Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4836/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası Laçın rayonunda doğulmağı və atası - X12, anası isə X6 olması barədə doğum aktı qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum qeyd aktında düzəliş edilərək “X9”nın adında düzəliş edərək “Ərizəçi” kimi qeyd edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, onun yəni, Ərizəçi xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası Laçın rayonu Alxaslı kəndində doğulmağı və atasının - X12, anasının isə X6 olması barədə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası Laçın rayonunda anadan olmuş, Laçın rayonunda qeydiyyatda olsa da, məcburi köçkün kimi ünvan 1 ünvanında yaşayır. X1, anası isə X8r. Atası 22.05.2021-ci il tarixdə, anası isə 28.06.2020-ci il tarixdə vəfat etmişdir. Ona doğum haqqında şəhadətnamə Laçın rayonunda verilmişdir. Erməni işğalçılarının Azərbaycan Respublikasının torpaqlarına basqını zamanı onun doğum haqqında şəhadətnaməsi Laçın rayonunda qalmışdır. Bu günə kimi şəhadətnamə ona lazım olmadığı üçün şəhadətnamənin yenidən verilməsi üçün hər hansı bir idarəyə müraciət etməmişdir. Hazırda isə müəyyən sənədləşmə işləri üçün ona doğum haqqında şəhadətnamə vacib lazımdır. Buna görə də doğum haqqında şəhadətnamə verilməsi üçün o, Maraqlı şəxsnə müraciət etmiş və Maraqlı şəxs tərəfindən ona 28 iyul 2021-ci il tarixli, 05/Q-1019/15 nömrəli imtina məktubu verilmiş, bu barədə məhkəməyə müraciət etməsi ona izah edilmişdir. O, doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, Ərizəçi doğma bibisi oğludur. Ərizəçi ilə mehriban qohum olmuşlar, bir kənddə doğulmuş, böyümüşlər. Torpaqlar işğal olunduqdan sonra Rabitə Kollecinin yataqxanasında müvəqqəti məskunlaşmış, torpaq sahəsi aldıqdan sonra isə Abşeron rayonunun Masazır kəndində məskunlaşmışlar. Ərizəçi atasının adı X12, anasının adı isə X13 olmuşdur. Ərizəçi valideynləri vəfat etmişdir. Ərizəçi adı “Aynurə” olmasınna baxmayaraq, doğum haqqında şəhadətnaməsində adı “Aynur” kimi qeyd edilmişdir. Ərizəçi valideynlərinin tək övladı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, Ərizəçi doğma xalası oğludur. Ərizəçi ilə mehriban qohum olmuşlar, bir kənddə doğulmuş, böyümüşlər. Ərizəçi atasının adı X12, anasının adı isə X13 olmuşdur. Ərizəçi valideynləri vəfat etmişdir. Ərizəçi adı “Aynurə” olmasınna baxmayaraq, doğum haqqında şəhadətnaməsində adı “Aynur” kimi qeyd edilmişdir. Ərizəçi valideynlərinin tək övladı olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və işin faktiki hallarını araşdırarıb işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X.Ə.Rəfibəyli adına 2 saylı Baza Tibb məktəbi tərəfindən verilmiş 25.05.2000-ci il tarixli 1707 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbinə daxil olmuş, 07.07.1999-cu il tarixdə həmin məktəbi əczaçılıq işi üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 07.07.1999-cu il tarixli qərarı ilə Ərizəçi əczaçı ixtisası verilmişdir. -Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.05.1999-cu il tarixli VVİİ-ЖГ № 349410 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Ərizəçi xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 54 nömrəsi ilə qeyd edilmişdir. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.10.2000-ci il tarixli İ-AZ № 193952 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01.09.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 54 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası Ərizəçidır. -Maraqlı şəxs tərəfindən verilmiş 21.06.2002-ci il tarixli AZ-İ № 129902 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26.05.2002-ci il tarixdə Abşeron rayonu Masazır kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası Ərizəçidır. -Maraqlı şəxs tərəfindən verilmiş 31.05.2021-ci il tarixli AZ-İİ № 176592 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 22.05.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 764 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.06.2021-ci il tarixli AZ-İİ № 189698 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28.07.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1093 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Maraqlı şəxs Ərizəçi ünvanlandığı 28.07.2021-ci il tarixli 05/Q-1019/15 saylı məktubdan görünür ki, Laçın rayon Alxaslı İcra nümayəndəliyində 03 iyun 1980-ci ildə tərtib edilmiş doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında adın “Aynurə” deyil “Aynur” yazıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Düzəliş üçün kifayət qədər əsaslar olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Respublikada yaranmış vəziyyətlə əlaqədar olaraq Laçın rayonundan köçkün düşmüş və hal-hazırda Abşeron rayonu Masazır kəndində məskunlaşmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi Laçın rayonu Alxaslı Ərazi Dairəsi Alxaslı kəndində anadan olmuş, Laçın rayonu Alxaslı Ərazi Dairəsi Alxaslı kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, məhkəmə iclasında tədqiq edilmiş 25.05.2000-ci il tarixli 1707 saylı diplomun notarial qaydada təsdiq olunmuş surəti, 03.05.1999-cu il tarixli VVİİ-ЖГ № 349410 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti, 05.10.2000-ci il tarixli İ-AZ № 193952 saylı, 21.06.2002-ci il tarixli AZ-İ № 129902 saylı doğum haqqında şəhadətnamələrin surəti, AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunmuşdur ki, həmin sənədlərə əsasən Ərizəçi adı həqiqətən də “Aynurə” olaraq qeyd edilmiş, həmçinin, AA ******* saylı şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, həqiqətən də Ərizəçi xx.xx.1980-ci il tarixdə Laçın rayonu Alxaslı kəndində anadan olmuş, Laçın rayonu Alxaslı Ərazi Dairəsi Alxaslı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adının digər sənədlərlə və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Laçın rayonu Alxaslı kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi xx.xx.1980-ci il, doğulduğu yer Laçın rayonu Alxaslı kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X12”, ana adı qrafasında “X13” milliyyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1980-ci il tarixdə Laçın rayonu Alxaslı kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1980-ci il, doğulduğu yer Laçın rayonu Alxaslı kəndi, soyadı, adı, atasının adı qrafasında «Ərizəçi», ata adı qrafasında «X12», ana adı qrafasında «X13», milliyyəti «Azərbaycanlı» kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4836/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4836/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver