Məhkəmə qərarları › İş №2(102)-1248/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1248/2025

16.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1248/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2209/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh keçmiş qudalardır. Belə ki, iddiaçının oğlu ilə cavabdehin qızı evli olmuşlar.

2. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs H.Ç.Abbasovun mülkiyyətində Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində 0.075 ha torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) olmuşdur.

3. O, həmin torpaq sahəsini xx.xx.2017-ci ildə 12000 manat müqabilində cavabdehə notarial qaydada satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə ödənilmi ş 12000 manat, eləcə də əlavə çəkilmiş 1000 manat xərcin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq almaq üçün X2 13.000 manat vermiş, lakin məcburi köçkün olduqlarından alqı-satqı müqaviləsini oğlunun qaynanasının adına rəsmiləşdirmişlər. Oğlunun sabiq qaynanası hazırda həmin torpağı və üzərində olan evi onlara vermək istəmir. Dəfələrlə evin onun adına rəsmiləşdirilməsini tələb etməsinə baxmayaraq o, boyun qaçırmışdır.

6. Üçüncü şəxs H.Ç.Abbasov məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, torpaq sahəsinin satılmasında iddiaçının oğlu Bəhruzla sövdələşmə etmişdir. İddiaçı tanımır, pulu ona Bəhruz verib. 12000 manata razılaşmışlar, sonradan 11800 manat Bəhruzdan almışdır.Bəhruz ona demişdi ki, məcburi köçkün olduqlarına görə, çörək pulu kəsilməsin deyə torpağı qaynanası Tofiqənin adına sənədləşdirəcəkdir. Bankdan pulu götürəndə Məhluqə də orada iştirak edirdi.

7. Şahid K.F.Cabbarov məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iş üzrə tərəfləri tanıyır. Həkimxan məhləsini Bəhruza satdı, Bəhruz məcburi köçkün olduğu üçün məhləni qaynanasının adına aldı. X7 verdi, Məhluqə də orada idi.

8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-722/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 11800 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim F.Babaşov).

9. Məhkəmə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məsələyə münasibət bildirərək qeyd etmişdir ki, müqavilənin etibarsız hesab edilməsinə dəlalət edən hallar iş materiallarında mövcud deyil və işin hallarından müəyyən olunmur. Belə ki, tərəflər müstəqil iradələrini ifadə etməklə sərbəst surətdə qanunvericiliyin tələbinə uyğun olaraq notarial qaydada alqı-satqı müqaviləsi bağlamışlar. Həmçinin, hazırki iş üzrə müqavilənin etibarsızlığı üzrə kəsici müddət də bitmişdir və müqavilənin bağlandığı tarixdən xeyli müddət keçmişdir. Buna görə həmin hissədə iddia təmin edilməməlidir.

10. Məhkəmə iddia tələbinin pulun verilməsi ilə bağlı hissəsinə münasibətdə bildirmişdir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Üçüncü şəxsin izahatından və şahidin ifadəsindən məhkəməyə məlum olur ki, iddiaçı öz oğlu Bəhruz vasitəsilə üçüncü şəxs Həkimxan Abbasova torpaq sahəsini almağa görə 11800 manat məbləğində p ul vəsaiti vermiş, lakin iddiaçı və iddiaçının oğlu məcburi köçkün olduqlarından torpaq sahəsi Cavabdeh adına rəsmiləşmişdir.

11. Belə olan halda, cavabdehin həm torpaq sahəsi əldə etməsi, həm də həmin torpağın dəyərini ödəməməsi onun əsassız varlanması ilə nəticələnmişdir. Buna görə iddiaçıya dəymiş zərərin aradan qaldırılması və onun hüququnun bərpa edilməsi üçün iddiaçı tərəfindən cavabdehə satılmış torpağın dəyəri qismində üçüncü şəxsə verilmiş 11800 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbində qeyd edilən 1000 manat əlavə xərcin çəkilməsinə dair mötəbər sübutlar (qəbz, çek, kassa mədaxil orderi və ya qəbzi) iş materiallarına əlavə edilmədiyindən və məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia sübut edilmir və təmin edilməməlidir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəlləsinin 337.1,354.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 1091, 1092-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin olunmamasına barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur:  Cavabdeh işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış, bu səbəbdən iddia müddətinin tətbiqi barədə ərizəni də təqdim edə bilməmişdir. 2017-ci ildə alınmış evə dair 7 ildən sonra iddia qaldırmaqla, iddiaçı müddəti ötürmüşdür.  Ev cavabdeh və qızının vəsaiti hesabına alınmışdır. Belə ki, qızı ali təhsilli fizika müəllimidir, yüksək gəliri var. İddiaçının oğlu ilə evli olduqları dövrdə də ailəni qızı dolandırmışdır. Hər iksinin yüksək qazancları olduğu halda, hər hansı gəlir yeri olmayan iddiaçının sözügedən əmlakı alması barədə aşağı məhkəmənin mövqeyi əsassızdır.  X1 tanımır, alqı-satqı prosesində belə bir adam iştirak etməmişdir. İfadəsi yalandır.

16. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı məcburi köçkün olduğuna görə torpaq sahəsini cavabdehin adına almışdır. Belə ki, nümayəndəsi olduğu şəxs torpaq sahəsini almaq üçün Həkimxan Abbasova 13000 manat pul vermişdir. Pulu depozitə Bəhruz qoysa da, əslində pul Məhlu qənin olmuşdur. Məhluqə özüdə həmin vaxt “ASAN xidmət”də olmuşdur.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2209/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh İddiaçı xeyrinə 11800 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilməmişdir (hakimlər: Rəhman Muradov sədrlik edən və məruzəçi, Mustafa Mustafayev və Fikrət Mehdiyev)

18. Məhkəmə kollegiyası ilk növbədə bildirmişdir ki, iddianın təmin edilməsi hissəsində qətnamə cavabdeh tərəfindən mübahisələndirilsə də, iddianın təmin edilməməsi hissəsində qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Mübahisələndirilən hissə də isə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

19. Belə ki, iddiaçı torpağın alqı-satqısı ilə bağlı verilmiş pulun ona məxsus olmasını bildirsə də, lakin onun bu dəlili sübut olunmur. Alqı-satqı müqaviləsi X3 ilə Cavabdeh arasında bağlanmış və torpağın alınması üçün 12000 manat ödənilmişdir. Alqısatqının aparılması üçün qeyd olunan məbləğin isə iddiaçı tərəfindən cavabdehə verilməsi təsdiq olunmur. Əksinə işdən müəyyən olunur ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı bütün danışıqlar iddiaçının oğlu Bəhruzla aparılmış, qiymətin müəyyənləşdirilməsi və satıcıya ödənilməsidə onun tərəfindən həyata keçirilmişdir. İşin qeyd olunan bu halı üçüncü şəxs X3 və şahid qismində dindirilmiş X4 birinci instansiya məhkəməsində verdiyi izahat və ifadələrlə təsdiq olunur.

20. Belə old uğu halda, torpaq sahəsinin alınması üçün İddiaçı tərəfindən cavabdeh Məhluqə Hüseynovaya 12000 manat verilməsi, eləcə də torpağın alınması üçün onun tərəfindən 1000 manat əlavə xərc çəkilməsi iş materialları ilə təsdiq olunmur.

21. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 157.2, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassator şikayətinin ilkin dəlilini Mülki Məcəllənin əsassız varlanmaya dair 1091 və 1092-ci maddələrinə istinad etməklə b elə əsaslandırmışdır ki, keçmiş qudası olan cavabdeh onun məcburi köçkün olduğu üçün öz adına mülkiyyət əldə edə bilməməsi faktını bilərək sözügedən əmlakın öz adına rəsmiləşdirilməsinə razı olmuş, hazırkı vəziyyətdə isə əmlakı geri qaytarmamaqla iddiaçının hesabına əsassız varlanmışdır. İşə baxan apellyasiya məhkəməsi isə işin bu halına düzgün hüquqi qiymət verməmişdir.

24. Şikayətin digər dəlilinə görə işə baxan apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin və şahidin ifadələrinə sübut kimi düzgün qiymət verməmişdir. Belə ki, onların hər ikisi verdikləri ifadədə cavabdehi tanımadıqlarını, alqı-satqının iddiaçının adından Bəhruzla edildiyini bildirmişlər. b)

25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərb aycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlan ılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı torpağın alqı-satqısı ilə bağlı verilmiş pulun ona məxsus olmasını bildirsə də, dəlilini sübuta yetirə bilməmişdir. Belə ki, alqı-satqı müqaviləsi X3 ilə Cavabdeh arasında bağlanmış və torpağın alınması üçün 12000 manat ödə nilmişdir. Həmin məbləğin isə cavabdehə iddiaçı tərəfindən verilməsi təsdiq olunmur. Əksinə işdən müəyyən olunur ki, torpağın alqı-satqısı ilə bağlı bütün danışıqlar iddiaçının oğlu ilə aparılmış, qiymətin müəyyənləşdirilməsi, eləcə də pulun ödənilməsi onun tərəfindən həyata keçirilmişdir. İşin bu halı üçüncü şəxs və şahidin birinci instansiya məhkəməsində verdiyi izahat və ifadələrlə təsdiq olunur.

38. Beləliklə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddia irəli sürmək hüququ istisna olunur və sonuncu hazırki mübahisə üzrə öz adından iddia qaldırmaqda subyektiv hüquqa malik deyil.

39. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunları na uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

40. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.

41. Hər kəs özünün subyektiv hüququnu n həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmişdir.

45. Belə ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli 2(104)-2209/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar