Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4950/2021 18.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi, mənzilin və torpaq sahəsinin boşaldılması, banka təhvil verilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə istifadə hüquqlarına xitam verilməklə, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh məxsus, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(008)-483/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmiş, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 105000 manat məbləği olmaqla açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Əmlaka dair İddiaçı ASC-nin ("xxxx" İKB ASC-nin) mülkiyyət hüquqları 04 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adma çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Abşeron Rayonunun X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 noyabr 2014-cü il tarixli arayışından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh ailə üzvləri ilə qeydiyyatsız olmaqla yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Əmlakın İddiaçı ASC-nin ("xxxx" İKB ASC-nin) mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər fərdi yaşayış evindən çıxmaqdan imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən, “öhdəliklər üzrə tutma əmlaka yönəldikdə, əmlak mülkiyyətçidən məcburi alınır”. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, “daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir." “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən. “İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(008)- 483/2018 nömrəli qətnaməsindən görünür ki, "xxxx" X3 ASC arasında bağlanmış 24-G-1-0-809-14 saylı, 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 33786,19 ABŞ dolları əsas, 21292,57 ABŞ dolları faiz, 1788,61 ABŞ dollları cərimə borcu olmaqla, cəmi 56867,37 ABŞ dolları məbləğində borc, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq, "xxxx" X3 ASC-nin xeyrinə ödənilməsi, tutma ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, F.Əmirov küçəsində yerləşən 4 otaqlı, 138 kv.m ümumi, 77 kv.m yaşayış, 61 kv.m yardımçı sahədən ibarət olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti-105000 manat məbləği olmaqla, açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 04.03.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonunun X7 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2014-cü il tarixli, 2007 №-li arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, F.Əmirov küçəsində yerləşən 4 otaqlı, 138 kv.m ümumi, 77 kv.m yaşayış, 61 kv.m yardımçı sahədən ibarət olan 3 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, cavabdeh İddiaçı ASC-dən kreditlə pul götürmüş, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 04.03.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı ASC-nin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Hazırki işdən görünür ki, ipotekaya qoyulmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi hərracdan satılmış və X1 evdə qeydiyyatsız yaşayır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli və həmin mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən, öhdəliklər üzrə tutma əmlaka yönəldikdə, əmlak mülkiyyətçidən məcburi alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə Cavabdeh istifadə hüququna xitam verilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4950/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4950/2021
18.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver