Məhkəmə qərarları › İş №2(012)-4995/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4995/2025

27.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4995/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdeh X6 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılması və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayon məhkəməsinə cavabdeh X10 ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2019-cu il 30 iyul tarixli 22/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi; X10 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılması və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair iddia ərizəsinə Abşeron rayon məhkəməsi hakim Habil Əhmədovun sədirliyi ilə xx.xx.2025-ci il tarixdə işə baxılmış, iddia tələbini qismən təmin edən 2(012)-1627/2025 saylı qətnamə qəbul etmişdir. Qətnamənin qət etdi hissəsində qeyd olunmuşdur ki,” İddia qismən təmin edilsin.Cavabdeh X5 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinə dair xx.xx.2019-cu il tarixli, “22/27" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh X1 rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılsın və Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin”. Həmçinin Abşeron rayon məhkəməsi həmin iş üzrə 2(012)-1627/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardad qəbul etmiş və qərardadın qərara aldı hissəsində qeyd etmişdir ki, “İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdeh X6 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi X5 ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılması hissəsində baxılmamış saxlanılsın”. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-ci il 30 iyul tarixli 22/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün X10 ailə üzvləri ilə birlikdə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzi ilə təmin edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”çərçivəsində və ünvan 2 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 580 kodlu evə köçmək üçün X6 Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən X6 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün verilmiş, kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təhvil vermələrini və ünvan 2 ünvanında yerləşən tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir. Lakin, X3 şəhəri, H.Aslanov küçəsi ev 134 ünvanında yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişlər. Azərbaycan Respublikası Prezidentinin 16 Noyabr 2022-ci il 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş abadlaşdırılmış yaşayış sahəsinə köçməyən vətəndaş X10 ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi arasında Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləlsi ləğv edilməli, mənzil boşaldılaraq Komitəyə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1627/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, onların ailəsi 6 nəfərdən ibarətdir. Lakin işğaldan azad olunmuş Laçın rayonunda onlara dövlət tərəfindən verilmiş mənzil 2 otaqdan ibarətdir. Belə ki, 6 nəfərlik ailənin 2 otaqlı mənzildə qalması və hazırki şəraitlərinin orada təmin olunması mümkün deyildir. O, bir vətəndaş olaraq konstitusion hüquqlarının pozulmamasını tələb edir. Bundan əlavə bildirir ki, o, Qaçqınkomla ayrıca mənzil kirayəsi müqaviləsi bağlamaq istəsə də, ona bildirilmişdir ki, uşaqlar ailə başçısının üzərində qeydiyyatda olmalıdırlar. Belə ki, ona və ailəsinə Laçın rayonunda otaq sayı daha çox olan mənzilin və ya ayrıca mənzilin veriləcəyi təqdirdə, hazırki evdən çıxmağa razıdır. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 digər Cavabdeh2 izahatına uyğun izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin İ. hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-1627/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X5 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinə dair xx.xx.2019-cu il tarixli, “22/27" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdeh X5 Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılması və Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili ünvanda müvəqqəti qeydiyyatda olan vətəndaş X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X10 ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Laçın rayonu, Laçın şəhərində yerləşən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planın 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, dövlət tərəfindən bərpa edilən 580 kodlu evə daimi yaşayış üçün köçürüləcəkləri, ailənin köçürülməsi üçün ona 1 ədəd yük avtomobili və sərnişin avtobusu ayrılacağı, onları Bakı şəhərindən Laçın rayonunun Laçın şəhərinə qədər Daxili İşlər Nazirliyinin, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin əməkdaşlarının müşayiət edəcəyi bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən onlara ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaqları üçün verilmiş dövlətə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron City-2014” yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli binanın, 27 nömrəli mənzilinin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təhvil verilməsi xahiş olunmuşdur. -Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin qeydiyyat sektorunun müdiri X7, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin Yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi şöbəsinin baş məsləhətçisi X8 və "xxxx" MMC-nin mühəndis-nəzarətçisi X11 tərəfindən tərtib edilmiş təmir-bərpa olunan evlər haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki,19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan aşağıdakı fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdırıldığı imzalarıyla təsdiq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5nünvan 5 ünvanda qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1627/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X5 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinə dair xx.xx.2019-cu il tarixli, “22/27" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdeh X5 Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılması və Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” çərçivəsində və ünvan 2 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 580 kodlu evə X2, lakin Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5 müvəqqəti məskunlaşdıqları Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxmamışlar. Bu səbəbdən iddiaçı cavabdehlərin Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 83.0.2-ci maddəsinə görə sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən çıxarılırlar. 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 91.1.6-cı maddəsinə əsasən qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, этэк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 100.3. maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mübahisəsiz şəkildə məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 580 kodlu ev dövlət tərəfindən bərpa edilərək, cavabdeh X6 və ailəsinə ayrılmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə əsasən Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət ProqramTnın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyata keçirir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinin kirayə verilməsi barədə müqavilə 2019-cu ildə bağlanılmışdır. xx.xx.2020-ci il tarixli üçtərəfli bəyanat imzalanmasından sonra Ermənistan- Azərbaycan münaqişəsinə son qoyulmuş və Azərbaycan münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuşdur. Ərazilərin işğaldan azad edilməsi yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun həyata keçirməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı" təsdiq edilmiş və məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi başlanılmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fəxrəddin qızı, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanında yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılsın və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar