Məhkəmə qərarları › İş №2(012)-508/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-508/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-508/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi-oğlu X3 və Cavabdeh iştirakları ilə, İddiaçı oğlunun Cavabdeh qarşı müvəqqəti istifadə üçün verilmiş otaqdan çıxarılma tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müvəqqəti istifadə üçün verilmiş otaqdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində müvəqqəti yaşayış üçün verilmiş otaqdan Cavabdeh çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu olan cavabdeh yaşadığı əvvəlki fərdi yaşayış evini satdıqdan sonra Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yeni torpaq sahəsi almışdır. Cavabdeh orada ev tikməyi qərara almış və ev hazır olana qədər bir müddət kirayədə yaşamışdır. Kirayə pulunu ödəməkdə çətinlik çəkən cavabdeh iddiaçıya müraciət edərək ev hazır olanadək müvəqqəti olaraq onun yanında qalmağı xahiş etmişdir. İddiaçı buna razı olmuş və oğluna ona məxsus fərdi yaşayış evində müvəqqəti yaşaması üçün bir otaq ayırmışdır. Lakin, müəyyən zaman sonra məlum olmuşdur ki, cavabdehin həmin evdən çıxıb getmək fikri yoxdur. Belə ki, satdığı mənzilin pullarını özünə xərcləyir və Ceyranbatan qəsəbəsində heç bir tikinti işləri aparmır. Əlavə olaraq, cavabdeh hər gün evdə yaşayan ailə üzvləri ilə mübahisə edir və birgə yaşayış qaydalarını pozur. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iddiaçının nümayəndəsi-oğlu X3 iddia tələbini müdafiə edərək izahat verdi ki, cavabdeh təxminən 10 ildir ki, öz evindən çıxıb və kirayədə qalıb. 2018-ci ilədək Ceyranbatanda qalıb. Həmin tarixdən sonra iddiaçının razılığı ilə mübahisəli evə köçdü. Evin 1 otaqlı artırmasında yaşamağa başladı. Son zamanlar evdə söz-söhbət çox olur. Hər gecə sərxoş vəziyyətdə evə gələrək mübahisə yaradır. Məhkəmə prosesində Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 2016-cı ildən ata evinə köçüb. Hazırda həmin evin bir otağında öz ailəsi ilə birgə yaşayır və həmin evdə qeydiyyatdadırlar. Evə sərxoş vəziyyətdə gələrək mübahisə yaratması iddiaları əsassızdır. Əlavə olaraq, öz əmlakını sataraq əldə etdiyi pul vəsaitini iddiaçının borclarını bağlamaq üçün istifadə etmişdir. Bundan sonra, iddiaçı həmin məhləyə yerləşməsinə icazə verməklə 0.03 ha torpaq sahəsini ona verdiyini bildirmişdir. Həmin məhləni öz hesabına bütövlükdə hasara aldırmışdır və hazırda yaşadığı otağı, habelə hamam-sanuzeli özü tikdirib. Ancaq iddiaçı fikrini sonrada dəyişərək ona həyətin digər tərəfində ev tikməyə icazə verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin materiallarında olan xx xxxx 2003-cü il tarixli bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı Abşeron rayonu, Ceyranbatan bələdiyyəsinin sədri X4 rayonu, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 600 kv.m olan torpaq sahəsini “fərdi yaşayış evinin tikintisi məqsədilə” alıcı İddiaçı satır. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon X1 xx xxxx 2003-cü il 10 saylı qeydə alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh ailə qurması ilə əlaqədar başqa ünvanda yaşamış, oranı satandan sonra bir müddət ailəsi ilə bərabər Ceyranbatan qəsəbəsində kirayədə yaşamış, sonra 2016-18-ci illərdə atasının icazəsi və razılığı ilə iddiaçıya Ceyranbatan qəsəbəsi, yeni məhəllə, ev 214 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik özbaşına tikilmiş bir otaqlı tikilidə yaşamağa başlamışdır.İddia tələbinin faktiki əsasını cavabdehin mübahisəli evdə müvəqqəti yaşaması və birgəyaşayış qaydalarına cavabdehin əməl etməməsi kimi hallar təşkil edir. İddiaçı bu əsasda məhkəməyə hər hansı sübut təqdim etməmişdir.Cavabdeh isə bu halı etiraf etməmiş, mübahisəli özbaşına tikilini isə öz vəsaiti hesabına tikdiyini və təmir elədiyini bildirmişdir.Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində müvəqqəti yaşayış üçün verilmiş otaqdan Cavabdeh çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.Halbu ki, qeyd edilənlərdən göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətində olan evdə deyil, həmin evə bitişik özbaşına tikilidə yaşayır.Bu barədə isə tələb yoxdur. MPM-nin 218.3 maddəsinə görə məhkəmə verilmiş tələblər üzrə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə məhkəmə iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki iddia əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müvəqqəti istifadə üçün verilmiş otaqdan çıxarılma barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar