Məhkəmə qərarları › İş №2(012)-4851/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4851/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4851/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 03.03.2001-ci il təvəllüdlü X18 2006-cı ildən 2019-cu ilin aprel ayına kimi onun öhdəsində olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, X7 onun həyat yoldaşıdır. 03.03.2001-ci il təvəllüdlü X24 isə onun həyat yoldaşının birinci nikahdan doğulmuşdur. E.A.Allahverdiyevanın birinci nikahı 2006-cı ildə pozulmuşdur. Onun E.A.Allahverdiyeva ilə birgə nikahlarından 9 yaşlı övladı da var. Həmçinin, o, 2006-cı ildən X22 atalıq edərək ona qayğı göstərmiş və onun qəyyumu olmuşdur. Bunu təsdiq edən şahidlərin notarial qaydada təsdiq olunmuş ərizələri də vardır. X24 10 oktyabr 2020ci il tarixdə 2-ci Qarabağ müharibəsində gedən döyüşlərdə şəhid olmuşdur. Hal-hazırda 03.03.2001-ci il təvəllüdlü X18 2006-cı ildən 2019-cu ilin aprel ayına kimi onun öhdəsində olması faktının müəyyən olunması zərurəti yaranmışdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, o, X7 ilə 2006-cı ildən birgə yaşayıb birgə təsərrüfat aparsa da, rəsmi nikaha daxil ola bilməmişdir. Həyat yoldaşının birinci nikahından anadan olmuş, şəhid olmuş oğlunu da o, saxlamışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş 04.09.2011-ci il təvəllüdlü X19 izahatında göstərmişdir ki, onun atası Ərizəçi, anası X4r. Atası onu çox sevir, ona çox yaxşı baxır, ehtiyaclarını ödəyir. Böyük qardaşı X24 da onlarla birlikdə yaşamışdır. Atası Rəsulu da çox sevmiş ona yaxşı baxmışdır. Rəsul 10.10.2020-ci il tarixdə hərbiyə getmiş və şəhid olmuşdur. Mаrаqlı şəхs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, X25 ilə 1996-cı ildə nikaha daxil olmuş, onunla birgə nikahından 03.03.2001-ci il tarixdə X24 anadan olmuşdur. X17 ilə nikahı 2006-cı ildə pozulmuş və həmin vaxtdan sonra Ərizəçi ilə birgə təsərrüfat aparmışdır. Ərizəçi ilə faktiki nikah münasibətindən isə 04.09.2011-ci il tarixdə Ərizəçi anadan olmuş, Ərizəçi həmin tarixdə uşağın atası hesab edilmişdir. Müəyyən səbəblərdən ərizəçi ilə nikahını rəsmiləşdirə bilməmişdir, lakin qaynanası, baldızları, həmçinin ərizəçi ilə birlikdə yaşamışdır. Birinci həyat yoldaşından boşanandan sonra həmin nikahdan olan oğlu onun yanında qalmışdır. X25 uşaq üçün aliment ödəmirdi, oğlu şəhid olandan sonra isə verilən bütün mükafatlardan imtina etmişdir. Bu səbəbdən də şəhid olmuş oğlu 2006-cı ildən 2019-cu ilin aprel ayına kimi Ərizəçi öhdəsində olmuşdur. 20.04.2019-cu il tarixdə oğlu hərbi xidmətə getmiş və 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.R əsulzadə küçəsi 5 saylı evin 11 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ərizəçi və yoldaşı X7 onun yaşadığı binadan arxada yerləşən həyət evində yaşayırlar. Mehriban qonşuluq münasibətləri olmuşdur. Belə ki, o, tibb bacısı işləyir və həmin münasibətlərin yaranma əsası da məhz onun ərizəçinin valideynlərinə tibb bacısı kimi xidmət göstərməsi ilə yaranmışdır. Həmin münasibətlər hazırda da davam edir. Xatırlayır ki, 2006-cı ildə ərizəçi X5 yaşadığı evə gətirmişdir. X7 gələndə yanında 5 yaşlı oğlan uşağı da var idi. Həmin vaxtdan Rəsul hərbi xidmətə gedənə qədər Ərizəçi himayəsində olmuşdur. 2020-ci ildə X24 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısı X3 yoldaşıdır. X24 onun bacısının birinci nikahından dünyaya gəlmişdir. Lakin bacısının nikahı pozulduqdan sonra 2006-cı ildən ərizəçi ilə birlikdə yaşamışdır. Ərizəçi həmin vaxtdan bacısına və bacısı oğlu Rəsula baxmışdır. Rəsul 2019-cu ildə hərbi xidmətə getmiş, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. Bu səbəbdən də X18 2006-cı ildən 2019-cu ilin aprel ayına kimi Ərizəçi himayəsində olduğunu təsdiq edir. Məhkəm, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.05.2001-ci il tarixli AZ-İ № 097438 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 03.03.2001-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 826 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X25, anası X10r. -Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.01.2007-ci il tarixli AZ-İ № 064837 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 ilə X9 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 332 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Allahverdiyeva soyadı verilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.10.2018-ci il tarixli AZ-İ № 360576 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 04.09.2011-ci il tarixdə X2 doğulmuş X15 atası hesab edilmiş və bu barədə atalığın müəyyən olunması haqqında akt qeydləri kitabında 06.10.2018-ci il tarixdə 762 nömrə ilə qeydiyyat aparılmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.10.2018-ci il tarixli AZ-İV № 178812 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 04.09.2011-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 762 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi, anası X4r. -X30 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.11.2020-ci il tarixli AZ-İİ № 132747 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 10.10.2020-ci il tarixdə hərbi əməliyyat, partlayış və qəlpə zədələnməsi nəticəsində döyüş meydanında şəhid olmuş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 340 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayonu 1 saylı notariat ofisində 30.11.2020-ci il tarixdə 2V-147 nömrə ilə təsdiq olunmuş Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 10.10.2020-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi anası X4r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak 11000 manat sığorta pulu ödənişindən ibarətdir. -13.01.2021-ci il tarixli 000806 saylı vəsiqənin surətindən görünür ki, X7 şəhid ailəsi üzvüdür. -X25 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərinin Təyinatına ünvanlanmış 12.02.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, oğlu, şəhid olmuş X22 görə ona ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdündən imtina etmiş və tam şəkildə şəhidin anası X6 ödənilməsinin təmin edilməsini xahiş etmiş, ona ödənilən təqaüdün geri qaytarılıb X6 ödənilməsini xahiş etmişdir. -X20 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 03.03.2001-ci il təvəllüdlü oğlu, X18 anası Allahverdiyeva (Sadıqova) Elnarə Allahverdi qızı ilə yetkinlik yaşına çatana kimi istənilən xarici ölkələrə gedib, Azərbaycan Respublikasına qayıtmasına etiraz etməmişdir. -X7, X16 və X8 tərəfindən tərtib olunmuş 06.08.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onlar 03.03.2001-ci il təvəllüdlü X18 2006-cı il tarixdən 2019-cu ilin aprel ayına qədər Ərizəçi himayəsində olmasını təsdiq etmişlər. -Abşeron rayon İcra Hakimiyyəti 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 03.05.2020-ci il tarixli 414 saylı arayışdan görünür ki, Manafov X26 rayonu Xırdalan şəhəri məhəllə 24, 1/27 saylı evdə qeydiyyatda olmaqla ailə üzvləri X7 və 2011-ci il təvəllüdlü X19 ilə birlikdə yaşayır. -Abşeron rayon İcra Hakimiyyəti 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 23.11.2020-ci il tarixli 1453 saylı arayışdan görünür ki, X1 rayonu Xırdalan şəhəri H.Cavid küçəsi həyət evində qeydiyyatsız yaşayır. -Abşeron rayon İcra Hakimiyyəti 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli 129 saylı arayışdan görünür ki, Manafov X26 rayonu Xırdalan şəhəri H.Cavid küçəsi 21 saylı evdə qeydiyyatsız olmaqla ailə üzvləri X7 və 2011-ci il təvəllüdlü X19 ilə birlikdə yaşayır. -Abşeron RPŞ tərəfindən verilmiş 07.02.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Manafov X26 rayonu Xırdalan şəhəri məhəllə 24, 1/27 saylı evdə qeydiyyatdadır. -Asan3 tərəfindən verilmiş 11.09.2016-cı il tarixli AZE № 16914791 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Ə.Məlikov küçəsi 14 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.2. şəxsin öhdədə olması faktının. 308-ci məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi X7 ilə 2006-cı ildən faktiki nikah münasibətlərinə daxil olmuş, onların bu münasibətlərindən 04.09.2011-ci il təvəllüdlü X19 anadan olmuşdur. X3 birinci nikahından X24 anadan olmuş və E.A.Allahverdiyevanın nikahı pozulandan sonra azyaşlı oğlu onun himayəsində saxlanılmışdır. E.A.Allahverdiyeva Ərizəçi ilə faktiki nikah münasibətlərinə daxil olan zaman X24 2006-cı ildən hərbi xidmətə getdiyi 2019-cu ilin aprel ayına kimi Ərizəçi himayəsində olmuşdur. X24 10.10.2020-ci il tarixdə hərbi əməliyyat nəticəsində 44 günlük Vətən Müharibəsində şəhid olmuş və sonuncunun atası X25 şəhidin adına verilən bütün mükafatlardan imtina edərək sonuncunun anasına verilməsinə dair notarial qaydada imzalanmış ərizə yazmışdır. Hazırda, Ərizəçi şəhid olmuş X18 2006-cı ildən hərbi xidmətə getdiyi 2019-cu ilin aprel ayına kimi onun öhdəsində olma faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə uzun müddət ərzində E.A.Allahverdiyevanın ərizəçi ilə birgə təsərrüfat aparıb birgə təsərrüfat idarə etmələri onların faktiki nikah münasibətlərindən anadan olmuş X15 izahatı, həmçinin, şahid ifadələri ilə də təsdiq olunur. Həmçinin, nikahı pozulandan sonra himayəsində qalan azyaşlı X18 E.A.Allahverdiyevanın faktiki nikah münasibətinə daxil olduğu Ərizəçi 2006-cı ildən 2019-cu ilin aprel ayına kimi sonuncunun öhdəsində olması məhkəmə araşdırması zamanı şahid ifadələri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Bu səbəbdən də, göstərilənlərə əsasən, ərizə əsaslı olduğundan təmin edilməli, 03.03.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 10.10.2020-ci il tarixdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş X18 2006-cı ildən 2019-cu ilin aprel ayına kimi Ərizəçi öhdəsində olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 03.03.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 10.10.2020-ci il tarixdə Vətən Müharibəsində şəhid olmuş X18 2006-cı ildən 2019-cu ilin aprel ayına kimi Ərizəçi öhdəsində olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar