Məhkəmə qərarları › İş №2(012)-5227/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5227/2025

28.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5227/2025 28.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 0217-1/ş saylı əmrini qanunsuz və əsassız olduğundan ləğv edərək, DSEA-nin sədri Zaur Mikayılovun xx.xx.2014-cü il tarixli FƏ67 N-li əmri və "xxxx" MMC ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsi əsasında hazırlanmış, xx.xx.2024-cü ildə bağlanmış müddətsiz əmək müqaviləsi şərtləri əsasında işə bərpa olunması, işə bərpa olunması DSEA-nin sədri Zaur Mikayılovun xx.xx.2024-cü il tarixli FƏ67 N-li əmrinə və onun 3-cü bəndinə əsasən işə bərpa xx.xx.2024-cü il tarixdən hesablanaraq, işə çıxdığı, lakin əmək haqqı almadığı xx.xx.2024-xx.xx.2025 tarixlər üçün əmək haqqı ödənilməsi, işdən azad edildikdən sonra boşdayanmalara görə əmək haqqının və İlkin Mediasiya Xidməti üçün ödədiyim 60 AZN-nin ödənilməsi, "xxxx" MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xx.xx.2023-cü il tarixli 2074 N-li Fərmanı ilə yaradılan Dövlət X5 tərkibində 1 il 9 ay (xx.xx.2023-xx.xx.2024) fəaliyyət göstərdiyindən, mülkiyyətçinin dəyişməsi ilə əvvəlki müqavilə şərtləri saxlandığı, bunun əsasında yeni müqavilə bağlandığından (xx.xx.2024 tarixli) yeni yaradılan X16 İdarəsi ilə müqavilənin də ona uyğunlaşdırılması, dövlətçilik naminə fəaliyyətini rahat, qüsursuz və fasiləsiz surətdə həyata keçirə bilməyi üçün, gələcəkdə yenidən bəhanə taparaq Əmək Məcəlləsinin 10-1; 68 və 70 (e) maddələrinin tətbiq edilməsinə şərait yaranmayana qədər (mövcud müəssisənin ləğv edilərək yeni müəssisə yaradılması və həmin müəssisənin birbaşa dövlət büdcəsindən maliyələşən müəssisə olması, və ya hazırda fəaliyyətdə olan SAİİ-nin Ştat cədvəli və maliyələşməsi ləğv edilərək birbaşa dövlət büdcəsindən maliyələşməsi haqqında qərar olduqda) işdən azad edilməyini qadağan edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 0217-1/ş saylı əmrininin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, DSEA-nin sədri Zaur Mikayılovun xx.xx.2014-cü il tarixli FƏ67 N-li əmrinə əsasən və əmrdə "xxxx" MMC nin ləğvi olmadığından işçilərlə və o cümlədən onunla 2 ay əvvəl xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv olunması göstərilmədiyi əsas olaraq göstərilməklə X8 İdarəsində iş başlama vaxtı xx.xx.2025-ci il tarixdə bağlanmş əmək müqaviləsinin ləğv olunması göstərilmədiyi əsas olaraq il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq işdən azad olunduğu üçün, işə bərpa olunması üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin 2 ay vaxt keçdikdən sonra heç bir məlumat almadığından, xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edən zaman məlum oldu ki, Abşeron Rayon Məhkəməsinin Hakimi Elman Məmmədov tərəfindən xx.xx.2025-ci il tarixdə qərardad qəbul edilmişdir. Qərardadda bildirilirdi ki, bu işə əvvəlcə Mediasiya Şurasında baxılmalıdır və təqdim etdiyi sənədlər qaytarılsın. O, sənədləri də, qərardadla eyni vaxtda - xx.xx.2025-ci il tarixdə götürmüş, bundan sonra xx.xx.2025-ci il tarixdə 60 manat mediasiya xərcini ödəməklə Abşeron 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. X9 xx.xx.2025-ci il saat 17:30-a təyin edilmişdi. Lakin həmin vaxt qarşı tərəfdən heç kəs iştirak etmədi. Onunla əvvəlki gün və həmin vaxt əlaqə zamanı və mediatora cavabları bu olub ki, 70 yaş tamam olduğundan heç bir müzakirə apara bilməzlər. Ona görə də 1 saylı Abşeron Mediasiya təşkilatı ona qarşı tərəfin "X3 (İMS) iştirak edilməməsi barədə Arayış təqdim etdi. Ona görə də o, ikinci dəfə Abşeron Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldi. Hər şey haqqında daha aydın mənzərə yaradılması, real vəziyyətin qiymətləndirilməsi anlaşılması üçün bir qədər geniş şəkildə izahat və müraciət etmək qərarına gəldi. Bildirir ki, hələ 2020ci ildə Ceyranbatan su anbarı ətrafındakı meşə sahəsinin 4 km uzunluğunda 40 m enində (16 ha) 60-70 illik çox qiymətli meşə sahəsinin köçürmə adı ilə məhv edilməsinin qarşısını aldığı üçün, keçmiş FHN SEDA-nin və "xxxx" MMC-nin rəhbərliyinin, habelə FHN-nin yüksək rütbəli şəxslərin qəzəbinə tuş gəldi yəni, onun 65 yaşının tamam olması ilə əlaqədar qanunsuz olaraq işdən azad etdilər. Dövlət büdcəsindən alınan vəsaitlə işlədiklərini əsas gətirib, hətta nazir müavini də məhkəmələrə məktubla müraciət edərək, "xxxx" MMC-nin büdcədən maliyələşən müəssisə olduğunu iddia etsələr də, Ali Məhkəmənin Plenumuna ( Ali Məhkəmənin Qərarının surətini əlavə edir) qədər getmələrinə baxmayaraq (Ali Məhkəmənin Plenumu Qərardan şikayət verilməsini qadağan etməsəydi Konstitusiya Məhkəməsinə müraciət edəcəkdilər) Məhkəmələr həmin müəssisənin büdcə təşkilatı olmadığını dəqiq müəyyən etdi, onun işdən yaş həddinə görə azad olunmağının qanunsuz olduğunu müəyyən etdilər və 28 aydan sonra (üç yay mövsümü) işinə bərpa olundu, 28 aylıq məcburi işburaxmaya görə əmək haqqını da aldı. Ancaq bu dövr ərzində meşələrin daha böyük hissəsi də bilərəkdən və qəsdən məhv edildi. İndi yaşının 70 olmasından istifadə edən keçmiş rəhbərliyin DSEA-ndə mühüm post tutan qohum və yaxınları, həmçinin müəssisədə keçmiş rəhbərliyin yaxın adamları tərəfindən çox çirkin, qanunsuz işlər aparılır. Ona əvvəlcə Əmək müqailəsinin digər bütün işçilərlə bərabər müddətsiz uzadılacağını deyirdilər, ilkin əsas kimi meşə üzrə yeganə mütəxəssis olması və uzun müddət burada işləməsi idi. Lakin sonradan Əmək Məcəlləsinin 10.1 və 70 (e)-ci maddələrinin tətbiqi ilə əmək müqaviləsinə xitam verilə biləcəyi deyilirdi, ancaq heç bir rəsmi sənəd yox idi. Ona görə də surəti X14 Xidməti X22 (RSMX PHŞ) idarə heyətinin sədri Zakir Quliyevə olmaqla, X7 İdarəsinin direktoru Yusif Ələsgərova ünvanladığı 23 may 2025-ci il tarixli məktubundan (surətini əlavə edirəm) sonra, onun "İşçi çalışmasının yaş həddinə görə" və buna görə də 70 yaşının tamam olmasına görə işdən azad edə bilməyəcəklərini müəyyənləşdirdiklərindən və Məhkəmə Qərarı ilə yenidən işə qayıdacağından ehtiyatlanaraq (əmrin gecikdirilməsinə səbəb də bu idi), düz 1 həftə sonra, 30 may 2025-ci il tarixdə 8 gün əvvələ sənədləşdirilərək əmr (surətini əlavə edir) və "Bildiriş"(arxasına aldığı tarixlə imzalamış, əsası müəssisədə durur) təqdim etdilər. İşdən azad olunma haqqındakı xx.xx.2025-ci il tarixli 0217-1/3 N-li həmin əmr saxtakar, əsassız və qanunsuzdur. Əmək məsələləri Əmək Məcəlləsi əsasında tənzimlənir. İlk əvvəl istinad etməyə cəhd göstərdikləri "İşçinin çalışmasının yaş həddinə" aydınlıq gətirirəm. Əmək Məcəlləsinin 10.1.1-ci bəndində deyilir: - Dövlət büdcəsindən maliyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10.1.2-ci bənddə isə bildirilir ki, " İldə hər dəfə 1 ildən artıq olmayaraq uzadıla bilər. 5 ildən artıq uzadılmasına yol verilmir". Beləliklə 70 yaşdan artıq şəxslər büdcədən maliyələşən müəssisələrdə işləyə bilməz. Sual yaranır, bəs onda büdcədən maliyələşən müəssisələr hansılardır. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.1.23- cü bəndində göstərilir: Büdcə təşkilatı - maliyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan MR-nın büdcəsi hesabına həyata keçirilən müəssisə və təşkilatlardır. Yəni heç bir digər mənbəədən istifadə edilmədən, vasitəsiz olaraq birbaşa yalnız dövlətin büdcəsindən maliyələşən müəssisə və təşkilatlar nəzərdə tutulur. Təsdiq üçün Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 540 N-li Qərarına nəzər salaq (surətini əlavə edir). Həmin Qərarın 1-ci bəndində deyilir: - Dövlət büdcəsindən maliyələşdirilən sahələrdə çalışan işçilərin X23 ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu Qərarın Əlavəsinə uyğun olaraq müəyyən edilsin. Həmin Əlavədə 1-ci tarif dərəcəsi 400 manatdan başlayıb, 18 - də 870 manat, axırıncı 19-da isə 1150 manatdır. Ancaq müəssisənin RSMXnin xx.xx.2024-cü il tarixdə təsdiq etdiyi Ştat Cədvəlində direktorun maaşı 2750 manat (870 manat əvəzinə), müavinlər - 1600 manat, digər vəzifəlilər 800 - 1400 manat arası dəyişir. Büdcə təşkilatında belə məbləğlər nəzərdə tutulmayıbsa, bu pullar haradan gəlir. Hətta sonradan direktor vəzifəsinə təyin olunan şəxsin vəzifə maaşı 8 000 (səkkiz min) manatdan artıq müəyyən olunub, bəzi böyük həcmli (milyonlarla manat) maliyələşmələr büdcədənkənar vəsaitlərlə nəzərdə tutulub. Ancaq dövlət büdcəsində bu tip rəhbərlər üçün belə vəsaitlər nəzərdə tutulmayıb və verə də bilməz. Deməli Qurumun xüsusi yığılan vəsaiti hesabına həyata keçirilir. Xatırladıram ki, bir qədər əvvəlki illərdə Baş Nazir VTC əsasında büdcədən maliyələşən müəssisələrdə çalışanların əmək haqlarını artıranda , əmək haqları artırılan qurumların adları da verilirdi və orada meşə təsərrüfatı, meliorasiya, kənd təsərrüfatı, balıqçılıq və digərləri də. Hətta elmi müəssisələr üçün ayrı verilirdi. İndi əvvəlki qaydada verilməməsinin səbəbi də, bir sıra müəssisə və təşkilatların həmin statusdan, bilavasitə büdcədən maliyələşən müəssisələr statusundan çıxmalarıdır. Büdcədən maliyələşmə ilə büdcədən pul alınıb xərclənməsini çox zaman qarışdırırlar. Ədliyyə Nazirliyinin xx.xx.1917-ci il tarixli 3 N-li qeydi, Maliyyə Nazirliyinin 24.03. 97 tarixli 64 N-li əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında büdcədənkənar vəsairlərin formalaşdırılması, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim olunması Qaydaları haqqında Təlimat, "Büdcə sistemi" haqqında Azərbaycan Respublikasının Qanununda və sair bunlar öz əksini tapır. "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 440 N-li Qərarı var. Qərar xx.xx.2020-ci ildən tətbiq olunur və elə həmin vaxtdan da yuxarıda qeyd etdiyim kimi əvvəllər bilavasitə büdcədən maliyələşən bir sıra müəssisələr, bu statusu itirmişdir. Büdcə təşkilatı haqqında Qanunun 1.1.23-cü maddəsi büdcədən maliyələşən müəssisə və təşkilatı müəyyənləşdirir. Qanunun 9.1-ci maddəsində isə deyilir ki, "Dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir: 9.1.1- Dövlət vergiləri; 9.1.2-Qrantlar; 9.1.3digər gəlirlər". Yəni, bilavasitə maliyələşmə, dövlət büdcəsinə bu qaydada yığılıb formalaşan büdcə vəsaitindən maliyələşmə hesab olunur. Mən 65 yaşımın tamam olması bəhanəsi ilə qanunsuz olaraq uzaqlaşdırılan vaxt büdcədən maliyələşməni müəyyən edən üç qurumdan - Maliyyə Nazirliyindən, X12 Xidmətindən və qanunları hazırlayan Milli Məclisdən sorğuları əsasında cavablar alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 sentyabr 2024-cü il tarixli Fərmanla xx.xx.2023-cü il tarixli 2356 N-li Fərmanla təsdiq edilmiş "Azərbaycan DSEA-yi haqqında Əsasnamədə" dəyişiklik edib, dəyişikliklərə əsasən Agentliyin sədri dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitlərlə yanaşı, qurumun strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürə, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edə bilər. Bu artıq bilavasitə büdcədən maliyələşmə deyil. Yəni belə müəssisələrdə yaş həddi tətbiq edilə bilməz. Prezidentin imzaladığı xx.xx.2023-cü il 2356 saylı Fərmanda göstərilir ki, RSMX publik hüquqi şəxsdir, yəni dövlət təşkilatı deyil. Fərmanın 6.8-ci bəndində göstərilir ki, "Bu Fərmanın 5.1 və 5.2ci bəndlərində nəzərdə tutulmuş publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbəələr hesabına maliyələşir". Bu özü onu göstərir ki, RSMX bilavasitə dövlət büdcəsindən maliyələşən təşkilat statusunda deyil. X7 İdarəsinin Əsasnaməsinin (surətini əlavə edirəm) 1.3-cü bəndində də göstərilir ki, müəssisə "Xidmət tərəfindən ayrılan vəsait hesabına maliyələşir". Bu özü də təsdiq edir ki, müəssisə bilavasitə dövlət büdcəsindən deyil, RSMX-nin büdcəsindən maliyələşən müəssisə statusundadadır. Əmək haqqının tənzimlənməsi qaydaları var. "Əmək haqqının dövlət tənzimlənməsi" - təminatlı minimum əmək haqqının müəyyən edilməsi, əmək haqqının indeksləşdirilməsi, əmək haqqının vergi qaydası ilə tənzimlənməsi, əmək haqqının hüquqi tənzimlənməsi, gəlirlər və qiymət siyasəti, sosial müdafiə, əmək haqqının istehsalının səmərəliliyi, işçinin əməkdə iştirak dərəcəsi, müəssisənin gəlir səviyyəsi ilə əlaqələndirilməsi, mükafatlandırma sisteminin düzgün seçilməsi. Büdcədən maliyələşən müəssisələrdə əmək haqqı Baş Nazirin təsdiq etdiyi VTC əsasında tənzimlənir, cari il üçün də yuxarıda qeyd etdiyi kimidir. İndi əmək qanunvericilikləri üzrə tənzimləmələrə baxaq. Əmək Məcəlləsinin 12-ci maddəsi "İşəgötürənin əsas vəzifələri və məsuliyyəti"ni müəyyən edir. Həmin maddənin 1(c) bəndində göstərilir ki, işəgötürən "əmək müqaviləsini bu Məcəllədə nəzərdə tutulmuş əsalarla və qaydada" poza bilər. "Əmək müqaviləsiin müddəti" maddə 45-də müfəssəl verilib. 1-ci bənddə göstərilir ki, "Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır". 3-cü bəndə göstərilir: "Müddəti müəyyən edilmədən bağlanan müqavilə hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli ilə əvəz edilə bilməz". Ən əsas şərt isə 4-cü bənddə verilib. Orada gösrərilir ki, "Əmək funksyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda bu məcəllənin 47-ci maddəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır". Bildirir ki, Ceyranbatan su anbarı ətrafında meşə salınması işlərinə 1957- ci ildən başlanıb, 68 ildir davam edir, hələ çox 68 illər də keçəcək, meşələrdə iş qanunvericiliklərə uyğun şəkildə davam edəcəkdir. Ona görə də onunla müqavilə müddəti müəyyən edilmədən bağlanmalı idi. Müddəti müəyyən edilməyən həmin müqaviləyə xitam verilməsi də qanunvericiliklər əsasında yerinə yetirilir. Həmin maddə üzrə onun hüquqları düz 3 dəfə pozulub. 47-ci maddə müddətli əmək müqaviləsinin bağlanma şərtlərini müəyyənləşdirir. Həmin maddədə onunla müddətli əmək müqaviləsini şərtləndirən heç bir bənd yoxdur, yalnız 47(g) bəndində göstərilir ki, "qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda" müddətli bağlana bilər. Lakin heç bir qanunvericilikdə bunu məhdudlaşdıran şərt yoxdur və əgər bilirdilərsə, həmin şərti qeyd edərək bağlamalı idilər. Əmək Məcəlləsinin 68-ci maddəsi "Əmək müqavilələrinə xitam verilməsinin əsasları"nı müəyyənləşdirir. Həmin maddənin 1-ci bəndində bildirilir ki, "Əmək müqaviləsi yalnız bu məcəllə ilə müəyyən olunmuş əsaslarla və qaydada xitam verilə bilər". 2-ci bənddə xitam verilməsinin əsasları müəyyənləşir, a) yarımbəndində tərəflərdən birinin təşəbbüsü, b) yarımbəndində əmək müqaviləsinin müddətinin bitməsi və sair göstərilir. İndi məhz 68.2(b) bəndini əsas gətiriblər. Bu isə yuxarıda qeyd etdiyi kimi 45-ci maddəyə tam olaraq ziddir. Əlavə olaraq qeyd edir ki, ümumilikdə DSEA-də mənimlə birlikdə on minlərlə insanların hüquqları pozulub, əsasız olaraq hamı ilə bir neçə dəfə uzatmaqla 3 aylıq müqavilələr imzalatdırılıb ki, bu da həmin qurumun hüquq və kadr işinin hansı səviyyədə olduğunu göstərir. 70-ci maddədə işəgötürən tərəfdən əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilir: Əmək müqaviləsi işə götürən tərəfdən naşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edidikdə; b) işçi sayı və ya ştat ləğv edildikdə; e) dövlət büdcəsindən maliyələşən müəssisənin işçi çalışmasının yaş həddinə çatdıqda. Bu maddəyə uyğun da onunla əmək müqaviləsinin pozulmasını əsaslandıran heç nə yoxdur. Yalnız e) yarımbəndində uyğunluq gələ bilərdi ki, yuxarıda qeyd etdiyi kimi, bu müəssisə büdcə müəssisəsi deyil. İndi keçək yuxarıda bildirdiyi kimi, tam əsassız və qanunsuz olan müddətli əmək müqaviləsinin ləğv edilməsi qaydasına. Məcəllənin 73 cü maddəsi tam olaraq "Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası" nı müəyyənləşdirir. Olduğu kimi verir: Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsidə) xəbərdar etməzsə həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2 İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfdən xitam verilə bilər. Bu maddənin şərtləri də onunla olan əmək müqaviləsinin pozulmasına heç bir əsas vermir, əksinə mövqeyini daha da gücləndirir. Göründüyü kimi müddətin bitməsinə ən azı bir həftə qalmışa kimi heç bir xəbərdarlıq almamış, xx.xx.2025-ci tarixi günü də daxil olmaqla hər gün işdə olmuşdur. Müəssisənin iş davamiyyətini müəyyən edən, gündəlik gəlib-getmənin qeyd olunduğu Tabel kitabına imza etmişdir. Ona görə də müqaviləsi nəinki, müqavilədə göstərilən müddət qədər, 45-ci maddənin 4-ci hissəsinə görə müddətsiz olaraq uzanmalıdır. Digər bir tərəfdən, özlərini haqlı göstərmək məqsədi ilə yalandan deyə bilərlər ki, guya onu bildirişlə tanış ediblər, o qəbul etməmişdir (axırda buna bənzər şey eşitmişdir). Əgər belə hərəkət etmiş olsaydı, onda Qanunda göstərildiyi kimi elektron informasiya sistemi ilə göndərə bilərdilər, ancaq göndərilməyib, yəni edilə biləcək bəhanə əsassızdır. Dövlət X11 (DSEA) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xx.xx.2023-cü il tarixdə FHN X19 Agentliyinin əsasında yaradılıb. Əmək Məcəlləsində "Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi"xxxx"Müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqaviləsi və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. DSEA-yi yarandığı vaxtdan müəssisə işçilərlə bağlanmış əvvəlki əmək müqavilələrinin şərtləri əsasında fəaliyyətini davam etdirib, o da əmək müqaviləsinin şərtləri daxilində fəaliyyətimi davam etdirmişəm. Mənimlə xx.xx.2024-cü il tarixdə xx.xx.2014-cü ildə imzalanmış əmək müqaviləsi əsasında, dəyişiklik edilmiş müqavilələrin sayı 6 olmaqla, xx.xx.2024-cü il tarixdən qüvvəyə minən müddətsiz əmək müqaviləsi imzalanıb (surətini əlavə edir). Üstündən heç 2 ay keçməmiş DSEA-nin sədri Zaur Mikayılov tərəfindən "X7 idarəsi"nin yaradılması haqqında xx.xx.2024-cü il tarixli FƏ67 N-li əmr imzalandı (surətini əlavə edir). Əmrdə "xxxx" MMC-nin ləğvi yoxdur. Yeni yaradılan müəssisənin fəaliyyəti X7na görə "xxxx" MMC ilə tamamilə eynidir. Yəni hər ikisində Ceyranbatan, Mingəçevir və Varvara; Şəmkir və Yenikənd X7 həyata keçirilir və bununla yanaşı Ceyranbatan su anbarı ətrafındakı meşə sahəsinin saxlanması, genişləndirilməsini həyata keçirən "su anbarlarının ərazisinin yaşıllaşdırılması İdarəsi". Hər ikisinin strukturu eynidir. Baş idarədən ezam olunmuş 8 nəfərdən ibarət işçi qrupu Əmək Məcəlləsinin 69.7ci maddəsini pozaraq, bütün işçilərdən "xxxx" MMC-dən işdən çıxmaları üçün ərizələr aldı və o da əvvəlki müqavilə şərtlərinə əməl edilməklə, yeni yaradılan idarəyə köçürülməyinə etiraz etmədiyini bildirən ərizə verdi. Lakin sonradan, həmin ərizəsi onları qane etmədiyindən, iş vaxtı bitdikdən sonra axşam saat 20 iradələrində onu geri idarəyə çağıraraq ərizəsini dəyişməyini tələb etdilər. O tələbin qanunsuz olduğunu izah etdi, qarşındakı qadın işçinin yorğunluğunu, yuxarıdan ona olan təzyiq və göstərişi hiss etdi. Ona tam inanaraq, ancaq hətta saxtakarlıq edəcəyi təqdirdə mövcud qanunvericiliklər lazım gələndə bunun qarşısını ala biləcəyini xatırladaraq, onun verdiyi ağ blanka yenə əvvəlki müqavilə şərtləri ilə işə qəbul edilməsi şərti ilə işdən azad olunma haqqında ərizəyə imza atdı ki, ərizə blankını özü dolduracaq. İndiyə qədər də bilmir ki, ora nə yazıb. Bu dəfəki ərizə köçürülmə yox, köhnə idarədən işdən çıxmaqla, yenidən fəaliyyətini davam etdirmək üçün yeni müəssisəyə işə qəbul üçün idi. Zaur Mikayılovun imzaladığı həmin əmrin 3-cü bəndində deyilir ki, "X14 Xidmətinə (Z.Quliyev) tapşırılsın ki, X16 idarəsinin təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq "xxxx" MMC-nin əməkdaşlarının 2 (iki) gün müddətində işə qəbul edilməsini təmin etsin və əmrdən irəli gələn digər məsələləri həll etsin". Əmrdə "növbəti iki gün" sözü olmadığından, əmr imzalandığı gün də daxil olmaqla, 28 və 29 dekabr 2024-cü il tarixlərində icra olunub başa çatmalı idi, təsdiq edilmiş "Ştat cədvəli" (surətini əlavə edir) də xx.xx.2024-cü il tarixdən qüvvəyə minir. Yəni heç bir işçinin bir gün belə olmadan əmək haqqının itirilməməsi, yəni hüquqlarının daha geniş şəkildə pozulmaması üçün müəyyən edilmişdi. 8 nəfər də məhz bu tapşırığı yerinə yetirmək üçün göndərilmişdi. Əmrdə hər hansı bir istisna hal olmadığı üçün bütün əməkdaşlar hətta bir əmrlə SAİİ-nə bərpa oluna bilərdi. Hətta bu hal "Mülkiyətçinin dəyişməsi" kimi qəbul edilsə (əslində isə mülkiyyətçi elə DSEA olduğundan dəyişməyib, əvvəl bağlanmış müqavilədə yalnız müəssisənin adı dəyişməklə əmək müqaviləsi saxlanmalı, ehtiyac yaranarsa sonra dəyişiklik edilməli idi), Məcəllənin 63.1 maddəsinə əsasən bütün işçilər əvvəlki müqavilə şərtləri saxlanmaqla yeni yaranmış idarəyə keçirilməli idi. Burada 2 gün vaxtın verilməsi isə sırf işçilərin yeni müəssisənin ştat cədvənə uyğunlaşdırılması məqsədi ilə verilib ki, bunu həyata keçirmək üçün 8 nəfər ezam olunmuşdu. Əmr verilən gün "xxxx" MMC fəaliyyətdə olub, deməli onun əməkdaşları yeni müəssisədə işlə təmin olunan vaxta qədər işdə hesab edilirdi. Lakin sonradan yuxanda kiminsə tapşırığı ilə qanunsuz hərəkətlərə yol verildi, bir çox işçilərin işə qəbulu əsassız səbəblərdən uzadıldı, işə gəlsələr də əmək müqaviləsi bağlanan günə qədər əmək haqqından məhrum oldu. Mən də daxil bəzi yaşı 65 və onu keçmiş işçilərlə çalışmada yaş həddi bəhanəsi ilə müqavilə imzalanmadı. Onunla əmək müqaviləsi guya yeni qaydalara uyğun olmaqla xx.xx.2025- ci il tarixdə 3 aylıq müddətə bağlanıb, əsası və şərtləri də bu günə kimi ona məlum deyil. Lakin o həmin vaxta kimi hər gün işə gələrək fəaliyyətini həmişəki qaydada davam etdirmiş, heç bir əmək haqqı almamış, əksinə öz vəsaitindən meşə sahəsində işlərin tənzimlənməsi məqsədi ilə pul xərcləmiş, sənədlər də mühasibatlıqda və rəhbərliyə müraciətlərdə və təsdiqedici sənədlər də təqdim etmişdir. O peşəsinə, meşələrə, xüsusən də Ceyranbatan su anbarı ətrafında olan, bütün həyatını sərf etdiyi meşələrə sevgisi naminə bunları etdi, edir və neçə ki, ömrü var edəcəkdir. O qarşılığında belə bir münasibəti gördüyü üçün xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixə olan müddətdə işlədiyi dövrün də qanuni olaraq əmək haqqısını tələb edir. İlk əvvəl bu əmək müqaviləsinə real münasibət bildirilməlidir. Əmək məcəlləsinin çoxsaylı dəyişikliklərdən sonra son variatında 3-cü maddənin 5-ci hissəsində təsdiq edilir ki, "Əmək müqaviləsi (kontrakt) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir". Ancaq mənimlə xx.xx.2025 tarixdə yazılı müqavilə olmayıb. Qeyd etdiyim kimi ən son variantdakı məcəllənin hüquqşünaslar tərəfindən izahatında da əsaslı şəkildə göstərilir ki, Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün, işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslərlə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün "X10"məlumatları "X13" üzərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumat verilməsi" e - xidmətindən istifadə etməklə gücləndirilmiş elektron imza vasitəsilə qeydiyyata alınmalıdır. Qeyd etdiyim kimi mənimlə yalnlz 2014-cü ildə bağlanmış əmək müqaviləsi əsasında, bir sıra yeniliklər aparmaqla xx.xx.2024-cü il tarixdə yazılı müqavilə imzalanıb və elektron informasiya sisteminə yüklənib, hüquqi qüvvəyə minib. Əmək məcəlləsi ilə müəyyən olunmuş hüquqların pozulmasına görə məsuliyyət 310-cu maddədə verilib. Əlavə olaraq bildirir ki, o iş xatirinə işləməyə, aylıq məvacib qazanmağa görə yox, bir hissəsi 2004-cü ildən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra yaramaz məmurları tərəfindən, 2011-ci ildə isə Nazirlər Kabinetinin bağışlanılmaz səhv qərarından sonra FHN-nə verilən və onlar tərəfindən bu illər ərzində daha geniş və böyük həcmdə məhv edilən, DSEA-nin yarandığı 2 ildən artıq vaxt ərzində çoxsaylı müraciətlərimə baxmayaraq heç bir tədbir və köməklik görmədiyindən, məhv olması sürətlə davam edən bu meşələri təkrarən yenidən bərpa etməyə görə çalışır. Əminliklə bildirir ki, o bu məqsədə çatana qədər çalışacaq, bu meşələrin alxışıyla da hələ ki, yaşayır. Bütün bu dövr ərzində bu meşələr ona xidmət edənə də, xəyanət edənə də münasibətini bildirib. X15 ailəsi, nəsli, qardaş, bacısının bu günkü mövqeyi, nazir olmuş X1 Abbaszadə və bir çoxları. Mən özüm də nəyəsə və kiməsə ehtiyacı olan deyil, tanıyırlar, işlərinə və şəxsinə görə hörmətini saxlayırlar, bəsidir. Ona görə də pozulmuş hüquqları bərpa edilməlidir.1.Azərbaycan Dövlət X5 sədri Zaur Mikayılovun xx.xx.2024-cü il tarixli FƏ67 N-li Əmrinin 3-cü bəndi, Əmək Məcəlləsinin 63.1 - "Mülkiyyətçi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqaviləsi və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır" maddəsi əsasında "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixədək fəaliyyəti və mənim 2014-cü ildə bağlanmış əmək müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi, onun xx.xx.2024-cü il tarixdən müddətsiz əmək müqaviləsi əsasında fəaliyyətinin davam etdirilməsinə əsas yaradır. 2. Azərbaycan Dövlət büdcəsi haqqında Qanunun 1.1.23-cü maddəsinə, Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 540 N-li qərarına əsasən, digər qanunvericilik aktlarına, iqtisadi qanunvericiliklərə əsasən yeni yaradılan X7 İdarəsinin də bilavasitə dövlət büdcəsindən maliyələşən müəssisə olmadığına görə ona Əmək Məcəlləsinin 70(e) maddəsinin (dövlət büdcəsindən maliyələşən müəssisələrdə işçi çalışmasının yaş həddinə çatdıqda) maddəsinin tətbiqinə heç bir əsas yaranmadığından və buna görə də bu Məcəllənin 47-ci maddəsinə görə onunla müddətli əmək müqaviləsini şərtləndirən heç bir səbəb olmadığından, əmək müqaviləsinin müddətini müəyyən edən 45-ci maddənin 45.3 bəndinə əsasən mənimlə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi, müddətli ilə əvəz oluna bilməz; 45.4-iş və göstərilən xidmətin daimi xarakterə malik olması əvvəlcədən bilindiyindən müddətsiz olmalıdır. Ona görə də elektron formada hazırlanmış xx.xx.2025-ci il tarixli 3 ay müddətinə bağlanmış müqavilə əsassız hesab olunaraq ləğv edilməlidir, yeni müəssisədə (SAİİ) fəaliyyət xx.xx.2024-cü il tarixdən hesablanmaqla müddətsiz olmalıdır. Müəyyən edilmiş elektron formada tərtib edilmiş 3 aylıq müddətə bağlanmış müqavilədə müddətli bağlamanı əsaslandırılan əsaslı və konkret şərt olmadığından və bütün işçilərlə də eyni səbəblə müddətli bağlandığından, bu hüquq pozuntusudur. Mənimlə bağlanan əmək müqaviləsi müddətsiz olmalı idi. Ona görə də Əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 68-ci bəndi əsasında 68.2.(b)-nin tətbiq edilməsi əsassız və qanunsuzdur. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən edən 73-cü maddənin 73.1-ci maddəsinə əsasən ən azı l(bir) həftə qalmış yazılı formada və ya (kağız daşıyıcı və ya elektron informasiya sistemi vasitəsi ilə) xəbərdarlıq bildirilməli idi, ancaq əksinə bir həftə sonra, əvvəlki tarixə sənədləşdirilmə yolu ilə bildirilib, ona görə də əmək müqaviləsinə xitam verilməsi əsassız və qanunsuzdur, Əmək Məcəlləsinin 45.4 bəndinə əsasən müddətsiz olmalıdır. Əlavə olaraq bildirir ki, nə DSEAnin sədri Zaur Mikayılov, nə RSMX-nin rəisi Zakir Quliyev, nə də X16 İdarəsinin rəisi Yusif Ələsgərov onun getməyinin tərəfdarı deyil, onunla çalışmaqda maraqlı və israrlıdır, sadəcə qanunun onun işləməyinə yol vermədiyinə inandırıldıqlarından çıxılmaz vəziyyətdə qalıblar. Ona görə də günü bugünə kimi işimi əvvəlki qaydada davam etdirir, yalnız əmək haqqı almır. X21 öz maaşından ona ödəniş təklif edib, lakin imtina etmişdir və edir. Həmçinin o, izahatına əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmə işlərində o, mediasiya prossesindən keçmişdir. Lakin o, hazırki işlə bağlı da mediasiya təşkilatına müraciət etməli olduğunu bilməmiş, buna görə də mediasiyaya gec müraciət etmişdir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında və etirazında bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət X11 “X14 Xidməti” X22 X7 İdarəsinə qarşı işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi, əmək müqaviləsinin uyğunlaşdırılması və işdən azad edilmənin qadağan olunması tələbi ilə Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə münasibət olaraq bildirir ki, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Hüquqi əsaslar və faktlar: Əmək müqaviləsinin bağlanması və müddəti barədə: 21 fevral 2025-ci il tarixindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsasən, 21 may 2025-ci il tarixinədək Azərbaycan Dövlət X5 “X14 Xidməti” X22 X7 İdarəsinin Ceyranbatan su anbarının istismar şöbəsində Yaşıllaşdırma sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İşçiyə xəbərdarlıq edilməsinin qanuniliyinin təsdiqi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin başa çatmasına azı bir həftə qalmış işçiyə yazılı xəbərdarlıq edilmişdir. Belə ki, İşəgötürən tərəfindən 14 may 2025-ci il tarixində əmək müqaviləsinin müddətinin başa çatması ilə bağlı yazılı xəbərdarlıq tərtib edilmiş və həmin gün İddiaçı birbaşa Ümumi şöbəyə dəvət edilərək ona ətraflı məlumat verilmişdir. Lakin İddiaçı Ümumi şöbənin rəisi Xasay Məmmədova bildirmişdir ki, bu barədə “xəbərim var, gəlib xəbərdarlıq sənədini sonra götürəcəyəm” deyərək otağı tərk etmişdir. Bu barədə həmin gün akt tərtib olunmuşdur. Bu fakt göstərir ki, işçi sənədin qəbulunu öz iradəsi ilə gecikdirmişdir. Təkrar müraciətlərdən sonra İddiaçı xəbərdarlıq sənədini yalnız 30 may 2025-ci ildə imzalayaraq qəbul etmişdir. Əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Belə ki, Azərbaycan Dövlət X11 “X14 Xidməti” X22 X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, 0217/ş nömrəli əmrinə əsasən, İddiaçı Məşədi oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) əsasında xitam verilmişdir. Əmək ödənişlərinin tam ödənilməsi: İşəgötürən tərəfindən işçinin əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində bütün əmək haqları vaxtında ödənilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya, və son haqq hesabı verilməklə əmək münasibətləri tam şəkildə qanunvericiliyə uyğun olaraq bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən hüquqi əsaslar və faktlar nəzərə alınmaqla, cavabdeh tərəfindən işəgötürən kimi bütün əmək öhdəlikləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam uyğun şəkildə icra edilmişdir. İddiaçı irəli sürdüyü iddialar heç bir faktiki sübutla təsdiqlənmir və hüquqi cəhətdən əsassız hesab olunmalıdır. Buna görə də, iddia tələblərinin təmin olunmasına hüquqi əsas yoxdur və məhkəmə tərəfindən tamamilə rədd edilməlidir. Yuxarıda göstərilən faktlar və qanuni əsaslara görə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X11 “X14 Xidməti” PHŞ-in X7 İdarəsinə qarşı irəli sürdüyü iddialar rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin etməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İşəgötürən Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsində xx.xx.2025-ci il tarixindən 3 ay müddətinə xx.xx.2025-ci il tarixinədək baş hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. -Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 X2 rəisi vəzifəsinə işə qəbul edilmişdir. -Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıqdan görünür ki, xx.xx.2025-ci il tarixdə sizinlə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitir. AR Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq Sizinlə bağlanan əmək müqaviləsinin əmək müqaviləsinin müddətinin uzadılmayacağını bildiririk. Müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəkdir. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin dördüncü hissəsinin tələblərinə uyğun olaraq son haqq-hesab Sizə sonuncu iş günü ödəniləcəkdir. -Azərbaycan Respublikası Əmək Məcəlləsini-Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 0217-1/ş saylı əmrindən görünür ki, İddiaçı n 70-ci maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 X2 rəisi vəzifəsindən azad edilmişdir. -Azərbaycan Dövlət X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0092/Ş nömrəli əmrdən görünür ki, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini və Azərbaycan Dövlət X5 xx.xx.2024-cü il tarixli 13-4/3-1-344Ü/2024 nömrəli əmri rəhbər tutaraq, "xxxx" MMC-nin əməkdaşı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinə keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. -Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X4 "xxxx" MMC-yə qarşı işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8144/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X4 "xxxx" MMC-yə qarşı işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı Fövqəladə Hallar Nazirliyi Su X4 "xxxx" MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Fövqəladə Hallar Nazirliyi Su X4 "xxxx" MMC-dən İddiaçı ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, xx.xx.2025-ci il tarixdən İddiaçı, AR ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməkjlə onların qarşılıqlı razılığı ilə) xx.xx.2025-ci il tarixədək ADSEA “X14 Xidməti” PHŞ-in X7 İdarəsinin Ceyranbatan su anbarının istismar X2 rəisi vəzifəsinə işə qəbul edilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin fəaliyyəti həqiqətən FHN X5 təqdim etdiyi sifarişlər əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 oktyabr tarixli 462 nömrəli qərarına əsasən, Fövqəladə Hallar Nazirliyinin sturukturuna daxil olmayan tabeliyindəki qurumdur və onun fəaliyyəti dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixində anadan olmuşdur. -Abşeron Rayon Məhkəməsinin 2(012)-4005/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinin tələbləri pozulduğuna görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinə qarşı işə bərpa, işə çıxdığı dövr üçün həmçinin boşdayanmalara görə əmək haqqının ödənilməsi, bağlanılacaq yeni əmək müqaviləsinin əvvəlki müqavilənin şərtlərinə uyğunlaşdırılması və işdən azad edilmənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4005/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixində İddiaçı elektron kabinetinə yerləşdirilmiş və elə həmin tarixdə də İddiaçı məlumatlı olmuşdur. -Abşeron 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İMS üçün xx.xx.2025-ci il tarixində müraciət edən İddiaçı mediasiya prossesində iştirak etmiş, Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi isə mediasiyada iştirak edə bilməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, işəgötürən Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsində xx.xx.2025-ci il tarixindən 3 ay müddətinə xx.xx.2025-ci il tarixinədək baş hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmrdən göründüyü kimi İddiaçı xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 X2 rəisi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsini-Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 0217-1/ş saylı əmrindən görünür ki, İddiaçı n 70-ci maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 X2 rəisi vəzifəsindən azad edilmişdir. Azərbaycan Dövlət X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0092/Ş nömrəli əmrə əsasən, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini və Azərbaycan Dövlət X5 xx.xx.2024-cü il tarixli 13-4/3-1-344Ü/2024 nömrəli əmri rəhbər tutaraq, "xxxx" MMC-nin əməkdaşı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinə keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh müəssisənin büdcə təşkilatı olmadığını və ona görə də onun yaşa görə işdən azad olunmasının qanunsuz olduğunu bildirmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 0217-1/ş saylı əmrininin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, DSEA-nin sədri Zaur Mikayılovun xx.xx.2014-cü il tarixli FƏ67 N-li əmrinə əsasən və əmrdə "xxxx" MMC nin ləğvi olmadığından işçilərlə və o cümlədən onunla 2 ay əvvəl xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv olunması göstərilmədiyindən əsas olaraq göstərilməklə X8 İdarəsində iş başlama vaxtı xx.xx.2025-ci il tarixdə bağlanmş əmək müqaviləsinin ləğv olunması göstərilmədiyindən əsas olaraq il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3-cü maddəsinə əsasən, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4-cü maddəsinə əsasən, bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5-ci maddəsinə əsasən, müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6-cı maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “e” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər. 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X3 iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il il tarixli qərarında qeyd olunmuşdur ki, “Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsində xx.xx.2025-ci il tarixindən 3 ay müddətinə xx.xx.2025-ci il tarixinədək baş hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmr ilə İddiaçı xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 X2 rəisi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıqdan göründüyü kimi xx.xx.2025-ci il tarixdə sizinlə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitir. AR Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq Sizinlə bağlanan əmək müqaviləsinin əmək müqaviləsinin müddətinin uzadılmayacağını bildiririk. Müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsini-Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 0217-1/ş saylı əmrindən göründüyü kimi İddiaçı n 70-ci maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 X2 rəisi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan sənədlərdən və iddiaçının izahatından məlum olduğu kimi tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixdən xitam verilmiş, həmin 30 may 2025-ci il tarixdə isə işdən azad edilməsi barədə əmr və "Bildiriş" işçiyə təqdim olunmuşdur ki, işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də, həmin tarixdən hesablanmalıdır. İddiaçı iddia ərizəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi işçi əmri aldıqdan sonra mediasiya təşkilatına müraciət etmək əvəzinə birbaşa məhkəməyə müraciət etmiş, bundan sonra isə mediasiya təşkilatına xx.xx.2025-ci il tarixində müraciət etmiş və xx.xx.2025-ci il tarixdə X3 iştirak etməmə barədə arayış verilmişdir. Məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-4005/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixində İddiaçı elektron kabinetinə yerləşdirilmiş və elə həmin tarixdən də İddiaçı məlumatlı olmuşdur. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixində əmri aldığını bildirmişdir. Bundan sonra isə İddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-4005/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı (hakim E.Məmmədov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinə qarşı işə bərpa, işə çıxdığı dövr üçün həmçinin boşdayanmalara görə əmək haqqının ödənilməsi, bağlanılacaq yeni əmək müqaviləsinin əvvəlki müqavilənin şərtlərinə uyğunlaşdırılması və işdən azad edilmənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Məhkəməyə müraciət etdiyi tarix müddət axımı dayanmış, həmin qərardad barədə isə iddiaçı xx.xx.2025-ci il tarixində məlumatlı olmuş, həmin tarixdən müddətin axımı bərpa edilmiş və xx.xx.2025-ci il tarixində hazırki tələb ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı əmrdən şikayət vermək müddətini ümumilikdə (əmrin aldığı tarix xx.xx.2025-ci il tarixdən ilk dəfə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək ötürdüyü 10 gün və məhkəmənin qərardadından məlumatlı olduğu xx.xx.2025-ci il tarixdən hazırki tələb ilə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixinədək olan 1 ay 11 gün olmaqla, ümumilikdə 1 ay 24 gün) 1 ay 24 gün ötürmüşdür. Habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılması ilə bağlı ərizə də təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 296.2 və 296.6-cı maddələrinin məzmunundan göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün birinci olaraq iddia müddətinin ötürülüb-ötürülməməsi (bununla bağlı müddətin tətbiqi barədə ərizə olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilibedilməməsi məsələsi (bununla bağlı müddətin bərpasına dair ərizə olmaqla) aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. İddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilmədiyindən və müddət bərpa edilmədiyindən işə mahiyyəti üzrə baxılmasına zərurət yoxdur. Məhkəmə əlavə olaraq iddiaçının izahatından iddia müddətinin ötürmədiyini, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsi müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımının kəsildiyini müəyyən edir. İddiaçı isə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır. Bu hal isə müddətin axımının kəsilməsinə dəlalət etmir. Həmçinin iddiaçı bundan sonra, xx.xx.2025-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X11 X14 Xidməti X22 X7 İdarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar