Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-483/2021 15.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi və onun üzərindəki yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı uşağı X4 onun mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan yaşayış sahəsini AN-İ seriyalı, ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X5 almışdır. Daşınmaz əmlakın alğı-satqı müqaviləsi Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən həyata keçirilmişdir. Lakin yaşayış sahəsinin çıxarışı olmadığına görə alğı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Həmin alğı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsinə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsi keçmiş mülkiyyətçi tərəfindən ona xx xxxxxx 2018-ci il tarixdə-satılmışdır. Lakin torpaq sahəsinin alğı-satqısından bir müddət sonra cavabdeh azyaşlı uşağı X10 ilə birlikdə həmin torpaq sahəsinə daxil olaraq çıxmamışlar. Cavabdeh Bakı şəhəri, Nizami rayon Məhkəməsinə ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsinə dair bağlanmış "alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini" xahiş etmişdir. Bakı şəhəri Nizami Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2 (007)-1518/2019 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh X6, Hüseynov Razil Fazil oğluna və X9 qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Cavabdeh Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11634/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(007)-1518/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11634/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11634 2019 nömrəli qətnaməsi ilə Məcidova Nərminə Əbdül qızın5ın apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2019-cu il 2(007)1518/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli. 2(102)- 1415/2020 nömrəli qətnaməsi ilə Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Bakı Apelvasiva Məhkəməsinin xx xxxxxxx 2019-ctı il tarixli 2(103)-11634/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Nəticədə o, hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir və bu da onun mülkiyyətçi hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X7 məhkəmədə iddianı müdafiə edərək, iddiaçının izahatın uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh onun ögey oğludur. O, İddiaçı atası Məcidov Əlirza ilə 2003-cü rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından 2003-cü il tarixdə X10 dünyaya gəlmişdir. Mübahisə predmeti olan ev birgə nikah dövründə 2014-cü il tarixdə Rzayeva Sevil adlı şəxsdən almışdır. Lakin Əlirzanın pulu olmadığına görə evi sənədləşdirə bilmədilər. Həmin evdə o, həyat yoldaşı və qızı 2015-cı ildən yaşamağa başlamış və bugünədək həmin evdə qızıyla birgə yaşayır. Həyat yoldaşı 2015-ci ilin yanvar ayında rəhmətə getdikdən sonra evdəki bütün kommunal ödənişləri adına keçirtmişdir. Onun getməyə başqa yeri yoxdur. O, sadəcə Suraxanıda qeydiyyatdadır, orada yaşamır. Bunlara əsasən o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,025 ha torpaq sahəsini 3000 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,025 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il tarixi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2064 №-li arayışdan görünür ki, Cavabdeh həqiqətən 2015-ci ildən bugünədək Abşeron rayon, Məmmədli kəndində oğlu X13 və qızı X10 ilə birlikdə yaşayır. Cavabdeh mərhum həyat yoldaşı X14 ilə də 2015-ci ildən vəfat edənədək birlikdə ünvan 1ində yaşamışdır. İş materiallarında olan X3 Azərbaycan Nümayəndəliyi D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 20 №-li sənəddən görünür ki, iş üzrə iddiaçı cavabdehin savadsızlığından və avamlığından sui istifadə etməklə torpaq sahəsinin mülkiyyətçisi vəfat etdikdən sonra saxta sübutlar təqdim etməklə məhkəmə hakimiyyətini aldatmağa nail olaraq iddia predmeti olan torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh ögey oğludur.Cavabdeh iddiaçının atası Məcidov Əlirza ilə 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan 2003-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Həmçinin sübutların tədqiqatı zamanı işin müəyyən edilmiş faktiki hallarından görünür ki,mübahisə predmeti olan daşınmaz əmlakın torpaq sahəsinə dair iddiaçının hüquqlar xx xxxxxx 2018-ci il tarixdə rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçsədə, həmin toppaq sahəsi üzərində oan fərdi yaşayış evinə dair iddiaçıya məxsus hər hansı bir sənəd mövcud deyildir və həmin tikili özbaşına tikilidir.Bundan başqa məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin özbaşına tikilidə yalnış iddiaçının ögey anası, yəni cavabdeh 2015-ci il tarixdən fasiləsiz olaraq 2003-cü il təvəllüdlü qızı Ləman Məcidova ilə birgə yaşayır.Sözügedən fərdi yaşayış evinin cavabdeh mərhum əri X14 ilə nikah dövründə olduğu müddətdə birgə tikdiklərini və həmin tikilini 2015-ci l tarixdə yekunlaşdıqlarını bildirmiş, lakin idddiaçı tərəfindən bu halı təkzib edən hər hansı bir sübut təqdim edilməmiş, əksinə olaraq iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli,2064 saylı arayışla cavabdehin 2015-ci i tarixdən övladı ilə birlikdə həmin özbaşına tikili olan fərdi yaşayış evində yaşamasını tam təstiqini tapır və bu hal da məhkəməyə cavabdehin izahatının daha mötəbər olmasına dələlət edir. Ona görə də məhkəmə hesab edir ki, baxmayaraq ki,fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, yuxarıda qeyd olunan işin faktiki halları cavabdeh həmin daşınmaz əmlakdn çıxarılmasına dair hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 33-cü maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhamiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştiraçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdirlmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh və azyaşlı uşağı X4 onun mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsindən çıxarılmaları barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-483/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-483/2021
15.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver