Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-471/2021 18.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4 və Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə ünvan 1 ünvana uşağları ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2018-ci il martın 5-də rəsmi olaraq 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 adlı 1 övladları dünyaya gəlmişdir. Rəsmi nikahları bağlanandan cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Əvvəllər birgə yaşadıqları müddətdə cavabdehlə münasibətləri normal olsa da, son dövrlərdə kəskin pisləşdiyindən daim evdə söz söhbətlər olmuşdur. Faktiki olaraq bir ailə kimi yaşamırlar. Nikahın pozulması tələbinə dair iddia ərizəsi hazırda Sumqayıt Şəhər Məhkəməsində baxılmaqdadır. İddiaçı cavabdeh ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmaqla cavabdeh ilə bərabər hüquqlar, yəni həmin yaşayış sahəsində yaşayaraq ondan istifadə etmək hüququnu əldə etmişdir. Birgə nikah dövrlərində Abşeron City, blok 2, mənzil 8, 9 (8 və 9 saylı mənzil alınmış və arakəsmələri götürməklə birləşdirmişdir) əldə edilmiş və həmin ünvanda yaşamışlar. İddiaçının bütün əşyaları hazırda da həmin mənzildədir. Lakin cavabdeh iddiaçını mənzilə buraxmır və bu qaydada həmin mənzildən istifadəsinə maneə olur. İddiaçı cavabdeh ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmaqla cavabdehlə bərabər hüquqlar, yəni həmin yaşayış sahəsində yaşayaraq ondan istifadə etmək hüququnu əldə etmişdir. Lakin hazırki vəziyyətdə cavabdeh iddiaçını və uşağını həmin mənzildə yaşamağa imkan vermir. Cavabdeh iddiaçı və uşağının hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə almaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə mülki iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -ASAN-Sumqayıt tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. -3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ № 258939 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmışdır. -2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 238761 nömrəli doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4629/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2018-ci il tarixdə bağlanmış, 640 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 200 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 50 manat maddi yardım tutularaq İddiaçı verilməsi, məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. -Məhkəmənin sorğusuna əsasən “xxxx” MTK tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 07 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Masazır-Novxanı Şossesi ünvanında yerləşən “xxxx” MTK ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində xxxx” MTK-ya məxsus olan 2-ci blok, 4-cü mərtəbədə yerləşən 8 və 9 saylı (8 saylı 59,05 m2 və 9 saylı 61,24 m2) mənzillərin alqı-satqı müqaviləsi bağlanmışdır. -“xxxx” MTK ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Mnzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, “xxxx” MTK “xxxx” MTK-ya məxsus olan 2-ci blok, 4-cü mərtəbədə yerləşən 8 nömrəli 1 otaqlı mənzili Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 59,08 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 600 (atlı yüz) AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 35448 (otuz beş min dörd yüz qırx səkkiz) AZN-dir. -“xxxx” MTK tərəfindən xx.xx.2017-ci ildə verilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Masazır-Novxanı şossesində yerləşən çoxmərtəbəli yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş 4-cü mərtəbəsində, ümumi sahəsi 59,08 kv.m olan, 1 (bir) otaqlı, 8 saylı mənzilin pay dəyərindən 35448 (otuz beş min dörd yüz qırx səkkiz) AZN Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2018-ci il martın 5-də rəsmi olaraq 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 adlı 1 övladları dünyaya gəlmişdir. Rəsmi nikahları bağlanandan cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Əvvəllər birgə yaşadıqları müddətdə cavabdehlə münasibətləri pisləşdiyindən nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 4629/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikah dövrlərində Abşeron City, blok 2, mənzil 8, 9 (8 və 9 saylı mənzil alınmış və arakəsmələri götürməklə birləşdirmişdir) əldə edilmiş və həmin ünvanda yaşamışlar. Lakin cavabdeh iddiaçını mənzilə buraxmır və bu qaydada həmin mənzildən istifadəsinə maneə olur. Hazırki vəziyyətdə cavabdeh iddiaçını və uşağını həmin mənzildə yaşamağa imkan vermir. Cavabdeh iddiaçı və uşağının hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə almaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2018-ci il martın 5-də rəsmi nikaha daxil olmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4629/2020 saylı qətnaməsi ilə nikahları ləğv edilmişdir. Belə olan halda məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə hesab edir ki, qanunun qeyd edilən norması əsas tutulmalı tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən iddiaçının cavabdehə məxsus Abşeron City, blok 2, mənzil 8, 9 ünvanında olan yaşayış yerinə istifadə hüququ tanınmamalıdır. İddiaçının Abşeron City, blok 2, mənzil 8, 9 ünvanına istifadə hüququ saxlanılmadığından iddianın həmin mənzilə köçürülmə hissəsində də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan görünür ki, xxxx” MTK ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Mnzil Tikintisi haqqında müqaviləsinə və maliyyə arayışına əsasən Cavabdeh “xxxx” MTK “xxxx” MTK-ya məxsus olan 2-ci blok, 4-cü mərtəbədə yerləşən 8 nömrəli 1 otaqlı mənzili dəyərini tam ödəməklə həmin mənzilə pay hüququnu əldə etmişdir və mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-471/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-471/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver