Məhkəmə qərarları › İş №2(012)-506/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-506/2024

26.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-506/2024 26.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinəXırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 9228 reystr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsinin “X10” oğluna məxsus olması və 9228 reystr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibi “X11” oğlu ilə vərəsəlik məktubunda göstərilən “X4” eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş 9228 reyestr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquqi sahibi mərhum X7 onun atasıdır. O, mərhum atası X2 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almaq üçün 1 saylı Sumqayıt Regional “Asan-Xidmət” Mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Sözügedən notariat ofisi tərəfindən mərhum atası X1 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məktub göndərilimişdir. Sözügedən idarədə müraciətə baxılmış və xx.xx.2023-cü il tarixdə idarə tərəfindən imtina məktubu verilmişdir. Sözügedən qurumun xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciət üzrə əlavə edilmiş 9228 reyestr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibin ad, soyad, ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X7” göstərildiyi halda vərəsəlik məktubunda “X4” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də, 9228 reystr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsinin “X10”, oğluna məxsus olması və 9228 reystr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibi “X11” oğlu ilə vərəsəlik məktubunda göstərilən “X4” eyni şəxs olmaları faktının müəyyən edilməsinə zərurəti yaranmışdır. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçinin bacısıdır. Saray qəsəbəsi H.Aslanov küçəsi, ev 55 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə 817 nömrəli qeydiyyat vəsiqəsi və həmin qeyri-yaşayış sahəsinin texniki pasportu atası X5 məxsusdur. Mülki işin materiallarında olan AA ******* saylı, şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxx 1987-ci ildə Ermənistan SSR, Mehri rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Saray kəndində yerləşən yaşayış sahəsi X5 məxsusdur. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməmiş beyindaxili qansızma nəticəsində vəfat etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 657 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda hüquq sahibi ilə bağlı texniki səhvin aradan qaldırılması barədə xx.xx.2023-cü il tarixli müraciətə İdarədə baxılmışdır. Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 9228 nömrəli reyestr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin adı, soyadı, ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüququ sahibi X7 göstərildiyi halda, vərəsəlik məktubunda X6ku kimi qeyd edildiyi aşkar edilmişdir. Texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 9228 nömrəli reyestr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin adı, soyadı, ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüququ sahibi X7 göstərildiyi halda, vərəsəlik məktubunda X6ku kimi qeyd edildiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, Saray kəndində yerləşən torpaq sahəsinəə dair 9228 reystr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsinin “X10”, oğluna məxsus olması və 9228 reystr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibi “X11” oğlu ilə vərəsəlik məktubunda göstərilən “X4” eyni şəxs olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Saray kəndində yerləşən torpaq sahəsinə dair 9228 reystr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsinin “X10” oğluna məxsus olması və 9228 reystr və 817 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibi “X11” oğlu ilə vərəsəlik məktubunda göstərilən “X4” ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar