Məhkəmə qərarları › İş №2(012)-482/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-482/2025

11.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-482/2025 11.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh 3200 manat pul vəsaitinin, 52 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı onun övladıdır. Belə ki, Abşeron rayon 2 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə görə cavabdeh Quliyev X4 rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini və üzərində tikilmiş tikilini çıxarış aldıqdan və həbsdə, girovda olmamasına dair arayış aldıqdan sonra İddiaçı 4500 manata satmağı öhdəsinə götürmüşdür. Torpaq sahəsi Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən verilmiş 12 saylı, xx.xx.2003-cü il tarixli qərara əsasən xx.xx.2073-cü ilə kimi cavabdehə ayrılmışdır. İddiaçı ilkin olaraq 1000 manat, ümumilikdə isə 3200 manat ödəniş etmişdir və bunu təsdiq edən qəbzlər də iş materiallarına əlavə edilmişdir. Qeyd edir ki, Abşeron rayon 2 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi onun qızı İddiaçı ilə cavabdehin nümayəndəsi Pünhan Hətəmov arasında bağlanmışdır. Müqavilənin şərtinə görə son ödəniş xx.xx.2024-cü ildə ödənilməli idi. Mart ayında İddiaçı Cavabdeh qalan pulu da ödədikdən sonra torpağın onun adına sənədləşdirilməsini bildirmişdir. Lakin cavabdeh telefonunu söndürmüş və bugünə kimi öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Hesab edirlər ki, cavabdeh öz öhdəliyini yerinə yetirmədiyi üçün ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və iddiaçı tərəfindən ödənilmiş 3200 manat məbləğində pul, həmçinin qanunvericiliyin tələbinə görə dövlət rüsumu qismində ödənilmiş 52 manat pul da cavabdehdən tutularaq iddiaçıya geri ödənilməlidir. Əlavə olaraq bildirir ki, Cavabdeh tərəfindən İddiaçı satılmış torpaq sahəsi yararsız torpaqdır. İddiaçının ilkin alqı-satqı müqaviləsi üzrə cavabdehə ödədiyi 3200 manat məbləğində puldan 2700 manatı notarial qaydada ödənilmiş, qalan 500 manatı isə ödəniş terminalı vasitəsilə cavabdehin "xxxx" ASC-də açılmış bank hesabına köçürülmüşdür. O, Cavabdeh şəxsən tanımır. Əvvəllər Cavabdeh sözügedən torpaq sahəsini satıb pulu qaytaracağını bildirsə də sonra onunla əlaqələri kəsilmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli, 12 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998ci il tarixli, 158 №-li Qərarına müvafiq olaraq vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə X3 Cavabdeh 0,05 ha torpaq sahəsinin ayrılması və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan satıcı Cavabdeh (onun adından nümayəndəsi X6) ilə alıcı İddiaçı arasında bağlanmış 26 dekabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, tərəflər xx.xx.2073-cü il tarixə kimi Abşeron rayonu, Hökməli Bələdiyyəsi tərəfindən verilmiş 12 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarına əsasən satıcı Cavabdeh etibarnamə əsasında nümayəndəsi X2 rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,05 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini və üzərində tikilmiş tikilini DƏDRX-dən çıxarış aldıqdan və həbsdə girovda olmaması barədə arayış aldıqdan sonra alıcı İddiaçı 4500 manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Satıcı Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 torpaq sahəsini 4500 manata qiymətləndirmiş və gələcəkdə həmin qiymətə alıcı İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq satmağı, alıcı İddiaçı isə həmin məbləğə almağı öhdəsinə götürmüşdür. İddiaçı 1000 manatını hazırda notariusun bankda açdığı hesab vasitəsilə satıcı Cavabdeh ödəmiş, satıcı isə həmin məbləği almışdır. Qalan 3500 manat pulu isə xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TT**********7451000 nömrəli, xx.xx.2023-cü il tarixli, TT**********233500 nömrəli, xx.xx.2024-cü il tarixli, TT**********686500 nömrəli, xx.xx.2024cü il tarixli, TT**********711400 nömrəli və xx.xx.2024-cü il tarixli, TT**********519300 nömrəli qəbzlərdən görünür ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 26 dekabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən müxtəlif tarixlərdə müvafiq olaraq 1000 manat, 500 manat, 500 manat, 400 manat və 300 manat olmaqla, ümumilikdə 2700 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 324.4-cü, 324.5-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü və 337.5-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 26 dekabr 2023-cü il tarixdə Abşeron rayon 2 saylı Notariat Ofisində ilkin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,05 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini İddiaçı 4500 manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmiş, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 torpaq sahəsini 4500 manata qiymətləndirmiş və gələcəkdə həmin qiymətə alıcı İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq satmağı, alıcı İddiaçı isə həmin məbləğə almağı öhdəsinə götürmüşdür. Lakin sözügedən müqavilədə qeyd edildiyi kimi, həmçinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Notariat Ofisinə verilmiş sorğuya cavab olaraq məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı gələcəkdə satılması nəzərdə tutulmuş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququnu təsdiq edən hər hansı rəsmi sənəd mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli, 12 nömrəli qərarına əsasən Cavabdeh mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə X3 0,05 ha torpaq sahəsi ayrılmış və ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, Cavabdeh 26 dekabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ olması hər hansı rəsmi sənəd ilə öz təsdiqini tapmadığından və cavabdeh 26 dekabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olmayan torpaq sahəsini iddiaçıya satmaq istədiyindən məhkəmə hesab edir ki, tərəflər arasında Abşeron rayon 2 saylı Notariat Ofisində bağlanmış 26 dekabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi bağlandığı andan əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin 3200 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı 26 dekabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən ödəməli olduğu 3500 manat məbləğində puldan müəyyən məbləğdə hissəni cavabdehə ödəsə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında olan öhdəliyini yerinə yetirməmiş, iddiaçı tərəfindən ona ödənilmiş pul vəsaitini qəbul etməklə əsassız olaraq varlanmışdır. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdehə müqavilə üzrə 3200 manat məbləğində ödədiyini bildirmiş, lakin məhkəmədə sübutların təhqiqatı zamanı xx.xx.2023-cü il tarixli, TT**********7451000 nömrəli, xx.xx.2023-cü il tarixli, TT**********233500 nömrəli, xx.xx.2024-cü il tarixli, TT**********686500 nömrəli, xx.xx.2024-cü il tarixli, TT**********711400 nömrəli və xx.xx.2024-cü il tarixli, TT**********519300 nömrəli qəbzlərinə əsasən İddiaçı sözügedən müqavilə üzrə müxtəlif tarixlərdə müvafiq olaraq 1000 manat, 500 manat, 500 manat, 400 manat və 300 manat olmaqla, ümumilikdə 2700 manat ödəniş etdiyi müəyyən edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən 3200 manat məbləğində pulun 2700 manat hissəsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapdığından iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh 2700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 52 manat pul vəsaiti də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon 2 saylı Notariat Ofisində bağlanmış 26 dekabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh 2700 manat pul vəsaiti və 52 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar