Məhkəmə qərarları › İş №2(012)-5025/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5025/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5025/2023 22.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov İddiaçı X1 Cavabdehnə qarşı mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin (sərəncam vermək hüququnun) cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı X2 Cavabdehnə qarşı mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin (sərəncam vermək hüququnun) cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 131.08-kv.m olan mənzilə dair onun sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdehnə (onun rəhbərliyinə) həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Belə ki, iddia tələbindən göründüyü kimi iddia mənzilə sərəncam vermə hüquqlarının bərpa edilməsi ilə bağlı tələbdir və həmin tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin, yəni müstəsna aidiyyətin təsiri altına düşmür, ona görə də, iddia ərizəsi cavabdeh olan hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməlidir. Məhkəmənin elektron sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı X1 Cavabdehnə qarşı mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin (sərəncam vermək hüququnun) cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar