Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-486/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı «mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneə törədilməsinin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 may 2014-cü ildə Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən törədilmiş maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneənin qadağan edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 12 may 2014-cü ildə Cavabdeh MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki yeni tikilməkdə olan yaşayış binasından iki otaqdan ibarət, 87,8 kv.metrlik, “A” giriş, 6cı mərtəbəsində, 36 nömrəli mənzili 43900 manat manat ödəniş etməklə almışdır. İddiaçı mənzil ilə bağlı problemlərin və mübahisələrin yarandığını öyrəndikdə Cavabdeh MMC-nin rəhbərliyinə bu barədə yazılı müraciət etmiş, yazılı formada cavab almışdır ki, mənzilin birinci alıcısı olduğu üçün hüququ tanınır. Bildiklərinə görə eyni tələb ilə bağlı Hüseynov Asif Xıdır oğlunun iddiaçı olduğu Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmişdir. Hüquq və mənafelərinə toxunan şəxslər - X14, X15, X16 və X8 apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 535/2023 saylı qətnaməsi ilə təmin edilmişdir. Hazırda 2(102)-3363/2023 saylı mülki iş verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəmənin Mülki Kollegiyasının icraatındadır. Lakin iş hazırda Səbail rayon Məhkəməsinin icraatında olan iş ilə əlaqədar olaraq icraatı dayandırılmışdır. Hazırda mübahisəli mənzil ilə əlaqədar olaraq 2-ci və 3-cü alıcı tərəfdən mübahisələr davam edir. Bu mübahisələrə səbəb isə Cavabdeh MMC-nin qanunsuz əməlləri və dələduzluğudur ki, bunun da əziyyətini onlar çəkirlər. Qeyd edildiyi kimi İddiaçı vaxtilə sözügedən mənzili almışdır və həmin mənzil iddiaçı tərəfindən pulu ödənilərək alınmış halal malıdır. Bu o demək deyildir ki, insanlar dələduzluq ucbatından əziyyət çəksin. Məhz Cavabdeh MMC iddiaçının mənzildən istifadəsinə maneə törədir. İddiaçıya mənzilin hazırki bazar qiymətinin ödəniləcəyi, mənzilin ikinci alıcıda qalacağı bildirilərək iddiaçını razı salmağa çalışırlar. Halbuki mübahisə predmeti olan mənzilin qapısı plomblanmış və açılması qadağan edilmişdir. Odur ki, iddiaçı iddia tələbinin hərtərəfli araşdırılmasını və işə baxıldığı zaman mübahisəli mənzili hələ 12 may 2014-cü ildə Cavabdeh MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki yeni tikilməkdə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzili 43900 manat ödəniş etməklə aldığının və onun mənzilin ilk sahibi olmasının nəzərə alınmasını xahiş etmişdir. Bildirir ki, İddiaçı mənzilin ilkin sahibi olmasını təsdiq edən sənədlər də mövcuddur. Hazırda mübahisə predmeti olan mənzildə başqa adam yaşayır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X17 izahatında bildirdi ki, İddiaçı məhkəmədə onlara qarşı iddia qaldıraraq, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə 87,8 kv. metr sahəsi olan “A” giriş 6-cı mərtəbəsində yerləşən 36 saylı mənzili 43900 manata aldığını, lakin həmin mənzilin ona təhvil verilmədiyini, mənzilə dair hüquqlarının pozulduğunu, mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçiliklərin aradan qaldırılmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi həmin mənzilə dair müqavilə 18 mart 2015-ci il tarixdə tərtib olunmuş, həmin müqavilə üzrə müqavilə qiymətlərini ödədiyini iddia etsə də həmin məbləğ tam ödənilməmişdir. Eyni zamanda həmin mənzilə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2-005- 535/23 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən X7 eyni mənzilə - Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə 87,8 kv.metr sahəsi olan “A” giriş, 6-cı mərtəbəsində yerləşən 36 saylı mənzilə dair iddiaçı Hüseynov Asif Xıdır oğlunun iddiası təmin olunmamış, X7 həmin mənzilə hüquqlarının tanınması və təmin olunmasına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-797/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunmuşdur. Hesab edirlər ki, iddia ərizəsinə etirazından qabaq qaldırılmış iddia tələbi üzrə “iddia müddətinin tətbiqi ilə əlaqədar iddia tələbinin rədd olunması” barədə qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır, odur ki, iddia müddəti keçmiş olsa da tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Qeyd olunanlar ilə əlaqədar Konstitutsiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləri hesab etməklə öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməsinə dair qərarını qəbul etmişdir. “E.S.Həkimovun şikayəti üzrə əlaqədar Ali Məhkəmənin MİUMK-nin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitutsiya Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, yalnız prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarına uyğun çıxarılmış qətnamə qanunun tələblərinə uyğun məhkəmə aktı hesab oluna bilər. MPM-nin 3.1-ci maddəsinə görə məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası MM-in 375-ci maddəsi ilə əlaqədar məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 373-cü maddəsinin tələbləri baxımından müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı iddia müddəti isə 6 ildir. İddiaçı tərəfindən qaldırılmış iddia üzrə onun Cavabdeh MMC ilə bağladığı həmin mənzilə dair müqavilənin tarixi 12 may 2014-cü il tarixlidir. Həmin mənzilə dair iddia müqavilə tarixindən keçən 11 il ərzində iddia olunmamış və mübahisələndirilməmişdir. Müqavilə tarixindən keçən həmin müddət ərzində İddiaçı mənzili qəbul etməmiş, təhvil-təslim aktı tələb etməmiş və orada yaşamamışdır. Həmin mənzilə dair məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Belə ki, qeyd edilən qətnamədən maraqlı şəxslər, o cümlədən X18 tərəfindən apellyasiya şikayəti verilmiş, bu səbəbdən mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə X7 da aralarında olduğu maraqlı şəxslərin apellyasiya şikayəti əsasında qətnamə ləğv edilmişdir. Sonra sözügedən iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanılmışdır. Bildirir ki, mənzillə bağlı İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlansa da keçən müddət ərzində iddiaçı mənzillə maraqlanmamışdır. İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilənin ilkin müqavilə olduğunu bildirsə də həmin müqavilə əsassız müqavilədir, həmçinin mənzilin dəyəri olaraq müəyyənləşdirilmiş pul məbləği iddiaçı tərəfindən ödənilməmişdir. Mənzillə bağlı iddiaçıya təqdim edilmiş sənədlər MMC-nin keçmiş direktoru tərəfindən verilmişdir, 2021-ci ilin mart ayından isə həmin direktorun səlahiyyətlərinə xitam verilmişdir. Səlahiyyəti olmaya-olmaya keçmiş direktor tərəfindən iddiaçıya sənədlər təqdim edilmişdir. İddiaçıya verilmiş maliyyə arayışı Cahangir Cahangirov tərəfindən imzalanmışdır. Cavabdeh MMC ilə X18 arasında 18 mart 2015-ci il tarixdə müqavilə bağlanmışdır. Mənzilin yerləşdiyi bina çoxdan hazır vəziyyətə gətirilmişdir. Sözügedən mənzil X9 verilmişdir və bununla bağlı onlarda təhvil-təslim aktı vardır. İddiaçı Cavabdeh MMC-yə və X9 qarşı iddia tələbinə dair iş üzrə mübahisəli Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21 ünvanında “A” giriş, 6-cı mərtəbədə yerləşən 36 saylı 87,8 kv.metr sahəsi olan mənzilin məhkəmə qətnamələrinin icrası qaydasında X9 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinin 2(002)- 797/22 saylı icra vərəqinin icraatına xitam verilməsinə dair icra orqanının məlumatı və İcraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı da vardır. Eyni zamanda bildirirlər ki, həmin mübahisəli mənzil üzrə digər iddiaçı olmuş Hüseynov Asif Xıdır oğlu X9 qarşı X18 ilə Cavabdeh MMC arasında həmin mənzilə - Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında “A” giriş, 6-cı mərtəbədə yerləşən 36 saylı, 87,8 kv. metr sahəsi olan mənzilə dair 18 mart 2015-ci il tarixli “alqısatqı” müqaviləsinin və həmin müqaviləyə dair 30 mart 2015-ci il tarixli maliyyə arayışının “etibarsız hesab edilməsi” barədə iddia vermişdir. Həmin iddia tələbi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli, 2(009)-58/2024 saylı qətnaməsi ilə həmin mənzilə dair Hüseynov Asif Xıdır oğlunun iddiası təmin olunmamış, X1 və istifadə hüquqları tanınmışdır. İcra məmuru tərəfindən mənzil X9 rəsmi qaydada təhvil verilmiş və bununla bağlı icra işinə də xitam verilmişdir. Hesab edirlər ki, mənzilin iddiaçıya verilməsi ilə bağlı heç bir hüquqi əsas yoxdur. Belə ki, maliyyə arayışları keçmiş direktor tərəfindən verilmiş və saxta müqavilələr tərtib edilmişdir. Hazırda Cavabdeh MMC-nin rəhbəri dəyişmişdir və MMC-nin rəhbəri X5r. Bildirir ki, onlar iddiaçıya heç bir maneə törətmirlər. Artıq həmin mənzil üzərində Müşfiq Bağırovun hüquqları tanınmışdır. Odur ki, göstərilənlər əsasında o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahatında bildirdi ki, o, sözügedən mənzili Xanlar Cəfərov adlı şəxsdən 2015-ci ildə almış, 2017-ci ildə mənzil ona təhvil verilmiş və 2018- 2019-cu illər ərzində həmin mənzili təmir etdirmişdir. Daha sonra 2022-ci ildə ona zəng edilərək evdən çıxmalı olduqlarını bildirilmiş, bununla bağlı məhkəmə qətnaməsi olduğunu bildikdən sonra o da öz növbəsində həmin qərara etiraz etmiş və məhkəməyə müraciət etmişdir. Keçirilmiş məhkəmə prosesində Cavabdeh MMC-nin hazırki direktoru Mübariz İsmayılov da iştirak etmiş, Mübariz İsmayılov mənzilin ona məxsus olduğunu bildirmişdir. Onlar tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılmış və onların xeyrinə qərar qəbul edilmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardan şikayət verilsə də sözügedən qərar qüvvədə saxlanmışdır. Cavabdeh MMC-dən ona bildirilmişdir ki, mənzil ona məxsusdur və mənzillə bağlı İddiaçı ilə razılığa gələcəkdirlər. İş materiallarında olan 12 may 2014-cü il tarixli Cavabdeh MMC-nin Mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ilə alıcı İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının “A” giriş, 6-cı mərtəbəsində 36 №-li mənzilin müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin 2 iki otaqdan ibarət, ümumi sahəsinin 87,8 kv.m olduğu qeyd edilmiş, Cavabdeh MMC-nin mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının (İddiaçı) özünə verməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 12 may 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllə ünvanında yerləşən kooperativ binasının “A” giriş, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87,8 m2 olan 36 saylı mənzilin ümumi dəyəri olaraq alıcı İddiaçı tərəfindən 43900 manat tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarında olan 18 mart 2015-ci il tarixli Cavabdeh MMC-nin Mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ilə alıcı X18 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən X3 rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının “A” giriş, 6-cı mərtəbəsində 36 №-li mənzilin müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin 2 iki otaqdan ibarət, ümumi sahəsinin 87,8 kv.m olduğu qeyd edilmiş, Cavabdeh MMC-nin mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 30 mart 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllə ünvanında yerləşən kooperativ binasının “A” giriş, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87,8 m2 olan 36 saylı mənzilin ümumi dəyəri olaraq alıcı X18 tərəfindən 48290 manat tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-797/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin iddiaçı Hüseynov Asif Xıdır oğluna cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 535/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, hüquq və mənafelərinə toxunan şəxslər - X14, X18, X19 və X20 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Hüseynov Asif Xıdır oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğdə pulun Hüseynov Asif Xıdır oğlundan alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən qəbul edilmiş 01 dekabr 2023-cü il tarixli, xx/xx-2023 nömrəli qərardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (Qolubiyyə) küçəsi, 21-ci məhəllədə Cavabdeh MMC tərəfindən podrat müqaviləsi əsasında inşa olunan “A” giriş, 6-cı yaşayış mərtəbəsi, ümumi sahəsi 87,8 kv.m olan 36 saylı mənzilin ilkin alıcısı kimi İddiaçı tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Hüseynov Asif Xıdır oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-535/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Hüseynov Asif Xıdır oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddiasının təmin edilməməsi, ödənilən 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Orxan Мəmmədov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, icra sənədi üzrə qətnamə ilə hüquq və mənafelərinə toxunan şəxslər - X14, X18, X19 və X20 tərəfindən verilmiş ərizə təmin edilərək icrada dönüş edilmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-797/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icraya yönəldilməsi nəticəsində yaranan nəticələr aradan qaldırılmışdır. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının A giriş, 10 mərtəbəsində 2 otaqdan ibarət, 87,8 kv.m ümumi sahəsi olan 60 nömrəli mənzil X10, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi, 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.m olan iki otaqdan ibarət 36 saylı mənzil X9, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi, 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv m olan iki otaqdan ibarət 58 saylı mənzil X12, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi, 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.m olan, ümumi sahəsi 62 kv.m olan iki otaqdan ibarət 56 saylı mənzil isə X11 qaytarıldığından, bununla da icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Abşeron Rayon Məhkəməsinin 2(012)-797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddianın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmədə tədqiq edilmiş faktiki hallarından görünür ki,iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci, 752.1-ci və 755-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 may 2014-cü il tarixli, mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdeh təşkilat Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının “A” giriş, 6-cı mərtəbəsində, 2 iki otaqdan ibarət, ümumi sahəsinin 87,8 kv.m 36 №-li mənzilin müəyyənləşdirilmiş mənzil İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Daha sonra X18 və Cavabdeh MMC arasında 18 mart 2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında icraçı Cavabdeh MMC mübahisə predmeti olan mənzili X9 verməyi, payçı X18 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş və sonuncu tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları, işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilələr mahiyyətinə görə mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilələrin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-797/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin iddiaçı Hüseynov Asif Xıdır oğluna cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. Hüquq və mənafelərinə toxunan şəxslər X14, X18, X19 və X2 qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-535/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Hüseynov Asif Xıdır oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Daha sonra iddiaçı Hüseynov Asif Xıdır oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-535/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Hüseynov Asif Xıdır oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-535/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin iş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Orxan Мəmmədov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının A giriş, 10 mərtəbəsində 2 otaqdan ibarət, 87,8 kv.m ümumi sahəsi olan 60 nömrəli mənzil X10, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi, 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.m olan iki otaqdan ibarət 36 saylı mənzil X9, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi, 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv m olan iki otaqdan ibarət 58 saylı mənzil X12, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi, 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.m olan, ümumi sahəsi 62 kv.m olan iki otaqdan ibarət 56 saylı mənzil isə X11 qaytarıldığından, bununla da icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Abşeron Rayon Məhkəməsinin 2(012)- 797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusundan məlum olur ki, 12 may 2014-cü ildə Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən törədilmiş maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneənin qadağan edilməsi ilə bağlı İddiaçı və onun vəkili-nümayəndəsinin dəlil gətirdiyi faktlarla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur və AR MPM-in 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İşin faktiki hallarından göründüyü kimi mübahisə predmeti olan mənzil üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.2-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin Cavabdeh MMC tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa məhkəmə Cavabdeh MMC-nin nümayəndəsinin iddia müddəti tətəbiq edilməklə iddianın rədd edilməsi və yaxud işin icraatına xitam verilməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki,həmin xüsusatlarla bağlı iddianın rədd edilməsi əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı 12 may 2014-cü ildə Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən törədilmiş maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneənin qadağan edilməsi barədə iddiası rədd edilsin. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin Cavabdeh MMC tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-486/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-486/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver