Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-517/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pulun geri qaytarılması və s. tələbinə dair Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, cavabdeh2 tərəfindən “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, bağışlamaq, qeydiyyatdan çıxarmaq, sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətləri İddiaçı etibar edilmişdir.
2. Nəqdiyyat vasitəsinin qeydiyyat şəhalətnaməsinin surətindən görünür ki, “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsinin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdur.
3. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, cavabdeh1 məxsus olan kart hesabına 350 manat məbləğində pul köçürülmüşdür.
4. İş materiallarına əlavə olunmuş EM-****VK-*****/** nömrəli müqavilədən görünür ki, İddiaçı ilə fərdi vəkil kimi fəaliyyət göstərən X3 arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və hüquqi yardım haqqının məbəği isə tərəflərin qarşılıqlı razılığı ilə 100 manat məbləğində müəyyəni edilmişdir.
5. İş materiallarında olan EM-****VK-*****/** nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Ekol Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərən vəkil2 arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və hüquqi yardım haqqının məbəği isə tərəflərin qarşılıqlı razılığı ilə 500 manat məbləğində müəyyəni edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinn satılması ilə bağlı cavabdeh2 ilə aralarında bağlanmalı olan alğı-satqı müqaviləsini pərdələmək üçün yalan əqd olan “nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamənin etibarsız hesab edilməsi, “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehlər cavabdeh2 və X1 qaytarılmaqla, 11000 manat pulun, ödənilmiş 123 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının əvəzinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh cavabdeh2 “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2025-ci il tarixdə almış, nəqliyyat vasitəsini 11000 manata razılaşsalar da, aralarında alğı-satqı müqaviləsi bağlanmamış, həmin müqaviləni pərdələmək üçün cavabdeh2 ona ##.##.2025-ci il tarixdə 7E- **** reyestr nömrəli “nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamə vermişdir. Belə ki, həmin maşını “Turbo.az” saytına yerləşdirmişlər. Elanı yerləşdirən şəxsin adı Azər, əlaqə nömrəsi isə (050)624-83-22 qeyd edilmişdir. O, Azər adlı şəxslə əlaqə saxlamış, avtomaşına baxmaq üçün Yevlax şəhərində Yevlax rayon Təhsil İdarəsinin inzibati binasının qarşısında Azər və onun yanında olan Nicat adlı şəxslə görüşmüş, həm Azər, həm də Nicat ona avtomaşında heç bir problem olmadığını bildirmişdirlər. Beləliklə o, həmin şəxslərlə razılaşmış və avotomobili almaq üçün 11000 manat pulu onlara vermişdir. Həmin pulun 350 manatını beh olaraq əvvəlcədən Azərin kart hesabına göndərmişdir. O, nəqliyyat vasitəsini onlardan aldıqdan sonra məlum olmuşdur ki, avtomobil bir dəfə qəza edərək sol tərəf üstünə aşmış, eləcə də avotmobilin mühərrikində yağ azalması olmuş, həmçinin avtomobildə cavabdehlərin ondan gizlətdiyi bir çox problemlər aşkar edilmişdir. Belə ki, avtomobilin arxa və ön kapotları və bir sıra detalları dəyişmiş, bundan başqa cavabdehlər onu aldadaraq “Turbo.az” saytında avtomobilin yürüş məsafəsini 230.000 km. qeyd etmiş, lakin reallıqda 430 min km.dir. Dəfələrlə cavabdehlərlə əlaqə saxlayaraq onu aldatdıqlarını, satdığı maşında problemlər mövcud olduğunu bu səbəbdən avtomobili geri qaytarmaq istədiyini və pulunu geri tələb etdiyini bildirsə də, onlar buna əhəmiyyət verməmiş və pulunu geri qaytarmaqdan boyun qaçırmışdırlar. Bu barədə Azərlə aralarında olan danışıqları SD-diskdə iddia ərizəsinə əlavə etmişdir. Belə olan halda hesab edir ki, cavabdehlər həm onu aldatdıqlarına görə, həm də cavabdeh2la aralarında bağlanmalı olan alğı-satqı müqaviləsini pərdələmək üçün yalan əqd olan “nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamə verildiyinə görə həmin etibarnamə etibarsız hesab edilməli, “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh2 və cavabdeh1 qaytarılmaqla cavabdehlərdən müştərək qaydada 11.000 manat pul alınaraq ona verilməlidir.
8. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsinin cavabdehlər cavabdeh2 va cavabdeh1 qaytarılmaqla, 11000 manat pulun, ödənilmiş 123 manat dövlət rüsumunun, ayrı-ayrılıqda ödənilmiş 100 manat və 500 manat vəkil xidmət haqqlarının cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehlər cavabdeh2 və cavabdeh1 qaytarılmaqla, onlardan müştərək qaydada 11.000 manat məbləğində pul, göstərilmiş hüquqi yardımla bağlı ödənilmiş cəmi 600 manat məbləğində pul və ödənilmiş 123 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
10. Cavabdeh cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh2 ərizəsi təmin edilmiş və Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qiyabi qətnaməsi ləğv edilmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, avtomobilin əyləcində problem olduğu üçün onu Gəncədəki dostunun yanına yoxlanışa aparmış və usta maşının aşmasını ona bildirmişdir. O, dərhal cavabdehə zəng etmiş, maşının onların dediyi kimi çıxmamasını, maşında olan problemlərin aradan qaldırılması üçün ona kömək edilməsini, ya da yol xərcini çıxmalarını və maşını geri qaytarmaq istədiyini bildirmişdir. Belə ki, o, 350 manat pulu cavabdehin kart hesabına atmış, əlbəəl isə 11000 manat pul vermişdir. Onun söhbəti Azərlə olmuş, tərəf ona bildirmişdir ki, borcları olmuş və verilmiş məbləği ora ödəmişdir, maşının pulunu isə geri qaytara bilmir. Cavabdeh pulu ona geri qaytarmadığı üçün o da məcbur məhkəməyə müraciət etməli olmuşdur. Hal-hazırda avtomobili idarə etmir. Maşında dəyişdirilmiş avadanlıqlarla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Maşını özünə almışdır, alğı-satqı ilə məşğul deyildir. Maşını alanda ustaya yoxlatdırmamışdır. Maşın 2007-ci ilin maşınıdır, etibarnaməni də onlayn almışdır. Avtomobilə bu günə qədər 1000 manat xərci çıxmışdır. Maşına aid olan problemlər aradan qalxmamışdır. Maşına onlayn etibarnaməni cavabdeh2 vermişdir. Maşının mülkiyyətçisi isə Şirvan şəhər sakinidir.
12. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh2 Aftandi oğlunun nümayəndəsi və vəkili vəkil1 izahatında bildirmişdir ki, iddiaçı tərəf maşına çəkdiyi xərclərlə bağlı heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında etibarnamə verilmiş, razılaşdırılıb 11000 manat ödənilmişdir. Maşın 2007-ci ilin avtomobilidir, hər hansısa bir qüsurların olması normaldır. 2007ci ilin avtomobilləri 15000-16000 manat arası dəyişir. Cavabdeh internet saytında maşını 11000 manata satmasını qeyd etmiş, iddiaçı tərəf də təkidlə alacağını və maşını gətirmələrini bildirmişdir. Onlar avtomobili Sumqayıtdan Yevlaxa aparıblar. İddiaçı maşını almadan öncə onu yoxlatdırmalı idi, amma etmədiyi üçün riskləri öz üzərinə götürmüşdür. Əqd mübahisələndirilirsə hüquqlarını müdafiə etdiyi şəxsin verdiyi etibarnamə öz adlarından deyildir. Başqasının adından verilmiş əqdi onlar etibarsız hesab edə bilməzlər və iki tərəf arasında mübahisələndirilə bilər. Tərəflər arasında etibarsız hesab edilə bilən əqd bağlanmamışdır. Etibarnamənin müddəti də artıq keçmiş, iddia tələbi də düzgün tərtib olmamışdır. Tərəf bildirir ki, 1000 manat maşına xərc çəkmiş, amma bununla bağlı heç bir sübut təqdim etmir. Tərəf maşına çəkdiyi xərci və nöqsanların olmasını sübut etməlidir. İddiaçı 11000 manata avtomobil almış, 1000 manat xərc çəkibsə tənasübsüz xərc deyildir. O zaman tənasübsüz xərc hesab etmək olar ki, 11000 manata maşın alıb onun üzərinə 5000 manat xərc qoyarsa. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır. Hüquqlarını müdafiə etdiyi şəxs cavabdeh qismində cavab verilməli olan subyekt deyil, etibarnamə əsasında hərərkət olunmuşdur. Avtomobil artıq 6 aydan çoxdur ki, iddiaçı tərəfdədir. İddiaçı tərəf bilməlidir ki, 5000-6000 manat ucuza avtomobil almış, təbii ki, avtomobil də ehtiyaclar tələb etməlidir.
13. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, sözügedən qətnamənin ləğv edilməsini, iddianın tələbinin təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün çəkilən xərclərin cavabdehlərdən alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, o, avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd edilmiş mülkiyyətçisi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanımır. Ondan nə maşın almış, nə də ona pul vermişdir. Belə olan halda həmin şəxsin ona qarşı heç bir öhdəliyi yaranmır. Mülkiyyətçi avtomobili cavabdeh cavabdeh2 etibarnamə ilə vermiş, o da həmin etibarnamədən istifadə edərək avtomobili digər cavabdeh cavabdeh1 ilə birlikdə ona satmışdır. cavabdeh2 ona etibarnamə verərkən niyyəti avtomobili satmaq olmuş, lakin alğı-satqı əqdini pərdələmək üçün etibarnamə vermişdir. Məhkəmə qətnaməsində 11000 manatın cavabdehlərə verilməsini təsdiq edən sübutların təqdim edilməməsini qeyd etsə də, cavabdeh cavabdeh2 nümayəndəsi məhkəmə iclasında həmin avtomobili satmağa görə 11000 manat pul aldığını etiraf etmişdir. Bu barədə həm də telefon danışıqları vardır. Məhkəmə isə cavabdehin bu etirafını görməzdən gəlmişdir. Eyni zamanda də cavabdehin avtomobili ucuz qiymətə satması və avtomobildə qüsurların olmasının təbii olması barədə gətirdiyi arqumentlər onun iddia tələbində haqsız olmasına əsas vermir. Cavabdehlər ona həm qüsurlu əşya (avtomobil) satmış, həm də alğı-satqı müqaviləsi yalan əqd olan etibarnamə ilə pərdələnmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmənin əvvəlcə qiyabi qətnamə qəbul edərək iddianı təmin etməsi, sonradan isə iş üzrə heç bir əlavə fakt müəyyən edilmədən iddianı rədd etməsi işə obyektiv baxmasına şübhələr yaradır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
20. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
25. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
28. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.
32. İşin mübahisə edilməyən hallarından görünür ki, mübahisəli avtomobilin satılması barədə “Turbo.az” saytında elan yerləşdirilmiş, iddiaçı avtomobili almaq niyyətində olduğundan elanda nömrəsi qeyd edilmiş Azər adlı şəxslə əlaqə saxlamış və avtomobili almaq barədə razılaşmış, avtomobili Yevlax rayonunda cavabdehlər iddiaçıya təqdim etmişlər və iddiaçı 11.000 manat pulu cavabdehlərə vermişdir. Belə ki, pulun 350 manatını iddiaçı beh olaraq əvvəlcədən cavabdeh cavabdeh1 məxsus olan kart hesabına göndərmiş, yerdə qalan 10650 manat məbləği isə cavabdeh2 vermişdir. Avtomobil cavabdeh2 tərəfindən etibarnamə əsasında iddiaçıya təqdim edilmişdir. İddiaçı həmin gün cavabdeh tərəfə avtomobildə ciddi xərc tələb edən nasazlıq olduğu və onun tərəfindən verilmiş pulun xərcləməməsi barədə xəbərdarlıq edilmişdir. Daha sonra bununla bağlı tərəflər arasında bir neçə dəfə danışıqlar olmuş, iddiaçının çoxsaylı müraciətlərinə baxmayaraq cavabdehlər pulu qaytarmaqdan və avtomobili geri götürməkdən imtina etmişlər. İddiaçı bu barədə səs yazılarını CD diskdə məhkəməyə təqdim etmişdir.
33. İddiaçı tələbini eyni zamanda onunla əsaslandırmışdır ki, avtomobil alındıqdan sonra avtomobildə iddiaçıdan gizlədilmiş bir çox problemlər aşkar edilmiş, belə ki, avtomobil bir dəfə qəzaya düşmüş, sol tərəf üstünə aşmış, avotmobilin mühərrikində yağ azalması olmuş, arxa və ön kapotları və bir sıra detalları dəyişmiş, avtomobilin yürüş məsafəsi cavabdehlər tərəfindən saytda 230.000 km. qeyd edilsə də, 430.000 km. olması müəyyən edilmişdir.
34. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında avtomobilin alğısatqısına dair hər hansı bir müqavilə bağlanmamış, cavabdeh cavabdeh2 həmin avtomobilə dair iddiaçıya ##.##.2025-ci il tarixdə ##.##.2025-ci il tarixədək qüvvədə olan 7E-**** reyestr nömrəli etibarnamə vermişdir.
35. Göründüyü kimi iddiaçı avtomobili yoxlatdırdıqdan dərhal sonra qüsurlarla bağlı cavabdehlərə məlumat vermiş və maşını qaytarmaq niyyətində olduğunu bildirmişdir.
36. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
37. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
38. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
39. İşdən görünür ki, avtomobillə bağlı tərəflər arasında əslində alğı-satqı barədə razılığa gəlinsə də, bunun üçün müvafiq yazılı müqavilənin təsdiqi və dövlət reyestrində qeydiyyatı tələb olunsa da, tərəflər bu qaydalara riayət etməmiş və nəticədə bağladıqları əqd əhəmiyyətsiz olmuşdur.
40. Kollegiya qeyd edir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqd olduğundan, iddiaçının avtomobilə görə ödədiyi pulun ona, avtomobilin isə cavabdeh tərəfə geri qaytarılması barədə tələbi əsaslıdır.
41. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh cavabdeh2 10650 manat, cavabdeh cavabdeh1 350 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı verilməli, “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə iddiaçı İddiaçı alınaraq onu iddiaçıya etibarnamə əsasında təqdim etmiş cavabdeh cavabdeh2 qaytarılmalıdır.
43. Lakin birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.
44. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
45. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. İşin yuxarıda qeyd olunan hallarını, məhkəmə iclasında tədqiq olunan sübutları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh cavabdeh2 10650 manat, cavabdeh cavabdeh1 350 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilməli, “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı İddiaçı alınaraq cavabdeh cavabdeh2 qaytarılmalıdır.
47. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 119.1 və 121.1-ci maddələrinə əsasən həmçinin hesab edir ki, cavabdehlərdən dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 187 manat (iddia ərizəsi və apellyasiya şikayəti üçün) və hüquqi yardım üçün ödənilmiş xərcə görə 500 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh cavabdeh2 10.650 (on min altı yüz əlli) manat, cavabdeh cavabdeh1 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı qaytarılsın. “Kia Sportage” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı İddiaçı alınaraq cavabdeh cavabdeh2 qaytarılsın. Ödənilmiş 187 (bir yüz səksən yeddi) manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində vəkil xidməti haqqı cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.