Məhkəmə qərarları › İş №2(012)-4894/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4894/2021

04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4894/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.06.1962-ci ildə keçmiş Ermənistan SSR-nin Əzizbəyov rayonunda anadan olmuş və 01.02.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X4 onun doğma oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Ərizəçi nümayəndəsi X3 bildirdi ki, o, ərizəni müdafiə edir. Ərizəçi onun nənəsidir. X1 evli olması barədə onun məlumatı olmamışdır. Əmisi vəfat etdiyi günə qədər onun atasının evində yaşamışdır. Torpaq isə həqiqətən ona məxsusdur və onun vəsaiti hesabına alınmışdır. Odur ki, o, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hüquq haqqında mübahisə olduğu üçün mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin ərizəçi Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə riayət etməyərək tələbini əsaslandıran sənədləri əldə etmək üçün müvafiq orqana müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 308, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV Азярбайчан Республикасы СУМГАЙЫТ ШЯЩЯР МЯЩКЯМЯСИ АЗ 5001, Сумгайыт шящяри, 9-чу м/район, бина 64 Тел: (018)644-84-28 Иш № 2(060) – 429/2015 « 18 » fevral 2015-чi ил Ərizəçi: Ərizəçi Ünvan: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs., d/y stansiyası, ev 1/2. Surəti: Maraqlı tərəflər: 1. AR Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə Ünvan: Siyəzən rayonu.

2. AR Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə Ünvan: Sumqayıt şəhəri, 9-cu mkr.

Сумгайыт Шящяр Мящкямясинин 2(060)-429/2015 сайлы иш цзря 17 fevral 2014-чü ил тарихли qərardadı məlumat üçün Сизя эюндярилир.

Гошма: qərardadın surəti – 01 вяряг

HАКİМ ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar