Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-495/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızı katibliyi İddiaçı qızı, cavabdehlər Cavabdeh1, X3 və X1 iştirakları ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1, X3 və X2 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1, X3 və X2 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3 və X1 Abşeron rayonu, Masazır kəndi, H.Cavid küçəsi, ev 6 olan fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Nailə evləndikdən sonra qayınatasının evinə köçmüş, lakin onların yaşadığı evdə qeydiyyata salınmışdır. 2000-ci il tarixdə fərdi yaşayış evinə köçmüşlər, eyni zamanda qızını da məcburən yeni evə qeydiyyata saldırmalı olmuşdur. Əri rəhmətə getdikdən sonra qızı və onun ailəsi ilə arasında mübahisəli evlə bağlı mübahisələr yaranmışdır. Cavabdehlər heç vaxt həmin mənzildə yaşamayıblar. Məhkəmə prosesində İddiaçı qızı iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdeh Nailə onun qızı, digər cavabdehlər isə nəvələri, yəni Nailənin uşaqlarıdır. Onalr Abşeron rayonu, Masazır kəndi, H.Cavid küçəsi, ev 6 olan fərdi yaşayış evində heç vaxt yaşamayıb. 1994-cü ildən ailə qurub, gedib. Aralarında pul və borc söhbətləri olub. Onunla aralarında ev mübahisəsi yaranıb. Mübahisəli fərdi yaşayış evi 2000-ci ildə tikilib. Nailə və uşaqları heç vaxt orada yaşamayıblar. Məhkəmə prosesində Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, həmin evdə atası öldükdən sonra bir müddət yaşamışlar,hazırda həmin evdə yaşamırlar. Digər cavabdehlər oxşar izahat verdilər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1 maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehlərin mənzilə olan istifadə hüququna xitam verilməsini xahiş edir. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından göründüyü kimi cavabdehlərin mübahisəli evdə qeydiyyatları formal olmuşdur,orada yaşamamışlar,cavabdehlərin oradan istifadə hüququnun mövcudluğu barədə sənəd iş materiallarında mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında müəyyən edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Qeyd edilənlərə əsasən , məhkəmə hesab edir ki, hazırkı halda işin icraatına xitam verilməli, cavabdehlərin mübahisəli evdən qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçı ərizə ilə müvafiq icra orqanına (Polis İdarəsinə) müraciət etməli, imtina aldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı qızının cavabdehlər Cavabdeh1, X3 və X2 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-495/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-495/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver