Məhkəmə qərarları › İş №2(021)-3271/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3271/2024

09.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3271/2024 09.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Ruhin Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, etibarsız hesab edilmiş müqavilə üzrə alınmış pul vəsaitinin və çəkilmiş xərclərin qaytarılması” tələbinə dаir mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-1 ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin bağlandığı andan, həmin Müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənim adıma verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəli **********87 olan Çıxarışın və A923857№-li Torpaq sahəsinin planı və ölçüsü sənədinin verildikləri xx.xx.2023-cü ildən etibarsız hesab edilməsinə, həmin Alqı-Satqı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızma, Cavabdeh3 və X1 verdiyim 5000 manatın, müqavilədən kənar həmin cavabdehlərə verdiyi 1000 manatın, müqavilənin notariat qaydada təsdiq edilməsi üçün ödədiyi dövlət rüsumu 150 manatın, reyestr Çıxarışının və Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi üçün dövlət büdcəsinə ödədiyi 186 manatın, həmin Alqı-Satqı müqaviləsi və reyestr Çıxarışı əsasında Bərdə rayonu Böyük Qəcər kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində tikdirdiyi 2 otaq və 1 mərtəbədən ibarət fərdi yaşayış evinin tikintisi üçün çəkdiyi xərc olan 11000 manatın, həmçinin evin qazlaşdırılması üçün çəkdiyi xərc olan 500 manatın, 22 kv.m. ölçülü toyuq-cücə damının, 24 kv.m. ölçülü toyuq-cücə çardağının (navesin) və 0,08 ha torpaq sahəsindən kənarda tikdirdiyi 24 kv.m. ölçülü toyuq-cücə damının tikintisi üçün çəkdiyi xərc olan cəmi 3000 manatın, 0,08 ha torpaq sahəsində kiçik ölçülü su artezanı quraşdırılması üçün çəkdiyi xərc olan 260 manatın, beləliklə də ümumilikdə 21096 (iyirmi bir min doxsan altı) manat pulun və iddia ərizəsini verməyə görə ödədiyi dövlət rüsumu 154 manatın, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh5 müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259 və 260-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, etibarsız hesab edilmiş müqavilə üzrə alınmış pul vəsaitinin və çəkilmiş xərclərin qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar