Məhkəmə qərarları › İş №2(012)-474/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-474/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-474/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə xx xxxx 2021ci il tarixdə Xırdalan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun az yaşlı övladı ilə birlikdə uzun müddət yaşadıqları, cavabdehlə birgə nikah dövründə birgə vəsait hesabına tikdikləri, sahibliklərində olan ünvan 1 ünvanındakı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, o, cavabdeh X10 ilə xx.xx.1999-cu ildə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahlarından iki övladlarıxx.xx.2000-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət 20 yanvar metrosnun yanında yerləşən evdə yaşasalar da sonradan həmin evi sataraq, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ev almışlar, 2005-ci ildə isə həmin evi sataraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən torpaq sahəsi alaraq, 3 otaqlı ev tikdirmişlər. Evi təmir etdikdən sonra 2005-ci ilin sonlarında evlərinə köçmüşlər. Bu evə ünvan verilsə də, bu günə kimi evi sənədləşdirməmişlər, pasport qeydiyyatına götürülməmişlər, onlar hələdə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadırlar. Daha sonra aralarındakı münasibət pisləşdiyindən o, məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-1607/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında xx xxxxxx 1999-cu ildə bağlanmış 1048 saylı nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında qalması və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X4 tutularaq ona ödənilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh onu evdə çıxarmış və dəfələrlə qapının qıfılını dəyişmişdir. Cavabdeh 2020-ci ilin fevral ayından Rusiyaya getmişdir. O, elə həmin vaxtdan ünvan 1 ünvanındakı evdə yaşayır. Lakin qarşı tərəf ona həmin evdə yaşamağa icazə vermir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X7 məhkəmədə iddianı müdafiə edərək iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh X1 iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1607/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında xx xxxxxx 1999-cu ildə bağlanmış 1048 saylı nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında qalması və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X4 tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Xırdalan şəhəri, 5 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2802 №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanındakı evdə qeydiyyatsız yaşayır və həmin evin mülkiyyətinin kimı aid olması məlum deyil. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında müəyyən edildiyi və İddiaçı məhkəmədə öz izahatında təsdiq etdiyi kimi Cavabdeh 2020-ci ilin fevral ayından ölkəni tərk edərək Rusiyaya getmiş və həmin tarixdən bugünədək İddiaçı ünvan 1 ünvanındakı evdə azyaşlı övladı ilə birlikdə yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı hal-hazırda ünvan 1 ünvanındakı evdə yaşadığından və AR MPM-nin 4.1 və 5.1.ci maddəsində göstərilən hüquqlarının pozulması halı müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd olunanlara əaslanaraq hesab edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən göründüyü kimi işin faktiki halların tələbin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun deyildir və buna görə də məhkəmə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı az yaşlı övladı ilə birlikdə uzun müddət yaşadıqları, cavabdehlə birgə nikah dövründə birgə vəsait hesabına tikdikləri, sahibliklərində olan ünvan 1 ünvanındakı evə köçürülməyi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar