Məhkəmə qərarları › İş №2(012)-4791/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4791/2021

11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4791/2021 11.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçi ölüm haqqında şəhadətnamənin kimə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi ölüm haqqında şəhadətnamənin kimə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, anası X2 adına verilmiş ölüm haqqında şəhadətnamənin kimə məxsusluğu faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.1 maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.0. maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 307.2.5 maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, Ərizəçi ərizəsində 21.08.2007-ci il tarixdə vəfat etmiş “X4”nın adına verilmiş ölüm haqqında şəhadətnamədə anasının adının “X3” kimi qeyd edildiyini bildirmişdir. X1 çıxarılmış məlumatdan görünür ki, X3 15.01.1942-ci il tarixdə anadan olmuşdur. Göründüyü kimi, ərizəçinin anasının adı “X3” olduğu halda ərizəçi “X4” olaraq qeyd etmiş, X2 şəxsiyyətini təsdiq edən sənədi isə ərizəyə əlavə etməyərək ərizənin forma və məzmununa riayət etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ərizəçi ərizənin “Xahiş edirəm” hissəsində hüquq müəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsini xahiş etdiyi sənədin 21.08.2007-ci il tarixli AZ-İ 259294 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X3”na məxsus olması faktının müəyyən edilməsini xahiş etmək əvəzinə, anası X2 adına verilmiş ölüm haqqında şəhadətnamənin kimə məxsusluğu faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, bu isə qanunun qeyd etdiyi tələblərdən kənardır. Mülki-Prosessual Məcəllənin: 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 306.1. maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 149, 150, 152,1,1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi ölüm haqqında şəhadətnamənin kimə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar