Məhkəmə qərarları › İş №2(012)-517/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-517/2021

21.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-517/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı «əqdin etibarsız hesab edilməsi nəticəsində alınan pulların qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki 21 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 may 2011-ci tarixli müqavilə etibarsız hesab edildiyinə görə həmin müqavilə üzrə tərəfindən ödənilmiş 53,052 manat məbləğində və ona vurulmuş zərərin əvəzi olaraq 50,425 manat məbləğində, ümumilikdə isə 103,477 manat məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə ödənilmiş 250 manat məbləğində vəkil haqqının cavabdeh «xxxx» MTK-dan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə izahatında bildirdi ki, İddiaçı ilə cavabdeh «xxxx» MTK arasında bağlanmış 02 may 2011-ci il tarixli Müqaviləyə əsasən cavabdeh (əvvəlki adı “xxxx” MMC) Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda (hazırda M. Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda) inşa edilən 12 mərtəbəli yaşayış evinin İİİ blokunun İİİ mərtəbəsində ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzili pay kimi “Payçı” qismində iddiaçıya verilməsini öhdəsinə götürmüşdür. Həmin mənzilin pay dəyəri olan 42752 manat mədləğində pul (müqavilənin 3.1-ci bəndinə əsasən 1,0 kv.m görə 320 manat) elə həmin gün iddiaçı tərəfindən cavabdehə ödənilmişdir ki, bu barədə iddiaçıya 02 may 2011-ci il tarixli maliyyə arayışı verilmişdir. 2015-ci ilin fevral ayında baş verən “devalvasiya”dan sonra cavabdeh iddiaçını dəvət edərək tikinti materiallarının qiymətinin qalxdığını və buna görə də iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin hər kv.metrinə görə əlavə olaraq 100 manat ödəməli olduğunu, əks təqdirdə mənzilin ona verilməyəcəyini, pulunun isə yalnız həmin mənzil satıldıqdan sonra qaytarılacağını bildirmişdir. Bu səbəbdən iddiaçı 4 il əvvəl pulunu ödədiyi mənzilin əlindən çıxmaması üçün razılaşmaq məcburiyyətində qalmış və ona görə də həmin aydan, yəni 2015-ci ilin fevral ayından başlayaraq cavabdehə ödənişlər etməyə başlamış və bu minvalla 2015-ci ilin dekabr ayının 05-dək cavabdehə 3300 manat məbləğində pul ödəmişdir. Və bundan sonra iddiaçı, aralarında bağlanmış 02 may 2011-ci il tarixli müqaviləyə dəyişiklik edilməsini tələb etdiyinə görə əvvəlcə aralarında 05 dekabr 2015-ci il tarixli “Razılaşma”, sonra isə 02 may 2011-ci il tarixli müqaviləyə dəyişikliyi nəzərdə tutan 01 aprel 2016-cı il tarixli müqavilə bağlanmış, odur ki, iddiaçı 2018-ci ilədək cavabdehə ümumilikdə 10300 manat əlavə pul ödəmişdir. Beləlilklə də iddiaçı cavabdehə ümumilikdə 53052 manat (42752+10300=53052) məbləğində pul ödəmişdir. 2019-cu ilin axırlarında iddiaçıya məlum olmuşdur ki, həmin mənzillə bağlı məhkəmə mübahisələri olmuşdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 saylı iş üzrə 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə X2 iddiaçıya və X5 qarşı “Öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə das iddiası təmin edilərək “xxxx” MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin X3 təhvil verilməsi vəzifəsinin qoyulması, “xxxx” MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair İddiaçı adlı şəxslə və X7 adlı şəxslə həmin evin 3-cü blokunun 4cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab olunması, “xxxx” MTK-dan 30 manat dövlət rüsumuna görə pulun cavabdehdən tutulub X3 verilməsi qət edilmişdir. Həmin qətnamədən digər cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3069/2019 saylı iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsinin cavabdeh X4 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, “xxxx” MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M. Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin X3 təhvil verilməsi vəzifəsinin qoyulması, “xxxx” MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair İddiaçı adlı şəxslə və X7 adlı şəxslə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab olunması, iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MTK-dan tutulub cavabdeh X3 verilməsi, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh X4 ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.Həmin məhkəmə çəkişmələrindən xəbəri olmadığına görə iddiaçı, Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsini qanunla müəyyən olunmuş qaydada əldə edərək həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2192/2020 saylı iş üzrə 23.06.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3069/2019 saylı iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda əqdin etibarsızlığından irəli gələn hüququmla bağlı həmin qərarda bilavasitə göstərilmişdir ki, “Apellyasiya Məhkəməsi əqdləri etibarsız hesab edərkən MM- nin 337.5-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq qeyd edilir ki, əvvəla, cavabdeh dəfələrlə məhkəmə iclaslarına çağırılsa da, məhkəmə iclasına gəlmədiyindən həmin məsələ ilə bağlı əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq mümkün olmamışdır. İkincisi, cavabdehin kassasiya şikayətində qeyd etdiyi kimi o, müqavilədə qeyd olunanlardan başqa digər ödənişlər də etmişdir (materialların bahalaşması ilə əlaqədar 2016-cı ildə 10300 manat). Əgər söhbət əqd üzrə alınanların qaytarılmasından gedirsə, mənzilə görə bütün ödənişlərin qaytarılması ehtiva olunur və həmin halların araşdırılmasına zərurət yaranır. Cavabdehin özünün iştirakı olmadan həmin halları məhkəmə müəyyən edə bilməzdi. Bundan başqa, həmin halın həll edilməməsi cavabdehin öhdəliklərini geri qaytarmağı tələb etmək hüququnu məhdudlaşdırmır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıyla cavabdeh arasında bağlanmış əqd cavabdehin təqsiri, yəni iddiaçını aldatması ucbatından etibarsız sayılmışdır və ona görə də həmin əqd üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 53052 manat məbləğində pul, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sübutlardan və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda (hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda) inşa edilən 12 mərtəbəli yaşayış evinin İİİ blokunun İİİ mərtəbəsində ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzillə bağlı cavabdeh, hələ 26 dekabr 2006-cı il tarixdə X6 ilə müqavilə bağlamış olduğu halda, tam qanunsuz olaraq həmin mənzil barəsində iddiaçıyla 02 may 2011-ci il tarixli Müqavilə bağlamış və iddiaçı, cavabdehə birdəfəyə 42752 manat mədləğində pul ödəmişdir. Yəni 9 il bundan əvvəl ödədiyi həmin məbləğ öz dəyərini itirmiş və iddiaçı zərərə düşmüşdür. (iddiaaçı devalvasiyadan sonra ödədiyi 10300 manatı zərər hesablanacaq məbləğə daxil etmir). Belə ki, 2015-ci ilin fevral ayında baş verən “devalvasiya”yadək iddiaçının cavabdehə ödəmiş olduğu 42752 manat məbləğində pul 54810 ABŞ dollarına (42752 x 0,78 (o vaxtki kurs)=54810) bərabər idi ki, hal-hazırda bu məbləğ 93177 manat (54.810,00 x 1.70 (bu günkü kurs)=93177) təşkil edir. Göründüyü kimi, iddiaçı, əmlakından, yəni pulunu ödəyərək əldə etmiş olduğu mənzildən məhrum olmuş, odur ki, iddiaçıya 50425 manat məbləğində (93177- 42752=50425) zərər dəymişdir ki, həmin zərər də cavabdehdən iddiaçının xeyrimə tutulmalıdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh «xxxx» MTK-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh «xxxx» MTK-nın sədri məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, həqiqətən də Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında inşa olunan 5 bloklu yüksək mərtəbəli yaşayış binasının İİİ blok, İİİ mərtəbə, ümumi sahəsi 133,6 kvadratmetr olan 18 nömrəli, izolə olunmuş 4 otaqlı mənzilə dair əvvəlki rəhbərlik tərəfindən 02 may 2011-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 42752 manat ödənilmişdir. 05 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən yeni şərtlərlə 01 aprel 2016-cı il tarixdə müqavilə bağlanmış və əlavə 10300 manat ödəmişdir. Ümumilikdə İddiaçı tərəfindən 53052 manat ödənilmişdir. Digər payçı X1 tələbi üzrə həmin mübahisəli mənzilin Abşeron rayon məhkəməsinin 2(012)-3229/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə ona təhvil verilməsi və İddiaçı ilə bağlanmış 01.07.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Müqavilə üzrə ödənişlər dollar hesabı ilə göstərilsədə faktiki olaraq ödənişlər ABŞ dollarına ekvivalent olaraq manatla ödənilir. Ona görə kurs hesabı ilə əlavə hesablamalar əsassızdır. İddiaçı ilkin 02 may 2011-ci il tarixli və yeni şərtlərlə bağlanmış 01 aprel 2016-cı il tarixli müqaviləsi üzrə ödənilmiş məbləğin qaytarılması barədə tələbi qanunveriliyin tələblərinə uyğundur və həmin hissədə təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. İddiaçı iddia tələbinin vurulmuş zərərin əvəzi olaraq devalvasiya ilə bağlı 50425 manat pulun tutulması hissəsində rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan 02 may 2011-ci il tarixli müqavilədən görünür ki, icraçı “xxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən 12 mərtəbəli yaşayış evinin İİİ blokunun İİİ mərtəbəsində ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzili pay kimi “Payçı” İddiaçı verməyi, “Payçı” İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 42752 manat müəyyən edilmişdir. İş materiallarında olan 02 may 2011-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən 12 mərtəbəli yaşayış evinin İİİ blokunun İİİ mərtəbəsində ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin dəyəri olan 42752 manat məbləğində pul “xxxx” MMC-ə ödənilmişdir. İş materiallarında olan 05 dekabr 2015-ci il tarixli “Razılaşma” və 02 may 2011-ci il tarixli müqaviləyə dəyişikliyi nəzərdə tutan 01 aprel 2016-cı il tarixli müqavilələrdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən 12 mərtəbəli yaşayış evinin İİİ blokunun İİİ mərtəbəsində ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 420 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 2018-ci ilədək “xxxx” MMC-ə ümumilikdə 10300 manat əlavə pul ödəmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 saylı iş üzrə 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə X2 iddiaçıya və X5 qarşı “Öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək “xxxx” MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin X3 təhvil verilməsi vəzifəsinin qoyulması, “xxxx” MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair İddiaçı adlı şəxslə və X7 adlı şəxslə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab olunması, “xxxx” MTK-dan 30 manat dövlət rüsumuna görə pulun cavabdehdən tutulub X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3069/2019 saylı iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsinin cavabdeh X4 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, “xxxx” MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M. Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin X3 təhvil verilməsi vəzifəsinin qoyulması, “xxxx” MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair İddiaçı adlı şəxslə və X7 adlı şəxslə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab olunması, iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MTK-dan tutulub cavabdeh X3 verilməsi, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh X4 ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2192/2020 saylı iş üzrə 23.06.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3069/2019 saylı iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 02 may 2011-ci il tarixli müqaviləyə əsasən icraçı “xxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən 12 mərtəbəli yaşayış evinin İİİ blokunun İİİ mərtəbəsində ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzili pay kimi “Payçı” İddiaçı verməyi, “Payçı” İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı isə mənzilin dəyərini, yəni 42752 manat pulu cavabdeh şirkətə ödəmişdir. Daha sonra tərəflər arasında 05 dekabr 2015ci il tarixli “Razılaşma” və 02 may 2011-ci il tarixli müqaviləyə dəyişikliyi nəzərdə tutan 01 aprel 2016-cı il tarixli müqavilələri bağlanmış və sözügedən mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 420 manat təşkil etmiş və iddiaçı bu müqaviləyə əsasən cavabdehə 10300 manat məbləğində ödəniş etməklə ümumilikdə 53052 manat məbləğində ödəniş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 saylı iş üzrə 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin X3 təhvil verilməsi vəzifəsinin qoyulması, “xxxx” MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair İddiaçı adlı şəxslə və X7 adlı şəxslə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilə etibarsız hesab olunmuşdur. Bu qətnamədən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3069/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsinin cavabdeh X4 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, “xxxx” MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M. Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin X3 təhvil verilməsi vəzifəsinin qoyulması, “xxxx” MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair İddiaçı adlı şəxslə və X7 adlı şəxslə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab olunması, iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MTK-dan tutulub cavabdeh X3 verilməsi qət edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2192/2020 saylı iş üzrə 23.06.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3069/2019 saylı iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə istinad edərək məhkəmə hesab edir ki, etibarsız hesab olunan müqavilə üzrə ödənilmiş 53052 manat məbləğində pul cavabdeh «xxxx» MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbinin dəymiş maddi zərərlə bağlı 50425 manat məbləğində pul vəsaitinin «xxxx» MTK-dən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən həmin hissələrdə rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat və 250 manat vəkil haqqı da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. «xxxx» MTK-dən 53052(əlli üç min əlli iki) manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 250 manat vəkil haqqı tutularaq «İddiaçı ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar