Məhkəmə qərarları › İş №2(012)-504/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-504/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-504/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs X5 (ZİLGAM RUSTAMOV) iştirakı ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X3 doğum faktının müəyyən edilməsi və uşağın doğumu qeydə alınarkən ata haqqında məlumatın uşaq nikahdan əvvəl doğulduğu üçün ananın deməsinə əsasən “X12”, ana qrafasında anasının Ərizəçi, valideynələrinin miliyyətlərinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsslandırılmışdır ki, o, 2012-ci ildə X11 ilə qeyri-rəsmi nikaha daxil olmuşam. Birgə nikahdan 2 uşaq dünyaya gəlib. İlk övladı X9 xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Qızı Ləmanın doğumu xx.xx.2023-ci ildə 8441 nömrəli aktla 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki qeydiyyat şöbəsində qeydə alınıb. Birinci övladı xəstəxana şəraitində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə ala bilmişdir. Digər övladı ev şəraitində doğulduğu üçün doğum haqqında tibbi şəhadətnamə ala bilmir, belə ki, ikinci övladı X10 xx.xx.2016-cı ildə ev şəraitində doğulmuşdur. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün uşağın doğumunu qeydə almaqdan imtina edilmişdir. Uşağın doğumunun qeydə alınması faktı ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. 8 yaşlı övladı bu günə qədər sənədi olmadığı üçün təhsildən də yayınır. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığı üçün məktəbdə qeydiyyatdan keçə bilmir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında Ərizəçi MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixdə Abşeron rayonuda doğulmuş X3 doğum faktının müəyyən edilməsi və uşağın doğumu qeydə alınarkən ata haqqında məlumatın uşaq nikahdan əvvəl doğulduğu üçün ananın deməsinə əsasən “X12”, ana qrafasında anasının Ərizəçi, valideynələrinin miliyyətlərinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs X11 (ZİLGAM RUSTAMOV) ərizədə yazılanları təsdiq etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidlər Mamedova Elmira və X2 ifadə verərək göstərdilər ki, həqiqətən də, X4 və Ərizəçi xx.xx.2016-cı il tarixdə Abşeron rayonunda Zəhra adlı qız uşağı doğulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri və şahid ifadələrini tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında 103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün övladının doğumunun qeydiyyata alınması imkan xaricindədir. Maraqlı şəxs1 doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İşdə olan Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2016-cı il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğum etməsi ilə bağlı, doğum şöbəsinə qəbulun qeydiyyat kitabında (forma № 002) heç bir məlumat öz əksini tapmır. Ərizəçi xx.xx.2016-cı il tarixində doğumu ilə bağlı heç bir məlumat tapılmadığına görə onun adına doğum haqqında tibbi şəhadətnamə (TQS № 103) verilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X8" X13 xx.xx.2024-cü il tarixli, 766/2024-MTBŞ saylı rəyindən görünür ki, tədqiq olunmuş sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Ərizəçi və X11 olan cütlükdən «X14» qızı adlı uşağın törənməsi mümkündür. Belə olan halda, bu uşaq barəsində Ərizəçi analıq, X5 isə atalıq faktı inkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X8" X13 xx.xx.2024-cü il tarixli, 5591 saylı rəyindən görünür ki, X3 müəyyən edilmiş sümük yaşı 7,5-8 ilə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İşdən görünür ki, ərizəçinin və X5 qeyri-rəsmi münasibətindən xx.xx.2016-cı il tarixdə Zəhra adlı uşaq doğulmuşdur. Lakin həmin uşağın doğum haqqında şəhadətnaməsinin verilməsi doğum haqqında 103 formalı tibbi şəhadətnamə təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bu faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X3 xx.xx.2016-cı il tarixdə Abşeron rayonuda doğum faktı müəyyən edilməli, X6 doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə X1 Nəsibova, adı Zəhra, ata adı Zilqəm, doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer Abşeron rayonu, ana qrafasında anasının adı Ərizəçi, ata qrafasında atasının adı X12, valideynlərinin milliyyəti “azərbaycanlı” kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2016-cı il tarixdə Abşeron rayonunda doğum faktı müəyyən edilsin, X6 doğum haqqında şəhadətnamə verilsin, doğum haqqında şəhadətnamədə X1 Nəsibova, adı Zəhra, ata adı Zilqəm, doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer Abşeron rayonu, ana qrafasında anasının adı Ərizəçi, ata qrafasında atasının adı X12, valideynlərinin milliyyəti “azərbaycanlı” kimi qeyd qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar