Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-513/2021 10.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, X1 və İddiaçı2 Cavabdehlər Cavabdeh1 vəkili, Cavabdeh2 vəkili və nümayəndəsi X2 iştirakı ilə X1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onların (iddiaçıların) xx.xx.2005-ci il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Mehdiabad - Gənclər Şəhərciyi, ev 9 , mənzil 11- ünvanda yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, 2000- ci ilin sentyabr ayında o, Cavabdeh2 ilə rəsmi nikahla evlənib ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları olmuşdur. İddiaçı2- xx.xx.2001-ci il tarixdə, X7-xx.xx.2005-ci il tarixdə anadan olmuşlar. Ailə qurarkən cavabdehlər tərəfindən özlərinin yaşadıqları ünvan 1 ünvana köçürülmüşdür. Bütün şəxsi əşya və əmlaklarını da həmin mənzilə aparmışdır. Cavabdehlər onu ailə üzvü kimi öz yaşayış sahəsinə köçürmüşlər. Bu məqam xüsusi əhəmiyyət kəsb edir. Bir müddət həmin ünvanda yaşadıqdan sonra söküntü ilə əlaqədar ərazi üzrə Hakimiyyət orqanları polisin gücü ilə onları həmin evdən çıxardılaraq - Abşeron rayonu, Mehdiabad-Gənclər şəhərciyinə köçürülmüşlər. 2019-cu ilin noyabr ayına kimi bu mənzildə uşaqları ilə birlikdə yaşamış və cavabdehlərlə ümumi təsərrüfat idarə etmişdir. mənzilin avadanlıqlaşmasında yaxından iştirak etmişdir. Lakin cavabdehlər onu və uşaqlarını mənzildən çıxarmışlar, bir daha qayıdıb yaşamaqlarına imkan verməmişlər və onları mənzilə buraxmamışlar .Hal-hazırda çarəsiz qalıb müvəqqəti olaraq anasına məxsus mənzildə məskunlaşmışlar. Anası xəstədir və bu mənzili kirayə verərək aldığı məbləği öz müalicəsinə sərf edir. Ona görə də iddiaçı hesab edir ki, onlar mənzilə köçürülməli, pozulmuş hüquqları bərpa edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək X5nın izahatına uyğun məzmunda izahat erdi. Cavabdehlər Cavabdeh1 vəkili, Cavabdeh2 vəkili və nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini əsas tutaraq, iddiaçının mənzilə gəlin köçərkən mülkiyyətçi ilə müqavilə bağlamadığını və ona görə də onun həmin mənzildən istifadə hüququnun yaranmadığını qeyd edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçıları və cavabdehlərin vəkili və nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Dövlət Miqrasiya xidməti tərəfindən xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Güosüstan vətəndaşı olan xx.xx.1982-ci iil təvəllüdlü X10 xx.xx.2019-cu il tarixdə daimi yaşamaq üçün icazə verilmişdir, vəsiqə xx.xx.2024-cü il tarixədək etibarlıdır. -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2001-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, vəsiqə xx.xx.2030-cu il tarixədək etibarlıdır. -ASAN 1 xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının Seriya AZE 12461951 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 2-ünvanında qeydiyyatdadır. -Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-1№ 360696 saylı, xx xxxxxx 2020-ci il tarixdə verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X21 arasında olan nikaha Nərimanov Rayon Məhkəməsinin nikahın pozulması haqqında çıxarmış xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə qeyd edilmişdir. -Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 2-ünvanında X7 və digər şəxslər X15-xx.xx.1997; X6 -xx.xx.1978; X23 qızı xx.xx.1963; X13 - xx.xx.1998; X18 xx.xx.1955; X14 xx.xx.1994 - qeydiyyatdadırlar. -Azərbaycan Respublikası «xxxx»MTK-tərəfindən verilmiş 202/015 saylı, xx.xx.2020ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 9, mənzil 11 ünvanı Cavabdeh1 məxsusdur və qeydiyyatda bir nəfər var: - X8 (qızı) - xx.xx.1980. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarışın surətindən görünür ki, daşınmaz əmlak olan -Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 9, mənzil 11 – ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində tam pay huququ ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Nikahın bağlanması haqqında A ll-JQ № 440994 saylı, xx.xx.2001-ci il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X21 arasında xx.xx.2001-ci ildə Bakı şəhəri Nərimanov Rayon VVADQ-da rəsmi nikah bağlanmış, qadına Laişova soyadı verilmişdir. -Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəindən xx.xx.2019-cu il tarixdə 1216 nömrəli Nikah bağlanması haqqında şəhadətnamə qeydlərinə dair sənəd təkrar verilmişdir. İşin məhkəmə iclasında araşdırılan mübahisələndirilən hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, X5 Cavabdeh2 ilə xx.xx.2001-ci il tarixdə Nərimanov rayon Rayon VVADQ-da rəsmi olaraq nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü X7 anadan olmuşlar. Ailə qurduqdan sonra iddiaçı cavabdehlər tərəfindən özlərinin yaşadıqları ünvan 2 ünvana köçürülmüşdür. Bütün şəxsi əşya və əmlaklarını da həmin mənzilə aparmışdır. Cavabdehlər onu ailə üzvü kimi öz yaşayış sahəsinə köçürmüşlər. Bir müddət həmin ünvanda yaşadıqdan sonra yaşadıqlar evin söküntü ilə əlaqədar Abşeron rayonu, Mehdiabad-Gənclər şəhərciyinə köçürülmüşlər. 2019-cu ilin noyabr ayına kimi bu mənzildə uşaqları ilə birlikdə yaşamış və cavabdehlərlə ümumi təsərrüfat idarə etmişdir. Lakin cavabdehlər iddiaçı və uşaqlarını mənzildən çıxarmışlar, bir daha qayıdıb yaşamaqlarına imkan verməmişlər və onları mənzilə buraxmamışlar. Ona görə də iddiaçı iddiasının təmin edilməsini, övladları ilə birlikdə evə köçürülməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərin vəkili və nümayəndəsi X4 isə məhkəmədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini əsas tutaraq, iddiaçının mənzilə gəlin köçərkən mülkiyyətçi ilə müqavilə bağlamadığını və ona görə də onun həmin mənzildən istifadə hüququnun yaranmadığını bildirərək, iddiaçının uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Qərarlarına göstərildiyi kimi, tərəflər arasında ailə hüquq münasibətləri 2001-ci ildən yarandığı üçün həmin münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları ilə tənzimlənməlidir. Tərəflərin izahatından və işin araşdırılan hallarından müəyyən edilir ki, X22 Əziz qızı ilə Cavabdeh2 ilə xx.xx.2001-ci il tarixdə nikaha daxil olduqdan sonra həmin cavabdehlər tərəfindən özlərinin yaşadıqları ünvan 1 ünvana köçürülmüşdür. Bir müddət həmin ünvanda yaşadıqdan sonra söküntü ilə Abşeron rayonu, Mehdiabad-Gənclər şəhərciyinə köçürülmüşlər.X22 Əziz qızı 2019-cu ilin noyabr ayına kimi həmin mənzildə uşaqları və cavabdehlərlə birlikdə yaşamış və cavabdehlərlə ümumi təsərrüfat idarə etmişdir. Hazırda Cavabdeh2 ilə X21 arasında olan nikah münasibətlərinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, X22 Əziz qızının cavabdehlərə məxsus evə 2001-ci ildə gəlin köçərək 2019-cu il tarixinədək yaşaması işin mübahisə edilməyən halıdır. Eyni zamanda İddiaçı mübahisə edilən evə, həmin evin mülkiyyətçisinin razılığı ilə köçürülmüşdür. İddiaçı uşaqları ilə mübahisə edilən evdən çıxarılana qədər 18 il cavabdehlərlə birgə yaşayaraq istifadə etmişdir. Eyni zamanda uşaqları da həmin evdə doğulmuş, yaşamışlar və X7 əvvəlki ünvan 1 ünvanda qeydiyyatdadır. Cavabdehlər iddia tələbinin rədd edilməsini Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri ilə yəni yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi şərtləri və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, X5nın gəlin köçrək Cavabdeh1 məxsus ev və mənzildə 18 ildən çox yaşaması mülkiyyətçinin razılığı ilə olmuş və ailə üzvü kimi uşaqları ilə həmin mənzildə təsərrüfat apararaq istifadə etmişdir ki, mülkiyyətçi isə buna yaşadığı müddətdə etiraz etməmişdir. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki X5nın, İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü X7 mübahisəli mənzildə istifadə hüququ olduğundan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 9, mənzil 11-də ünvanındakı Cavabdeh1 məxsus mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında deyilir ki, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə qanunun qeyd edilən normalarını nəzərə alaraq, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X11 və övladlarının mübahisəli evdən istifadə hüququ olduğundan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 9, mənzil 11 ünvanında yerləşən Cavabdeh1 məxsus mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X16 Əziz qızı, övladları - xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Mehdiabad - Gənclər Şəhərciyi, ev 9, mənzil 11 ünvanında yerləşən mənzilə köçürülsünlər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-513/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-513/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver