Məhkəmə qərarları › İş №2(012)-4778/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4778/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4778/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 10 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Rzayeva X8 rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 10 saylı evin 9 saylı mənzilinin mülkiyyətçisidir və 10 saylı evin yaşayış sahəsi 27,1 kv.m olan 2 otaqlı 9 saylı mənzilini iddiaçı 2014-cü ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Mənzilin keçmiş mülkiyyətçisi və «ev dəftəri»ndə adları olan ailə üzvləri müqavilə öhdəliklərinə əməl edərək vaxtında mənzildən pasport qeydiyyatından çıxaraq yeni aldıqları mənzilə pasport qeydiyyatına düşmüşlər. Onların mənzillə bütün əlaqələri kəsilmişdir. 23.07.2021-ci il tarixdə iddiaçı Sumqayıt Asan Xidmət Mərkəzindən «Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış» alarkən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 mənzildə qeydiyyatda olduqlarını öyrənmişdir. Mənzilin keçmiş mülkiyyətçisi ilə iddiaçı əlaqə saxlamış, o, həmin şəxsləri tanımadığını bildirmişdir. Cavabdehlərin «ev dəftəri»ndə də adları yoxdur. Belə ki, iddiaçı cavabdehlərin daha əvvəlki ev sahibləri olduğunu müəyyənləşdirmiş, nəticə etibarı ilə həmin cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçı əlavə kommunal xidmət haqları ödəmək məcburiyyətində qoyur. Bununla da, iddiaçının mülkiyyət hüquqları pozulmuş olur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -X1 ilə alıcı İddiaçı arasında bağlanmış 20.08.2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 10 saylı evin 9 saylı mənzilini alıcıya 25000 manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndindən görünür ki, satıcı 20.08.2014-cü il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı 03.09.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 10 saylı evin 9 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 62 saylı reyestr kitabının 85 saylı vərəqində, ********** reyestr nömrəsi, **********01-05101-093004 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Alıyeva X6 rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 10 saylı evin 9 saylı mənzilində qeydiyyatdadır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli 2333 saylı arayışdan görünür ki, Rzayeva X8 rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 10 saylı evin 9 saylı mənzilində qeydiyyatsız yaşayır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Rzayeva X8 rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 10 saylı evin 9 saylı mənzilini alqı-satqı müqaviləsinə əsasən qanunauyğun qaydada əldə etmiş, müqavilənin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ iddiaçıya keçmiş, lakin buna baxmayaraq qeyd olunan evdə keçmiş sakinlər, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneə törədərək onun bu hüquqlarından tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Mülki Məcəllənin: 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, evin keçmiş sakinləri olan cavabdehlərin hazırda həmin mənzildən istifadə etməmələrinə baxmayaraq formal olaraq həmin mənzildə istifadə hüquqlarının qalması, mülkiyyətçi dəyişdikdən sonra həmin mənzili tərk edərək başqa yaşayış yerinə köçmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və bu hal mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırdığından iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 iddiaçıya məxsus mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 10 saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar