Məhkəmə qərarları › İş №2(012)-4737/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4737/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4737/2021 28.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru) buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinə 28 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru) buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, Ərizəçi ərizə və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında buraxılmış müddətin bərpa edilməsi barədə ərizə baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizə və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizəsi təmin edilsin. Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru) buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar