Məhkəmə qərarları › İş №2(012)-497/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-497/2024

17.04.2024 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-497/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Maraqlı şəxslər X3 və X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğv edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, E.A.Məlikov Abşeron Rayon Məhkəməsinin 2(012)-996/2008 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin qətnamə ilə Ərizəçi başçısının 056 nömrəli, 26.01,2009-cu il tarixli sərəncamına əsasən qardaşı X8 ona qəyyum təyin edilmişdir. Lakin hal-hazırda E.A.Məlikov sağaldığını və artıq fəaliyyət qabiliyyətli sayıldığını iddia edərək psixiatriya ekspertizasının keçirilməsini və bu məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Bu səbəbdən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizədə qeyd edilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X9 məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında digər maraqlı şəxs X8 ərizəyə etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, qardaşı Eynulla xəstədir və onun qayğısına ehtiyacı var. Qardaşının qəyyumu özüdür və qardaşının fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvinə hazırda zərurət yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşdə olan Ərizəçi başçısının 056 nömrəli, 26.01,2009-cu il tarixli sərəncamının surətindən görünür ki, X1 Eynulla Ağabala oğluna qəyyum təyin edilmişdir. Buna əsas kimi G.Məlikovun müraciəti, Abşeron Rayon Məhkəməsinin 2(012)-996/2008 saylı qətnaməsi, Övladlıq va Qəyyumluq Komissiyasının 15 yanvar 2009-cu il tarixli 381 saylı rəyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 0415 saylı arayışdan görünür ki, X9 “X12” MMC-də mühafizəçi vəzifəsində işləir və aylı əmək haqqı 361,84 manat təşkil edir. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X7 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 580 saylı rəyindən müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü X4 yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Əqli gerilik - intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosessində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan ləngimə və anadangəlmə natamam inkişaf halıdır. xx.xx.1960-cı il təvəllüdlü X9 öz hərəkətlərinin mahiyyətini başa düşmək və öz hərəkətlərini düzgün idarə etmək qabiliyyətindədir. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Mülki Məcəllənin 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Həmin Məcəllənin 38.5-ci maddəsinə görə qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir. MPM-nin 322.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş himayəçilik ləğv edilir. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü X9 məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və bunun əsasında Ərizəçi başçısının 056 nömrəli, 26.01,2009-cu il tarixli sərəncamına əsasən qardaşı X8 ona qəyyum təyin edilmişdir. Hazırda isə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aparılmış ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü X4 yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Əqli gerilik - intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosessində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan ləngimə və anadangəlmə natamam inkişaf halıdır. xx.xx.1960-cı il təvəllüdlü X9 öz hərəkətlərinin mahiyyətini başa düşmək və öz hərəkətlərini düzgün idarə etmək qabiliyyətindədir. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyətli sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyətli şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar