Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4912/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “X5 qeydinin ləğv edilməsi” barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cəbrayıl rayon Şahvəlli kənd icra nümayəndəliyi tərəfindən 28.03.1963-cü il tarixdə tərtib edilmiş 04 saylı X5 qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, o, 2019-cu il tarixdə Notariat ofisinə yaxınlaşıb avtomobil etibarnaməsi vermək istəyərkən onun Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında ölmüş kimi qeyd edilməsi səbəbindən imtina etmişlər. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edib məsələni aydınlaşdırmaq istəmişdir. Həmin şöbənin elektron sistemindən verilən X5 qeydində onun həqiqətən də xx.xx.1963cü il tarixdə anadan olduğu, 28 mart 1963-cü il tarixdə öldüyü, ölüm səbəbi kimi - anasının yanı altında qalıb öldüyü kimi yazıldığı aşkar edilmişdir. Düzü Maraqlı şəxsndən verilən X5 qeydində aşkar olunan bu məlumat onu çox təəccübləndirmişdir. Belə ki, artıq onun 58 yaşı var. Bu vaxta qədər o, orta məktəbi, universitüti bitirmiş, hərbi xidmətdə, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək təltiflər və medallar almışdır. Maraqlı şəxsnə müraciət edib 28.03.1963-cü il tarixdə tərtib edilmiş 04 saylı X5 qeydinin ləğv olunması bağlı müraciət etmişdir. Həmin şöbədən 01.02.2019-cu il tarixli 120/05/06 nömrəli cavab məktubu ilə bildirildi ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri tərəfindən icra edilir. Həmçinin həmin məktubda Cəbrayıl rayon Şahvəlli kənd icra nümayəndəliyi tərəfindən 28.03.1963-cü il tarixdə tərtib edilmiş 04 saylı X5 qeydinin ləğv olunması üçün məhkəməyə müraciət edilməsinin zəruruliyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsində Qeyd edilir ki, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X1 ifadəsində bildirdi ki, o, Ərizəçi atasıdır. 1962-ci ildə onun Müslüm adlı övladı doğulduqdan 40 gün sonra dünyasını dəyişmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçi 1963-cü ildə Cəbrayıl rayonu, Filli kəndində anadan olmuşdur. Sonralar Filli kəndi Fizuli rayonunun tərkibinə keçmişdir. İş materiallarında olan 1217 800004 28031963 №-li X5 qeydinə əsasən, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi 28.03.1963-cü ildə anasının yanı altında qalaraq ölmüşdür. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, ərizə məhkəmədə baxılmalı olmadığından Azərbycan Respublikası MPM-nin 261.0.1 maddəsinə əsasən xitam verilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, X5 qeydinin ləğv edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində göstərilən hüquqi əhəmiyyəti olan faktlarda nəzərdə tutulmamışdır. Həmçinin “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarının 2.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi rayon, şəhər qeydiyyat şöbələri inzibati orqandır. Bu səbəbdən ərizəçi X5 qeydinin ləğv edilməsi üçün Maraqlı şəxsnə müraciət etməlidir. Maraqlı şəxs imtinasından isə inzibati qaydada şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı Cəbrayıl rayon Şahvəlli kənd icra nümayəndəliyi tərəfindən 28.03.1963-cü il tarixdə tərtib edilmiş 04 saylı X5 qeydinin ləğv olunması barədə iş üzrə icraata xitam verilsin. Ərizəçiyə X5 qeydinin ləğv olunması barədə Maraqlı şəxsnə müraciət etmək hüququnun və qeydiyyat şöbəsinin imtinasından inzibati qaydada yuxarı orqana və ya müvafiq inzibati məhkəməyə şikayət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4912/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4912/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver