Məhkəmə qərarları › İş №2(012)-51/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-51/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-51/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi barədə ilkin və Cavabdeh MTK-nın İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizələrinə, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin icra edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 blokİu, çoxmərtəbəli yaşayış binasının “A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə dair sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 blokİu, çoxmərtəbəli yaşayış binasının "A" bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyri yaşayış sahəsi tərəflər arasında imzalanmış müqaviləyə (alqı-satqı müqaviləsinə) əsasən ona satılmışdır. Buna dair xx.xx.2014-cü il tarixdə müqavilə rəsmiləşdirilmiş və o, bu əmlaka görə cavabdehə 300000 manat ödəniş etmişdir. Cavabdeh ona müqavilə və maliyyə arayışı, o cümlədən qeyri-yaşayış sahəsini təhvil vermişdir. Hazırda həmin qeyriyaşayış sahəsi onun istifadəsindədir. Bu sahəni hazırda salmaq niyyətindədir və alıcı da taparaq qiymət razılığına gəlmişlər. Lakin MTK rəhbərliyi yeni alıcının adına müqavilə və maliyyə arayışı vermir. xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə MTK rəhbərliyinə müraciət edərək faktiki sahibliyində olan əmlakın hüquq müəyyənedici sənədlərinin başqa şəxsin adına dəyişdirilərək, həmin şəxsin adına rəsmiləşdirilməsini tələb etmiş, amma buna baxmayaraq buna heç bir cavab verilməmişdir. Mübahisəli əmlakın dəyəri tam ödənilməklə əmlaka faktiki sahiblik edərək ona dair sərəncam vermək hüquqları olsa da, Cavabdeh rəhbərliyi qanunsuz və əsassız olaraq sərəncam vermək hüququnu pozmuşdur və həmin əmlakın başqa şəxsin adına rəsmiləşdirilməsindən imtina edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 blokİu, çoxmərtəbəli yaşayış binasının “A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə dair sərəncam vermə hüquqlarının bərpa edilməsi, həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi və X19 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh MTK İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MTK isə tələbini bununla əsaslandırmışdır ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə və maliyyə arayışı saxtadır. Böyük ehtimalla həmin sənədlər sonradan tərtib edilmişdir. Belə ki, həmin müqavilə və maliyyə arayışında "xxxx" MTK-ya məxsus möhürdən istifadə edilməmişdir. 2014-cü ildə kooperativdə istifadə edilmiş möhürün nümunələri və rəsmi sənədlər məhkəməyə təqdim ediləcəkdir. İddiaçı tərəfindən kooperativə heç bir ödəniş edilməmişdir. Digər tərəfdən Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 1-ci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsi mövcud deyildir. Orada ümumi sahəsi cəmi 240 kv.metr olan qeyri-yaşayış sahəsi mövcuddur. Həmin sahə isə hələ 20 aprel 2014-cü il tarixdə X1. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 Cavabdeh MTK-ya və İddiaçı qarşı ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, X19 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nin Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metr olan qeyri-yaşayış sahəsinin X11 təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh MTKya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X19 tələbini bununla əsaslandırmışdır ki, X19 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metr olan qeyri-yaşayış sahəsi 360000 manata İ.Novruzova satılmışdır. Həmin müqavilə üzrə pul vəsaiti tam şəkildə ödənilmiş və buna dair MTK tərəfindən müvafiq maliyyə arayışı verilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, 2014-cü ilin aprel ayından etibarən X19 Cavabdeh MTK-nin Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metr olan qeyri-yaşayış sahəsinin qanuni sahibi hesab edilir. Lakin bu yaxınlarda MTK tərəfindən İlham Novruzova bildirilmişdir ki, onun qanuni sahibi olduğu əmlaka dair X12 və İddiaçı adlı şəxslərlə müqavilələr bağlanmış, sonradan Bayram Yusifovun müqaviləsi ləğv edilsə də, İddiaçı hələ də qeyri-yaşayış sahəsinə iddialıdır. Halbuki, İlham Novruzov hələ 2023-cü ilin yanvar ayında Cavabdeh MTK-nin yeni rəhbərliyinə müraciət etmiş, müqavilə və maliyyə arayışının əsillərini belə onlara təqdim etmiş və MTK-da uzun müddət araşdırma aparıldıqdan sonra yaşayış sahəsinin ona təhvil veriləcəyi bildirilmişdir. İddiaçıla bağlanmış müqavilə Elçin Bəxtiyarovla bağlanmış müqavilədən 10 gün sonra bağlanmış və əmlakın dəyəri real orta bazar dəyərindən çox aşağı göstərilmişdir. Belə ki, İddiaçıla bağlanmış müqavilədə qeyri-yaşaış sahəsinin 1 kv.metrinin qiyməti 1000 manat göstərilmişdir. Halbuki, 2014-cü ildə qeyri-yaşayış sahəsinin 1 kv.metri 1500 manata satılmışdır. Ümumiyyətlə 30 aprel 2014-cü il tarixdə qeyri-yaşayış sahəsinin qanuni sahibi artıq İlham Novruzov olduğundan Cavabdeh MTK-nın bu əmlaklara dair müqavilə bağlamaq səlahiyyəti və hüququ olmamışdır. Göstərilənlərə əsasən tələb təmin olunmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək onun təmin edilməsini, digər iddialara etiraz edərək onların rədd olunmasını xahiş etdi. İlkin iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil1 ilkin iddiaya etiraz edərək onun təmin edilməməsini, qarşılıqlı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 ilkin iddianın təmin, digər iddiaların isə rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirak etdiyi məhkəmə iclasında ilkin iddianın rədd, digər iddiaların isə təmin olunmasını xahiş etdi. Şahid kimi dindirilmiş X13 məhkəmə iclasında ifadə verərək göstərdi ki, mübahisəli əmlak əslində İddiaçı aiddir. Onun əvvəlki sahibi Anar Əliyev olmuş, o isə əmlakı İddiaçı satmışdır. Əmlakın yerləşdiyi binanın tikintisi ilə onun qardaşı Nofəl Hacıyev və Anar Əliyev məşğul olmuşlar. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia və müstəqil tələb isə təmin edilməlidir. İşdə olan Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metrlik qeyri-yaşayış sahəsi 300000 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür. Bu barədə İddiaçı MTK tərəfindən 300000 manat vəsaitin tam ödənilməsi barədə maliyyə arayışı və bölgü-sxem verilmişdir. İşdə olan Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metrlik qeyri-yaşayış sahəsi 360000 manat pul ödəməklə inşa edib X11 təhvil verməyə dair öhdəlik götürmüşdür. Bu barədə İ.A.Novruzova MTK tərəfindən 360000 manat vəsaitin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 4/1720-5/1499 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A" bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin alqısatqısına dair satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı adlarından olan xx.xx.2014-cü il tarixli müqavilədə “Çinar-AN MTK sədri” qrafasında “Hacıyev.T” yazılarının qarşısındakı imzadan və Cavabdeh MTK tərəfindən İddiaçı adına verilmiş maliyyə arayışında “sədri” qrafasındakı imza X14 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A" bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı adlarından olan xx.xx.2014-cü il tarixli müqavilədə “Vətəndaş İddiaçı” hissəsində “imza” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilənin və “300000-00” (üç yüz min) manat dəyərindəki maliyyə arayışın üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 3.2,-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilənin, 300000-00 (üç yüz min) manat dəyərində olan maliyyə arayışın üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi ÇİNAR-AN” məzmunlu möhür əksləri "xxxx" MTK-nın 2014-cü ildən 2022-ci ilin iyun ayına qədər olan möhür nümunələri” yazısı olan vərəqlərdəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi* Cavabdeh məzmunlu möhürün eksperimental əks nümunələri və X10 adına verilmiş 20 aprel 2014-cü il tarixli; X2 adına olan 18 aprel 2014-cü il tarixli, 80 nömrəli; X6 adına verilmiş 01 aprel 2014-cü il tarixli, 69 nömrəli; X15 adına verilmiş 31 mart 2014-cu il tarixli, 68 nömrəli; X4 adına verilmiş 27 mart 2014-cü il tarixli, 59 nömrəli; X5 adına verilmiş 26 iyul 2014-cü il tarixli, 118 nömrəli; X3 adına verilmiş 29 mart 2014-cü il tarixli 65 nömrəli müqavilələrin; X10 adına verilmiş maliyyə arayışın; 16 yanvar 2014-cü il tarixli, 002/14 nömrəli elmi-texniki məhsulun yaradılması haqqında müqavilənin; işin təqvim planının; 16 yanvar 2014-cü il tarixli, 002/14 nömrəli müqavilə üzrə protokolun; xx.xx.2014-cü il tarixli, **********893200 nömrəli bildirişin; 04 oktyabr 2014-cü il tarixli, 19 may 2014- cü il tarixli, 18 aprel 2014-cü il tarixli, 31 mart 2014-cü il tarixli, 03 iyun 2014-cü il tarixli, 06 may 2014-cü il tarixli, 02 iyul 2014-cü il tarixli, 18 aprel 2014-cü il tarixli, 27 mart 2014-cü il tarixli, 29 mart 2014-cü il tarixli qəbzlərin üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi* Cavabdeh məzmunlu möhürün sərbəst əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilənin və 300000-00 (üç yüz min) manat dəyərində olan maliyyə arayışının üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi ÇİNAR-AN” məzmunlu möhür əksləri "xxxx" MTK-nın 2022-ci ilin iyun ayından hal-hazırda olan möhür nümunələri” yazısı olan vərəqlərdəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi ÇİNAR-AN” məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. İşdə olan Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə X20 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metrlik qeyri-yaşayış sahəsi 300000 manat pul ödəməklə inşa edib X16 təhvil verməyə dair öhdəlik götürmüşdür. Bu barədə A.Ə.Əliyevə MTK tərəfindən 360000 manat vəsaitin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı nümayəndəsi X21 vasitəsilə Cavabdeh MTK-da olan bütün pay hüquqlarından imtina edir. Pay hüquqlarının satılmasına, Kooperativə geri qaytarılmasına, müqavilələrə xitam verilməsinə və digər şəxslərin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazı yoxdur. Gələcəkdə hər hansı bir yaşayış və ya qeyri-yaşayış sahəsinə və ödənilmiş pula dair Kooperativə qarşı heç bir tələbi olmayacaqdır. İşdə olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, X20 nümayəndəsi X21 vasitəsilə Cavabdeh MTK-da olan bütün pay hüquqlarından imtina edir. Pay hüquqlarının satılmasına, Kooperativə geri qaytarılmasına, müqavilələrə xitam verilməsinə və digər şəxslərin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazı yoxdur. Gələcəkdə hər hansı bir yaşayış və ya qeyri-yaşayış sahəsinə və ödənilmiş pula dair Kooperativə qarşı heç bir tələbi olmayacaqdır. İşdə olan A.Ə.Əliyevin xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2014-cü il tarixli müqavilə ilə Cavabdeh Mənzil-Tikinti Kooperativindən aldığı qeyri-yaşayış sahəsinin İddiaçı adına keçirilməsinə razıdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* saylı nömrə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək Bakcell şəbəkəsində istifadə olunmamışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə aid ********* mobil telefon nömrəsi ilə ********* və ********* mobil telefon nömrələri arasında xx.xx.2014-xx.xx.2014-cü il müddətində zəng və SMS mətni aşkar edilməmişdir. ********* mobil telefon nömrəsi xx.xx.2018-ci il tarixindən etibarən nömrə daşınma xidməti vasitəsilə "xxxx" MMC mobil operatoruna keçmişdir. ********* və ********* mobil telefon nömrələr adına rəsmiləşdirilmiş şəxslərə dair məlumat təqdim edilir: ********* - "RƏMZİ-S” MMC. ********* - X13. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********** saylı mobil nömrə ilə ********** və ********** saylı mobil nömrələri arasında xx.xx.2014xx.xx.2014-cü il müddətində zəng və SMS yazışmaları qeydə alınmamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 5/1358/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2(012)-186/2024 nömrəli mülki işin İ cildinin 54-cü səhifəsində olan Cavabdeh MTK ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli müqavilədə olan İddiaçı imza ilə telefon nömrəsi rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə X19 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.m olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli müqavilədə olan əl ilə icra edilmiş “20 aprel 2014”, “(sonradan “ALİCİ” adlanacaq)” yazısından öncə olan “X25”, “A”, “1”, “1”, “240”, “1500 (min beş yüz)”, “360.000 (üç yüz altmış min)”, “Cavabdeh MTK-nın Sədri” yazısının qarşısındakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə X19 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının "A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.m olan qeyriyaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli müqavilədə olan əl ilə icra edilmiş “Vətəndaş” sözünün qarşısında “X25”, “AZE № 06979034”, “Laçın rayonu, Hacısamlı kən” yazısı, telefon nömrəsi və “İmza” yazısının qarşısındakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə X19 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.m olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli müqavilədə olan əl ilə icra edilmiş “20 aprel 2014”, “(sonradan “ALİCİ” adlanacaq)” yazısından öncə olan “X25”, “А”, “Г, “1”, “240”, “1500 (min beş yüz)”, “360.000 (üç yüz altmış min)”, “Cavabdeh MTK-nın Sədri” yazısının qarşısındakı imza ilə həmin müqavilədəki “Vətəndaş” sözünün qarşısında “X25”, “AZE № 06979034”, “Laçın rayonu, Hacısamlı kən” yazısı, telefon nömrəsi və “İmza” yazısının qarşısındakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. İş materiallarından görünür ki, İddiaçı “Çinar-AN" MTK ilə bağladığı xx.xx.2014-cü il tarixli müqaviləyə istinad edərək, həmin MTK ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, habelə həmin qeyri-yaşayış sahəsinə dair sərəncam vermə hüquqlarının bərpa edilməsini, həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh MTK-ya həvalə edilməsini, MTK və X22 isə öz aralarında bağladıqları xx.xx.2014-cü il tarixli müqaviləyə istinad edərək, İddiaçı MTK ilə bağladığı xx.xx.2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsini xahiş edirlər. Məhkəmə işin hallarına əsaslanaraq belə hesab edir ki, ilk öncə eyni əmlaka dair bağlanmış hər iki müqavilənin legitimliyi araşdırılmalı, sonra isə əmlaka dair hüquqların (sahiblik və istifadə) mövcudluğu məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X8 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki şəxslə MTK arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən göründüyü kimi, mübahisə predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli və həmin MTK ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilələr təşkil edir. Bu müqavilələrin hansının tarix baxımından daha öncə bağlanmasının müəyyən edilməsi mümkün deyildir, çünki bu tip müqavilələr vahid reyestrə daxil edilmədiyindən onların köhnə tarixlə tərtib edilməsi istisna edilmir. Bu baxımdan məhkəmə, daha öncə bağlanan müqavilənin sonrakı müqavilədən daha legitim olması barədə dəlilə tənqidi yanaşır. Hər iki şəxsə mübahisəli əmlakın dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də İ.A.Novruzov mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli əmlakın hazırda İ.A.Novruzovun faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır. Bu faktı MTK da qəbul edir və əmlakın sahibi kimi İ.Novruzovu tanıyır. Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi İ.Novruzov tərəfindən maneəsiz istifadə olunduğundan, habelə tikintinin sahibi olan MTK tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd Kooperativ tərəfindən qəbul edildiyindən, bu əmlaka İ.Novruzov İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə əmlakla bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməməlidir. Bundan başqa, müqavilədə sifarişçi kimi İddiaçı rekvizitlər bölümündə mobil nömrə kimi 055 ******* mobil nömrəsini qeyd etmişdir. Bu xüsusda aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin mobil nömrə göstərilən zaman aralığında (xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək) Bakcell şəbəkəsində istifadə olunmamışdır. Məhkəmə hesab edir ki, bu hal da xx.xx.2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsızlığını təsdiq edir. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda qeyri-yaşayış sahəsinə dair müqavilənin və maliyyə arayışının olması İddiaçı mübahisəli əmlakla bağlı İ.Novruzovun sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçıla Cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd əhəmiyyətsizdir. Məhkəmə qaldırılmış tələblərlə bağlı qeyd edir ki, İddiaçıla bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin və maliyyə arayışının mövcudluğu isə mübahisəli əmlakı daha legitim yolla əldə etmiş İ.A.Novruzovun sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia və müstəqil tələb isə təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və maliyyə arayışı etibarsız hesab edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, bir halda ki qeyri-yaşayış sahəsinin yerləşdiyi tikintinin sahibi olan Cavabdeh MTK bu əmlakla bağlı legitim əqd kimi İ.A.Novruzovla bağladığı müqaviləni qəbul edir, o zaman bu əmlakı ona təhvil verməli və həmin əmlaka dair müvafiq sənədləri (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) ona verməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, İ.A.Novruzovun tələbləri həmin hissədə də təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia və müstəqil tələb isə əsaslı olduqlarından təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilə və maliyyə arayışı etibarsız hesab edilməli, X19 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nin Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metr olan qeyri-yaşayış sahəsi X11 təhvil verilməli və həmin qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tələblər üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməli, ekspertiza xərcləri isə Cavabdeh MTK və X7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia və X10 tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilə və maliyyə arayışı etibarsız hesab edilsin. X19 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metr olan qeyri-yaşayış sahəsi X11 təhvil verilsin və həmin qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilsin. Qarşılıqlı iddia və müstəqil tələb üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Ekspertizanın dəyəri kimi cəmi 230 manat pul Cavabdeh MTK və X7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar