Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5244/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi orderin surətinin ona məxsus olmasının müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: Ərizəçi orderin surətinin ona məxsus olmasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1 -ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi səlahiyyəti olan şəxs tərəfindən imzalanmalıdır. Belə ki, məhkəməyə ünvanlanmış iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1. və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan başqa, məhkəmə qeyd edir ki, ərizənizə əlavə etdiyiniz Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 06 may 2019-cu il tarixli 1078 saylı məktubundan görünür ki, ərizənizə əlavə etdiyiniz orderin əsas hissəsində Abşeron rayon ZDS İK-nın deyil, həmin rayonun Mənzil kommunal komissiyasının xx.xx.1967-ci il tarixli qərarı qeyd edilmişidir Həmin komissiyanın sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Təqdim olunan digər sənədlərdən də görünür ki, ərizəçi orderin verilməsinə əsas olmuş Abşeron rayon Mənzil kommunal komissiyasının xx.xx.1967-ci il tarixli qərarının əldə edilməsi üçün nə müvafiq icra hakimiyyətinə, nə də müvafiq arxiv idarələrinə sorgu verməmişdir, yəni məhkəməyədək prosedur qaydalara da əməl etməmişdir.Bu isə MPMnin 152.1.6 maddəsinə əsasən ərizənin geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi orderin surətinin ona məxsus olmasının müəyyən edilməsinə dair hüquqi faktın müəyyən edilməsi ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Ərizəçi orderin surətinin ona məxsus olmasının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5244/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5244/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver