxx" MMC-nin rəhbəri vəzifəsinə 2014cü ildən təyin edilmişdir. Hazırda "xxxx" MMC-nin direktoru Emin Səməndərov olsa da, mülki işdə Emin Səməndərova məxsus heç bir imza yoxdur. Odur ki, 28 fevral 2012-ci il tarixli müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmışdır. Onun 2012-ci ildə şirkətin rəhbərinin kim olması ilə bağlı məlumatı yoxdur. Maliyyə arayışında olan möhür isə Cavabdeh MTK-nın möhürüdür. Maliyyə arayışı ciddi hesabat blankı hesab edilmir. İddiaçı mənzilə dair ödəniş etməsi barədə kassa mədaxil orderi yoxdur. Kassa mədaxil orderi isə ciddi hesabat blankıdır. 5945 manat ilə bağlı maliyyə arayışı da Rafiq Nəsirov tərəfindən təsdiqlənmişdir. Eyni zamanda mədaxil qəbzi də iş materiallarında mövcud olmadığı üçün ödənişin hansı mənzil üçün ödənildiyi məlum deyildir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 28 fevral 2012-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzil pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28 fevral 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Hacıyev X4 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzilə görə 23700 manat məbləğində pul ödəmişdir. İddiaçı MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12 sentyabr 2015-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Hacıyev X4 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzil üçün əlavə pay haqqı olaraq hər kvadrata görə 100 manat olmaqla, 5945 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 oktybr 2021-ci il tarixli 10 №-li əmrdən görünür ki, X5 "xxxx" MMC-nin nizamnaməsinə uyğun olaraq icraedici-sərəncamverici səlahiyyətlərlə direktor vəzifəsinə təyin olunmuşdur. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 28 fevral 2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh təşkilat ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzil tikib pay kimi payçıya, yəni İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, payçı isə öz nöbəsində müqavilədə nəzərdə tutulan mənzilin dəyərini tam ödəməklə mənzili təhvil almaq öhdəliyi götürmüş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları, iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə 28 fevral 2012-ci il tarixli müqavilə mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK 28 fevral 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzil tərəflər arasında bağlanmış 28 fevral 2012ci il tarixli il tarixli müqavilə əsasında Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-469/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-469/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver