Məhkəmə qərarları › İş №2(012)-490/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-490/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-490/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh icarə əsasında istifadəsinə verilmiş və ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanından əşyaları ilə birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçınını nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanı iddiaçının xüsusi mülkiyyətindədir. Həmin əmlaka dair ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Belə ki, Cavabdeh ilə aralarında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Quliyev X1 rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, döngə 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 284.7 kv/m olan qeyri-yaşayış sahəsinin 272.7 kv/m hissəsini iddiaçıya təhvil verilməlidir. Müqavilənin 8-ci bəndinin tələbinə əsasən satıcı yuxarıda göstərilən qeyri-yaşayış sahəsini üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı alıcıya verməyi öhdəsinə götürmüşdür. Lakin, hazırda həmin qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə vermiş olduğu şəxs tərəfindən əsassız və qanunsuz olaraq istifadə edilməkdədir. Cavabdeh icarəyə verdiyi şəxs qeyri-yaşayış sahəsinə özbaşına, heç bir hüququ olmadığı halda daxil olur və orada bərbərxana xidməti göstərir. Halbuki cavabdehin və həmin şəxsin qeyd olunan qeyriyaşayış sahəsinə heç bir hüququ yoxdur. Cavabdehə və həmin şəxsə ünvanın boşaldılması ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yerləşdiyi şəxs qeyri yaşayış sahəsindən çıxmamaqla iddiaçının daşınmaz əmlaka olan hüquqlarını kobud şəkildə pozur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. -xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Quliyev X1 rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, döngə 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 284.7 kv/m olan qeyri-yaşayış sahəsinin 272.7 kv/m hissəsini 248839 (iki yüz qırx səkkiz min səkkiz yüz otuz doqquz) manata İddiaçı satmışdır. -Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə Türkiyə Respublikası Şirvanda doğulmuş İddiaçı Hüseyn oğlu Azərbaycan vətəndaşıdır və Bakı ş, S. Rüstəm küçəsi, ev 55, mənzil 117-də daimi qeydiyyatdadır. -Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikasının vətəndaşı Gündoğan Zekiyə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müvəqqəti yaşamaq icazəsi verilmişdir. -Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən xx.xx.2015ci il tarixdə verilmiş etibarnamədən görünür ki, Gündoğan X6 Zekiyə onun adından məhkəmələrdə onu təmsil etmək səlahiyyətlərini vermişdir. Etibarnamə 10 il müddətinə verilib, 2025-ci il tarixədək qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Quliyev X1 rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, döngə 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 284.7 kv/m olan qeyri-yaşayış sahəsinin 272.7 kv/m hissəsini iddiaçıya təhvil verilməyi öhdəsinə götürmüşdür. Lakin, həmin qeyriyaşayış sahəsi Cavabdeh icarəyə vermiş olduğu şəxs tərəfindən istifadə edilməkdədir. Cavabdehə və həmin şəxsə ünvanın boşaldılması ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Cavabdehin yerləşdirdiyi şəxs qeyri yaşayış sahəsindən çıxmamaqla iddiaçının daşınmaz əmlaka olan hüquqlarını kobud şəkildə pozur. Hazırda iddiaçı Cavabdeh icarə əsasında istifadəsinə verilmiş və ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanından əşyaları ilə birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonara Mülki Məcəllə); 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. X8 Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı X8 Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx xxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının izahatından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 284.7 kv/m olan qeyri-yaşayış sahəsinin 272.7 kv/m hissəsini 248839 manata cavabdehdən almış və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Tərəflər arasında bağlanmış Alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı yuxarıda göstərilən qeyri-yaşayış sahəsini üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə əsasən satıcı Cavabdeh üzərinə öhdəlik götürsə də müqavilə şərtlərinə əməl etməyərək qeyri-yaşayış sahəsini boşaldaraq alıcıya təhvil verməmişdir. Mülki Məcəlləsinin; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləlliklə məhkəmə yuxarıda göstərilənləri və qanunun tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir. Eyni zamanda öhdəliyin yerinə yetirilməməsi iddiaçın həmin alqı-satqı müqaviləsi nəticəsində əldə etdiyi əmlaka mülkiyyət hüququnu pozulmuşdur. Ona görə də iddia təmin edilməli, Cavabdeh icarə əsasında istifadəsinə verilmiş və xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanından əşyaları ilə birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi qəbzindən görünür ki iddiaçı iddia ərizəsi verilməsi üçün 30,40 manat məbləğində rüsum ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh icarə əsasında istifadəsinə verilmiş və xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanından əşyaları ilə birlikdə çıxarılması və həmin qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar